Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Kişi cinsi zəifliyində prostat vəzinin rolu. Diaqnostika və müalicə

Kişi cinsi zəifliyində prostat vəzinin rolu. Diaqnostika və müalicə
Bölmə :
Reklam
Yayım tarixi :
29/1/2014 [17:58]
Baxılıb :
7143 dəfə
Süleyman Cəbrayılov

Ön söz əvəzi. Bu gün prostat vəzi xəstəlikləri və kişilərin cinsi zəflik problemləri - ha­qqında ən çox danışilan tibbi problemlərdəndir. Belə ki, son illərdə həm prostat vəzi xəstə­lik­ləri, həm də cinsi zəiflik problemləri ilə həki­mə mü­raciətlərin sayı əvvəlki dövr­lərlə müqayisədə xeyli artmışdır. Həm də bu sahədə tibb elminin əldə etdiyi uğurlar, xüsu­sən qeyri-cər­rahi, yəni dərmanlarla müalicə imkanlarının artması belə buna rəvac vermişdir. 
Digər tərəfdən,  bu  gün prostat vəzi xəstəliklərindən danışmaq bir də ona görə va­cibdir ki,  nəi­nki Azərbaycanda, bütün MDB ölkələrində və bizim ölkədə, eləcə də hətta bəzi Avropa ölkələrində də, cərrahi Urologiyada -əsaslandırılmamış cə­r­ra­hi əməliyyatlar baş alıb gedir və xəstələr vaxtindan əvvəl həyat keyfiyyətinini (mühüm həyati funksiyaları) itirir. Eləcə də, terapevtik  urologiyada tez-tez prostat vəzinin adenomasınin dər­manlarla qısa müddətə  birdəfəlik müalicəsinin mümkünlüyü barədə qeyri - professional, qeyri-ciddi çaşdırıcı məlumatlar, rekl­amlar verilir, bu da əhalinin bu sahədə maarif­lən­məsini daha aktual edir. Cnsi zəiflik problemlərinə gəldikdə isə bu problem dünyada o qədər dərinləşib ki, tibbin ən aktual 10 problemləri içərisinə daxil olunub. Bu məsələ bizim ölkəmizdə xüsusilə aktualdır. Beləliklə, həkim seçmək və onları başa düşmək, artıq xərclərə yol verməmək və həkimə az müraciət etməyin bir yolu da, xəstəliklər haqda məlumatlar, tibbi biliklər əldə etməkdir. Bu məqsədlə geniş oxucu kütəsinin başa düşəcəyi bir dildə tibbi məqalələr ən yaxşı yoldur.

Cinsi zəiflik nədir? 

Cinsi zəiflik  (erektil disfunksiya, impotensiya) dedikdə, kişinin tamdəyərli, yaşına müvafiq olaraq cinsi fəaliyyət aktını həyata keçirə bilməməsi başa düşülür və bu zaman cinsi həvəsin olmaması, yaxud cinsi fəaliyyət aktının erkən  bitməsi və s. kimi digər hallar ayrıca nəzərdə tutulur.

Cinsi zəifliyin əlamətləri (formaları) 
”¢ Cinsi aktın mümkün olmaması (tam impotesiya)
”¢ Ereksiyanın (cinsiyyət üzvünün bərkiməsinin) zəifləməsi
”¢ Cinsi oyanma baş versə də ereksiyanın - cinsiyyət üzvünün bərkiməsinin olmaması
”¢ Cinsi aktın müddətinin (tez və ya gec bitməsi) müxtəlifşəkilli pozulması 
· Cinsi həvəsin olmaması

Kişi cinsi zəifliyinin səbəbləri

Cavan kişilərdə cinsi zəiflik yaşlı kişilərdəki cinsi zəiflikdən həm xəstəliyin səbəblərinə, həm gedişinə, həm də müalicə metodlarına görə fərqlənir. Belə ki, gənclərdə cinsi zəifliyin müxtəlif növlərinin yaranmasında daha çox psixoloji səbəblər üstünlük təşkil edirsə, yaşlılarda cinsi zəifliyin yaranmasında orqan patalogiyaları, yəni orqanizmdə mövcud olan xəstəliklər (həm kişi cinsiyyət üzvlərinin, həm də digər orqanların xəstəlikləri) üstünlük təşkil edir. Lakin impotesiya hansı səbəbdən baş verirsə versin, xəstəliyin müəyyən dövründə mütləq psixoloji səbəblər (qorxu, həyəcan, ümidsizlik və bunun kimi) əlavə olunur. Kişi cinsi zəifliyinin ən çox rast gəlinən səbəbləri aşağıdakılardır:

”¢ Sidik-cinsiyyət sisteminin xəstəlikləri, o cümlədən prostat vəzinin xəstəlikləri: prostatitlər, prostat vəzinin xoşxassəli və bədxassəli böyüməsi (şişləri), xarici cinsiyyət üzvünün qan təchizatında qüsurlar və s.
”¢ Hormonal pozuntular və ya endokrinoloji səbəbdən əmələ gələn cinsi zəiflik. Bu zaman təkcə cinsiyyət vəzilərinin deyil, digər vəzilərin də (məsələn, qalxanabənzər vəzinin) fəaliyyət pozuntuları da cinsi zəifliyə səbəb ola bilər. 
”¢ Şəkərli diabet xəstəliyi
”¢ Ürək-damar xəstəlikləri: hipertoniya xəstəliyi, insult, infarkt və b.k
”¢ Nevroloji xəstəliklər - baş və onurğa beynin zədələnmələri və xəstəlikləri.
”¢ Ruhi xəstəliklər 
”¢ Psixoloji səbəblər - stress, depressiya, qorxu və həyəcanla bağlı vəziyyətlər.
”¢ Dərman preparatlarının qəbulu. Müəyyən qrup dərmanlar da cinsi zəiflik əmələ gətirə bilər. Kişi cinsi hormonlarına təsir edən preparatlar, yüksəlmiş qan təzyiqinin müalicəsində işlənən dərmanlar, antihistaminlər, alkoqol və narkotik dərmanlar da bura aiddir.
”¢ Sidik-cinsiyyət orqanları (prostat vəzi, sidik kisəsi) üzərində cərrahi əməliyyatlar
”¢ Yaşlanma ilə bağlı problemlər: 60 yaşlı kişilərdə cinsi zəiflik halları 40 yaşa nisbətən 4 dəfə artıq olur.
”¢ Prostat vəzinin tam xaric edilmə və ya şüalanma yolu ilə müalicəsi
”¢ Onurğanın müxtəlif zədələnmələri
”¢ Cinsiyyət üzvünün zədələnmələri 
”¢ Böyrəklərin ağır çatışmazlığı.
”¢ Həyat tərzi: siqaret çəkməyin cinsi zəiflik törədə bilməsi sübut olunmuşdur: tütünün arterial spazm törətməsi cinsiyyət üzvünün qanla dolmasını əngəlləyir və nəticədə cinsi fəaliyyət zəifləyir. Alkohol isə cinsi həvəsi artırsa da ereksiyanı (bərkiməni) zəiflədir.

Prinsipcə, təkcə xəstəliklər deyil, uzun müddət kişini gərginlikdə saxlayan hər şey impotensiyaya gətirib çıxara bilər: uzun sürən stress, daimi ağır işdən yorğunluq, həll olmamış konfliktlər, ağır emosiyalar, depressiya, ailədə və cinsəl həyatda ahəngsizlik, partnyorun cinsi həvəs oyada bilməməsi, cinsi həyatda haçansa baş vermiş uğursuzluğun təkrarlanması qorxusu, öz gücünə inamsızlıq və s. Bütün bu amillər nəticədə adrenalin hormonunun yüksəlməsinə gətirib çıxarıb ki, adrenalinin yüksəlməsi sayəsində qan cinsiyyət orqanında deyil, əzələlərdə toplanır və son nəticədə cinsi zəifliyə səbəb olur. 
Kişilərdə potensiyanın ən qəddar “killer”lərindən biri də şəxsi həyatda və profisional sahədə özünü əhəmiyyətsiz adam kimi hiss etməsidir. Belə hallar özünəhörməti azaldır, bütün fikir belə problemlər üzərində toplanır və bunlar cinsi fəaliyyətə mənfi tasir edir. Psixoanaliz göstərir ki, kişilərdə cinsiyyət orqanının ölçüləri və bu kimi məsələlər lazımsız yerə qorxu yaradır və onlar belə məsələlərə həddindən artıq əhəmiyyət verir. Bunlar isə bir növ özünümühakimə və özünüittiham qaydasında özünü dəyərdən salır. Partnyor qarşısında özünü dəyərləndirə bilməmək və ya az dəyərləndirmək kimi psixi amillər cinsi fəallıqda ciddi rol oynayır. 

Gənc yaşlarda cinsi zəiflik 

Qeyd olunduğu kimi, gənc yaşlarda cinsi zəiflik yaşlı kişilərdəki cinsi zəiflikdən həm xəstəliyin səbəblərinə, həm gedişinə, həm də müalicə metodlarına görə fərqlənir. Gənc yaşlarda daha çox psixoloji səbəblər üstünlük təşkil edir ki, bu da əksər hallarda cinsəl həyat təcrübəsinin olmaması və ya müntəzəm cinsi əlaqənin mümkün olmaması ilə əlaqədar olur. Başqa səbəblər nisbətən az olur. Gənclərdə toy gecəsi uğursuzluğu sindromu da daxil olmaqla cinsi zəifliyin əksər formalarının müalicəsində psixotrapiyanın dərman müalicəsi ilə birləşdirilməsi çox zaman arzu olunan nəticəni verir. Qeyd olunmalıdır ki, yaşlılara nisbətən gənclərdə ptostatitlərlə (prostat vəzinin iltihabı) bağlı cinsi zəiflik halları daha çox rast gəlir. Bu zaman bəzi mühüm məqamları da qeyd etmək lazımdır: prostatit nə qədər uzun müddətə mövcud olsa da , onun prostat vəzidə baş verən patoloji dəyişikliklərdən daha çox psixoloji təsiri güclü olur. Belə xəstələrdə prostatitin verdiyi narahatçılıq qorxu, həyəcan, ümidsizlik yaradır ki, psixoloji maneləri dəf etmədən belələrini müalicə etmək çətindir. Gənc yaşlarda zöhrəvi xəstəliyə yoluxma (və ya yoluxmanın qorxusu) ilə yaranan cinsi zəiflik də geniş yayılıb. Bütün hallarda fərdi yanaşma, psixoloji promlemi həll etmək həkimin birinci vəzifəsi olur.
Prostat vəzinin adenoması  zamanı cinsi zəiflik
Prostat vəzinin xoşxassəli böyüməsi (və ya adenoması) - yaşla bağlı olan təbii bir prosesdir və 40 dan yuxarı yaşı artan hər bir kişinin haçansa məruz qalacağı bir durumdur. Sidik ifrazının pozulmaları (sidik axınının təzyiqinin azalması, gecə sidiyinin artması, tez-tez sidiyə getmək, sidiyə getdikdən sonra sidik kisəsində sidik qalması hissi, sidik ifrazının çətinləşməsi və s.) ilə yanaşı, prostat vəzinin xoşxassəli böyüməsinin bir simptomu da cinsi zəiflikdir (axtar: “Kişilərin prostat problemi - çıxış yolu”). Prostat vəzinin tədricən böyüməsi fonunda cinsi zəiflik bəzən qəfil - bir neçə gün ərzində özünü göstərir. Bu isə xəstəyə güclü psixoloji təsir göstərir. Cinsi zəifliyin faktik olaraq bir neçə gün ərzində özünü göstərməsi fonunda cinsi fəaliyyətin bərpası aylarla uzana bilər. Bu vəziyyətin pasientlərə izahı həkimdən yüksək peşəkarlıq və səbir tələb edir. Prostat vəzinin xoşxassəli böyüməsinin müalicəsində istifadə olunan dərmanların bir çoxu əlavə olaraq cinsi fəaliyyəti zəiflətdiyi üçün, belə xəstələrdə impotensiyanın müalicəsi daha da çətinləşir. Bütün hallarda xəstəyə fərdi yanaşma və həkimin məharətindən çox şey asılıdır.

Kişilərin cinsi zəifliyinin - impotensiyanın diaqnostikası

İmpotensiyanın diaqnostikası xəstə haqqında məlumatların toplanmasından başlayır. Bu məlumatların əsas əhəmiyyəti ondan ibarət olur ki, ilk növbədə cinsi zəifliyin hansı fonda baş verdiyi - psixoloji, yoxsa üzvi (orqanların xəstəliyi ilə bağlı) impotensiya olduğu aydınlaşır. Psixoloji, və üzvi impotensiyanı bir-birindən fərqləndirmək çox vacibdir.

Psixoloji impotensiya üçün aşağıda göstərilən xüsusiyyətlər xarakterikdir:
”¢ Psixoloji impotensiya qəfil baş verir və çox zaman kişinin həyatında baş verən hadisələrə bağlı olur.
”¢ Qadınla münasibətdə problem mövcuddur.
”¢ Gecələr öz-özünə cinsi həvəsin oyanması (spontan ereksiya) davam edir.
”¢ Problem adətən müəyyən bir şəraitlə əlaqəli olur.
”¢ Äžörməklə və ya fantaziyanın köməyilə cinsiyyət üzvünun oyanması mümkündür.
Üzvi (orqanların xəstəliyi ilə bağlı) impotensiya üçün xarakterik cəhətlər:
”¢ Tədricən başlayır
”¢ Gecələr öz-özünə cinsi oyanma (spontan ereksiya) olmur.
”¢ Problem şəraitdən asılı olmur (istənilən şəraitdə problem movcuddur)
”¢ Äžörməklə və ya fantaziyanın köməyilə cinsiyyət üzvünun oyanması mümkün deyil.
Bu sayılan xüsusiyyətlər cinsi zəifliyin müalicəsinə başlamaqda mühüm diaqnostik əhəmiyyətə malikdir. Amma kifayət deyil. Diaqnozun dəqiqləşdirilməsi üçün ultrasəs müayinəsi (doppler), labarator müayinələr və digər metodlar istifadə olunur.

Kişilərin cinsi zəifliyinin müalicəsi

Müalicə metodunun və dərmanların seçilməsi xəstəliyin baş vermə səbəblərindən, pasientin yaşından, sağlamlıq vəziyyətindən, əvvəllər aldığı müalicələrdən və bir sıra başqa amillərdən asılıdır. Əgər xəstəliyin səbəbi cinsiyyət üzvlərinin hər hansı xəstəliyi ilə bağlı deyilsə, xəstənin əsas xəstəliyinin müalicəsinə (həyati vacib) prioritet verilməlidir. Xəstəni özünü müalicədən çəkindirmək vacib məsələdir, - bunun nəinki cinsi fəaliyyət, hətta həyat üçün təhlükəli ola biləcəyi xəstəyə izah edilməlidir.
P.S. “Real” Tibb Mərkəzində kişilərin cinsi zəifliyinin müalicəsi məqsədilə dünyanın öncül uroloji elmi cəmiyyətlərin (Amerika Uroloqlar Assosiasiyası), elmi tədqiqat institutlarının (Glickman Urological and Kidney Institute -Clivelend) uzun illər ərzində klinik tədqiqatları ilə təsdiq olunmuş müalicə metodları və protokolları rəhbər tutulur. Bu müalicə protokollarının hazırlanmasında yüzlərlə həkim-professor iştirak tmişdir. Dünyanın onlarla ölkəsində, o cümlədən qardaş Türkiyədə milyonlarla xəstə bu metodlarla müalicə alır. “Real” Tibb Mərkəzində cinsiyyət üzvlərinin ultrasəs müayinəsi, doppler müayinəsi ilə yanaşı labarator analizlər yolu ilə cinsi fəallığın təmin olunmasında mühüm rol oynayan hormonların (kişiyə və qadına aid hormonların, orqanizmin diğər vacib hormonlarının) səviyyəsinin müəyyən edilməsinə, infeksiyalarin aşkarlanmasına geniş imkanlar vardır. 
Unutmaq olmaz ki, kişilərdə cinsi fəallığın vəziyyəti təkcə orqanizmin fiziki halından deyil, həm də psixoloji halından asılıdır və bu vəhdətin birgə dərk olunması, fiziki və psixoanalitik metodların yüksək  peşəkar həkimlər tərəfindən tətbiqi- cinsi zəifliyin bütün formalarının tam müalicəsinə zəmanət verir. 

Müəllifin digər  məqalələrini internetdə buradan (Realtibb.com) oxuya bilərsiniz.

Prostat vəzi xəstəlikləri: Adenoma
Kişilərin prostat vəzi  problemi - Çıxış yolu        
ENUREZ - yuxuda sidikqaçırma
Qadinlarda sidik qaçirma  problemi
Prostat vəzi xəstəlikləri: miflər, həqiqətlər
Gecələr sidiyi saxlaya bilməmək -Gecə  enurezi

Müəllifin mövzuya aid video çıxışları

<http://www.youtube.com/watch?v=rmqDofAgqUI>
<http://www.youtube.com/watch?v=iUQ4NccgRsc>
<http://www.youtube.com/watch?v=mJrozM3FWcg>
<http://www.youtube.com/watch?v=4SS9KtZ06MM>
<http://www.youtube.com/watch?v=fXF4uh6kIPU>
<http://www.youtube.com/watch?v=RC8kOYx4P3w>
<http://www.youtube.com/watch?v=Z2jtu-__Fp0>

Doktor Süleyman Cəbrayılov
Real Tibb Mərkəzi
Bakı, 8 km, B.Nuriyev, 55

(050)  501  60  70
(077)  601 60 70
(055)  519  91  84

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]