Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Bu günədək Azərbaycanda 3 mindən artıq film istehsal olunub”

“Bu günədək Azərbaycanda 3 mindən artıq film istehsal olunub”
Bölmə :
KİVDF
Yayım tarixi :
18/1/2014 [10:53]
Baxılıb :
960 dəfə
Nazim Rza İsrafiloğlu: “Bir əsrdən artıq yaşı olan Azərbaycan kinosunun hazırki durumu ürəkaçan deyil”

Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında sərəncam və dövlət proqramı imzalanıb. Bunun həyata keçirilməsi üçün dövlət büdcəsindən maliyyə vəsaiti də ayrılıb. Azərbaycanın kino izləyiciləri və mütəxəssisləri var ki, keyfiyyətsiz filmlərin çəkildiyni ifadə edərək, ölkə filmlərinə baxmadıqlarını qeyd edirlər. Onlardan biri də kino və televiziya rejissoru, kinodramaturq, Beynəlxalq və Ümumittifaq kino-festivallarının laureatı Nazim Rza İsrafiloğludur. Onunla Azərbaycanda kino sənətinin hazırkı durumu ilə bağlı həmsöhbət olduq. Öncə həmsöhbətimiz barəsində təqdimat xarakterli məlumat verək. 
1941-ci il anadan olan N.R.İsrafiloğlu orta məktəbdə oxuyarkən, eyni zamanda 1 saylı şəhər Musiqi məktəbində də təhsil alıb və fortepiano ixtisası üzrə kursu müvəffəqiyyətlə bitirib. O, 1959-64-cü illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti-R.İ.) mədəni-maarif fakültəsində təhsil alıb. 1964-cü ildə Bakının Suraxanı bölgəsindəki S.Orconikidze adına Mədəniyyət Sarayında bədii rəhbər vəzifəsində çalışıb.
Nazim Rza 1966-cı ildə Leninqrad Dövlət Teatr, Musiqi və Kinomatoqrafiya İnstitutunun (hazırda Sankt-Peterburq İncəsənət Akademiyası adlanır-R.İ.) televiziya rejissorluğu fakültəsinə daxil olub və 1971-ci ildə həmin İnstitutu müvəffəqiyyətlə bitirib. Nazim Rzanın diplom işi “İnsan Xəzəri xilas edir” televiziya filmi artıq Beynəlxalq və Ümumittifaq kinofestivallarında mükafat və xüsusi diplomlar alıb.
N.R.İsrafiloğlu televiziya sahəsində ilk işinə dublyaj şöbəsində başlayıb, eyni zamanda musiqi, kinoproqram, sənaye redaksiyaları ilə də əməkdaşlıq edib. 1969-cu ildə təşkil olunmuş "Ekran" yaradıcılıq birliyində kinorejissor vəzifəsinə dəvət olunan Nazim Rzanın yaradıcılıq fəaliyyəti o vaxtdan bu birliklə sıx bağlı olmuş. 
Rejissor 2000-ci ilin sonuna qədər 45-dən artıq sənədli film çəkib, 1978-1993-cü illərdə iqtisadi problemlərə həsr edilmiş 200-ə yaxın televiziya proqramının müəllifi, rejissoru və aparıcısı olub. Nazim Rza Azərbaycan tarixi, xüsusilə də Bakı nefti və dünya neft tarixinin tədqiq edilib öyrənilməsi sahəsində geniş elmi araşdırmalar aparıb. Azərbaycan mətbuatında müntəzəm olaraq publisistik yazılarla çıxış edir.
Nazim Rza 1992-97-ci illərdə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin televiziya rejissorluğu fakültəsində "Rejissorluq və aktyorluq sənəti" fənni üzrə kurs rəhbəri vəzifəsində çalışıb. Nazim Rza, eyni zamanda Azərbaycan televiziyasında müəllif filmlərinin yaradıcısıdır. 7 müstəqil filmi özündə birləşdirən və 12 seriyadan ibarət olan Azərbaycan elmi-publisistik kinoserialının müəllifi və quruluşçu rejissorudur.
Nazim Rza İsrafiloğlu 1974-cü ildən Azərbaycan Kinomatoqrafçılar İttifaqının və 1991-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Onun filmoqrafiyasında 52 film var.  N.R.İsrafiloğlu  “Odlu Məmləkət” (Bakı, 2002-ci il), “Neft və Cahan Savaşı” (Bakı, 2005-ci il), “M.M.Axundzadə” (Bakı, 2006-cı il), “Neft. Qlobal münaqişələr mənbəyi” (Bakı, 2009-cu il) kitablarının müəllifidir.  O, bizimlə söhbətində hazırda film çəkmədiyini, kitablar yazdığını vurğuladı. 
- Nazim müəllim, Azərbaycan kinosunun bugünki durumu, problemləri və prespektivləri nədən ibarətdir?
- Azərbaycan, milli kinematoqrafiyasının tarixi XIX əsrdə başlayan çox az ölkələrdən biridir. Daha dəqiq Azərbaycan kinosunun tarixi 1898-ci ildən başlayır. İndiyə qədər Azərbaycanda 3000-dən artıq film istehsal olunub. Bunlardan 300-dən çoxu tammetrajlı bədii film, 100-dən çoxu qısametrajlı bədii film, 20-yə qədəri serial, 150-dən çoxu televiziya tamaşası, 100-dən çoxu cizgi film, 70-dən çoxu tammetrajlı sənədli film, 1700-dən çoxu qısametrajlı sənədli film, 350-dən çoxu “Mozalan”ın süjetləri, 10 ədədi isə “Məzməzə” Uşaq Satirik Kinojurnalının bədii süjetləridir.
Bildiyiniz kimi, kino incəsənətin geniş yayılmış növlərindən biridir. Kino bu gün milli-mənəvi dəyərlərin təbliğində və xalqımızın milli özünüdərkinin möhkəmləndirilməsi işində əvəzsiz rol oynamalıdır. Məhz bu baxımdan kinematoqrafiyanın istehsalat, texniki və informasiya bazasının gücləndirilməsi, eləcə də bu sahə üzrə maarifləndirmə işi təşkili olmalıdır. Milli kinematoqrafiyanın spesifikasını özündə qabarıq şəkildə əks etdirən müxtəlif janrlı filmlərin yaradılması Azərbaycanda mərhələli inkişaf prosesi keçib. 
Vurğulayım ki, bir əsrdən artıq yaşı olan Azərbaycan kinosunun hazırki durumu heç də xoşagələn deyil. Sovet hakimiyyəti illərdinə kino sahəsinə dövlət qayğısı var idi.  Əvvəllər bütün filmlər dövlət sifarişi ilə çəkilirdi. Bilirsiniz ki, filmlər  “Azərbaycanfilm” kinostudiyasında çəkilirdi. Hazırda Azərbaycanda bu kino qurumu Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin tərkibində fəaliyyət göstərir.
Və televiziya filmləri çəkilirdi. Bunu da “Azərbaycantelefilim” Yaradıcılıq Birliyi edirdi. Birlik Azərbaycan Televiziyası QSC-nin strukturuna daxil olan,  bədii və sənədli filmlərin istehsalı ilə məşğul olan qurumdur.  Bu birliklər təkcə Azərbaycanda deyildi, SSRİ üzrə də belə birliklər var idi. Filmlərlə bağlı dövlətin xüsusi proqramı vardı. Kadrların hazırlanmasına xüsusi diqqət verilirdi. Kadrlar Moskvada və Leninqradda (indiki Sankt-peterburq-R.İ.) şəhərlərində hazırlanırdı. İndi bütün bunlar yoxdur. Düzdür Mədəniyyət və İncəsənət Universitetində kino kadrlarının hazırlanması ilə bağlı olaraq fakültələr var. Amma, bazası yoxdur. Bu ali məktəbdə gənclər rejissor, operator, ssenarist, rəssam, aktyor diplomları alırlar. Lakin bu ali məktəbdə maddi bazanın olmaması-universitetdə montaj, aşkarlama texnikası və s. bir yana, çəkiliş avadanlığı belə yoxdur, təlim zamanı mütəxəssislərin tam hazırlanmasına, onların praktik bilik və bacarıqlara yiyələnmələrinə imkan yaratmır. Belə bir şəraitdə bu peşələrin, heç olmasa, nəzəri əsaslarını mənimsəməyə və minimum praktik biliklərə yiyələnməyə çalışan tələbə və müəllimlərin şövq və həvəsi nə qədər təqdirəlayiq olsa da, milli kinonun ixtisaslı yaradıcı kadrlarla zənginləşdirilməsi baxımından nikbinlik üçün heç bir əsas vermir.  Ola bilsin, burada istedadlı adamlar çıxsın, mütəxəsis olsunlar. Amma onların üzərində işləmək imkanları yoxdur. Bacarıqlarını göstərmək üçün şərait yoxdur.
Vurğulayım ki, kino sahəsində peşəkarların sayı son zamanlar çox azalıb. Çoxusu dünyasını dəyişib. İstər rejissorlar, istər opertorlar, istərsə də rəssamlar olsun, ümumiyyətlə kino sahəsində işləyən peşəkar adamların sayı azlıq təşkil edir. Sadalamaq istəmirəm, tək-tük adamlar qalıb.  Hansı ki, barmaqlarla belə saymaq olar onları. Bu böyük problemdir. Peşəkarların olmaması-bəzilərinin həyatda olmaması, bəzilərinin müəyyən yaş həddinə çatması yeni kadrların yetişməsinə mənfi təsir göstərir. Yəni örnək yoxdur. Deyirlər ki, gör-götür dünyasıdır, amma...
-Kino mütəxəssislərinin hazırlanmasına mane olan səbəbləri dəqiqləşdirsək...
-Əvvəla, buna səbəblər çoxdur. Mən belə düşünürəm ki, kino sahəsinə qəbulun aparılması mexinzmi düzgün deyil. Kino sahəsinə test üsulu ilə qəbul aparılır.  Qəbul olan gənclərin bu sahəyə marağı yoxdur, diplom xatirinə tələbə adını qazanmaq istəyirlər. Boş yer olub, gəlib düşüblər kino ilə bağlı fakültəyə, ondan  rejissor, ümumiyyətlə kino mütəxəssisi  olmayacaq. Peşəkar olmaq onların marağında deyil.  
Xatırladım ki, bir müddət ali məktəblərin televiziya jurnalistikası fakültəsində dərs keçirdim. Tələbələrlə söhbət nəticəsində məlum olurdu ki, tələbələrin bu ixtisas üzrə tələbə adlarını alması təsadüfdür. Deyirdilər ki, bu fakültədə yer oldu, gəldik düşdük bura. Mən də tələbələrə deyirdim ki, sizdən televiziya jurnalisti olmaz. Belə olmaz. Onlar da bu ixtisas üzrə fəaliyyət göstərməyəcəklərini bildirirdilər.
Hazırda bilmirəm, “Azərbaycanfilm” kinostudiyası nə vəziyyətdədir, görünən odur ki, orada durum arzuolunan səviyyədə deyil. Öyrənmişəm ki, həmin studiyada bölünmələr, parçalanmalar da var. Mən oradan uzaqlaşmışam. 
“Azərbaycantelefilim” Yaradıcılıq Birliyinin də fəaliyyəti  demək olar ki, yox səviyyəsindədir. Yazılmamış qayda var: hər diplomu olan adam kinorejissor deyil, kinooperator deyil. İstedad olmalıdır. Kino sahəsində ciddi problemlər var.
Hə, qeyd edim ki, bu birlikdə sonuncu filmimi 2010-cü ildə çəkdim. Və getdim. Ona görə getdim ki, artıq “Azərbaycantelefilim” Yaradıcılıq Birliyi yox idi. Yəni yaradıcılıq yox idi. Ab-hava dəyişmişdi. Eşitdiyimə görə, indi birliyə cavanları gətirirlər. Onlar da kino sahəsinin nəzəriyyəsini bilmirlər. Kino elmdir. Ali məktəblərdə isə kino sahəsi ilə bağlı tədris zəif aparılır. Məsələn, Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinin tələbləri ilə söhbət etmişəm, onların ixtisas üzrə bilgiləri zəifdir, bilmirlər. Bilmədikləri şeyi necə reallaşdıra bilərlər? Mümkünsüzdür! Hər bir elmin bir özəyi var. Məsələn, montajı bilməyən adam kino çəkə bilməz, daha dorğusu çəkməməlidir. Amma çəkirlər! 
Əksəriyyəti baxıb təqlid edirlər. Məsələn, mən bir filmdə uğurlu montaj üsulunu tapıb eləmişəmsə, bu o demək deyil ki, bunu hər filmdə eləmək olar. Bu həmin film üçün yarayır.  Başqa filmin öz montaj üsulu olmalıdır ki, mövzunu açsın. Kino sahəsi üzrə tələbə adını qazanmış və diplom almışlar, eləcə də filmin çəkilməsinin həvalə edildiyi adamlar bunları bilmirlər. Bu çox mürəkkəb problemdir. Və yaxın zamanlarda çözüləsi problem deyil. 
Yaddan çıxarmayaq ki, kino sahəsi istehsalat sahəsidir. Kino çəkmək şairlik, yazıçılıq, rəssamlıq deyil ki, əlinə qələm alıb yazsın, əlinə fırça alıb çəksin və s. Kino böyük istehsalat sahəsidir. Burada hər çür proseslər var, kinonun texnikası var, laborotoriyası var.

(Ardı gələn sayımızda)
Ramid İbrahimov

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]