Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Səməd Vurğunun ev müzeyindən reportaj - FOTOLAR

Səməd Vurğunun ev müzeyindən reportaj - FOTOLAR
Bölmə :
KİVDF
Yayım tarixi :
19/3/2014 [00:07]
Baxılıb :
3181 dəfə
Muzeydəki üç otaq - şairin iş otağı, qonaq və yataq otaqları onun sağlığında olduğu kimi saxlanılır

Bakı şəhər, Səbail rayonu Tərlan Əliyarbəyəv küçəsi 6 ünvanı… Burada Səməd Vurğunun ev muzeyi yerləşir. Azərbaycan şairi, dramaturq, alim, ictimai xadim, iki dəfə Dövlət mükafatı laureatı Səməd Vurğunun (1906-1956) ev-muzeyi Azərbaycanda yazıçı və bəstakarların xatirəsini əbədiləşdirmək üçün yaradılmış ilk memorial muzeydir. Mədəniyyət və Turizm Nazirliyi tabeliçiyindədir.
Muzey XIX əsrdə inşa edilmiş yaşayış binasının III mərtəbəsində altı otaqlı mənzildə yerləşir. Muzeydən bildirdilər ki, Səməd Vurğun ömrünün son illərini bu mənzildə yaşamış, gərgin yaradıcılıq və ictimai fəaliyyətlə məşğul olub. 
Respublika hökumətinin qərarı ilə 1974-cü ildə təşkil edilən ev-muzeyinin 1975-ci il oktyabrın 6-da təntənəli açılışı olub.
Ötən müddətdə muzeyin fondu xeyli zənginləşib, yeni ekspozisiya bölmələri yaradılmış, şairin həyat və yaradıcılığı ilə bağlı gərgin araşdırmalar aparılıb. Toplama işi muzeyin fəaliyyətinin əsasıdır. Bu iş planlı surətdə, həm də ayrı-ayrı mövzular üzrə aparılır. Məhz bunun nəticəsində Vurğuna aid xatirə əşyaları, orijinal fotoşəkillər, rəsm əsərləri, əlyazmalar, tədqiqat əsərləri, hədiyyələr, ötən illərin qazet-jurnalları və s. materiallar muzeyin fondunu zənginləşdirib. 
Muzeydəki üç otaq - şairin iş otağı, qonaq və yataq otaqları onun sağlığında olduğu kimi saxlanılır. Digər üç otaqda isə Vurğunun həyat və yaradıcılığını, ictimai fəaliyyətini, xatirəsinin əbədiləşdirilməsini əks etdirən ekspozisiya yaradılıb.
Şairin iş otağı - kabineti. Hər şey sadə, hər şey adi. Yazı stolu, stullar, kitablarla dolu şkaflar. Yazı stolunun üstündə şairin son əlyazmaları, ömür vəfa etmədiyiyindən üçün çəkə bilmədiyi papirosları, avtoqələmi, həyat yoldaşı ilə övladlarının birgə çəkdirdikləri fotoşəkil və şairin ən çox sevdiyi bənövşə gülünün rəmzi kimi kiçik səbətdə süni bənövşə qoyulub. "Vaqif", "Fərhad və Şirin", "İnsan", "Aygün" və bir çox başqa sənət inciləri, məqalələr, çıxışlar bir zamanlar bu yazı stolunun arxasında ərsəyə gəlib.
Şairin qonaq otağı onun sağlığında olduğu kimi qorunub saxlanılır. Səməd Vurğun məşhur şair olmaqla yanaşı, həm də açıqürəkli insan, qonaqpərvər ev sahibi idi. Bu qonaq otağına tez-tez şairin dostları - yazıçılar, bəstəkarlar, rəssamlar, kənd zəhmətkeşləri və onun istedadının pərəstişkarları toplanırdı.
Otaqdakı royal da böyük marağa səbəb olur. Bu royalda vaxtilə Səməd Vurğunun əvvəlki mənzilində tez-tez qonaq olmuş Azərbaycan milli operasının banisi Üzeyir Hacıbəyov, eləcə də məşhur bəstəkarlarımızdan Qara Qarayev, Fikrət Əmirov, Səid Rüstəmov öz əsərlərini ifa ediblər.
Qonaq otağında həmçinin 1944-cü ildə xalq rəssamı Mikayıl Abdullayev tərəfindən şairin ilk naturadan çəkilmiş portreti nümayış etdirilir. Səməd Vurğun burada öz bağında, dərin düşüncələr aləmində təsvir olunub.
Qiymətli eksponatlar arasında bir saat da var. Səməd Vurğun dünyasını dəyişdiyi zaman, 1956-cı il mayın 27-də axşam saat 8:30-da şairin həyat yoldaşı Xavər xanım həmin saatı dayandırıb.
Memorial otaqlarından sonuncusu şairin yataq otağıdır. Burada da hər şey sağlığında olduğu kimi qorunub saxlanılır… 
1975-2006-cı illərdə Xavər Vəkilova,  2006-2009-cı illərdə Aybəniz Vəkilova, 2009-cu ildən  indiyə kimi Aygün Vəkilova muzeyin direktorudur.

Muzeyin təmir olunması ilə bağlı sərəncam

Muzeydən bildirildi ki, muzey əhatə dairəsi çox geniş olan kütləvi işlər də görülür. İldə iki dəfə, martın 21-də və mayın 27-də şairin "Xatirə günləri" keçirilir. 
Şairlə bağlı tədbirlərlə yanaşı, ev-muzeyində ayrı-ayrı ədəbi hadisələrə, şairin qələm dostlarının yubileylərinə, tarixi günlərə həsr olunmuş tədbirlərin keçirilməsi, eləcə də bu tədbirlərdən bir çoxunun respublikada ilk dəfə olaraq məhz bu muzeydə (Azərbaycan Demokratik Respublikasının ildönümü: tədbir və sərgi - 1988, Hacı Zeynalabdin Tağıyevin anadan olmasının 150 illiyi: tədbir və sərgi - 1989) təşkil olunması respublika ictimaiyyətində xüsusi maraq doğurub.
Muzeyə gələn tamaşaçılar və tədbir iştirakçıları şairin həyat və yaradıcılığını çox maraqla izləyir, onun səsinin lent yazısına böyük məhəbbətlə qulaq asır, şairi müxtəlif illərdə əks etdirən kino-xronikaya çox həyacanla bıxırlar. Onlar muzeydə keçirdikləri hissləri, şairə olan hədsiz məhəbbətlərini rəy kitablarında qeyd edirlər. Rəy kitablarında Muzeyin fəaliyyəti də qiymətləndirilir.
13 dekabr 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Xalq şairi Səməd Vurğunun ev-muzeyinin əsaslı təmiri haqqında" Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən Xalq şairi Səməd Vurğunun Bakı şəhərində yerləşən (Tərlan Əliyarbəyov küçəsi, 6) ev-muzeyinin əsaslı təmiri, bədii tərtibatı, zəruri avadanlıq və inventarla təchizatı üçün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 300 min manat ayrılıb.

Ev-muzeyinin yeni ekspozisiyasının açılış mərasimi keçirilib

Muzeyin direktoru Aygün Vəkilova bildirdi ki, martın 5-də xalq şairi Səməd Vurğunun ev-muzeyinin yeni ekspozisiyasının açılış mərasimi keçirilib. Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və başqa mədəniyyət və incəsənət xadimləri iştirak edib. 
Nazir Əbülfəs Qarayev muzeyin təmirdən sonrakı yeni ekspozisiyasının açılışını Azərbaycanın mədəni həyatında əlamətdar hadisə kimi dəyərləndirib: “Sevinirəm ki, muzeyin bərpasına nail olduq. Muzey bundan sonra bütün ziyarətçilərin üzünə açıqdır və hər kəs öz evi kimi muzeyə gələ, böyük şairin evi, şəxsi əşyaları ilə tanış ola bilər. Səməd Vurğunun yaradıcılığı dövlətin daim diqqətində olub və muzeyin təmiri, yenidən açılışı bunun əyani sübutudur”.
 Tədbirdə çıxış edən akademik Teymur Bünyadov S. Vurğun haqqında xatirələrini danışıb. Açılış mərasimində şairin dilindən şeirlər səsləndirilib, nəticəsi Vurğun Vəkilov fortepianoda musiqi parçaları ifa edib.

Xalq şairinin yaradıcılığı…

Şairin ilk çap əsəri olan "Cavanlara xitab" şeiri 1924-cü ildə Tiflisdə çıxan "Yeni fikir" qəzetində dərc olunub. Poeziya get-gedə şairin bütün varlığına hakim kəsilir. Gənc şair öz xalqını, vətənini, doğma torpağının əsrarəngiz təbiətini sevdiyi üçün özünə "Vurğun" təxəllüsünü götürür. Digər bir versiyaya görə isə sevdiyi qıza ünvanladığı şeirləri Vurğun təxəllüsü ilə imzalamış və beləcə də davam etmiş, tanınmış.
Yalnız 1935-ci ildə Səməd Vurğun 7 poema və 100-ə yaxın şeir yazıb. 1934-cü ildə yazılmış "Azərbaycan" şeiri Azərbaycan ədəbiyyatının incilərindəndir. Bu şeirdə şair öz vətəninin qədim tarixi, təbii gözəlliyi, nemətləri, xalqın xeyirxahlığı, açıqürəkliyi və qonaqpərvərliyini tərənnüm edib.
1936-37-ci illərdə yeni əsərlər yazmaqla yanaşı tərcüməçiliklə də məşğul olaraq, Puşkinin "Yevgeni Onegin" mənzum romanını Azərbaycan dilinə tərcümə etmişdir. Bu tərcüməsinə görə şairə Puşkin komitəsinin "A.S.Puşkin medalı" təqdim olunub. Bu illər şair Şota Rustavelinin "Pələng dərisi geymiş pəhvəlan" əsərinin bir hissəsini böyük ustalıqla tərcümə edib, buna görə Gürcüstan SSR MİK-in fəxri fərmanı ilə təltif edilib. Eləcə də şair Taras Şevçenkonun, İlya Çavçavadzenin və Cambul Cumayevin bir çox şeirlərini dilimizə tərcümə edib.
1937-ci ilin ikinci yarısında Səməd Vurğun özünün ölməz dram əsərini - "Vaqif"i yazır. "Vaqif" dramını 3-4 həftə ərzində, heyrətləndirici bir sürətlə tamamlayan şair əsərdə Molla Pənah Vaqifin faciəli həyatını, şair böyüklüyünü, insanlıq kamilliyini ustalıqla, məhəbbətlə əks etdirib. "Vaqif" dramına görə Səməd Vurğun 1941-ci ildə "Stalin mükafatı"na layiq görülüb.
Nizami Gəncəvinin 800 illik yubileyinə Səməd Vurğun "Leyli və Məcnun" poemasını Azərbaycan dilinə çeviribr. 1939-cu ildə şair inqilabçı Xanlar Səfərəliyevin həyatından bəhs edən ikinci mənzum dram əsəri olan "Xanlar"ı yazıb. Həmin il onun "Azad ilham" kitabı nəşr edilir.
1941-ci ildə Səməd Vurğun Nizaminin "Xosrov və Şirin" poemasının motivləri əsasında "Fərhad və Şirin" mənzum dramını yazır. Müharibə dövründə yazılmış bu dram əsərində böyük vətənpərvərlik duyğularının tərənnümü xüsusi məna kəsb edirdi. Səməd Vurğun 1942-ci ildə bu əsərə görə ikinci dəfə "Stalin mükafatı"na layiq görülür.
Şairin yaradıcılığında Böyük Vətən müharibəsi dövrü xüsusi yer tütür. Müharibə illərində sənətkar 60-dan artıq şeir, bir neçə poema, o cümlədən "Bakının dastanı" poemasını yazıb. Bu illərdə Səməd Vurğun sənətinin şöhrət miqyası çox genişlənir. Onun yazdığı "Ukrayna partizanlarına" şeirinin mətnləri təyyarədən Ukrayna meşələrinə səpələnərək partizanlara çatdırılıb.
1943-cü ildə ABŞ-da keçirilən müharibə əleyhinə yazılmış ən dəyərli əsərlər müsabiqəsində şairin yazdığı "Ananın öyüdü" şeiri çox yüksək qiymətləndirilib və dünya ədəbiyyatında bu mövzuda yazılan ən qiymətli 20 əsərdən biri kimi Nyu-Yorkda çap etdirilərək hərbçilər arasında yayılıbr. Müharibə illərində vətənpərvər şairin atəşli səsi ön cəbhədə, xəstəxanalarda, radioda daha əzəmətli səslənirdi. Müharibənin ağır şəraitində Səməd Vurğun Krım, Mozdok, Qroznı, Novorossiysk cəbhələrində olmuşdur. 1943-cü ildə onun təşəbbüsü ilə hərbi tədbirlər, cəbhəçilər və onların doğmaları ilə görüşlər keçirmək üçün Füzuli adına Ziyalılar evi yaranıb.
1945-ci ildə yazdığı fəlsəfi dram olan "İnsan"da şair gələcəyi romantik vüsətlə əks etdirməyə çalışmış, müharibənin odlu-alovlu günləri içərisində insan zəkasının qüdrətini göstərib. Şairin bu əsərdə yaratdığı "Qardaşlıq şəhəri"ndə dünyanın eyni arzu və ideallarla yaşayan insanları toplaşıb.

Ramid İbrahimov 
Fotolar müəllifindir

Paylaş:
Mövzuya dair fotolar (Böyütmək üçün tıklayın)
Səməd Vurğunun ev müzeyindən reportaj - FOTOLAR
Səməd Vurğunun ev müzeyindən reportaj - FOTOLAR
Səməd Vurğunun ev müzeyindən reportaj - FOTOLAR
Səməd Vurğunun ev müzeyindən reportaj - FOTOLAR
Səməd Vurğunun ev müzeyindən reportaj - FOTOLAR
Səməd Vurğunun ev müzeyindən reportaj - FOTOLAR
Səməd Vurğunun ev müzeyindən reportaj - FOTOLAR
Səməd Vurğunun ev müzeyindən reportaj - FOTOLAR
Səməd Vurğunun ev müzeyindən reportaj - FOTOLAR
Səməd Vurğunun ev müzeyindən reportaj - FOTOLAR
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]