Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Nə olsun”¦

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
30/1/2014 [10:38]
Baxılıb :
2341 dəfə
Niyə bəzən oxumaq yazmaqdan yaxşıdır?

Səhərini informasiya selinin içində yuyunmaqla açırsan. İnterneti «vərəqləyib» ətraf dünya ilə səsləşirsən. Gah dodağın qaçır, gah əsəbdən üzün səyriyir, gah qaqqıldayıb ətrafa səs salırsan, gah da fotolardan ətin ürpəşir. Yəni ki, özünü bir çox şeylərdən xəbərdar kimi duyursan. İnformasiyanı qədimdəki kimi canlı aləmin özündən almaq əvəzinə rafinə edilmiş şəkildə özü də çay qaşığı ilə qəbul edirsən. Düşünürsən ki, dünyadan xəbərin var.

Nə olsun ki, hardasa, məsələn Miluoki şəhərinin simfonik orkestrindən skripkanı çırpışdırıblar. Böyük itkidir, qiyməti 7 rəqəmlə ölçülür və Stradivarinin əlindən çıxıb. Deyilənə görə təkrarsız səsi var. Amma bu xəbər Suriya döyüşlərində itmiş, qorxudan yığılıb yumağa dönmüş və səkinin bir küncünə sığınmış körpə balanın fotolarından qiymətli deyil. 
Haralardasa, məsələn Almaniyada inəklərin pəyəsi partlayıb və nədənsə bu barədə xəbər yayılıb. Böyük şey olubmuş, inəklərin ifrazatından yaranan qazlar partlayış və yanğın törədib. Zərərçəkmiş adlanan 90 inəkdən cəmi bircəciyi yanıqlar alıb və dərhal da yaralarına məlhəm qoyublar. Bundan sonra özünü yandırmış əlillərin şəklinə necə baxasan? Bir-iki saniyədən sonra gözünü çəkməlisən. İncidir deyə yox, ağrıdır, utandırır deyə. Yanmış inəyin şəklini yazının altına vermirlər, yanmış əlilin şəkillərinə isə nə qədər istəsən baxa bilərsən. İstəyirsən utana-utana, istəmirsən elə-belə bax. Baxmırsansa da özün bil, baxma. Onsuz da bu məsələyə baxan azdı.
Oralarda, məsələn Honkonqda bir milyardlar sahibinin qızı ürəyinin sözünü atasına açıq məktubla çatdırır. Deyir ki, ay ata, mənim artıq 9 ildi sevib sevişdiyim qadının (bəli, məsələ qəlizdi, hətta deyərdim ki, dəbdə olan mövzudu) insanlığını sən də gərək sevəsən. Mən onu sevdikcə, qayğısına qaldıqca yaxşılaşram axı”¦  Ata qızını təpiyinin alğına salıb ağzına-ağzına vuracaq qədər gerizəkalı  deyildi. Cavabında o, yəni ata qızını ərə vermək cəhdləri edir. Keçən il qızını alacaq kişiyə vəd verdiyi 65 milyonu 2 dəfə artırıb 130 milyona çatdırıb və nəvə görmək ümidini də itirmir. Elə bil ki, dünyaya car çəkib «Qızımı qadın edəcək bir kişi arayıram» çığırır. Bu ki, uşağının məzarı başında «Vay, nakam balam» deyib çığırmaqdan yaxşıdı. Deyilənə görə o tərəflərin kişilərində nəsə bir tərpəşmə əmələ gəlib. Gərək bizim də boğazına kəndir keçirmiş «qəribələr»imizin valideynləri puldan-paradan (kasıbın olanından) vədlər verib ölkənin qadın əhalisinə müraciət edərdi. Oğlunu kəndirdən çıxaracaq qədər təcrübəli qadınlarımıza nə gəlib, 3 günə özünə gətirib lap Qarabağa döyüşə də göndərərdilər.
Nə olsun ki, faşizmə qalib gəlmiş bir ölkənin vətəndaşları indi «Görəsən Leninqradı vermək  milyonlarla insan tələfatı verməkdən daha yaxşı olmazdımı?» mövzusunda dəyirmi masa keçirir. Bu yenə də erməni döyüşçüsünün fotosunu çaşdırıb Qarabağ qəhrəmanı kimi dərsliklərə salan adamların münasibətilə müqayisədə o qədər də pis deyil. Hardasa, məsələn İtaliyada pişikləri tutub yeyən bir kişini həbs ediblər. 5-10 dənə pişiyi heyvan yetimxanasından götürüb həm də iynə ilə öldürülməkdən xilas etmişdi.  Amma bizə eşşək və at əti yedizdirənlərin heç adını da bilmədik. Qalaq-qalaq eşşək sümüyü tapıldı, bir «Xumar gözlüm» deyib dad eləyən görmədik.
Hardasa, məsələn Ural dağları ətrafı, Sverdlovk vilayətində «Şeirmi yaxşıdı, yoxsa hekayə?» mövzusunda mübahisə düşə bilər. Biri nəsrin, o biri nəzmin tərəfini tutarkən beyninə qan sızar və araq dostunu bıçaqlayıb öldürər. Qatil şeir həvəskarı idi, ya həkayə dəlisi, bunu xatırlamıram. Amma oralarda ədəbiyyat hələ də araq süfrəsinin mübahisə mövzusu olaraq qalır. Eləcə də tok-şouların, radio verilişlərin”¦ Ola bilər haralardasa, məsələn Kiyevdə millət karfofatan qurğu quraşdırıb, etirazını meriya binasını kartofa basmaqla bildirir. Tavada çığrıltmağa yarayan kartoflar məmurları çığırtmağa da yarayarmış. Burda o qədər adamların haqqı tapdandı, evi başına söküldü, küçəyə atıldı, amma Baksovetin binasına roqatka atan da olmadı. Bizdə hələ də «sözatan» işləyir, o da ki, yalnız havaya.
Odur ki, hardasa yazılan, qələmə alınan, qeyd olunan olayları yazmaqdansa onları oxumaq yaxşıdı. Otağından çıxmadan, özünü yormadan, soyuğa vermədən, boğazını cırmadan, əsəblərini dartmadan”¦ Kompüterin yanında kofedən, çaydan nəsə bir şey buxarlansa lap yaxşıdı”¦

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]