Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Ağ qarğaların səsi - Mən hamı kimi deyiləm!

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
25/1/2014 [11:19]
Baxılıb :
2332 dəfə

«Mən hamı kimi deyiləm!» fikri dünyanın ən qədim etirafıdır və bəlkə də yer üzündə gəzən hər kəsin beyninə heç olmasa bir dəfə gəlib. Bəzilərində isə bir dəfə, gəncliyində qafasına girməklə oralarda kök salıb və çıxmaq fikrində də deyil. Hamı bu fikri gizləməli olur, çünki onun beyindən keçməsini ətrafdakılar dərhal hiss edir və yubanmadan da bu fikirlə mübarizəyə qoşulurlar. Mübarizə hələ yaxşıdı, məsğərələr, təhqirlər, anlamamalar artdıqca fərqli olanlar nəinki azalmır, hətta artır da. Ona görə də ətrafımızda yaşıl saçlı, tatuaj içində, cın-cındıra bürünmüş, öz həmcinsini sevməyi ayıb bilməyən, danışmaq əvəzinə üzümüzə baxıb abırsızcasına saqqız çeynəyən gənclik əmələ gəlib. Hiddət son həddə çatanda onlar intihara da əl atır, təki orijinal görünsünlər.

Dünyanın ən yaxşı şeiri
Doğulduğumda Qaraydım
Böyüyərkən Qaraydım
Günəşə çıxdığımda Qaraydım,
Qorxunca Qaraydım,
Xəstəykən Qaraydım,
Öldüyümdə hələ Qarayam”¦
Və sən, Ağ uşaq,
Doğulduğunda Çəhrayısan,
Böyüyərkən Ağsan, 
Günəşə çıxdığında Qırmızı,
Üşüdüyündə Bənövşəyi,
Qorxduğunda Sarı, 
Xəstəykən Yaşıl, 
Öldüyündə Bozsan.
Sən indi Mənə Rənglimi deyirsən?..

Bu şeir 2005-ci ildə Dünyanın ən yaxşı şeiri seçilib. Ən adi, hamının gördüyü həqiqəti sadə uşaq diliylə yazdığındanmı bəlkə ətrafını diksindirib və hamı başını qaldırıb həqiqətin gözünün içinə bir anlıq da olsa baxmalı olub. Ətrafımız bir-birinə bənzər, bir-birinin hərəkətlərini yamsılamaqda eyni, amma dəhşətlə dərəcədə fərqli insanlarla doludur. Biz fərqli olduğumuz qədər də eyniyik. Ona görə də nə fərqlilərin, nə də hamı kimi olanların bir-birinə ikrahla yanaşmasına heç bir formada haqq qazandırmaq olmaz. Özün ağdərili olarkən bu məsələyə zənci gözüylə baxmağı öyrənməlisən.

450 mindən biri olmaq

Əslində «Mən ham kimi deyiləm» deyən hər kəs haqlıdır. Hər insan təkrarsızdır. Amma bu sözü dilinə gətirən düşünür ki, təkcə o, fərqlidir, yerdə qalanı eynidir. Heyvan sürüsündəki, qatarlanıb gedən quş dəstəsindəki kimi eyni hərəkətləri edir, eyni sözləri danışır, eyni taleyi yaşayır. Bircə onun qisməti fərqli olmalıdır, mütləq belə olmalıdır, başqa cür ola da bilməz! Amma kütlədən fərqlənməyə çalışanlar özlərinə kənardan baxa bilsəydi fərqlənmə istəklərində nə qədər eyni olduqlarını görərdi. 
Yeniyetməlikdə insan fərqli olduğundan əmindir və buna görə bütün dünya ilə mübahisə edə bilər. 20 yaşlarına o, düşünür ki, təxminən 5 faizlik fərqlilərdən biridir və yerdə qalan 95 faizlə heç genetik cəhətdən də qəti oxşamır. Valideynlərini də bu 95 faizə aid edib az qala göydən zəmbillə 9 mərtəbəli binanın eyvanına hacıleyləyin dimdiyində endiyini də təsəvvür edənlər də var. Yaşa dolduqca bu, bir uşaq xəstəliyi kimi keçib gedir və əgər nəsə faciəvi bir hərəkətlə ömrünü şikəst etməmisənsə özünü yerdə qalan 95 faizə aid edib gerisini rahat yaşayırsan. Ona görə də demək olar ki, özünü şüurlu adlandırmağa adət etmiş insanlar arasında bu «xəstəlik» ən geniş yayılmış bir növdür və nə qədər tez keçib getsə bir o qədər də yaxşı olur. 
Həmin bu 5 faiz məsələsinə riyazi gözlə bir daha baxaq. «Mən başqayam» deməyi sevənlər içində eyni zamanda riyaziyyatı sevənlər az olur, ona görə hesablamanı birlikdə aparaq. Dünya miqyasını demirik, ölkə miqyasında götürsək 9 milyonluq əhalinin 5 faizi 450 min adam eləyir. Bölgələrdən şəhərə olan axını nəzərə alsaq, bu fərqlilərin əksəriyyətinin paytaxtda yığışdığını təxmin edə bilərik. Onlar paytaxtın ən görkəmli yerlərində, dənizkənarı parkda gitaralarla, fontanlar meydanında skeyt və pleyerlərlə, dəbli mağazalarda daha çox görünürlər. Həmin bu 450 minlik seçilmək istəyənləri birlikdə təsəvvür edəndə adamın dərhal onlardan fərqlənmək istəyi yaranar. 

Günah özümüzdədir

Etiraf etməyimiz lazım, balalarımızı bu xəstəliyə özümüz yoluxdururuq. Məktəbə gedəndə uşağınıza dediklərinizi bir xatırlayın. «Sən ən yaxşısına layiqsən», «Sən hamı kimi deyilsən», «Fərqli olduğunu sinifdə göstər» deməklə uşağı ən yaxşı nəticəyə köklədiyimizi düşünürük. Sonrasını uşağın öz fantaziyası düzüb-qoşur. Axı onun ətrafında onun arzularını dilinə gətirməmişdən bilən və dərhal reallaşdıran böyüklər qaçışır. Ona görə də «pasient» tezliklə fərqli olduğundan əmin olur. İndi o, sinifdəkiləri də inandırmalıdı ki, o, tamamilə fərqli bir uşaqdır. Kimisi dərs nailiyyətləriylə seçilməyə, kimisi isə yerli avtoritet kürsüsünü fəth etməklə istəyinə çatır. Nəticədə kimisinin gündəliiyndə əla qiymətləri, kimisinin isə cızıq və göyləri artır. «Bəs biz nəyə görə yaşayırıq?» sualı uşağın beyninə gələndə o, tam əmin olur ki, bu sual yalnız onun ağlına gələ bilərdi. Axı onun fikirləri unikaldı, ətrafdakılarsa sadəcə eşşəkdi. Təəssüf ki, əksəriyyəti bu inkişaf mərhələlərini keçməli olur.
Orta siniflərdə fərqlilik maniyası güclənir. Oğlanlar gözaltı etdikləri qızlara baxdıqda fizioloji dəyişiklikləri əsas tutub özünü böyüklər kimi aparmağa çalışır. İlk dəfə pivə içmək, siqaretin dadına baxmaq da bu dövrlərdə olur. Qızlar da bu məsələdə geri qalmır. Onlar ilk əvvəl alt paltarında baş vermiş dəyişiklikləri az qala bütün dünyaya car çəkməyə hazır olur, dodaqlırını və dırnaqlarını adətən çox pis rənglərdə boyayırlar. Əlbəttə ki, 95 faizin içindən çıxan validenləri imkan versə. Maraqlıdır ki, həmin dövrdə əlaçılar da, 2-dən artıq qiymət görməyənlər də, sinfin gözəlləri də, kifirləri də eyni dərəcədə fərqli olması barədə fikirləri içərilərində daşıyırlar. Xuliqanlar idmanla məşğul olur, içki, siqaretin dadına baxaraq dilimizin ədəbiyyatdan kənar künc-bucağını öyrənməklə və zəifləri çəngələməklə məşğul olurlar. Proses nəticəsində beyin arxa plana keçir və əzələlər inkişaf edir. Bu təbəqədən məşhur idmançılar çıxmaq hallarını istisna etməklə nəticədə unikallıq hissi keçir və onun yerində heç nə qalmır. Öz individuallığını kitab arxasında təsdiqləyən növ isə onu incidənlərin acığına dünya görüşünü artırır və hər suala cavab bilməyilə fərqliliyini sübut etməyində olur. Hər iki növü birləşdirən, yəni idmanla və zehni fəaliyyətlə eyni dərəcədə məşğul olan növ bizim ölkədə çox nadir hallarda rast gəlinir.

Sürünün böyüyü kiçiyi olmaz

Tələbəlik illərində məsələyə yeni detallar əlavə olunur. Üslub, imic, zövq, pul-para və s. göstəricilər fərqlilik dərəcələrini müəyyənləşdirir. İndi onun musiqi dinləməyə pleyeri və super qulaqcığı olmalıdı. Dostlarının nə dinlədiyi vacib deyil, axı onun musiqisi də fərqlidir. Super imkanlı telefon olmalıdı. Bütün bünların üstündə dünyaya kinayəli bir baxışın da olmalıdır. Bu dünyagörüşünü internetdə oxuduğu mənasız parçalardan toplasa da. Fərqli olduğunu düşünənə təkəbbürü ətrafında ondan daha yaxşı olanları görməyə imkan vermir. Təssüf ki, ali məktəbdə aldığı biliklərlə birlikdə bu lazımsız fikir yığını da sonrasını yaşamağa qoymur. Qızlar ağ atlı şahzadələri gözləməyində olaraq bütün şansları itirir və sonunda qarşısına çıxan ilk nalayiq adama ərə gedirlər. 
Hamı 5 faizə daxildir. Məktəbli «Mən» deyirdisə tələbə artıq «Biz» deyir. Böyüyəndən və «Mən ətrafımdan xüsusilə fərqlənmirəm» fikrini etiraf edəndən sonra insana həqiqəti demək lazımdır. Çünki insan həqiqətən də inikaldır. İnsan bunu anlamalı, Allahını tapmalı, uzaq ali dünyalara can atmalı və s. işləri görməlidir. Sözün yaxşı mənasında «Hamı kimi olmamaq» məsələn, qırmızını uzununa ölçən alim, epik vunder vafli kəşf edən tədqiqatçı, olimpiya çempionu, lap bəd ayaqda bilikli və maraqlı həmsöhbət olmaq çox yaxşıdır. Saç örtüyünü görünməmiş rənglərə salmaq, kitab əvəzinə endirimlər zamanı mağazalarda qiymət lövhəciklərini, ya da nəqliyyatda reklam şitlərini oxumaq, xalqın minilliklər boyu dinlədiklərini məsğərəyə salıb cin-şeytan səsini xatırladan musiqi dinləməyi hər kəs, yəni 95 faiz edə bilər, seçilmişlər yox. Sürünün böyüyü kiçiyi olmaz. Bəziləri sürüdən fərqləndiyini sübuta yetirməkçün hətta klassik musiqi dinləməyə başlayır, Hitlerin memuarlarını oxuyur, heyvan ölümünə etiraz olaraq təbii dəridən paltar geymir və vegetarian yeməyi yeyir. Kimsə gey olmağı seçir, həmcinsini sevir və valideynlərinin onu anlamadığından əzab çəkir. Kimsə gün-gündən artan intiharlar siyahısında orijinal olmaq istəyir, fərqli üsulla ölüm axtarır. Bu da bir etirazdır”¦

Biz hamı kimi deyilik, biz normalıq

Qəhrəmanlar dövranı artıq keçib. Müasir dünyanın problemləri əvvəlki əsrlərdən köklü surətdə fərqlənir. İndiqo uşaqlar əmələ gəlib. Onlar dil açmağa bəndmiş böyüklərə insan olmağı öyrədir. Anadangəlmə fitri istedadlarıyla bütün tərbiyə sistemini alt-üst edirlər. Cəmiyyətdə həmcinsini sevən insanların sayı o qədər artıb ki, onlar üçün artıq «xəstədirlər axı, mərhəmətli olun» demək olmur. Musiqi ahəngdarlığını, harmoniyasını və aparıcı qüvvəsi olan melodiyasını itirib. Şeirdə vəzn pozulub. Rəsmdə kompozisiya prinsipləri, memarlıqda nisbət meyarları  tamam fərqli düzümdədir. İndi melodiya yaza bilməyən bəstəkarların, cümlə qoşa bilməyən yazarların, normal sevişə bilməyən insanların dövranıdır. İndi xeyir və şər burun-buruna dayanıb, amma kimin xeyir, kimin şər olduğu bilinmir. Çətinliklər də burdan doğur. Həqiqəti deyən də aqressivdir, haqqı tapdayan da. Nağılların sonunda peyda olan müdrik, səbrli bir qoca meydana çıxıb sözünü demir ki, işimizi bilək. Biz şəhid əsgəri də bayrağa bürüyüb basdırırıq, canına qəsd eləmiş adamı da. Və hamı bir-birini suçlayır. Bu aqressiv qaraqışqırıq içində uşaqlarımız nağıllarda olduğu kimi zəiflərin tərəfini saxlayır. Onlar, bizə baxıb «mən fərqliyəm, belə olmaq istəmirəm» düşünüb zəifliyindən başına kəndir keçirəni özünə kumir, qəhrəman seçir. Çünki o, hamı kimi çığırıb ətrafını təhqir etmir. Ona görə də gənclik ölümündə cəmiyyəti suçlamaqla murdar hərəkət etmiş bir geyin intiharını qəhrəmanlıq səviyyəsinə qaldırır. Axı o da sakitcənə ölüm yolunu seçmişdi. Biz aqressivliyimizlə, başqasını dinləyə bilməmək qüsurumuzla, problemləri sakit həll edə bilməyən mentalitetimizlə gənclərimizi itiririk. Onlar özünə intihar da edə bilər, seksual seçimini  dəyişə bilər, ya da dinməz-söyləməz ardını da yaşaya bilərlər. Mahiyyəti dəyişməz.

***
Ola bilər dünyamız əzabla yoğrulub. Ola bilər dünya biz gözlədiyimizdən bir qədər qəddardır. Amma sənin də dünya qədər qəddar olmağa haqqın yoxdu!
Şəkilaltı: Sən ətrafından fərqlənirsənsə, bu o demək deyil ki, sən həm də lazımlısan”¦

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]