Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Teatr tariximizin “Fırtına”sı... - FOTOLAR

Teatr tariximizin “Fırtına”sı... - FOTOLAR
Bölmə :
KİVDF
Yayım tarixi :
3/4/2014 [09:40]
Baxılıb :
2062 dəfə
Azərbaycanda uşaq teatrının təməlinin qoyulmasından 87 il ötür
Məryəm Əlizadə: “Teatrımızın inkişafında yeni mərhələ başlayıb”

Bakı şəhəri, Nizami küçəsi 72. Bu ünvanda XX əsrin 20-ci illərində yaranmış 433 nəfərlik Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yerləşir. Bu teatr 1927-ci il mart ayının 15-də Bakıda, Uşaq Teatrı pioner və məktəblilərin bədii özfəaliyyət dram dərnəklərinin əsasında yaranıb. Ağadadaş Qurbanovun (onun haqqında aşağıda məlumat verəcəyik-R.İ.) təşəbbüsü ilə hazırlanan «Fırtına» tamaşası respublikamızda uşaq teatrının yaranmasının təməlini qoyub.
1928-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığının qərarı ilə Bakı Uşaq teatrı rəsmi olaraq fəaliyyətə başlayıb. Teatrın ilk aktyorları və rejissorları Ağadadaş Qurbanov, Məmmədağa Dadaşov, Yusif Əminli, Minə Abdullayeva, Yusif Dadaşov, Susanna Məcidova, Cavahir İskəndərova, Süleyman Ələsgərov, Hüseynağa Sadıqov, Kərim Həsənov, Zəfər Nemətov, Məhərrəm Haşımov, Əliməmməd Atayev və başqaları olublar. 1936-cı il iyul ayının 18-dən etibarən Bakı Uşaq Teatrı Azərbaycan Xalq Maarif Komissarlığının əmrinə əsasən “Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı” adlandırılıb və ona Maksim Qorkinin adı verilib.
2009-cu ilin aprel ayında əsaslı təmir və yenidənqurma işlərindən sonra yeni texnika və müasir dizaynla təmin edilmiş binada fəaliyyətini davam etdirən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına daha iki kollektiv - Dövlət Gənclər Teatrı və Bakı Kamera Teatrı birləşdirilib. Teatrın repertuarında xalq nağılı “Göyçək Fatma”, B.Marvin “Yatmış gözəl”, Ç.Dikkens “Oliver Tvistin macəraları”, A.Şaiq “Tıq-tıq xanım”, M.F.Axundzadə “Sərgüzəşti-vəziri-xani Lənkəran”, S.S.Axundov, A.Şaiq “Qaraca qız”, M.F.Axundzadə “Hekayəti xırs quldurbasan” və s. tamaşalar var.

Teatrın aprel ayı üçün repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrından teatrın 2014-cü il aprel ayı üçün repertuarı ilə bağlı məlumat öyrəndik. Məlumat verildi ki, Xalq artisti Tariyel Qasımovun 75 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Aprelin 4-də Cəfər Cabbarlının “Aydın”, aprelin 5-də Abdulla Şaiqin “Tıq-tıq xanım” və M.Vişnekin “Qoca kloun”, aprelin 6-da, A.Lindqrenin “Balaca və damda yaşayan Karlson” və T.Vəliyevanın “Mənim ağ göyərçinim” tamaşaları ilə tamaşaçıların qarşısına çıxacaq. 
Öyrəndik ki, aprelin 8-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı kollektivinin Həştərxan şəhərinə qastrol səfəri çərçivəsində, Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Y.Şvartsın “Qırmızı papaq”, Kalmıkiya Respublikasına qastrol səfər çərçivəsində, B.Basanqov adına Kalmık Milli Dram Teatrının səhnəsində Y.Şvartsın “Qırmızı papaq”, R.Ağayevin “Bir gecənin nağılı” və P.Turrinin “Axır ki...” tamaşaları səhnələşdirəcək. Eyni tamaşalar aprelin 13-də də tamaşaçılara göstəriləcək. 
Teatrın öz səhnəsində 18.04.2014-cu il tarixdə Ə.Əmirlinin, "Mən səni sevirəm - MSS", Y.Şvartsın “İfritin kələyi”, Ə.Əmirlinın “Hasarın o üzü”, R.Ağayevin “Bir gecənin nağılı” (kiçik səhnə), İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər”, Süleyman Sani Axundovla Abdulla Şaiqin “Qaraca qız” (19.04.2014), 20.04.2014-cu il tarixində Hüseyn Cavidin “Şeyx Sənan”, Abdulla Şaiqin “Danışan gəlincik” və U.Şekspirin “Romeo və Culyetta”, 23.04.2014-cu il tarixdə “Zamanla üz-üzə” layihəsi çərçivəsində və E.Şerinberqerin “Fuqa” (mono-opera), 25.04.2014-cu il tarixdə Dilsuz “Əlincə qalası”, 26.04.2014-cu ildə Ərəb xalq nağılı “Ələddinin sehrli çırağı” və M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, 27.04.2014-cu il tarixdə K.Ağabalayevin “Şahzadə Xəzərin nağılı” və Elçinin “Buzovna kəndinin əhvalatları”,  29.04.2014-cu il tarixdə F.Dostoyevskinin “İdiot” (kiçik səhnə) əsərləri tamaşalara təqdim olunacaq.
Bu günlərdə, yəni  aprelin 5-i saat 12:00-da oynanılacaq Abdulla Şaiqin "Tıq-tıq xanım" tamaşasının quruluşçu rejissoru Ağaxan Salmanlıdır. Tamaşanın quruluşçu rəssamı Simurə Məhərrəmovaya, musiqi tərtibatı İradə Muradovaya, rəqslərin quruluşu Vüsal Mehrəliyevaya məxsusdur. Rollarda Natiq Fərzəliyev, Günel Məmmədova, Nigar Bahadırqızı, Elnur Hüseynov və Aygün Mehrəliyeva oynayacaq.

Teatrın banisi haqqında

Teatr və kino aktyoru Ağadadaş Gülməmməd oğlu Qurbanov Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının banilərindən biri, həm faciə, həm dram, həm də komediya janrlı tamaşaların ifaçısıdır. 1927-ci il martın 15-də "Dənizçilər klubu"nda Lətif Kərimlinin "Fırtına" pyesinin tamaşası oynanılıb. Bu tamaşanı, başda Ağadadaş Qurbanov olmaqla, talelərini teatra bağlayan məktəblilər hazırlamışdılar. Bununla da Bakıda Fəhlə Uşaqlar Teatrının (sonralar Gənc Tamaşaçılar Teatrı adlandırıldı) bünövrəsi qoyulub. Ağadadaş Qurbanov həmin vaxtdan 1952-ci ilədək bu teatrda işləyib və qısa müddətdə kollektivin əsas qüvvələrindən biri olub. Aktyor Gənc Tamaşaçılar Teatrında böyüklər üçün nəzərdə tutulan Cəfər Cabbarlının "Aydın" (Aydın), Mirzə Fətəli Axundzadənin "Molla İbrahimxəlil kimyagər" (Molla İbrahimxəlil), Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" (Hacı Qəmbər), Fridrix Şillerin "Qaçaqlar" (Karl Moor), Nikolay Qoqolun "Müfəttiş" (Xlestakov), Rabindranat Taqorun "Qaneşin yolu" hekayəsi əsasında "Əfilər" (Qaneş) pyeslərinin tamaşalarında iştirak edib. 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar, 27 fevral 1954-cü ildə xalq artisti fəxri adlarına layiq görülüb. 

Teatrşünasın teatr haqqında dedikləri

Teatr tənqidçisi, teatrşünas, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə bildirdi ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı uşaq auditoriyası üçün nəzərdə tutulmuş peşəkar teatr olub: “Teatr 1927-ci ildə Bakı Uşaq Teatrı adı altında yaradılıb. 1928-ci ildən rus, 1929 -cu ildən isə Azərbaycan bölməsi fəlaiyyətə başlayıb. Teatr Bakı Dəniz klubunda dram dərnəyində yaradılıb. 1936-cı ildən etibarən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı kimi fəaliyyət göstərir. Repertuar əvvəlcə əsasən uşaq ədəbiyyatına daxil olan nağıllar və povestlərin (Kiplinqin-Mauqli) əsasında hazırlanırdı. Aşağı sinif şagirdləri üçün fantastik və folklorun müasir həqiqətin elementləri ilə üst-üstə düşdüyü (Şvatsın "Qar kraliçası", Marşakın "12 ay")  teatr nağılı janrı hazırlanır; macəra pyesləri, komediya əsasən yeniyetmələr üçün nəzərdə tutulan repertuarın əsasını təşkil edir.
Zamanın sınaqlarından üzü ağ çıxmış Azərbaycan teatrının 141 illik inkişaf yolu bir daha sübut edir ki, ölkəmizdə bu sənətin qədim və zəngin tarixi vardır. İnsanların əmək fəaliyyəti ilə bağlı oyunlar və rəqslər, mövsüm bayramları, aşıq sənəti, dini ayinlərlə əlaqədar meydan mərasimləri, “Qaravəlli” tipli müxtəlif tamaşa növləri xalq teatrının əsasını müəyyən etmiş, milli teatrın gələcək inkişafı üçün möhkəm zəmin yaradıb.  Son illərdə uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafında yeni mərhələ başlayıb. Bu inkişaf ilk növbədə özünü teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğun möhkəmləndirilməsində, kollektivlərin yaradıcılıq axtarışlarının bəhrəsi olaraq yeni maraqlı tamaşaların hazırlanmasında, nüfuzlu Qərb, o cümlədən Avropa teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsində və s. göstərir.
2006-cı ildə “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilmişdir. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd - “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalayıb. 2009-cu il mayın 18-də isə dövlətimizin başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq edib.
Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən Dövlət Proqramı öz fəaliyyəti ilə milli-mədəni sərvətə çevrilən teatrımızın zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, Avropa mədəniyyətinə inteqrasiya olunması, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, teatr binalarının dünya standartlarına uyğun təmiri, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi və günün tələblərinə uyğun repertuarın formalaşması məqsədlərinə xidmət edir. Beynəlxalq təcrübə ilə davamlı tanışlıq mexanizmi, genişmiqyaslı qastrol fəaliyyəti, canlı ünsiyyət, yaradıcılıq mübadiləsi olmadan müasir mərhələdə teatrların inkişafından danışmaq əbəsdir. Son illərdə bu istiqamətdə də xeyli canlanma özünü göstərməkdədir.
Ötən illər ərzində Azərbaycan teatrları dünyanın 20-dən artıq ölkəsində, o cümlədən ABŞ, Almaniya, Türkiyə, Rusiya, Belarus, Gürcüstan, Fransa, Mərakeş, Finlandiya, İran, Misir, Hollandiya, Estoniya, Bolqarıstan, Ukrayna, Türkmənistan, Tacikistan, İsveçrə, Moldova, Serbiya, Rusiya Federasiyasının Başqırdıstan Respublikasında keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi ləyaqətlə təmsil etmişlər. Ötən dövr ərzində Azərbaycana xarici ölkələrdən 10-dan çox teatr kollektivi qastrol səfərinə gəlmişdir. Eyni zamanda, xarici dövlətlərdən 30 nəfər tanınmış rejissor, baletmeyster xoreoqraf, teatr rəssamı tamaşa hazırlamaq üçün Azərbaycana dəvət olunmuşdur.
Azərbaycan teatrının uğurları hələ qarşıdadır. İnanırıq ki, bu il yaranmasının 141-cı ildönümünü qeyd edən Azərbaycan teatrı qarşıdakı illərdə biri-birindən maraqlı səhnə əsərləri ilə daha böyük tamaşaçı alqışı qazanacaq və mədəniyyətimizin inkişafına, tərəqqisinə böyük töhfələr verəcəkdir”. 

Ramid İBRAHİMOV

Paylaş:
Mövzuya dair fotolar (Böyütmək üçün tıklayın)
Teatr tariximizin “Fırtına”sı... - FOTOLAR
Teatr tariximizin “Fırtına”sı... - FOTOLAR
Teatr tariximizin “Fırtına”sı... - FOTOLAR
Teatr tariximizin “Fırtına”sı... - FOTOLAR
Teatr tariximizin “Fırtına”sı... - FOTOLAR
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]