Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Şirlər ölkəsi”nə səyahət - FOTOLAR

“Şirlər ölkəsi”nə səyahət - FOTOLAR
Bölmə :
KİVDF
Yayım tarixi :
2/4/2014 [10:01]
Baxılıb :
1894 dəfə
10 minə yaxın eksponatın qorunduğu Şamaxı Tarix-Diyarşünaslıq Muzeyi 70 yaşını qeyd etməyə hazırlaşır

Diyarşünaslıq muzeyi - müəyyən coğrafi və ya inzibati əraziyə aid tarixi abidələri, təbii-elmi və bədii kolleksiyaları, xalq sənətkarlığı nümunələrini toplayan, qoruyan, öyrənən və təbliğ edən elmi-tədqiqat və mədəni-maarif müəssisəsidir. Azərbaycanda ilk diyarşünaslıq muzeyi 1920-ci ilin iyununda Bakıda yaradılıb. Bu indiki Azərbaycan Tarixi Muzeyidir. Lakin bizim budəfəki reportajımız Azərbaycan Tarixi Muzeyindən deyil, Seyid Əzim Şirvani adına Şamaxı Tarix-Diyarşünaslıq Muzeyindəndir. 
“Bizim Yol” əməkdaşı ilə söhbətində muzeyin direktoru Firqiyyə Zamanova bildirdi ki, Şamaxıda Tarix-Diyarşünaslıq Muzeyinin yarandığı müddətdən burada eksponatların sayı artaraq 9760-a çatıb. İlin sonunda muzeyin 70 yaşının qeyd edilməsinə hazırlıq görüləcək. Direktor bildirdi ki, 1945-ci ildə Şamaxı Ölkəşünaslıq muzeyi adı ilə fəaliyyətə başlamış muzeyin fonduna 1950-2000-ci illərdə Şamaxıda arxeoloji tədqiqatlar aparmış arxeoloqlar xeyli yeni eksponat təqdim ediblər.
Muzeyin foyesində kəndlər və Şamaxının tanınmış insanları haqqında məlumat bazası qoyulub. Zəngin, flora, fauna, palçıq vulkanları, astrofizika rəsədxanası, herbarilər, minerallar və Şirvan zonasına məxsus süxurlar da muzeydə müvafiq məzmuna uyğun yer alıb. Muzeydə diyarşünaslıq, qədim dövr, Şirvanşahlar dövlətinin mərkəzi, Səfəvilər dövləti, Çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti, Sovet İttifaqı dövrləri və Şamaxının müstəqillik illəri mövzuları üzrə eksponatlar nümayiş olunur. Ümumiyyətlə, burada əşyaların yaşı VI əsrlə 1991-ci ilə qədər olan dövrə təsadüf edir.
1948-ci ildə ilk ekspozisiya tərtib olunub
Firqiyyə Zamanova dedi ki, muzeyin ilk rəhbəri görkəmli filoloq alim Bilal İbrahimov olub. Bir neçə il ərzində Muzeydə çoxlu eksponat toplanıb, 1948-ci ildə ilk ekspozisiya tərtib olunub. Sonralar Muzeyə eksponatların cəlb edilməsində bütün Şamaxı ziyalıları yaxından iştirak edib. 
1950-2000-ci illərdə Şamaxıda arxeoloji tədqiqat aparan arxeoloqlar - Cabbar Xəlilov, Hüseyn Ciddi, Aləm Nuriyev, Şirzad Əhmədov Muzeyə xeyli arxeoloji materiallar veriblər. Muzeyin uzun müddət direktoru olan Firqiyyə Zamanova nəinki Şamaxı və kəndlərindən, hətta Azərbaycanın hüdudlarından kənarda olan bəzi eksponatların, o cümlədən 1902-ci il Şamaxı zəlzələsi ilə əlaqədar olan sənədlərin Muzeyə cəlb edilməsinə nail olub. 
Direktor bizə verdiyi məlumatda Azərbaycanın tarixi regionlarından birinin Şirvan vilayəti olduğu, burada minillik tarixi əhatə edən Şirvanşahlar dövlətinin (VI-XVI əsrlər) mövcudluğu, hələ II əsrdə yaşamış yunan coğrafiyaşünası Klavdi Ptolomeyin adını çəkdiyi Şamaxı şəhərinin uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olduğunu vurğuladı: “Azərbaycanın bütün regionlarında Tarix-Diyarşünaslıq muzeyləri vardır. Lakin bu tip muzeylər regional xarakter daşıdığından onların ekspozisiyası mövzu və tarixi ardıcıllıq olmadan zəif eksponatlarla nümayiş edilir. 2008-ci ildə Şamaxı Tarix Diyarşünaslıq Muzeyinin yeni elmi ekspozisiyasının qurulması ilə əlaqədar layihəmiz bəyənilib və həyata keçirilməsinə başlanıb. 2008-2009-cu illərdə həyata keçirilib. Hər bir zal mövzuya uyğun olaraq boyanıb, informasiya panelləri həmin rənglərlə çap olunub. Yaşıl təbiəti simvolizə etdiyi üçün “Diyarşünaslıq”, boz Şamaxıda evlərin qədimdən boyandığı xüsusi mineralın - “şirə”nin rəngini simvolizə etdiyi üçün “Şamaxı qədim dövrdə”, süd rəngi Şirvanın “süd ölkəsi” adlandırılmasına əsaslanaraq “Şirvanşahlar dövründə Şamaxı” mövzusu üçün əsas rəng seçilib və s. Muzeyin vitrinləri Şamaxı meşələrində bitən göyrüş ağacından düzəldilib. Vitrinlərə və panellərə Muzeyin emblemi (Şirvanşahlar dövlətinin adını simvolizə edən “günbəz içərisində üz-üzə dayanmış iki şir (“Şirvan” - “Şirlər ölkəsi” deməkdir) və onların arasında bir inək (“Şirvan” - fars dilində isə “Süd ölkəsi” deməkdir) başının təsviri) həkk edilib. Konfransın da ruhuna uyğun olaraq Muzeyin foyesində Şamaxı kəndləri və Şamaxının tanınmış insanları haqqında məlumat bazası qoyulduğu xüsusilə vurğulanıb. 
Muzeyin ekspozisiyasını tam əhatə edən iri həcmli və rəngli kataloq Azərbaycan Tarix Diyarşünaslıq Muzeyləri içərisində ilk dəfədir ki, Şamaxıda nəşr olunub. Bu layihə ilə Azərbaycanın lokal muzeyləri içərisində ilk dəfə dünya muzey standartları əsasında tarixi ardıcıllıq, işıq effektləri, iki dildə (Azərbaycan və ingilis) informasiya, elektron vasitələrdən istifadə edilməklə Şirvan regionunun mədəni irsi yerli və xarici turistlərə təqdim olunur.
Tarix-diyarşünaslıq muzeyində təbiət bölməsi
Firqiyyə Zamanovanın sözlərinə görə, Şamaxı Tarix-Diyarşünaslıq Muzeyində də bu qədim diyarın, şeir-sənət ocağının keçmişi və bu günü əşyaların dili ilə izləyicilərə çatdırılır: “Bildirim ki, muzey işinə aid 1980-ci ildə qəbul edilmiş qərarda respublikanın bütün şəhər və rayonlarında tarix-diyarşünaslıq muzeylərinin yaradılması nəzərdə tutulub. Bu, Azərbaycan xalqının milli sərvəti - tariximiz və mədəniyyətimizlə bağlı dəyərlərin, ulu keçmişimizi özündə yaşadan yadigarların toplanılması, qorunması, öyrənilməsi və gənc nəslin tərbiyəsində istifadə edilməsi üçün böyük əhəmiyyətə malik addım idi. Tarix-diyarşünaslıq muzeylərində həmin bölgənin keçmişi və bu günü, tanınmış şəxsiyyətlərin, elm və mədəniyyət xadimlərinin, xalq qəhrəmanlarının həyatı və fəaliyyəti konkret materiallar əsasında izləyicilərə çatdırılır.
Tarix-diyarşünaslıq muzeylərində təbiət bölməsi də yaradılır. Bizim muzeydə bu bölmə fəaliyyət göstərir. Bu bölmədə rayonun fiziki-coğrafi şəraiti, flora və faunası, təbii sərvətləri barədə məlumat verilir. Bitki və ağac nümunələri, quş və heyvan müqəvvaları, ana yurdun foto və slaydlara köçürülmüş mənzərələri, təbii sərvətlərin nümunələri bölmənin əsas eksponatlarıdır. 1980-1982-ci illərdə rayon mərkəzlərində 30-dək yeni tarix-diyarşünaslıq muzeyi yaradılıb. Ötən müddət ərzində bu muzeylərin fondları daha zənginləşdirilib, mövcud ekspozisiyalar təkmilləşdirilib”.
Şamaxı - Şirvanşahlar dövlətinin paytaxtı kimi
Şamaxı Baş Qafqaz silsiləsinin cənub-şərq ətəklərində, Bakıdan 118 kilometr məsafədə yerləşən Şamaxı Azərbaycanın qədim tarixə malik şəhərlərindən biri olub. Tarixçilərə görə Şamaxı toponimi Favstos Buzandın (V əsr) IV əsrin birinci yarısında baş verən hadisələrlə əlaqədar adını çəkdiyi köçəri ijmax (şamake) tayfasının adı ilə bağlıdır. Şamaxı bir neçə əsr ərzində Şirvanşahlar dövlətinin paytaxtı olub. Fars mənbələrinin məlumatına görə, Şamaxı VI əsrdə Sasani şahı I Xosrov Ənuşirəvan tərəfindən salınıb. Lakin e.ə. II əsr yunan müəllifi Ptolomey 29 alban şəhəri içərisində bəzi alimlərin Şamaxı ilə eyniləşdirdikləri Kamexiya, yaxud Mamexiyanın adını çəkir. 
Son onilliklərdə Şamaxının həndəvərində, müasir Şamaxı şəhərindən 2 km qərbdəki Xınıslı deyilən yerdə 2000 m2 sahədə aparılan arxeoloji qazıntılar nəticəsində qədim Şamaxı olduğu ehtimal edilən çoxtəbəqəli qədim yaşayış məskəni aşkara çıxarılıb. Bu məskən, demək olar ki, minillik bir dövr ərzində bir neçə dəfə dağılıb və yenidən bərpa olunub. Dağılmış yerdə qəbiristanlıq əmələ gəlib və o, yenidən abadlaşdırılıb. XI əsrin son rübünün əvvəlində nəmalum müəllif tərəfindən yazılan "Tarix-i əl-Bab" əsərinə görə şəhər Şirvanşah Əbu Tahir Yezid ibn Məhəmməd tərəfindən salınıb və onun şərəfinə adlandırılıb.
Numizmatik dəlillər göstərir ki, Şamaxı-Yəzidiyyə ərəblərin zamanında, VIII əsrin əvvəlindən gec olmayaraq mövcud olub. Şamaxıdakı Cümə məscidinin həyətində aparılan arxeoloji qazıntılar zamanı iki mədəni təbəqə aşkara çıxarılıb. Onlardan alt təbəqə IX-X əsrlər üçün səciyyəvidir. Həmin məscid bir neçə dəfə bərpa edilsə də, qədim plan quruluşunu saxlayıb. Məscid plan quruluşu etibarilə ölçüsü 38x12,8 m olan və üç kvadrata ayrılan düzbucaqlıdan ibarətdir. Yerli rəvayətlərə görə, məscid VIII əsrdə tikilib. Arxeoloji materiallar VIII-IX əsrlərdə Cümə məscidinin mövcudluğunu təsdiq edir, lakin ehtimal ki, o, X əsrdə zəlzələdən dağılıb.
Müasir Şamaxının ərazisində şəhristanda aparılan arxeoloji qazıntılar VIII-XI əsrlərdə Şəmaxiyyə şəhərinin mövcudluğunu təsdiq edib. Şəhristanda mədəni təbəqənin dərinliyi 5,75 metrə çatır. Təqribən 0,75 m qalınlığında olan alt təbəqə VIII-IX əsrlərə aiddir. Bu təbəqədə bayır tərəfinə əhəng məhlulu ilə iri daşlardan üz çəkilmiş müdafiə divarlarının qalıqları aşkara çıxarılıb. Divarların qalınlığı 2,5 metrdir. Divar qalıqlarının aşkar olunması onun 1045-ci ildə Şirvanşah Qubad tərəfindən çəkildiyinə dair mənbənin məlumatını təsdiq edir. 
Onun ətrafında qrafık rəsmlərlə bəzədilmiş müxtəlif monoxrom və polixrom keramik qablar tapılıb. Bir sıra qabların dibində Şamaxı şəhəri üçün səciyyəvi olan möhürlər vurulub. Şirli keramika parçaları arasında IX-XI əsrlərə aid saxsı və şüşə qab qırıqları tapılıb.
Qazıntılar təsdiq edir ki, Şəmaxiyyə VIII-XI əsrlərdə müasir şəhərin ərazisində mövcud olub. Ehtimal ki, X əsrin birinci yarısında Şəbərandan sonra Şirvanşahların paytaxtı olan Şamaxı Şirvanın mühüm şəhərlərindən birinə çevrilib. 
Orta əsrlər Şamaxısında aparılan arxeoloji qazıntdar nəticəsində bürc və ona bitişik qala divarları ilə birlikdə şəhər içqalasının qalıqları aşkar edilib. Yaxşı yonulmuş iri daşlardan üzlük çəkilmiş qala divarlarının qalınlığı 2,5 metrə çatır.  

Ramid İBRAHİMOV 
Fotolar müəllifindir

Paylaş:
Mövzuya dair fotolar (Böyütmək üçün tıklayın)
“Şirlər ölkəsi”nə səyahət - FOTOLAR
“Şirlər ölkəsi”nə səyahət - FOTOLAR
“Şirlər ölkəsi”nə səyahət - FOTOLAR
“Şirlər ölkəsi”nə səyahət - FOTOLAR
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]