Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Qədim türk diyarı - Borçalı

Qədim türk diyarı  - Borçalı
Bölmə :
KİVDF
Yayım tarixi :
14/3/2014 [12:07]
Baxılıb :
4456 dəfə
Soydaşlarımızın maraqlı həyat tərzi, əsrlərdən gələn zəngin adət və ənənələri var

Cəmiyyətdə “Borçalı qızı” ləqəbi ilə tanınan gənc fəal Ülviyyə Qurbanla “Borçalı azərbaycanlıların adət-ənənəsi və mədəniyyəti”  mövzusunda həmsöhbət olduq. Söhbətimizi təqdim etməmişdən öncə qeyd edək ki, Ü.Qurban  Azərbaycan Müəllimlər İnstitutu məktəbində pedaqogika filalogiyası ixtisasi üzrə təhsili alıb. O, 27 dekabr 1986-ci ildə doğulub. Gürcüstan vətəndaşı olan Ü.Qurban hazırda Azərbaycanda yaşayır. 

Ülviyyə xanım bildirir ki, Borçalı Azərbaycanın bir hissəsi olub və hazırda da burada azərbaycanlılar yaşayır, Azərbaycan mədəniyyət və təhsil ocaqları fəaliyyət göstərir: “XVIII yüzilin başlarında Borçalı Gəncə bəylərbəyliyinin tərkibində idi. Bəylərbəyi Ziyadoğlu 1736-cı ildə Muğanda Nadirqulu xanın şah elan olunmasına qarşı çıxdığı üçün Nadir şah kimi tanındıqdan sonra Ziyadoğluları cəzalandırmaqdan ötrü Borçalını Gəncə bəylərbəylərindən alaraq gürcü Kartli-Kaxeti çarına hədiyyə edib. XVIII yüzilin ortalarında Azərbaycan xanlıqlara, sultanlıqlara bölündüyü vaxt Borçalıda da sultanlıq elan olundu. XIX yüzilin ortalarında Borçalı mahalı qəzaya çevrildi. Azərbaycanda 1918-ci ildə Xalq Cümhuriyyəti yaradıldıqdan sonra Borçalı Gürcüstanla Azərbaycan arasında mübahisəli əraziyə çevrildi. Rus-Sovet işğalından sonra da ədalət bərpa edilmədi və Borçalı Gürcüstana qatıldı. 1929 - cu ildə qəza ləğv edilərək 3 yerə bölündü: Borçalı, Lüksemburq (Bolnisi), Başkeçid (Dmanisi)”.

Borçalı azərbaycanlılarının toy adət-ənənəsi 

Həmsöhbətimiz bildirir ki, hər millətin özünün əsrlər boyu yaratdığı və dost xalqlardan əxz etdiyi adət-ənənələri yaşatması, inkişaf etdirməsi təbii hal kimi qiymətləndirilməlidir: “Borçalıların çox orijinal, ancaq bu mahala məxsus cizgiləri, naxışları olan el adətləri, ənənələri var. Onların hamısının mayasında bütövlükdə Azərbaycan xalqının nəfəsi, dəsti-xətti dursa da, yerli şəraitdən, başqa millətlərin nümayəndələri ilə ünsiyyətdən, işləməkdən irəli gələn cəhətlər də yox deyildir. Borçalıda ən zəngin, oxşarsız adətlərdən biri nişan, toy mərasimləridir. 
Hələ çox qədimlərdən bəri toyun keçirilməsi vaxtı, toy xərci, gəlinin atasına veriləcək məbləğ-"başlıq", "yol pulu"nun miqdarı barədə danışıq üçün qız evinə gedilir, toyda iştirak edəcək adamların sayı və tərkibi müəyyənləşdirilirdi. Buraya tayfanın ağsaqqalı sayılan bir nəfər ixtiyar kişi, oğlanın atası, atası olmadıqda böyük qardaşı, əmilərindən ən hörmətlisi, dayısı və oğlanın yaşlı qohumlarından biri daxil olurdu.
Gürcüstanın Borçalı qəzasında və başqa bölgələrdə yaşayan azərbaycanlılar içərisində əksər hallarda nişanlı qız ilə nişanlı oğlanın rəsmi olaraq evlənmələri kəndlərdə böyük təntənəli hadisə sayılan toy mərasimi ilə başa çatırdı. Nişanlı oğlanın öz toyunun təşkili və icrası, bu toyda bilavasitə iştirakı qəbahət sayıldığı üçün onun valideynləri və ya böyük qardaşları bu işlə məşğul olurdular. 
Qız və oğlan eyni kənddən olduqda əvvəlcədən dəqiqləşdirilmiş gündə həmin adamlar-piyada, ətraf, uzaq kəndlərdən olduqda isə qız evinə atla gedərdilər. Qaydaya görə evdən çıxarkən onların arxasınca bir qab içməli su atırdılar. Görünür, bu, suyun aydınlıq və bolluq əlaməti hesab edilməsi ilə əlaqədardır. Əgər onların yolundan pişik keçsə və qarşılarına "uğursuz", "ayağı ağır" adam çıxsa, bu, qarşıdakı iş üçün pis nişanə sayılırdı. Hətta Sarvan, Hallavar, Baydar, Kürtlər (Qurdlar), Gorarxı, Təhlə, Kolagir, Ormeşən, Təkəli, Hamamlı və s. kəndlərdə belə hallarda geri də qayıtmalı olurdular. "Bədbəxtlikdən" yaxa qurtarmaq üçün müxtəlif adətlər icra edilirdi.
Danışıq aparmaq üçün adamlar göndəriləcəyi barədə əvvəlcədən məlumat verildiyindən qız evində hazırlıq görürdülər. Oğlanın adamları (3-5 nəfər) qız evinə gəldikdən sonra burada danışıqlar iki gəncin ailə qayğılarından daha çox, sövdələşmədən gedirdi. Ən geniş mübahisə qız üçün veriləcək başlığın tərkibi və miqdarı ətrafında cərəyan edirdi. Başlığın miqdarı qız evinin ictimai-iqtisadi və sosial vəziyyətindən, qızın əxlaq və gözəlliyindən, sağlamlığından, ev işlərini necə görməsindən, gəbə, kilim, palaz toxumağı bacarıb-bacarmamasından, inək, bir sıra kəndlərdə isə camış sağmaq, habelə süddən müxtəlif məmulat hazırlamaq qabiliyyətindən asılı idi”.
 
Borçalıda Novruz Bayramı

Ü.Qurban deyir ki, Qədim Borçalı özünün zəngin və rəngarəngliyi, adət-ənənələri ilə yanaşı, özünəməxsus bayram şənlikləri və onların keçirilməsi mərasimi ilə də diqtəti cəlb edir: “Əsrlərin istisindən-soyuğundan keçərək bu günə kimi yaşayan bu qədim türk, Azərbaycan bayram və şənlikləri haqqında müxtəlif elm və peşə sahibləri çox yazıblar. Onların məzmunu, keçirilmə qaydaları qəzet və kitablarda öz əksini tapıb. İndi haqqında söhbət açacağımız bir sıra bayram və şənliklərin Borçalı mahalında keçirilməsi və inkişafı haqqında müəllifin ucqar dağ kəndlərində və ən yaşlı ağsaqqalların bəzi bayramların eradan əvvəl və orta əsrlərdə dəbdə olan, daha sonra isə XVIII əsrin axırları və XIX əsrin əvvəllərində mətbuat səhifələrində verilən bəzi məlumatlarını oxucularımıza təqdim edirik. 
Cəlal Ünsizadənin Azərbaycan xalqının milli bayramlarından biri olan "Novruzun mənası haqqında bir neçə söz" adlı məqalədə göstərilir ki, hər bir xalqın özünün ənənəsi və tarixi, keçmişi haqqında söhbət açan milli bayramları və mərasimləri vardır. Lakin onların heç biri tam varlığı və elmi dəlilləri ilə təbii varlığı özündə əks etdirə bilən, türklərin Bahar (Novruz) bayramı kimi geniş mənada uzun keçmişdən xəbər verəni olmaz. Baharın ilk gününün bayram edilməsi yalnız türk xalqı, türk dünyası arasında geniş yayılıb. Borçalıda azərbaycanlılar bu bayrama ilin birinci ayından sonra evdə-eşikdə, təsərrüfat və s. sahələrdə özlərinə məxsus istək-arzu ilə hazırlaşırdılar. Borçalı azərbaycanlılarının (Aran Borçalı) bir hissəsi bu bayramın axırıncı çərşənbə günü duzlu "kömbə" bişirər, axşam saat 1000-dan sonra cavan (ərkən) qız və oşanlar onu yeyib yuxuya gedərdilər. Belə yozurdular ki, əgər onların istəklisi varsa, yuxuda öz sevgililərini görəçəklər. Bayram axşamı mütləq axar su ətrafına seyr etməyə çıxır, gecə isə gənclərin səyi nəticəsində evlərdə "iynə-iynə" salma mərasimi keçirilir, keçə saat 1200 dan sonra qapı-baca pusqusuna çıxırlar. Borçalının bəzi aran və dağətəyi bölgələrində türklər qədimdən sınaqdan keçirilmiş müqəddəs sayılan bir çinar ağacının ətrafında toplaşıb qədim musiqi havası çalıb şənlik edirdilər. Əlbəttə, belə gündə spirtli içkilər tam qadağan olunurdu. Yalnız evdə hazırlanmış şirin şərbət və dovğa içərdilər”.

Azərbaycanlı rəssamlar

Ülviyyə Qurban deyir ki, Azərbaycan dekor sənəti tarixində bir ah səhifə var: “Bu ah səhifənin önündə əslən Tiflis azərbaycanlısı olan Ədhəm Sultanov gedir. Əsasən kitab qrafikasında gücünü sınayan gənc rəssam Tbilisidəki Azərbaycan teatrının bəzi tamaşalarına da tərtibat verib. 1943-1946-cı illərdə Ədhəm Sultanov Tbilisidəki Azərbaycan teatrında bir sıra tamaşaların eskizlərini hazırlayır. M.Hüseynin "Nizami" pyesinin tərtibatı xususilə uhurlu idi. "Sarya Vostoka" qəzetinin 1944-cü il nömrələrinin birində yazılıb: "Kiçik səhnədə Ə.Sultanov Nizami dövründəki qədim Azərbaycan şəhərlərinin üslubunu canlandıran sadə, lakin effektli və məzmunlu tərtibat qura bilib". 
Gürcüstan azərbaycanlıları arasında şəxsiyyətlərdən biri də rəssam Zahid Şəmirlidir. O, Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Əsərləri keçmiş SSRİ-nin bir sıra respublikalarında və beynəlxalq sərgilərdə, eyni zamanda Rumıniya, Çexoslovakiya, Macarıstan, Almaniya, İtaliya, Turkiyə və s. ölkələrdə nümayiş etdirilib, sənətkarın özu isə bir sıra beynəlxalq simpoziumların iştirakçısı olub. Sənətkarın 1989-cu il aprelin 9-da Tbilisidə, 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş qanlı hadisələrlə əlaqədar yaratdıhı "Şəhid" abidəsi Azərbaycan və gürcü xalqlarının umumi kədərinin rəmzi kimi Qaraçöp torpahında qoyulub. Rəssam son illərdə keramika, heykəltəraşlıq və rənggarlıq janrlarında 25-ə yaxın biri-digərini təkrarlamayan əsərlər yaradıb.  

Elat mədəniyyəti

Ü.Qurban bildirir ki, Borçalıda hər il “Borçalı Türklərinin Elat Mədəniyyəti Günü” tədbiri keçirilir: “Tədbirlərin birində də aparıcılığı mən etmişəm. Artıq 5  ildir ki, Gürcüstanın Dmanisi rayonunun Armudlu yaylağında Borçalı türklərinin “Elat Mədəniyyəti Günü” adlı yaylaq festivalı keçirilir. Tədbirdə biz Borçalı türklərinin mədəniyyətinin mühüm hissəsi olan elat ənənələrini ortaya qoyuruq. Eyni zamanda, mədəniyyətlərin uzlaşma modelini tapmağa və mədəniyyətin nümayişinin siyasi kapital olduğu qənaətini bölüşürük. Tədbirdə elat elementlərinin nümayişi keçirilir, çadırlar qurulur, xalqımızın adət-ənənəsi, mətbəxi nümayiş etdirilir. Həmçinin, orada güləş və at yarışlarının keçirilir. Tədbirə Türkiyədən böyük heyət qatılmışdı. Güney Azərbaycandan rəqs qrupları, Azərbaycandan isə bir qrup millət vəkilli qatıldı. Ümumilikdə isə festivalda 10 mindən çox insan iştirak etdi. 
Bildirim ki, bu tədbirlər Borçalı-türk folklorunun və unudulmaqda olan elat mədəniyyəti elementlərinin təbliği baxımından əhəmiyyətlidir. Elat mədəniyyəti həm soydaşlarımızın bir-biri ilə, həm də türk dünyası ilə yaxınlaşması və inteqrasiyası baxımından çox əhəmiyyətlidir. Eyni zamanda soydaşlarımızın mədəniyyətlərinin təbliği, Gürcüstan cəmiyyətinə özlərinin varlığını daha yaxşı təqdim etmək baxımından faydalıdır”.  

Ramid İbrahimov

Paylaş:
Mövzuya dair fotolar (Böyütmək üçün tıklayın)
Qədim türk diyarı  - Borçalı
Qədim türk diyarı  - Borçalı
Qədim türk diyarı  - Borçalı
Qədim türk diyarı  - Borçalı
Qədim türk diyarı  - Borçalı
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]