Şəki Apelyasiya Məhkəməsində Astara rayon sakini Telman İbrahim oğlu Məmmədov və Kamran Yusifovun məhkəməsi başa çatıb. Hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən prosesdə elan edilən qərara görə təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə T.Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib, K.Yusifova isə 100 manat pul cəriməsi təyin edilib. İttihama görə, Telman Məmmədov içkili vəziyyətdə mağazaya daxil olaraq su almaq istəyib. Lakin satıcı Kamran Yusifov müştərinin sərxoş olduğunu görəndə onu söyərək dükandan qovub. Bundan sonra tərəflər arasında dava düşüb. K.Yusifov T.Məmmədovu vurmağa başlayıb. Bu zaman Telman Kamranın sol qulağını dişləyərək qoparıb.