Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Kasıblığa düçar

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
23/1/2014 [02:47]
Baxılıb :
2314 dəfə

Hələ balacaykən bir tanışım vardı. Arabir məni qabağına qoyub dünyanı başa salardı. Deyərdi ki, uğurlarını gizlət, paxıllar bilməsin, gəlirlərini bildirmə, kasıblayarsan, gəlirin artdıqca «yoxumdu» deyib bir dəsmal götürüb ağla, xüsusilə də ərinin ailəyə yaxşı münasibətini heç kimə, xüsusilə də rəfiqələrinə danışma, əlindən alarlar və s. Mən «böyükləri dinlə» məsləhətiylə böyüdüyümdən onu dinləyir və arabir içimdə baş qaldıran suallardan heç birini ona verməzdim: «Bəs dediyin düzdürsə, niyə sən varlı və xoşbəxt deyilsən? Axı bütün ömrünü zarıyıb sızlamaqda keçirmisən”¦Â»
Böyüyəndə anladım ki, xalqımın böyük bir hissəsi də hələ uşaqlıqdan bu tip məsləhətləri qulağında sırğa edərək yaşayır. Virtual məkanda «Sonra deyirlər ki, xalqın pulu yoxdur, bir yaşayışına bax, bahalı maşınlara, istirahətinə fikir ver» fikri tez-tez səslənməkdədir. Amma dilənçilik həddində yaşayanlar da çoxdur və bu faktı da dana bilmərik. «Görəsən özümüzə varlı xalq deyə bilərikmi, yoxsa kasıb və yazıq bir xalqıq?» sualı təkidlə öz cavabını axtarır. 9 iqlim qurşağı, yeraltı və yerüstü təbii sərvətlər, mənəviyyat və sair qızılla ölçülməyən meyarları qoyaq bir kənara və obyektiv olmağa çalışaq. 
Alimlər araşdırıb ki, insanları kasıblığa kökləyən adətlər mövcuddur və onları durmadan təkrarladıqda insan həyatını tam proqramlaşdıra bilər. Siyahıda başdan birinci yerdə özünə yazığı gəlmək hissi durur. Durmadan özünə yazığı gələn, taleyindəki uğursuzluqları xatırlayıb sadalamaqdan yorulmayan adamın taleyi, gələcək günü də ağır olur. Görürsən ki, kənardan normal görünən birisi daim özündən narazıdır, kimisinə bədən quruluşu, Allah verən gözəlliyi, kiməsə gəlirlərinin miqdarı xoş gəlmir. Belə adamlar evindən narazı olduğu qədər bu günkü havadan, dükanda ərzaq aldığı satıcıdan da şikayət edə bilirlər. Ətrafında baş verən hər hansı bir hadisə, hətta mənfi olmasa da belə tip adamlarda özünə «yazıq» deməyə və öz halına acımağa əsas verir. 
Özünü acıyan adamlar qısa zamanda ətrafındakı ürəyi yuxa adamları da itirirlər. Beləsinin halına  sonsuzluğa qədər də yanmaq olar, amma o özü də taleyində nəyisə dəyişməkçün heç olmasa barmağını tərpətməlidir. Heç kim xroniki zarıyan adamı süfrəsinin başında görmək istəmir, hətta ona həqiqətən də kömək lazımdırsa da. Axı o, yalnız şikayət etməyi bacarır, vəssalam. Sonunda daim şikayətlənən adam görür ki, tək qalıb. Bəzən onun əlində super imkanlı yeni layihə olur, amma o, layihəni rellaşdırmağa tərəf müqabili tapa bilmir. Ona görə də durmadan şikayətlənən adamlar adətən ən aşağı məvacibli işdə işləyərək boz, sönük həyat tərzi keçirir.
Əgər mağazaya girərkən ilk növbədə qiyməti aşağı salınmış mallar axtarırsızsa, işdə yoldaşlarınızın sizdən daha artıq qazandığını düşünürsüzsə, heç kimə borc vermirsizsə, ofisianta artıq pul qoymursuzsa, «Belə qazancla necə uşaq doğmaq və böyütmək olar» düşünürsüzsə kasıbçılıq virusları artıq içinizdədir. İmkanlı adam əşyanın real qiymətini verməyə həmişə hazır olur. O başqasının zəhmətini qiymətləndirə bilir və ətrafındakılardan da özünə qarşı bunu gözləyir. 
Yalnız kasıbçılığa proqramlaşdırılmış adamlar düşünür ki, aldığı maaşın sonunda çoxlu sıfırlar olarsa xoşbəxt olmaq mümkündür. Axı bahalı geyimin, uca malikanən və həsəd aparacaq avtomobilin yoxdursa necə xoşbəxt olmaq olar?! Sosioloqlar deyir ki, sorğularda «Xoşbəxtlik üçün nə lazımdır?» sualına cavab kimi yalnız kasıblar maddi dəyərləri sadalamağa başlayır. Yüksək gəlir sahibləri sevginin, dostluğun adını çəkir. Onlar üçün bank hesabında oturmuş pul dövlət deyil. Varlılar fikirləşir ki, boş yerdən biznes qurmağı, pulu cəlb eləməyi, yeni biznes növləri kəşf etməyi bacaranlar varlı ola bilər. Uğurlu insan üçün cibindəki pul kisəsi heç nə demək deyil. 
İşdə ixtisara düşmək barədə fikirlər səsləndikdə ürəyiniz döyünməyə başlayırsa ola bilər ki, kasıblığa proqramlaşma artıq içərinizdə oturuşub. Bəlkə də 2 işdə işləyirsiz, amma ayın başını gözləyirsiz ki, cibinizdəki boşluq bir anlıq belə dolsun. Deməli nəyisə dəyişmək lazımdı. Əgər insan bir kreditin o birindən fərqlənmədiyini ayıra bilmirsə deməli o, heç vaxt varlı olmayacaq. Psixoloqlar deyir ki, sevmədiyi işlə məşğul olanlar uğursuzluq və kasıbçılığa artıq hazır olmalıdır. Səbəb onların sevmədiyi işlə məşğul olarkən keçirdiyi mənfi emosiyalardadır. «Mən olmasam, mən eləməsəm necə olar axı?!» fikrini beyindən sürgün etmək və yalnız ləzzət gətirən işlərlə məşğul olmaq lazımdı. 
İmkanlı insanların daha bir həsədaparıcı adəti var. Dünyanın ən varlı adamları ailə məvhumunu hər şeydən qiymətli sayır. Ola bilər kiminsə avara qardaşı, daim pul istəyən bacısı var və onlar nəinki varlı olmağa, heç adam kimi yaşamağa da  qoymurlar. Amma bununla belə məlum statistikaya görə ailədən uzaqlaşmış adamlar böyük uğurlar qazana bilmir. 
Yollarımızdakı avtobus boyda avtomobillər, göydələnlərdə bir neçə mənzili alıb az qala futbol meydançası yaradanlar, 3 nəfər ailə üzvü olmasına baxmayaraq 4-5 mərtəbəli ev tikdirənlərə baxanda psixoloqların dediyinə inanası olsaq onlar əslində özlərini varlı və xoşbəxt saymayanlardır. Amma ailəyə münsibətimizə görə biz varlıların da varlısıyıq. Yenə də «Bu xalq kasıbmı, ya varlı?» sualı açıq qalır”¦

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]