Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Azərbaycanın milli geyimlərinin özəllikləri”¦

Azərbaycanın milli geyimlərinin özəllikləri”¦
Bölmə :
Reklam
Yayım tarixi :
20/3/2014 [12:12]
Baxılıb :
7909 dəfə
Bütün milli geyimlər kəsim üslübları, məhəlli xüsusiyyətləri qorumaqla hazırlanır
Bakı Milli Geyim Evinin Dənizkənarı Milli Parkda sərgi təşkil etdi

"Hər bir millətin öz milli mentaliteti var. Bu onun qədim və milli dəyərlərinin qorunub saxlanılmasında mühüm rol oynayır. Azərbaycan xalqının da bir sıra milli dəyərləri var ki, məhz onlar xalqımızın adət-ənənələrini özündə ehtiva etdirir. Bu tip milli dəyərlərimizdən biri də Azərbaycanın milli geyimləridir. 2010-cu ilin yanvar ayından fəaliyyətə başlayan Bakı Milli Geyim Evi də məhz milli dəyərlərimizdən biri olan Azərbaycan milli geyimlərinin tikilməsi və onların təbligi ilə məşgul olan bir qurumdur. Qeyd edək ki, geyim evində calışan gənc rəssam-modelyerlərin əməyi nəticəsində bir-birindən maraqlı milli geyimlər ərsəyə gəlir. Bu günə qədər Bakı Milli Geyim Evi yüzlərlə milli geyim hazırlayıb. İstər respublika daxilində istərsə də bir necə xarici ölkədə kecirilən müxtəlif tədbirlərdə və sərgilərdə, bayram şənliklərində Bakı milli geyim evinin hazırladığı milli geyimlərdən istifadə olunub. Onu da qeyd edək ki, hazırlanan bütün milli geyimlər kəsim üslübları, məhəlli xüsusiyyətləri qorumaqla hazırlanır. Onu da qeyd edək ki, hazırlanan bütün milli geyimlər kəsim üslübları, məhəlli xüsusiyyətləri qorumaqla hazırlanır”. Bu sözləri dünən Bakı Milli Geyim Evinin Dənizkənarı Milli Parkda təşkil etdiyi sərgidə qurumun əməkdaşı dedi. 

Məlumat verildi ki, Bakı Milli Geyim Evi Mehdi Huseyin küçəsi 65 ünvanında yerləşir. Hər bölgənin milli geyimin burda tapmaq olar. Öyrəndik ki, geyimlərin qiyməti 150-500 manat arasında dəyişir. 
Sərgidə məlumat verildi ki, Azərbaycan milli geyimləri Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin çox çətin və uzun çəkən inkişaf gedişi nəticəsində yaranıb. Azərbaycan milli geyimləri azərbaycanlıların maddi mədəniyyətini, onlara xas olan xüsusiyyətləri əks etdirir və xalqın sarsılmaz etnik nişanələrinə aiddir. Xalqın etnik, tarixi, xalq yaradıcılığının bədii xüsusiyyətləri, onların müxtəlif halda formalaşmaları, bədii bəzək naxışları, toxuculuq xalq geyimində öz əksini tapıb. Azərbaycan XVII-ci əsrdə yaxın Şərqin ən böyük ipəkçilik ölkəsi kimi tanınırdı və Şirvan əyaləti Azərbaycanda ən iri ipəkçilik rayonu idi. Bundan başqa Azərbaycanın Şamaxı, Basqal, Gəncə, Şəki, Şuşa rayonlarında da ipəkçilik istehsalı çox inkişaf etmişdir. Bu rayonlarda ipəkdən çox qəşəng, bəzəkli, naxışlı, zərif qadın baş örpəkləri istehsal olunurdu.
Geyimin stili onun yiyəsinin ailə vəziyyətini və yaşını əks etdirirdi. Subay qızların geyimlərı evli qadınların geyimlərindən fərqlənirdi. Cavan qızlar daha parlaq və qəşəng geyinərdilər. Kişi və qadın geyimlərı Azərbaycanın bütün etnik, tarixi zonalarında eyni idi. Bununla belə kişi geyimlərı geyimin yiyəsinin sinfi əks etdirirdi.
Uşaq geyimi öz forması ilə böyük geyimi ilə eyni idi və onlardan yalnız bəzi xüsusiyyətləri və ölçüsü ilə fərqlənirdi. 

Azərbaycan qadın geyimi...

Azərbaycan qadın geyimi XIX-cü əsrdə, XX-ci əsrin əvvələrində alt və üst geyimlərdən ibarət idi. Üst geyimi isə öz növbəsində çiyinüstü və bel üst geyimindən ibarət idi. Qadın çiyinüstü geyimi üst köynəyindən, arxalıqdan, çəpkəndən ibarət idi.
Üst köynəyi- çiyinüstü, düz biçimi, çiyini tikişsiz və rəngbərəng qoltuqaltından ibarət geyimdir. Bu köynəklər əsasən qanovuz və fay ipək parçalarından tikilirdi.
Çəpkən - çiyinüstü, astarlı və yalançı qolları malik olan qadın üst geyimidir. Bu geyim tirmədən, məxmərdən və bir neçə növ ipək parçalarından tikilirdi.
Arxalıq - çiyinüstü, uzun, beli ensiz gödəkcədir.
Ləbbadə - çiyinüstü üst gödəkçəsidir. Bu geyim sırıqlı astarda olur, tirmədən, məxmərdən və başqa parçalardan tikilirdi.
Güləcə - qadın çiyinüstü üst geyimidir. Bu geyim astarlı olur və tirmədən, məxmərdən tikilirdi. Baharı - sırıqlı astarda qadın çiyinüstü üst geyimidir. Əsasən məxmərdən tikilirdi.
Baharı - sırıqlı astarda qadın çiyinüstü üst geyimidir. Əsasən məxmərdən tikilirdi.
Kürdü - qadın üst geyimidir. Bu geyim tirmədən, məxmərdən tikilirdi, xəz dəri və sıx naxışlarla bəzənilirdi.
Eşmək - qadın sırıqlı üst geyimidir, tirmədən və məxmərdən tikilirdi. Bu geyimin yaxası, ətəyi və qolları safsar xəzdərisilə, qızılı şəbəkə torla və şəridlə bəzənilirdi. Qadın bel üst geyimi - bir neçə tumandan, cütbalaqdan və çaxçurdan ibarət idi. Şəhərlərdə qadın evdən çıxanda tumanın üstündən çaxçur geyərdilər.
Qadın bel üst geyimi - bir neçə tumandan, cütbalaqdan və çaxçurdan ibarət idi. Şəhərlərdə qadınlar evdən çıxanda tumanın üstündən çaxçur geyərdilər. 

Kişi milli geyimi”¦

Kişi milli üst geyimi - üst köynək, arxalıq, qaba və çuxadan (çiyinüstü) ibarət idi.
Üst köynəyi- çiyinüstü, düz biçimi, çiyini tikişsiz və rəngbərəng qoltuqaltından ibarət geyimdir.
Arxalıq - çiyinüstü, uzun, beli ensiz gödəkcədir. Bir və ya ikiyanlı arxalıqlar ipək, atlaz, kişmir, mahud, satin və başqa parçalardan tikilirdi.
Qaba - kişi çiyinüstü üst geyimidir və əsasən tirmədən tikilirdi.
Çuxa - içi tüklü qoyun dərisindən tikilmiş düyməsiz, naxışlı şubadır.
Milli geyim dəstinə müxtəlif növlü baş geyimləri və ayaqqabılar da daxil idi. Milli geyim dəstlərinə yerli zərgərlərin yaratdığı zərgərlik məmulatları da daxil idi. Qadın zərgərlik məmulatları onların tədbiqinə uyğun olaraq, baş, boyun, döş, bel, bilək hissələrinə bölünür.

Baş geyimləri”¦

Sərgidə məlumat verildi ki, qadınların baş geyimləri rənginə, gözəlliyinə və rəngarəngliyinə görə olduqca cəlbədici və maraqlı idi. Bura ipək kəlağayılar, çalmalar, nar-nazı, təsək, ləçək, örpək, çadra və s. daxil idi.
Baş geyimlərinin geniş yayılmış növlərindən biri ipək kəlağayı idi. Digər qadın baş geyimi təsək (onu qadın papağı adlandırırdılar) idi. Təsəyi bəzəyən naxışın növündən asılı olaraq onun müxtəlif adları mövcüd idi: mirvari papaq, qızıl papaq, ayulduz. 
Qadın geyiminin elementlərindən biri də xüsusi baş sarğısı - çutqu idi ki, tündrəngli parçadan (qara və ya tünd göy sətin, atlas, çitdən və s.) tikilirdi. O, hər iki tərəfdən açıq, ensiz örtük şəklində tikilirib. Çutqunu başın ətrafında (eyni zamanda alnı da örtərək) ensiz lent şəklində bağlayırdılar. Çutquyla saçları və ya hörükləri yığaraq onları arxadan sallayırdılar. Belə ev və çöl işləri zamanı rahat olurdu. Beləliklə, çutqu həm gigiyenik, həm də utilitar əhəmiyyət daşıyırdı. Çutqunun üstündən, bir qayda olaraq, yaylıq ya da ipək və ya pambıq örtüklər (çarşab, örpək, şal və s.) örtürdülər. Çutqu Azərbaycanda XX əsrin 40-ci illərinədək mövcüd olmuşdur.
Cəmiyyətin zəngin zümrələri arasında naz-nazı və qaz-qazı (xalq terminologiyası) kimi təntənəli günlərdə taxılan baş geyimləri geniş yayışıb ki, onlarda qış vaxtı başı bağlayırdılar və ya çiynin üzərinə sallayırdılar. Şallar fabrik istehsalı idi.
Çalma və dingə digər baş geyimləri ilə müqayisədə onlar daha az yayılıb. Belə ki, onların bağlanması qadınların çox vaxtını alırdı. Çalmanı başa bağlanmış yaylığa və ya araqçına sarıyırdılar. Çalmanın üstündən bir yaylıq da örtürdülər. Bəzi regionlarda çalma başda xüsusi sancaqlarla bərkidilibdi. Yalnız Şirvanda çalmanın sarınmasının bir neçə üsulu məlum idi. Dingənin bağlanması üçün şaldan istifadə olunurdu. Dingə çalmadan daha mürrəkkəb baş geyimi idi. O da çalma kimi başda sancaqla bərkidilibdi.
Qadın baş geyimin ən sadə elementi ləçək (düzbucaq və ya üçbucaqşəkilli yaylıq) idi. Ləçəyi ev işləri zamanı, eləcə də başa xına qoyanda bağlayırdılar. Şəhərlərdə qadınlar evdən çıxarkən bütün bədəni örtən çadra geyibdilər. Kəndli qadınlar çadranı çox nadir hallarda, yalnız hərdən kənddən uzaq məsafəyə gedəndə örtürdülər. Adətən baş üçün yaylıqla (yaşmaq) ağız və burnun bir hissəsini örtməklə kifayətlənirdilər. Varlı qadınlar atlas, kasıblar isə sətin, bez və ya dama-dama sarpinkadan (nazik pambıq parça) müxtəlif çalarda çadralar örtürdülər. Çadrayla yanaşı, şəhərlərdə qadınlar hərdən üzlərini göz üçün krujevalı torla örtürdülər. 
Azərbaycanlılarda papaq cəsarət, ləyaqət və şərəf rəmzi hesab olunurdu. Onu itirmək böyük rüsvayçılıq hesab edilirdi. Kiminsə papağının oğurlanması onun sahibinə qarşı düşmən hücümü kimi qiymətləndirilirdi. Kişinin başından papağı vurub salmaq onu və onun bütün nəslini təhqir etmək demək idi. Papaq və onun formasına görə onun daşıyıcısının sosial vəziyyətini müəyyənləşdirmək olardı. Kişilər istənilən halda papağı başlarından çıxarmırdılar (hətta yemək yeyərkən), namazdan əvvəl dəstəmaz zaman istisna olmaqla. İctimai yerlərdə baş geyimi olmadan görünmək rüsvayçılıq hesab olunurdu.
Kişilərin əsas baş geyimi qoyun xəzi və ya qaragüldən hazırlanan papaqlar idi. Onların müxtəlif formaları və yerli adları mövcüd idi. XIX əsrin sonlarına aid müəlliflərdən biri papağın hazırlanması prosesini belə təsvir edir: "Əvvəlcə, dərini tikib ona papaq forması verilir, sonra onun tərs üzünü çevirirlər və papağı yumşaq etmək üçün onun çılpaq üzünə pambıq və ya kalka sərirlər. Pambıq və ya kalkanın üzərinə bir vərəq şəkər kağızı qoyurlar, nəticədə papaq ona verilmiş formanı saxlayır; əlbəttə, şəkər vərəqi papağın formasına və böyüklüyünə görə kəsilir. Sonra şəkər vərəqinin üstündən hər hansı bir parçadan astar tikilir və papaq tüklü üzünə çevrilir. Hazır papağa su sıçradaraq 4-5 dəqiqə ərzində üzərində yüngülcə çubuq gəzdirirlər; bu zaman papağı sol ələ taxılmış vəziyyətdə saxlayırlar. Sonra papaq 5-6 saatlığa papaq üçün xüsusi qəlibə taxılır. Bununla da, papağın hazırlanması bitir".
Qarabağda parça üzlü papaq "yappa papaq" (və ya "qara papaq") kimi tanınırdı. Belə papaqlar rənginə görə də seçilirdi - qızıl papaq və gümüş papaq. Nuxa qəzasında papaq daqqa (taqqa) papaq adlanırdı və onun üzü məxmərdən tikilirdi.

Ramid İbrahimov
Fotolar müəllifindir

Paylaş:
Mövzuya dair fotolar (Böyütmək üçün tıklayın)
Azərbaycanın milli geyimlərinin özəllikləri”¦
Azərbaycanın milli geyimlərinin özəllikləri”¦
Azərbaycanın milli geyimlərinin özəllikləri”¦
Azərbaycanın milli geyimlərinin özəllikləri”¦
Azərbaycanın milli geyimlərinin özəllikləri”¦
Azərbaycanın milli geyimlərinin özəllikləri”¦
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]