Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Dünyanın nadir kitab muzeyi Bakıda  - FOTOLAR

Dünyanın nadir kitab muzeyi Bakıda  - FOTOLAR
Bölmə :
KİVDF
Yayım tarixi :
27/3/2014 [01:00]
Baxılıb :
3346 dəfə
Burada 71 ölkədə nəşr edilmiş 5500  miniatür kitab saxlanılır

Paytaxtın İçərişəhər, 1-ci Zamkovskiy döngəsi 67 ünvanında dünyanın nadir kitab muzeyi olan Miniatür Kitab Muzeyi yerləşir. Muzey bazar ertəsi və cümə axşamından başqa, hər gün saat 11.00-dan 17.00-dək işləyir. Muzeyə giriş pulsuzdur. Burada 5500 kitab var.
Muzeyin rəhbəri, yaradıcısı Salahovlar ailəsinin nümayəndəsi, Respublika “Kitab” Cəmiyyəti idarə heyətinin sədri, Əməkdar İncəsənət Xadimi Zərifə Salahovadır. Bu muzey Zərifə xanımın şəxsi kolleksiyasında olan kitablar əsasında yaranıb. 2002-ci il aprelin 23-də Beynəlxalq Kitablar və Müəllif Hüquqları günündə YUNESKO-nun qərarı ilə muzeyin açılışı olub. Muzey açılana qədər muzeyin rəhbəri iki min nüsxədən ibarət kolleksiyasını Milli Kitabxanada nümayiş etdirirdi.
Muzeydən bildirdilər ki, muzeyin təntənəli surətdə açılışı XV əsrin memarlıq abidəsi olan Şirvanşahlar Sarayı yaxınlığında baş tutub. Muzey dünyada ilk özəl Miniatür Kitabları Muzeyidir. Bura Zərifə Salahova tərəfindən 20 ildən artıq müddətində toplanmış nadir kolleksiya əsasında yaradılıb. Muzeyin ekspozisiyası 40 vitrində yerləşdirilib. Vitrinlərə 71 ölkədə nəşr edilmiş 5500  miniatür kitab düzülüb. 31 ölkəni təmsil edən miniatür kitablar burada var. Muzeyin kitab fondunda isə 6 minə yaxın miniatür nəşr var. 
Ekspozisiyanın "Azərbaycanda nəşr olunmuş miniatür kitablar", "Nadir miniatür kitablar", "Dini ədəbiyyat miniatür kitablarda", A.S.Puşkinin sağlığında 1837-ci ildə Sankt-Peterburqda işıq üzü görmüş "Yevgeni Onegin" poemasının da daxil olduğu "Puşkiniana" kimi bölmələri böyük maraq doğurur. Onların arasında "H.Əliyev. Əsrin müqaviləsi" kimi 1998-ci ildə Bakıda nəfis tərtibatda nəşr olunmuş kitab, habelə 1815-ci ildə Londonda buraxılmış "İngiltərə tarixi" və digər nadir nüsxələr var. Muzeyə gələnlər Azərbaycan, Rusiya, ABŞ, Yaponiya, İngiltərə, Fransa, İtaliya, Almaniya, Çexiya, Slovakiya, Macarıstan, Kuba, İsveçrə və keçmiş SSRİ respublikalarında nəşr edilmiş miniatür kitablarla tanış ola bilərlər. Dünyanın 71 ölkəsində çap olunan, olduqca rəngarəng kitablar seyrçilərə təqdim olunur. Kitabların əksəriyyəti ingilis dilində çap olunanlardır. Onların ölçüsü 2 millimetrdən 10 millimetrə qədərdir. 
Kolleksiyadakı ən kiçik kitab Yaponiyada çap edilən 3 mikrokitabdır. Kitablar - "Doğum daşı", "Zodiak nişanları və onun rəmzləri", "Güllərin dili" adlanır. Bu kitablar 1979-cu ildə nəşr olunub. Onların cildi qoyun dərisindən düzəldilib, ölçüsü isə 2×2 millimetrdir. Hər kitab 16 səhifədən ibarətdir, onlar da öz növbəsində 50-100 işarə göstərilir. Onların oxunması üçün öz lupası da var. Ekspozisiyanın bəzəyi olan kitablardan 1964-cü ildə Münhendə (Almaniya) çap olunan 3,5×3,5 millimetrlik 4 kitabça, SSRİ-də çap olunan "Puşkiniana" mövzulu 19 kitabça, atalar sözləri və məsəllər külliyatını misal kimi göstərmək olar. 1985-ci ildə Moskvada "Kniqa" nəşriyyatı "Möcüzələr möcüzəsi" adlı 6×9 mm-lik A.S.Puşkinin və A.M.Qorkinin portret və kəlamlardan ibarət 5 cildlik kitab nəşr edir. Bu kitabda 24 səhifə və hər səhifədə 9 sətir var. O vaxtlar bu kitabdan cəmisi 200 nüsxə çap olunub.
Muzeydə dini mövzulu nadir kitablara da rast gəlmək olar. Bu, əsasən XVII əsrə aid olan “Quran” nəşrləri, 4 cildli "İncil" (1906), katolik dua kitabçası, “Tövrat”, "Buddist hekayələri" və s.-dir.
Nadir kitabların ümumi tirajı yüksək olmur. Bəzən belə kitabların tirajı heç 100-ə çatmır. Burada olan kitabların çoxunun yaşı 100 ildən artıqdır. Muzeyin ən "qoca" kitabı 1672-ci ildə Səudiyyə Ərəbistanında nəşr olunan “Quran” kitabıdır. Muzeydə məşhur "Beatles" qrupunun mahnılarının sözləri toplanan və cəmi 5 nüsxəsi olan minikitab da var.
Muzeyin fondları yeni nəşrlərlə, habelə hədiyyə edilən nəşrlərlə daimi zənginləşdirilir. Burada olan 4300 kitab 35 vitrində nümayiş olunur. Bundan əlavə, muzeyin ehtiyat fondunda 7000-dən çox kitab var.

Muzeydə daha hansı kitablar var?

Biz Miniatür Kitab Muzeyində olarkən insanların kitablara maraqla baxdığının şahidi olduq. Muzeyin əməkdaşı muzey və nadir kitablarla bağlı məlumat verirdi. Vitrinlərə yaxınlaşırıq. Burada çeşidli, rəngarəng, müxtəlif mövzularla bağlı kitablara rast gəlmək mümkündür. Burada Azərbaycan ədəbiyyatının klassikləri - Nizamidən, Füzulidən tutmuş, Nəsimiyə, Mirzə Fətəli Axundova qədər çoxlarının kitablarını görmək olar. Burada “Kitabi-Dədə Qorqud”, “Qurani-Kərim”, “Koroğlu” kitabları da var. Azərbaycan bölməsində daha çox sərgilənən kitablar ölkənin indiki və əvvəlki dövlət başçıları barəsində yazılan kitablardır. Burada ABŞ prezidenti Barak Obamaya, həmçinin Mustafa Kamal Atatürkə aid miniatür kitablar yer alıb. Muzeydə Heydər Əliyevin 1993-cü ildə andiçmə mərasimindəki çıxışına, eyni zamanda bir neçə dövlət başçısının da çıxışlarına kimi ən müxtəlif nümunələrlə tanış olmaq mümkündür. Müxtəlif dövlət başçılarının Azərbaycana səfərləri haqqında kitablar da bu muzeydə var. Eyni zamanda, burada uşaqlar üçün də Azərbaycan dilində çeşidli kitablar sərgilənir. Muzeydə rus ədəbiyyatına da ayrıca guşə ayrılıb. Muzeydə ingilis dilində Cek London, O.de Balzak, Flober kimi xarici klassiklərin miniatür formalı kitabları nümayiş olunur. U.Şekspir, M.de Servantes, E.Heminquey, Viktor Hüqo, Jan Jak Russo, Andersen və Qrimm qardaşlarının mini kitabları da muzeyin bəzəyidir.

Muzeyə yeni miniatür kitablar gətirilib

Muzeyin əməkdaşı bizimlə söhbətində bildirdi ki, bu yaxınlarda Miniatür Kitab Muzeyində “Argentina” kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə çıxış edən Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Riva deyib ki, təqdimatı keçirilən kitab Argentinanın Azərbaycandakı səfirliyinin təşəbbüsü, eləcə də Miniatür Kitab Muzeyinin rəhbəri Zərifə Salahovanın böyük enerjisi və işgüzarlığı sayəsində ərsəyə gəlib. O bildirib ki, belə əməkdaşlıq bundan sonra da davam etdiriləcək. 
İngilis dilində çap olunmuş “Argentina” miniatür kitabı ölçüsü 70x80 mm olmaqla 248 səhifədən ibarətdir. Burada 106 rəngli fotoşəkil yer alıb. Kitabda Azərbaycan və Argentina xüsusi işarələnməklə dünya xəritəsi verilib. Kitabın üzlüyü və möhkəm gümüşü cildi var. Kitab “İndiqo” mətbəəsində nəfis tərtibatla 100 nüsxə tirajla çap olunub.
Mərasimdə çıxış edən Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç səfirliyin Miniatür Kitab Muzeyi ilə əməkdaşlığından söhbət açaraq bildirib ki, Zərifə Salahova hər dəfə Belarusda sərgi keçirərkən əsl vətənpərvər kimi Azərbaycanı böyük məhəbbətlə təbliğ edir.
Bu yaxınlarda növbəti miniatur kitabın təqdimatı olub. Belə ki, Havana şəhərində kubalı şair Xose Martinin Miniatür Kitab Muzeyinin nəşri olan “Rozovıye tufelki” (“Los zapaticos de rosa”) kitabı təqdim edilib. Ölçüsü 35x57 mm olan bu kitab 96 səhifədən ibarətdir. Onun 48 səhifəsi rus, 48 səhifəsi isə ispan dillərindədir. Rus dilində 8 rəngli, ispan dilində 7 rəngli şəkil yer almışdır. Kitaba çəkilmiş illüstrasiyaların müəllifi Xalq Rəssamı Arif Hüseynovdur. Superüzlüklü bu kitab “İndiqo” mətbəəsində 100 nüsxə tirajla nəşr edilib.
Havanada Miniatür Kitab Muzeyinin daha bir nəşri - Rikardo Qonqora Tervelin “Beş qardaş” (“Los cinco hermanos”) miniatür kitabı təqdim edilib. İspan dilində nəşr olunmuş bu kitabın ölçüsü 45x40 mm olmaqla 16 səhifədən ibarətdir və superüzlüyə malikdir. Miniatür kitabda 4 rəngli fotoşəkil yer alıb. Bu kitab da “İndiqo” mətbəəsində 25 nüsxə tirajla nəşr edilib.
Muzeyin əməkdaşı xatırlatdı ki, bu ilin fevralın 13-dən 23-dək Havanada 34 dövlətin təmsil olunduğu beynəlxalq kitab sərgisində Miniatür Kitab Muzeyi “Azərbaycan miniatür kitablarda və inciləri” adı altında 200-dən çox kitabla iştirak edib.
 
Kitab mədəniyyətinin inkişafındakı xidmətlərinə görə”¦

Bu nadir muzeyin yaradıcısı və rəhbəri haqqında məlumat verək ki, tanımayanlar da tanısınlar. Zərifə Teymur qızı Salahova - Azərbaycanın görkəmli ictimai xadimi, Azərbaycan SSR basketbol yığmasının keçmiş oyunçusudur. O, 1932-ci il fevralın 2-də Bakı şəhərində doğulub. 1952-ci illərdə Sabir adına Pedaqoji məktəbi bitirib. 1952-1956-cı illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. 1966-1967-ci illərdə Sov. İKP MK yanında Ali Partiya Məktəbinin dinləyicisi olub. 1956-1958-ci illərdə orta məktəbdə ibtidai sinif pedaqoqu, rus dili və ədəbiyyatı müəllimi işləyib. 1958-1962-ci illərdə "Minqeçaurskiy raboçiy" və "Kommunist Sumqaita" qəzetlərinin əməkdaşı olub.
1962-1966-cı illərdə Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin təlimatçısı, mühazirəçisi, təbliğat və təşviqat şöbəsinin müdiri vəzifələrində işləyib. 1970-1981-ci illərdə Azərbaycan KP MK-nin təşkilat-partiya işi şöbəsinin partiya informasiya sektorunun müdiri olub. 1981-1993-cü illərdə Azərbaycan SSR Kitab Həvəskarları Könüllü Cəmiyyətinin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsini tutub. 1993-cü ildən "Kitab" Cəmiyyəti İdarə Heyətinin sədridir. 2002-ci ildən Azərbaycan Qadınları Bakı Assosiasiyasının sədridir. 
Z.Salahova 2005 və 2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən İctimai Televiziya və Radio Yayımları Şirkəti Müşahidə Şurasının üzvü təyin edilib. O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edir. Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda kitab mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Zərifə Salahova "Şöhrət" ordeni ilə təltif edilib.  

Ramid İBRAHİMOV
Fotolar müəllifindir

Paylaş:
Mövzuya dair fotolar (Böyütmək üçün tıklayın)
Dünyanın nadir kitab muzeyi Bakıda  - FOTOLAR
Dünyanın nadir kitab muzeyi Bakıda  - FOTOLAR
Dünyanın nadir kitab muzeyi Bakıda  - FOTOLAR
Dünyanın nadir kitab muzeyi Bakıda  - FOTOLAR
Dünyanın nadir kitab muzeyi Bakıda  - FOTOLAR
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]