Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Müsavat və AXCP bir-birini niyə söyür?

Bölmə :
Köşə
Yazar :
Rəşad Şirin
Təqdimat :
Siyasi analitik
Yayım tarixi :
22/1/2014 [11:07]
Baxılıb :
1467 dəfə

Alimlər hesablayıblar ki, bir cəmiyyətdə hansısa ideyanın yayılması üçün həmin fikri gərək cəmiyyətin 10 faizi qəbul edə, inana və paylaşa. Əgər 10 faiz inanırsa və bölüşürsə yerdə qalan 90 faiz də bir müddətdən sonra inacaq. Yetər ki 10 faiz davamlı şəkildə ideyaya sadiq olsun. Araşdırma deyir ki, əgər inanmış insanların sayı 10 faizdən azdırsa, hansısa ideyanın əksəriyyətin fikrinə çevrilməsi illər, qərinələr, əsrlər ala bilər.
Layihənin direktoru Boleslav Şimanski deyir ki 10 faizi vurandan sonra hadisələr alov kimi olur, sürətlə yayılır. Misir və Tunisdəki kimi. “Bu ölkələrdə illərlə hakimiyyətdə oturan diktatorlar bir neçə həftə ərzində iqtidardan düşürüldülər” deyir Şimanski.
Təbii ki bu dilə asan gəlir. Bu 10 faiz az görünsə də əslində çox böyük rəqəmdir. Məsəl üçün, Azərbaycan əhalisinin neçə faizi əslində hansısa bir ideyanı dəstəkləyir? Hələ ki dəyişiklik ideyasını dəstəkləyən və müdafiə edən insanlar azdır. Daha doğrusu neft pulları gələndən sonra azalıblar. Yadıma gəlir ki, 2003-cü ilin 12 oktyabrında Qələbə meydanında xeyli insan var idi. Heç vaxt mitinqlərdəki insanların sayın hesablaya bilməmişəm, yenə də cəhd etməyəcəm. Amma 2003-ün 12 oktyabrı son illərin ideya paylaşımının zirvəsi idi bəlkə də. Bu gün status-kvo fikri, yəni “hər şey hələ ki olduğu kimi qalsın” düşüncəsi dominantdır. Cəmiyyət sivil deyil, yəni aktiv deyil, səfərbər ola bilmir. Həm də ona görə ki, aktiv qrupları hökumət marginallaşdırıb, küncə sıxıb. Bu yaxınlarda Azərbaycanda son seçkilərdən əvvəl formalaşmış Demokratik Qüvvələrin Milli Şurası demək olar ki dağıldı. Müsavat ilə Xalq Cəbhəsi Partiyası eyforik şəkildə bir-birinə hücuma keçdilər, açıq şəkildə bir-birini satqınlıqda və fürsətçilikdə ittiham edirlər. Yadıma 20-ci əsrin əvvəlində İtaliyada hökumətin müxalifəti necə parçaladığı düşdü. Gramşi yazır ki, siyasi partiyalar fundamental ideoloji doktrinlər ortaya qoymaq əvəzinə bir-biri ilə savaşan, intriqalarla dolu bir topluluğa çevrilir. Gramşi həm də deyirdi ki, müxalif siyasi partiyalar gərək “hakimiyyətə gəlməmiş artıq hakimiyyətə gəlsinlər”. Yəni ideoloji mübarizəni udsunlar, xalqı öz tərəfinə çəksinlər. Təbii ki, Azərbaycanda bunu etmək nə qədər çətindi - bunu hamı bilir. Və 10 faizə yetişmənin də əslində indiki mərhələdə çox çətin olduğu bilinir. Məni düşündürən isə odur ki, niyə Müsavat və AXCP bir birini söyməklə məşğuldu indi? Təbii ki, hər ikisinin buna cavabı var. Sanki bu insanlar çox sadəlövh olublar - yalnız indi bir birini tanıyıblar. Və elə bil ki, ortada istifadə olunmamış bir siyasi enerji var və bundan bir-birinə qarşı istifadə sosial şəbəkələrdə baş verdiyi üçün bunlar daha da çox yayılır, artır, həvəsləndirilir. Yəni sanki “kirli paltarlarını” çıxarıb ortaya tökmək üçün bir imkan, bir bəhanə düşdü hamının əlinə. Amma izahlar daha dərindədir məncə. Bəlkə də bu partiya üzvlərinin özlərinin də hiss etmədikləri dərinliklərdə. Söhbət ondan gedir ki, cavabı Azərbaycan hakim elitasının 2003-dən sonra güclü şəkildə inteqrasiyasında (və ya konsolidasiyasında) axtarmaq lazımdı. Siyasi elita nəinki öz daxilində inteqrasiya oldu, həm də müxalifətin də əhəmiyyətli hissəsini ya öz tərəfinə çəkə bildi, ya da prosesdən kənarlaşdırdı. İndi hamının tənqid etdiyi “yumşaq müxalifətçilər” 10-15 il əvvəl ən qatı müxalif siyasətçilər və fəallar idi: döyülməyi, söyülməyi, həbsi gözə alırdılar. Sadəcə “siyasi imkanlar strukturu” fərqli cür formalaşdı və bu insanlar öz rollarını yenidən gözdən keçirdilər. Ölkədə bir çox jurnalist, QHT rəhbəri, ziyalı və digər müxalifətə yaxın olan insanlar artıq hakim elitanın yanındadır. Bu yaxınlarda köhnədən müxalif fikirli olan bir tanışım mənə dedi ki, mən artıq heç nə ilə maraqlanmıram, öz həyatımı yaşamaq istəyirəm və s. Necə deyərlər heç kimi qınayası deyil. Bu insan cəmiyyətidir və çox zaman insanlar idealist yox, realist olurlar. Vladimir Qelman adlı araşdırmaçı Rusiya müxalifəti haqqında məqalə yazıb və onları “nəsli kəsilməkdə olan növlərə” bənzədib. Qelman deyir ki, Putin hakimiyyətə gəldikdən sonra müxalifət get gedə nüfuzdan və gücdən düşdü. Kütlələr də müxalifəti qəbul etmir, çünki əslində kütlələr hakim elitanın istədiyini edir hər zaman. Kütlə realistdir. Yəqin ki 10 faiz formalaşana qədər. Müxalifətin Rusiyada uğursuz olmasının səbəblərindən biri də Rusiyanın president respublikası olmasıdır, deyir Qelman. Çünki president respublikasında rəqabət sadəcə bir kreslo üstündə gedir və hansı elita daha möhkəmlənirsə o hər şeyə sahib olur. “Udan hər şeyi alır” qədim prinsipinə əsasən.
Digər səbəblər isə iqtisadiyyat ilə bağlıdır; Rusiya hakim elitasının əlində topladığı və loyallara payladığı resurslar var. Putin və ətrafındakılar elə bir sistem yaratdılar ki, siyasi partiyalar, media, parlament fraksiyaları və s. hakim rejimə öz tabeçiliyini bildirməli, ya da ümumiyyətlə səhnədən getməli idilər. Ağır seçim verildi. 2003 Parlament seçkiləri və 2004 prezident seçkiləri müxalifətin tabutuna son mismarları vurdu. Tanış gəlir? Taktikalar və siyasi üslüblar çox bənzərdi. Tendensiyalar da eyni. Və həm də deyir ki, bu proses uzun sürə bilər. Məsəl üçün Meksikadakı kimi.
Hə, Gelman həm də deyir ki, elita daxilində parçalanma getsə bu, müxalifətə şans verəcək amma bu heç də o demək deyil ki, bu müxalifət həmin ənənəvi və ya “prinsipial” müxalifət olacaq.

P.S. Məqalə Rəşad Şirinin bloqundan götürülüb

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]