Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Müasir ədəbiyyatımız yamsılamalarla doludur” - Vüqar Rahi

“Müasir ədəbiyyatımız yamsılamalarla doludur” - Vüqar Rahi
Bölmə :
KİVDF
Yayım tarixi :
4/2/2014 [11:15]
Baxılıb :
2320 dəfə
“Şair üçün kitabının min tirajdan çox nəşr olunması artıq möcüzə sayılır”

Vüqar Fərmanlı (Rahi) 1979-cu ildə Sumqayıt şəhərində ziyalı ailəsində anadan olub. Uşaq yaşlarından ədəbiyyata böyük marağı olub. Kiçik yaşlarından şeir yazmağa başlayıb. “Gənc Şairlər Birliyi” idarə heyətinin və "Vahid" poeziya evinin üzvüdür. Təxəllüsü Rahidir.  
Gənc şair Vüqar Rahi ilə “Çağdaş Azərbaycan ədəbiyyatının bugünki durumu” mövzusunda həmsöhbət olduq. Müsahibəni təqdim edirik.
- Vüqar bəy, öncə ondan başlayaq ki, çağdaş Azərbaycan ədəbiyyatının problemləri nədən ibarətdir?
- Deməli belə. Hazırkı ədəbiyyat adamlarımızın və yaxud qısaca desək çağdaş ədəbiyyatın problemlərinə müxtəlif baxış bucaqları qoya bilərik. Ümumi nəticə kimi deyərdim ki, istər nəsrdə, istərsə də nəzmdə başqalarını yamsılama ən ciddi problemlərin başında gəlir. Hazırda nəsrdə kütlənin maraqlarına işləyən əsərlərin yazılması diqqət çəkirsə, nəzmdə də bizə aid olmayan ədəbi janrlara müraciət edilməsi dəb halına keçir ki, bunu da mən milli tarımızda, yaxud sazımızda "pop" musiqi janrında mahnı səsləndirmək cəhdinə bənzədirəm.
- Deyirlər ki, ədəbiyyat xoşbəxtdirsə, cəmiyyət bədbəxtdir, cəmiyyət bədbəxdirsə, ədəbiyyat xoşbəxtdir. Hazırda Azərbaycanda mənada bu durum necədir?
- Vallah hazırda əminliklə deyərdim ki, cəmiyyət birmənalı şəkildə xoşbəxt deyil. Hər halda mən bir ədəbiyyatçı kimi kitabların satışı və oxumağa maraq baxımından deyərdim ki, heç ədəbiyyat da xoşbəxt deyil. Vəziyyəti belə xarakterizə etsək daha yerində olar. Nə cəmiyyətin bəxdbəxtçiliyi fonunda ədəbiyyat, nə ədəbiyyatın bədbəxtçiliyi fonunda cəmiyyət xoşbəxtdir.
- Ədəbiyyatda müxtəlif cəryanlar var. Hansı ədəbiyyat cəryanı zamanımıza uyğundur?
- Gəlin ədəbiyyatımızda hazırda cərəyan kimi qəbul edilən müxtəlif millətllərə aid yazı formalarına düzgün baxışbucağı yaradaq. Əvvəlcə anlamaq lazımdır ki, ədəbi cərəyan nədir. Əvvəlki sualda da qeyd etdim ki, bu kimi cəhdlər nəyə bənzəyir. Mən hazırda bu cəhdlər toplusunda cərəyan adı veriləcək bir yol görmürəm.
- Azərbaycanın bədii əsərlərinin başqa dillərdə tərcümə perspektivi varmı və bu, hansı keyfiyyətdə, səviyyədə mümkündür?
- Yəni doğrusu mənim belə bir perspektivin olmasını, yaxud əksini deməyim birmənalı mümkün deyil. Hər bir kitabın öz oxucusu var, hər bir oxucunun da oxuya bildiyi kitablar. Avropanın ən iri şəhirlərində də yazarlar kimi oxucular da təbəqələşir. Odur ki, bizim əsərlərin yaxşı, ya pis tərcümə perspektivi var. Hazırda tərcümə olunanlar da var. Buna misal olaraq Varisin Türkiyədə, Kamal Abdullanın bir neçə ölkədə kitablarının tərcüməsi faktını demək olar.
- Şairlərin, yazıçıların kitabları nəşr olunur. Kitabın satılmasından gələn maliyyə vəsaiti onun çap xərcini ödəyirmi?
- Yazıçıların kitabları haqqında bəlkə də hardasa "hə" demək olar, lakin şairlər haqda əsla. Hazırda şeir kitabları nadir hallarda 1000 tirajdan çox olub, əksər hallarda 250-500 tiraj ilə çap olunur. Bu isə aydın məsələdir ki, satışdan daha çox kitabının çıxarılmasına və pristij qazanmağa hesablanıb. Nəsr əsərlərinə hətta sponsorlar belə tapılması mümkün görünür ki, şeir kitabları haqda bu, möcüzə hesab olunar.
- Sizcə Azərbaycan oxucusu hansı mövzulu əsərlərə maraq göstərir, daha çox kimi oxuyurlar?
- Gözəl sualdır. Sualın ilk hissəsinə belə cavab verərdim: Azərbaycan tamaşaçısı həftəiçi ailədaxıli çəkişmləri ekrana gətirən verilişlərə, həftəsonları "Cinayət işi", "Qanundan kənar" kimi həftəlik kriminal hadisələrin xronikasına maraq göstərdiyi kimi, oxucularımız da serial həyatının dramatikliyinə oxşar melodramları və kriminal detektiv səpkili əsərlərə maraq göstərir. Sualın ikinci hissəsinin cavabı da burdan yaranır elə. Daha çox kim bunu yazırsa, onu da oxuyurlar. Lakin bunu da unutmayaq ki, hazırda ölkə əhalisinin təxminən 1 faizi kitab-bədii əsər oxuyur!
- Vüqar Rahiyə görə, Azərbaycan yazıçısı fikirlərini yazmaqda azaddırmı?
- Hər bir "azadlıq" ifadəsi  məhduddur. Fikir azadlığı da "tam" təyini ilə ifadə edlilməməlidir. Mənə görə Azərbaycandakı fikir Azadlığı Vüqar Rahiyə yetəcək qədərdir. Mən indiyədək hansısa fikrimi yazmaqdan özümü son anda təhlükə qorxusu ilə saxlamamışam. Deməli, mənə problem yoxdur (gülür). 
- Hansı yazıçının əsərlərini mütaliə edirsiniz?
- Müxtəlif yazarların. Konkret söyləyə bilmərəm. Hazırda Cek Londonun "Martin İden" və Den Braunun "Da Vinçi şifrəsi"ni oxuyuram.
- Dövlətin ədəbiyyata qayğısı hansı səviyyədədir və bu qayğı nələr ilə ölçülür?
- Dövlətin ədəbiyyata qayğısı, cəmiyyətin ədəbiyyata diqqətindən asılı bir haldır. Əgər bu gün maraqsızlığı əsas tutularaq özəl kanallarda ədəbi verlişlərə həftədə bir saat ayrılmırsa, dövlət nə etməlidir? Dövlətin qayğısı normal səviyyədədir.
- İstəyərək yazıçılıq karyerasına başladınız, yoxsa özünüzü bu dünyanın içində tapdınız?
-Bilirsiniz, insan sonradan yazıçı olmur, Məhəmmədhüseyn Şəhriyarın sözü olmasın "Yazıçı gərək anadan yazıçı kimi doğulsun" və bu bir həqiqətdir. Mənə də digər yazıçılar kimi bu həyatı yaşamaq yaradan tərəfindən yazılıb.
- Vüqar Rahi üçün yazıçı olmaq çətindir, yoxsa vətəndaş olmaq?
- İnsan olmaq çətindir...
- Şeirilərinizin dərc olunmasını nə qədər əhəmiyyətli hesab edirsiniz?
- İllər öncə müxtəlif qazetlərə və jurnallara dərc olunması üçün şəxsən özüm şeirlər təqdim edərdim və silsilə dərc edərdilər, amma bu gün oxucular tərəfindən qazet və jurnalın az oxunduğunu görüb hər hansı bir qəzetə və yaxud jurnala şeir təqdim etmirəm, bəzən özləri mənim şeirlərimi dərc edirlər və mən bunun üçün o insanlara təşəkkür edirəm. Bundan əlavə onu da qeyd edim ki, hətta müxtəlif ölkələrdə dərc olunan almanax kitablarda da şeirlərimin yer aldığı olur, amma oxucuların sosial şəbəkədə daha aktiv olmalarına görə sosial şəbəkə vasitəsi ilə şeirlərimi oxucularla təqdim etmək daha əlverişlidir mənim üçün.
- Bəzi yazıçılar “yazar kitab imzalamaz” deyirlər, bəs siz nə düşünürsünüz?
- Mən bəzi yazarlardan fərqli düşünürəm (gülür).
- Yəni?
- Yəni, müəllif tərəfindən bir oxucuya kitab hədiyyə edilərsə və oxucu o kitabda müəllifin imzasının olmasını istərsə, burda  pis olan nə var ki? Mən bunu normal qəbul edirəm.
- Nəyi danışmaq istəməzsiniz?
- Əvvəlcə qeyd edim ki, mən ümumiyyətlə qapalı insanam. Qısası belə deyək, o şey ki, mənim özəl həyatımla bağlıdır, onu biriləri ilə paylaşmağı sevmirəm.
- Deyirlər ki, inkişaf etmiş ölkələrdə yazıçılar öncə jurnalistikaya gəlib, sonra ədəbiyyata. Bizdə isə əksinə, öncə ədəbiyyat, sonra isə jurnalistika...
- Allah sizə kömək olsun, mən öncəgörücü deyiləm, mən bilmirəm bizdə durum niyə belədir. Həm bundan əlavə, öncə ədəbiyyata gəlib sonra juranlistikaya gəlmək və yaxud öncə jurnalistikaya gəlib sonra ədəbiyyata gəlmək mütləq deyil. Məgər hər bir jurnalist eyni zamanda yazıçı və yaxud hər bir yazıçı eyni zamanda jurnalistdir? Gəlin hər şeydə bir nöqsan axtarmağa çalışmayaq (gülür).
- Kitabxanalara gedirsinizmi?
- Bəzən olur.
- Niyə bəzən?
-Siz mənə kitabxanalarda mənzil etməyimi məsləhət görürsünüz? Mən mənə lazım olan kitabları almaq üçün gedirəm kitabxanaya və bundan əlavə internet vasitəsilə də hər hansı bir kitabı oxumaq olur. Həm mən iki oğul atasıyam, bütün günümü kitabxanalarda keçirə də bilmərəm...
- Ədəbiyyata qalmaqalla gəlmək nə deməkdir?
- Ədəbiyyat şou-biznes deyil ki, ona qalmaqalla gəlmək mümkün olsun. Siz belə bir adamı tanıyırsızmı? Mən tanımıram.
- Söhbətimizə başlayandan tez-tez siqaret çəkirsiniz...
- Buna vərdişdən dolayı yaranmış nikotin təlabatı deyək. 
- Vüqar bəy, şeirlər kitabınız nəşr olunubmu? Mən internetdə axtarış apardım, bu barədə məlumat olmadı.
- Həə... Bax bu sual mənə oxucular tərəfindən də tez-tez verilən bir sualdır. Qeyd edim ki, hələ bircə kitabım da nəşr olunmayıb və bunu özüm istəməmişəm, amma bununla yanaşı bu gün 10-15 kitabı nəşr olunan şairlərdən çox tanınıram və bu gerçəkdir. İndi kitabımın olmamasının səbəbini də deyim: Baxın, mərhum Seyyid Əzim Şirvaninin 1 divanı var ki, (bir divan 10.000 beyt deməkdir) o da, şairin ölümündən sonra nəşr olunub, amma bu gün şairlər var ki, 4 divanı var və hələ sağdırlar (Allah ömür versin). Mən bunu yazmaqla kimsəyə ölümündən sonra kitabının nəşr olunmasını arzu etmirəm, sağlıqlarında kitablarının nəşr olunması qismətləri olsun, amma daha 4 divan da yox da (gülür-R.İ.). O 4 divanı olan şairlərin kitablarını oxumaq üçün ələ aldıqda adam peşman olur. İçində 4-5 şeir olur, ya yox. Belə kitab nəşr elətdirmək nəyə və kimə lazımdır? Mənə görə 1 kitabın da olsa olar, amma yetər ki, içindəkilər şeir olsun... Mən heç vaxt şeir yazmaq xatirinə şeir yazmıram və elə bu üzdən də çox gec-gec şeir yazıram. Bəzi şairlərin işlətdiyi "Gedim evə görüm şeir yaza bilirəmmi?" ifadəsi mənə çatmır. Şeiri yazmaq üçün gücənməzlər, dolayısı ilə desək, şeir şairi yazmalıdır. Bu gün bəziləri şair deyil, şeir zavodudurlar sanki. Nədir ki, şeirlərinin sayı çox olsun və beləliklə tez-tez kitab nəşr elətdirsinlər deyə bütün günü qüsurlarla dolu "şeir"lər yazıb cəmiyyətə təqdim edirlər. Bu nəyə lazımdır axı? Şeirin yazılma səbəbi olmalıdır, ruhu olmalıdır, mümkün qədər qüsursuz  və elə adından da görüldüyü kimi tük qədər incə olmalıdır. Ayrıca, əlinə hər qələm alan da şair deyil. Əziz dostum şair İlkin Xaliq burda deyib:

Mənə yalan danış, ağ yalan olsun, 
De ki, ağ kəfəndir gəlinlik donu. 
Əgər şairdirsə hər qələm tutan, 
Demək yetişibdir dünyanın sonu!

Mən qismət olsa, bu il avqust ayının 13-nə qədər kitabımı nəşr elətdirmək və məhz həmən günü də gözəl bir təqdimat mərasimi keçirməyi düşünürəm.

Ramid İBRAHİMOV

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]