Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Çobanyastığı və siyasət - Qara Şəhərli

Bölmə :
Köşə
Yazar :
Qara Şəhərli
Yayım tarixi :
30/8/2012 [11:29]
Baxılıb :
1102 dəfə
«Prezident oluram, olmuram, oluram, olmuram...»

Uşaq vaxtı kənddə çobanyastığı çiçəyi ilə niyyət tutmusunuz? Rusca romaşka. O çiçəklə bütün suallara mənfi və ya müsbət cavab tapmaq olurdu. Orta məktəbin son siniflərində oxuyan və qız sevən oğlanlar, oğlan sevən qızlar bağda, çöldə çiçəyi tapıb bir-bir ləçəklərini qırardılar: «sevir, sevmir, sevir, sevmir...» Axırı «sevir»lə bitəndə çox sevinirdilər. Yox əgər sonuncu ləçək «sevmir» diaqnozu qoysaydı, təzə çiçək qopapdılar. Şəxsən mən bunu mal naxırına, qoyun sürüsü «nobat»ına gedəndə çox sınamışam. Başqasında şahidi olmuşam ki, çobanyastığı falı düz çıxıb və evləniblər də, hazırda bir çobanyastığında qarımaqla məşğuldurlar...

Bilirsiniz ki, naxıra gedənə Günəş düşməndir - ha gözləyirsən buludun arxasına çəkilsin, o da tələsmir. Hələ üstəlik sənin kürəyinin arasını yandırır, başının ortasını deşir ki, niyə yaz günündə məktəbdə deyilsən - naxırçı olacaqsansa, məktəbə niyə gedirsən? Oxümaq fikrin varsa, niyə dərsi buraxıb naxıra gəlmisən? Günəşə də izah eləmək olmur axı vəziyyəti. Hə, bax onda çobanyastığı sənin dadına çatır (adını da yəqin elə buna görə çobanyastığı qoyublar; qoca yabısını Leksusa dəyişmək xəyalı ilə çiçək qırıqlayıb qoyunu qurda qapdıran nə qədər çoban var ölkədə.

Qərəz. Çobanyastığının zərəri ilə yanaşı xeyri də çoxmuş. Böyüyəndən sonra çobanyastığı ilə şəhərdə aptekdə də qarşılaşdım. Dedilər, dəmləyib içirsən, filan-filan dərdlərin dərmanıdır. Amma sözümün canı var - indi çobanyastığı siyasətdə geniş tətbiq olunur ki, millətin dərdlərinə «optom» dərman olsun. Məsələn, neçə illərdir, Qarabağı almaq üçün müdafiə nazirimiz bir çiçək falı açıb. Yaz vaxtı yamaclarda, dağda-çəməndə çobanyastığı qalmayıb: «Lazım gəlsin, gəlməsin, gəlsin, gəlməsin...» İndi axırıncı çiçəyin axırıncı ləçəyi nə göstərəcəksə, ona da uyğun strategiya və taktika qurulacaq. Burda bir əmma var ki, xarici işlər nazirimiz Elmar müəllim də bir yandan çiçək yoluşdurur. Di gəl ki, onun bir sualı var: «sülh yolu ilə, yoxsa sülh yolu ilə?» Adam başqa bir sual vermir romaşkaya. Bu aralar diplomatiyamızda bu çiçəyin rolu daha da artmışdı - İrana getmək, getməmək, getmək, getməmək... Elmar müəllimin çiçəyindəki axırıncı ləçək «getmək» oldu və o, dərhal çantasını çiyninə atıb uçdu Tehrana. Sual isə əslinə qalsa belədir: qoşulmaq, qoşulmamaq, qoşulmaq, qoşulmamaq. Qoşulanlara qoşulmaq, yoxsa qoşulmayanlara qoşulmaq? Qoşulmayanlara qoşulmamaq, yoxsa qoşulanlara qoşulmamaq? Obamaya qoşulmaq, yoxsa, Putinə qoşulmaq? NATO-ya qoşulmamaq, Kollektiv Təhlükəsizlik Müqaviləsinə qoşulmamaq, yoxsa Qoşulmayanlar Hərəkatına qoşulmamaq. İrana qoşulub İsrailə qoşulmamaq, yoxsa İsrailə qoşulub İrana qarşı qoşulanlara qoşulmaq? Merkelə qoşulmaq, yoxsa Lukaşenkoya? Bir sözlə, bu günlərdə qırıqlanıb yerə səpələdiyimiz romaşkaların qarşısında bir taleyüklü sual durur: qoşuluruq, qoşulmuruq, qoşuluruq, qoşulmuruq... Hamıya qoşulduq getdik Avropada bir-iki təşkilata qoşulduq, onlar da bizə vedrə qoşdu ki, insan haqlarını pozursunuz... Bu arada AzTV deyir, Merkelə qoşulma, arvadda ağıl nə gəzir?! Ağıl olsaydı, batan Yunanıstanı özünə qoşub camaatının qəzəbinə gəlməzdi ki?

Uşaq vaxtı evdə bizə tapşırırdılar ki, filankəsin filan uşağına qoşulma, o papiros çəkir. Bir dəfə də sinfimizdə bir uşaq tarix müəlliminə dedi: «Papiros zəhərlidirsə, onun ustünə qədimdə Misirdə niyə yazı yazırdılar?» O da dedi ki, papiros yox, papirus. Heç bilmirəm, bunun nə dəxli vardı?! Hə. Misir dedim, seçki yadıma düşdü. Qabaqdan seçki gəlir. İsa Qəmbər hamıdan qabaq romaşkanın ləçəklərini qırıqlayıb bitirdi: prezident oluram, olmuram, oluram, olmuram... Axırda «oluram» ləçəyi qaldı, başqan sevindi və dedi ki, prezident «oluram». Buna qədər «vahid namizəd olsun, olmasın, olsun, olmasın...» deyə bir şələ çobanyastığı qırıqlamışdılar. Axırda hələ çiçəkdə salamat ləçəklər ola-ola dedilər, bu sualın yeri deyil. Vahid namizəd romaşkasını atmışdılar İP-in podvalına ki, birdən... Yox, birdən deyilmiş: sən demə, başqan cibində başqa bir romaşka gəzdirirmiş, gətirdi «Azadlıq» radosunun efirinə sonuncu ləçəyi qopardı...

...Allah və çobanyastığı köməyimiz olsun! «Amin» deməyən dillər qurusun!

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]