Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Azərbaycan elminin 70 qızıl ili

Azərbaycan elminin 70 qızıl ili
Bölmə :
KİVDF
Yayım tarixi :
29/3/2014 [11:29]
Baxılıb :
1350 dəfə
Yaxud AMEA-nın ölkədə elmi-intellektual potensialın milli sərvət kimi formalaşdırılmasında xidmətləri

2015-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təsis edilməsinin 70 ili tamam olur. Bununla bağlı olaraq Azərbaycan Respublikasının Prezidenti 14 mart 2014-cü il tarixdə sərəncam imzalayıb. 

Sərəncamda bildirilir: “Ölkədə elmi-intellektual potensialın milli sərvət kimi formalaşdırılmasında, elmin dövrün tələblərindən irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsi və ən müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadrların hazırlanmasında Milli Elmlər Akademiyasının müstəsna rolu vardır. Yarandığı vaxtdan etibarən ötən fəaliyyət müddəti ərzində o, mühüm nailiyyətlər qazanmış, elmi məktəblərin qurulmasına müvəffəq olmuş, beynəlxalq elm strukturlarına uğurla inteqrasiya etmişdir. Akademiya müstəqil dövlətçiliyin əsaslarının möhkəmləndirilməsində öz üzərinə düşən vəzifələrin öhdəsindən bu gün də layiqincə gəlir və cəmiyyətin sosial-iqtisadi tərəqqisinə, mədəni-mənəvi təşəkkülünə töhfələrini əsirgəmir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Milli Elmlər Akademiyasının respublikada elmin təşkili və inkişafındakı böyük xidmətlərini nəzərə alaraq qərara alıram: Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Akademiyanın 70 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin etsin”.
Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyəti nədən ibarətdir? Niyə məhz Akademiya? Bu və başqa suallara cavab tapmaq üçün qurumla əlaqə saxladıq. Qurumdan bildirildi ki, AMEA respublikanın əsas elmi qurumudur. Qurum 1945-ci ildə Bakı şəhərində təsis edilib. AMEA-dan məlumat verildi ki, 1945-ci il martın 31-də akademiyanın həqiqi üzvlərinin ilk ümumi iclasında Akademiyaya M.Mirqasımov prezident seçilib. Sonrakı illərdə Y.Məmmədəliyev (1947-1950, 1958-1961), M.Əliyev (1950-1958), Z.Xəlilov (1961-1967), R.İsmayIlov (1967-1970), H.M.Abdullayev (1970-1983), E.Y.Salayev (1983-1997), F.Q.Maqsudov (1997-2000), M.Kərimov (2001-2013) Akademiyanın prezidenti olublar. 2013-cü ildən akademik Akif Əli-zadə AMEA-nın prezidentidir.

Bölmələr

AMEA-nın aşağıdakı bölmələri var: 
1.Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi. Bu bölməyə Fizika İnstitutu, Akademik Ə.Hüseynov adına Kibernetika İnstitutu, Riyaziyyat və Mexanika İnstitutu, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Radiasiya Problemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu daxildir. 
2.Kimya Elmləri Bölməsi. Bu bölməyə Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, Akademik M.F.Nağıyev adına Kimya Problemləri İnstitutu, Akademik Ə.Quluyev adına Aşqarlar Kimyası İnstitutu, Polimer Materialları İnstitutu, Mineral Xammalın Kompleks Emalı Üzrə Xüsusi Konstruktor-Texnologiya Bürosu elmi təşkilatlar daxildir.  
3. Yer Haqqında Elmlər Bölməsi. Bu bölməyə Geologiya İnstitutu, Akademik H.Əliyev adına Coğrafiya İnstitutu, Biologiya və Tibb Elmləri Bölməsi, Botanika İnstitutu, Zoologiya İnstitutu, A.İ.Qarayev adına Fiziologiya İnstitutu, Mikrobiologiya İnstitutu, Mərkəzi Nəbatat bağı, Mərdəkan Dendrarisi daxildir. 
4.Humanitar və İctimai Elmlər Bölməsi. Bu bölməyə A.Bakıxanov adına Tarix İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu, İqtisadiyyat İnstitutu, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu, Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu, İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu, Nizami adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, M.Füzuli adına Əlyazmalar İnstitutu, Memarlıq və İncəsənət İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyi, Folklor İnstitutu, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Hüseyn Cavidin Ev Muzeyi daxildir. 
5.Aqrar Elmlər Bölməsi. Bu bölməyə Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Genetik Ehtiyatlar İnstitutu, Azərbaycan Elmi-tədqiqat Eroziya və Suvarma İnstitutu daxildir. 

Akademiya alimlərinin əsərləri 40 ölkədə 20 dildə nəşr olunub 

Qurumdan bildirildi ki, 1972-ci ildə AMEA Naxçıvan filialının elmi mərkəzi yaradılıb. Akademiyanın əsaslı kitabxanası var. Akademiya alimləri QİYŞ xətti ilə 12 problem üzərində müştərək tədqiqat aparıblar. Akademiya digər xarici ölkələrin elmi müəssələri ilə əlaqə saxlayır. Elmin müasir problemlərinə dair fikir mübadiləsi aparmaq, elmi-tədqiqat təcrübəsini öyrənmək, elmin təşkili ilə tanış olmaq məqsədi ilə hər il akademiyaya çoxlu əcnəbi alim gəlir. Akademiyanın alimləri beynəlxalq elmi qurultay, konqres və simpoziumlarda elm və texnikanın aktual problemlərinə dair məruzələrlə çıxış edirlər. AMEA-nın təşəbbüsü və təşkilatçılığı ilə tez-tez beynəlxalq elmi müşavirə və konfranslar keçirilir. Akademiya alimlərinin əsərləri 40 ölkədə 20 dildə nəşr olunub.  
Qurumda 2000-ci ildə 116 problemin 387 mövzusu və 1044 işi üzrə elmi tədqiqatlar aparılıb və 175 mühüm elmi nəticə alınıb. AMEA-nın institutları, xüsusi konstruktor büroları və təcrübə zavodları 46 elmi-tədqiqat işinin nəticələrini tətbiq etmək üçün tədbirlər həyata keçirib, bu işlərdən 26-nın tətbiqi başa çatıb, 18-i isə 2000-ci il üçün nəzərdə tutulmuş plan həcmində yerinə yetirilib.
2000-ci ildə 224 kitab və 3027 məqalə, o cümlədən, 1034 məqalə xaricdə çap edilib. AMEA-nın 187 əməkdaşı xarici dövlətlərə ezam olunub, 20 nəfər xarici qonaq qəbul edilib. 1995-2000-ci illərdə EA-nın elmi müəssisələrində 737 mühüm nəticə alınıb, 829 kitab və 11929 məqalə çap edilib, 61 doktorluq və 291 namizədlik dissertasiyası müdafiə edilib, aspiranturaya 497 nəfər qəbul olunub. İstehsalatda 278 iş tətbiq olunub, 800-dən artıq elmi işçi xarici ölkələrdə ezamiyyətdə olub. 
2005-ci ildə isə Akademiyanın elmi müəssisələrində 159 problemin 488 mövzusu üzrə tədqiqatlar aparılıb və 140-dan artıq mühüm elmi nəticə alınıb. 71 elmi-tədqiqat işinin nəticələrini tətbiq etmək üçün tədbirlər həyata keçirilib, bu işlərin 42-sinin tətbiqi başa çatıb, 27 iş hesabat ili üçün nəzərdə tutulmuş plan həcmində yerinə yetirilib, plandan əlavə isə 9 iş tətbiq olunub. 350-dən çox kitab, 4800-ə yaxın məqalə, o cümlədən 900-dən çox məqalə xaricdə çap edilib. 50-yə yaxın patent, müxtəlif fond və qurumlardan 70-ə yaxın qrant alınıb. 

Niyə məhz Akademiya?

Tanıdığımız, fəaliyyət istiqamətlərinə bələd olduğumuz saysız-hesabsız elm ocaqları mövcuddur. Elmi müəssisə, təşkilat dedikdə, ilk növbədə göz önünə Akademiya gəlir. Bəs, niyə məhz Akademiya? 
Həyatda heç bir şey təsadüfi olmadığı kimi, “Akademiya” adı da təsadüfən seçilməyib. Bəşər yaranandan saysız-hesabsız alimin yetişdiyi elm məbədgahı bir zamanlar Afina yaxınlığında yaşayan mifik qəhrəman Akademinin şərəfinə belə adlandırılıb.
Sonralar (b.e. əvvəl 427-347-ci illərdə) məhz bu qəhrəmanın adını daşıyan ərazidə Platon tərəfindən əsası qoyulmuş ilk elmi məktəb “Akademiya ” adlandırmışlar. O zamandan etibarən bütün elmi məktəblər və digər elm ocaqları “Akademiya ” adlandırılıb. XII-XIV əsrlərdə geniş vüsət alan bir çox Qərbi Avropa və Şərq elmi birliklərinə də Akademiya adı verilib.
Qeyd edək ki,  10 Noyabr Sülh və İnkişaf Naminə Ümumdünya Elm Günüdür. VII əsrin tanınmış hind alimi, müdrik kəlamlar ustadı Bhartihari elmin beynəlmiləlləşməsi zəruriliyini “Elm bölüşdükcə artan xəzinədir” deməklə ifadə edib. Bir zamanlar Qərb alimlərinin Şərqə üz tutaraq gəlməsi və burada məhz birgə əməkdaşlıq sayəsində bir çox elmlərin əsasının qoyulması danılmaz faktdır.
Müasir dövrdə elmin dinamik inkişafını əməkdaşlıq əlaqələrini genişləndirmədən təsəvvür etmək qeyri-mümkündür. Hazırda ən nüfuzlu elmi təşkilatlar və institutlar belə dünya ölkələrinin, o cümlədən Azərbaycanın elmi qurumları ilə əməkdaşlıq əlaqələrini inkişaf etdirməkdə maraqlıdırlar. Bu vacib meyarı dəyərləndirən BMT Sülh və İnkişaf Naminə Ümumdünya Elm Gününə həsr olunmuş ilk rəsmi konfransda üzv dövlətləri təkidlə alimlər arasında beynəlxalq əməkdaşlıq əlaqələrinin yaradılması, inkişaf etdirilməsinə dəstək olmağa çağırıb. Həmin çağırış indi də qüvvədədir və bu gün dünya alimlərinin birliyinə daha çox ehtiyac duyulur.
Hər il elm həftəsinin keçirilməsi beynəlxalq miqyasda yeni cəmiyyətin quruculuğuna böyük töhfədir. Bu hadisə müxtəlif mövzular üzrə daha geniş şəkildə, əhəmiyyətli elmi mübadiləyə, eləcə də elm və sülhə dair problemlərin qarşılıqlı əlaqəsi ilə bağlı ictimaiyyətin maarifləndirilməsinə meydan açır. Hər il elm həftəsi iştirakçılarının sayının artması, eləcə də müxtəlif ölkələrin rəhbərləri tərəfindən milli elm gününün təsis olunması da buna dəlalət edir.
YUNESKO ənənəvi olaraq hər il elmi və ictimai kollektivlər, təhsil müəssisələri və hökumət təşkilatları ilə Beynəlxalq Elm Gününün hədəflərini təcəssüm etdirən iri miqyaslı layihələr həyata keçirir. 2002-ci ildən etibarən dünyada qeyd edilən elm həftəsi çərçivəsində universitet və digər ali təhsil müəssisələri, elmi institutlar, assosiasiyalar tərəfindən elmi-texniki tərəqqi ilə sülh və təhlükəsizliyə dəstək arasında əlaqələr haqda informasiyanı özündə əks etdirən seminarlar, xüsusi diskussiyalar və digər tədbirlər keçirilir. Bu tədbirlərin sırasına elmi əməkdaşlığın inkişafında xüsusi rola malik açıq qapı günləri, seminar və dəyirmi masalar, muzey və sərgilərə ekskursiyaların təşkili və s. daxildir. 

Ramid İBRAHİMOV

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]