Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Yazılan yadigardır - Gülnarə Rəfiq

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
30/8/2012 [11:21]
Baxılıb :
1954 dəfə

Bizi həmişə aldadıblar ki, yazılan söz qalır. Qrammatikanı öyrədiblər ki, yazanda biabır olmayaq. Fikir yürütmək mədəniyyəti, dinləmək, nəticə çıxarmaq, sonra eşidib bildiklərini yazıb ortaya çıxarmaq, yazıya almaq zülmünü yaşadıblar. Yazılanın üstəlik forması, orijinal yanaşması olmalı idi. Odur ki, təpiklə yerindən qoparılmış və enişlə diyirlənən təkər kimi əksəriyyəti yazır. Hamı da inanır ki, mənalı işlə məşğuldur, hətta min illər sonra da yazdığını oxuyan olacaq.

Niyə də olmasın, axı biz indi Misir əlyazmalarını oxuyub öyrənmirikmi? (Biz deyəndə mən savadlı bəşər insanını nəzərdə tuturam). Uzun illər püfüldəyə-püfüldəyə saxlanmış burma papirus əlyazmalarını alimlər açmağa ürək eləmir ki, birdən ovulub tökülər və yazıları oxuya bilməzlər. Bu günlərdə Londonda belə əlyazmalardan birini xüsusi texnologiya ilə, elektron mikroskopla burmasını açmadan oxuya biliblər. Papirusun içində nə olsa yaxşıdı? Burda 14 nəfər dövlət səviyyəli cinayətkarın adları həm latınca, həm də kelt dilində sadalanırmış. Mütəxəssislər deyir ki, bu, özü bir növ qədim qarğış üsuludur. Faraona xoş gəlməyən adamların adları hər yerdən silinir, hətta qohumları qarışıq məhv edilirdi. Yalnız bir sənəddə onların adını çəkib qarğış etməklə o vaxtın ən ağır cəzasına məruz qoyurmuşlar. Çünki bu adamların İlahi himayədən uzaqlaşdırıldığını düşünürdülər. Bu məsələyə müasir insanın gözüylə baxsaq görərik ki, Zaman dövrünün məşhurlarının daş abidələrini ovudub quma çevirdiyi, insan yaddaşlarından sildiyi vaxt qarğış edilmiş «yazı qəhrəmanları» barədə məlumatlar salamat qalıb. Deməli ən pislərindən yazanda da, lap qarğıyanda da onların xatirəsi yaşayır. (Maqazin bölməsinin yazarları heç ürəyini sıxmasın ki, ən keyfiyyətsiz informasiya növünü yaymaqla məşğuldur. Zaman onları da yerbəyer edəcək).
Yazı yazmaq ləzzəti varsa gör qanun yazmaq ləzzəti necə olar? Yazırsan və minlərlə, bəlkə milyonlarla insan sən yazdığın 3-4 cümləyə tabe olur. Belə yazının perspektivindən adam havalana da bilər. Corc Oruell «Mal-qara təsərrüfatı» əsərində bizə çox tanış gələ biləcək şəraiti heyvanların misalında belə təsvir edir: «Bütün heyvanlar bərabərdir, amma onlardan bəziləri başqalarına nisbətən daha bərabərdir». Bu cümlə tarixi hqiqətləri, eləcə də qəhrəmani indini dəqiqliklə ifadə edir.
Ona görə də bizə «Yazılan qalır» deyən müəllimlərimiz bura bir əlavə də etməliydilər: «Baxır yazını kim yazır». Məsələn, tarixə o qədər də qaniçən kimi daxil olmamış pəltək imperator Klavdiy (O, yalnız arvadı Messalinanın məşuqlarını öldürərdi) həzmdə problemləri olduğundan yeni qanun çıxarır. Bu qanuna əsasən hər kəs, kubar cəmiyyətdə olarkən belə ürəyi istəyən vaxt havanı korlayıb ətrafındakılar iydən boğa bilərdi. O dövrün qanunpərəst adamlarından kimsə cınqırını çıxara bilməzdi. Çünki qanun belə tələb edirdi. Qədim Yunanıstanın 7 müdrikindən biri sayılan Solon deyirdi ki, «Qanun hörümçək torudur, zəiflər ilişib qalır, güclülərsə onu qırıb dağıda bilir». Ona görə də adı tarixə düşmüş müdrik gənc oğlanları sevdiyindən iyrənc bağlılığını qanuni elan etmişdi. Amma bu «sevgi» yalnız qullara qadağan olunmuşdu.
Qanunu sadəcə bir yazı saysan həyat bir qədər sadələşir. 1944-cü ildə müharibənin cırhacırında Ruzveldin iti yoxa çıxır. Onun axtarışına təyyarələr, axtarış qrupları göndərilir ki, cəmilikdə dövlət büdcəsinə milyon dollarlıq zərər vurulur. Qopmuş səs-küydən heç tükü də tərpənməyən Ruzveld deyir: «Mən özümü təhqir edilmiş hiss edirəm, mənim və itimin ünvanına deyilmiş böhtana qarşı etiraz edirəm». Vəssalam”¦ Kimsə bu məsələylə bağlı məhkəmə, ya da başqa bir formada ictimai etirazı xatırlaya bilərmi? Deməli xatırlatma lazımdı, baxır sözü kim deyir və addımı kim atır. Bir dəfə ABŞ-ın məşhur radiostansiyalarından birinin sahibi özünü ölkənin birinci şəxsi qismində aparmaq fikrinə düşərək San-Fransisko körpüsündə hərəkəti saxladı. Bir vaxtlar Klinton prozident olarkən həmin bu yerdə saatyarımlıq hərəkətin qarşısını alaraq limuzinində saçını qırxdırmışdı. Amma həmin hərəkəti təkrarlayan müxbiri milyon yarımlıq cərimə edirlər. Deməli Klintona olarmış.
İtaliyada Berluskoni zamanında ölkəyə zəhərli hörümçəklərin gətirilməsi yasaqlanmışdı. Çünki Berluskoni özü hörümçəklərdən qorxur. Alabama ştatının Pauel şəhərinin meri məsləhət şurasınnı qərarı ilə 14 dəfə işdən çıxalaraq hər dəfə özünü həmin vəzifəyə təyin edirmiş. Mer demiş yadıma düşür, Yeni Zellandiyanın Otaqo şəhərinin meri dövlətin pulunu mənimsəyədiyindən əməlləri ortaya çıxanda öz evini borc türməsi elan etdi və cəzasını öz evindəcə sonacan çəkdi. Yəqin ki, oğurladığı pulları xərcləməklə. Biz öz merimizi qınayırıq, amma Kentukki ştatının Liberti şəhər meri şəhər şurasında hamını işdən qovandan sonra dilinə tənqidi ifadə gətirən hər kəsi türməyə yolladı. Bu prosesə yalnız polis şefi etiraz edirdi, çünki özünün müdirliyində olan müəssisədə yatmaq istəmirdi.
Ona görə də yazılan sözə münasibətimiz fərqli olmalıdı. Bu günlərdə oxuyuram ki, guya Əl-Kaidə qruplaşması Avropada terror planlarını porno filmlərdə şifrələyib və yayırmışı. Ona görə də dünyanı qorxu içində saxlayan qruplaşmanın işini ortaya çıxarmaq üçün polis əməkdaşları 100 saatlarla porno filmlərə baxmaq məcburiyyətində olublar. Bəs bu informasiyanı yazanlar bilmir ki, camaat onu oxuyub porno disk dükanlarına həmlə edəcək ki, qurplaşmanın sirrlərindən agah olsunlar? Zavallılılar, yazılan sözün qüdrətinə hələ də inanmırlar”¦

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]