Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Ötən günün kriminal xronikası...

Ötən günün kriminal xronikası...
Bölmə :
Kriminal
Yayım tarixi :
22/6/2012 [12:22]
Baxılıb :
983 dəfə
16 yaşlı yeniyetmə bıçaqlandı, “Kamaz”la “Jiquli” toqquşdu: ölənlər və yaralananlar var

16 yaşlı yeniyetmə bıçaqlandı

Qusar rayonunda bıçaqlaşma hadisəsi qeydə alınıb. Qusar şəhər sakini Orxan Əzizov naməlum şəxs tərəfindən bıçaqlanıb. Qusar Mərkəzi Rayon Xəstəxanasına gətirilən yaralının üzərində dərhal cərrahiyə əməliyyatı aparılıb. 

Məlum olub ki, O. Əzizova döş qəfəsi və çiyin nahiyəsindən 2 bıçaq zərbəsi vurulub. Onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı Qusar Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Daha 61 əcnəbi saxlanılıb

Azərbaycanda etibarsız sənədlərlə yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən 61 əcnəbi saxlanılıb. Dövlət Miqrasiya Xidmətinin saytında yer alan xəbərə görə, iyunun 11-16-da Dövlət Miqrasiya Xidməti tərəfindən Bakıda, həmçinin Salyan, Lənkəran, Masallı və Yardımlı rayonlarında qanunsuz miqrasiyaya qarşı müvafiq tədbirlər keçirilib. Keçirilən tədbirlər nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olaraq ölkə ərazisində etibarsız sənədlərlə yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən 61 əcnəbi aşkar edilərək saxlanılıb.

Saxlanılanlar barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339 və 340-1-ci maddələrinə uyğun müvafiq qərarlar qəbul edilib.

Qaz sayğacı partladı, yaralılar var

Göyçay rayonunda qaz sayğacını dəyişən zaman partlayış baş verib. Daxili İşlər Nazirliyinin saytında yer alan məlumata görə, iyunun 20-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində, "Azsantexplast" şirkətində işləyənlər - Göyçay rayon sakinləri Rəşad Quliyev və Elnur Nuriyev qaz sayğacını dəyişən zaman ani partlayış olub. Nəticədə dağıntı olmayıb, yanıq xəsarəti almış hər iki usta xəstəxanaya yerləşdiriliblər.

Paytaxtda iki “novostroyka” yandı

Bakının Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin saytında yer alan məlumata görə, yanğın binanın 13-cü mərtəbəsində qeydə alınıb. Yanğın zamanı mənzildə olan 2 nəfər xilas olunub, təxminən, 15 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Yanğın söndürülüb.

Paytaxtda daha bir bina yanğını Nizami rayonunda qeydə alınıb. Çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. 9-cu mərtəbədən 17-ci mərtəbəyədək şaxta boyunca 30 p.m elektrik kabelləri və 84 ədəd elektrik sayğacı yanıb. Yanğın zamanı 8 sakin, o cümlədən 2 uşaq yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

3 yaşlı uşaq arxda boğuldu

Goranboy rayonunda bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə iyunun 19-da Goranboy rayonunun Şadlı kəndində baş verib. Üç yaşlı Sübhan Musayev su arxına yıxılaraq boğulub.

“Kamaz”la “Jiquli” toqquşdu: ölənlər və yaralananlar var

Bakı-Şamaxı yolunda iki nəfərin ağır xəsarəti ilə nəticələnən avtomobil qəzası baş verib. Hadisə Abşeron rayonu ərazisində qeydə alınıb. Masallı rayon sakini Qulamov Teymur Təzəxan oğlunun idarə etdiyi “VAZ 21011” markalı minik avtomobili qarşı tərəfdən gələn Zəngilan sakini Həşimov Musəvi Mirzəağa oğluna məxsus “Passat” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Daha bir ağır qəza dünən Qaradağ rayonunun Qobustan qəsəbəsində baş verib. Baş Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, hadisə Qobustan-Ələt yolunun 37-ci kilometrliyində qeydə alınıb. “Kamaz” markalı yük maşını ilə “VAZ-21011” markalı avtomobil toqquşub. Qəza nəticəsində “VAZ-21011” markalı avtomobildə olan 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

Polis onları yaxaladı

Bakıda axtarışda olan şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Taleh Mürsəlov iyunun 20-də tutulub.

Suraxanı polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Elza Cavadova iyunun 20-də tutulub.

Bakıda 30 kilo narkotik ələ keçdi

Bakı sakinlərindən xeyli miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi və 39-cu Polis Bölməsi əməkdaşları əməliyyat keçiriblər. Nəticədə Bakı şəhər sakini Andrey Milkovdan 3 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Sabunçu polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində isə Maştağa qəsəbəsi B.Dadaşov küçəsində yaşayan Anar Yahyayevin həyətindən ümumi çəkisi 25 kiloqram olan 87 ədəd çətənə kolu və 1 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.

“Laçın”dan qızıl oğurlanıb

Bakıdakı “Laçın” ticarət mərkəzindən oğurluq edən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, iyunun 20-də Qara Qarayev prospektində yerləşən “Laçın” ticarət mərkəzində Xətai Orucova məxsus piştaxtadan bir cüt sırğa oğurlanıb. Hadisəni törətməkdə təqsirləndirilən Viktoriya Kotliyar Nizami Rayon Polis İdarəsi 24-cü Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.

Müəyyən edilib ki, o, iyunun 18-də həmin ticarət mərkəzində Azad Aşırova məxsus piştaxtadan da eyni üsulla bir cüt sırğa oğurlayıb. Faktla bağlı araşdırma aparılır.

15 yaşlı oğlan Kürdə batdı

Kür çayının Şəmkirdən keçən hissəsində bir nəfər batıb. Fövqəladə Hallar Nazirliyinin saytında yer alan məlumata görə, “112” qaynar telefon xəttinə məlumat daxil olub. Bildirilib ki, Kür çayının Şəmkir rayonu ərazisindən keçən hissəsində 1997-ci il təvəllüdlü Əhmədov Köçəri Şirxan oğlu batıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar. K. Əhmədovun cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qadını öldürüb qaçdı

Bakının Nəsimi rayonunda qətl hadisəsi baş verib. Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə iyunun 20-dən 21-nə keçən gecə 4-cü mikrorayon 20 Yanvar küçəsi 27 B saylı binanın qarşısında baş verib. Elşad Rüstəmov Tahirə Orucovanı bıçaqlayaraq qətlə yetirib, sonra isə hadisə yerindən qaçıb.

Hazırda onun tutulması istiqamətində tədbirlər görülür. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. araşdırma aparılır.

Bakı oğruları ələ keçdilər

Bakıda mağazalardan oğurluq edən dəstə ifşa olunub. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Suraxanı polisi oğurluqda şübhəli bilinən 4 nəfəri saxlayıb. Onların xeyli sayda mağazadan oğurluq etdikləri məlum olub.

Suraxanıda oğurluqla məşğul olan başqa bir dəstənin isə bir üzvü ələ keçib. Bir neçə mənzildə soyğunçuluq törətmiş Bakı şəhər sakini Elvin Səfərov yaxalanıb. Cinayətin digər iştarakçılarının yaxalanması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Binəqədidə ağır cinayət

Binəqədi rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Rayon Polis İdarəsindən verilən məlumata görə, 40 yaşlı Tahir İsmayılov naməlum şəxslər tərəfindən bıçaqlanıb. Onu ağır vəziyyətdə xəstəxanaya çatdırıblar. Faktla bağlı araşdırma aparılır.

Dələduz ər-arvada hökm oxunub

Masallı rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Söhbət Ağayev və onun həyat yoldaşı Minayə Ağayevanın məhkəməsi başa çatıb. Hakim Vidadi Nəsirovun sədrliyi ilə keçirilən prosesdə Söhbət Ağayev 4 il 11 ay 20 gün müddətinə azadlıqdan məhrum edilib. Minayə Ağayeva isə 4 min manat cərimə edilib.

Dələduz ər-arvad uzun müddət Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub. Hər iki şəxs ötən ilin iyunun 25-də Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis bölməsi əməkdaşlarının keçirdiyi axtarış tədbirləri nəticəsində tutulublar.

İttihama görə, ər-arvad Masallı rayonunda vətəndaşlara işə düzəltmə, torpaq satma və digər müxtəlif vədlər verərək onların külli miqdarda pullarını mənimsəyiblər. Daha sonra hər iki şəxs Bakı şəhəri, Nardaran qəsəbəsində gizləniblər.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]