Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

«Hamıya necə, mənə də elə haqsızlıq edirlər…» - İstiqlalçı deputat

«Hamıya necə, mənə də elə haqsızlıq edirlər…» - İstiqlalçı deputat
Bölmə :
Reportaj
Yayım tarixi :
16/1/2014 [10:56]
Baxılıb :
1449 dəfə
Şikayətləri eşidlməyən istiqlalçı deputatın evindən reportaj 
Məryəm Həsənova: «Niyə kimsə mənə acımalıdır ki?!»

Siyəzəndə buranı hamı yataqxana kimi tanıyır. Burası gördüyümüz bütün yataqxanalardan fərqlənirdi, oxşatmırdıq, inanmırdıq... İlk baxışdan Bakıdakı yeni tikililəri xatırladır. Səliqəli və yeni. Binanın qarşısında dayanan yaşlı kişidən Məryəm xanımın burada yaşayıb-yaşamadığını soruşub dəqiqləşdiririk. Təsdiqləyir.
Kişi: O başdan durub yol kənarında. Deyəsən qonağı gələcək…
Yaxınlaşırıq. 
- Bağışlayın gecikdik, sizi də gözlətdik
- Heç bir eybi yoxdur, təki gələn olsun, gözləmək zövqdür
Birgə binaya sarı gəlirik. İçəri keçəndə təəccüblənirik. Doğurdanmı bayırdan baxdığımız o gözəl görkəmli binanın içindəyik, yoxsa.... Təəccübləndiyimizi o da duyur. Həmən başlayır anlatmağa:
"Prezidentin gəlməsi şərəfinə bütün yataqxanalara, binalara alkapon üzlük çəkdilər. Təki kənardan yaxşı görünsün. İçinin necə olduğu, insanların burada necə yaşaması kimsəni maraqlandırmır. Əksinə, bu üzlük işimizi çətinləşdirib. Əvvələ baxanda indi bütün günü işıq yandırırıq evdə. Yoxsa qaranlıq olur", - deyir istiqlalçı deputat Məryəm Həsənova. 
O, Siyəzənin girişindəki yataqxanada yaşayır, 4-cü mərtəbədə. Bəlkə də şəraiti normal deyil. Ancaq bunun dilə gətirilməsini xoşlamır: "Ötən dəfə hansısa bir sayt mənim haqqımda yazmışdı ki, acınacaqlı həyat yaşayır". Mən bununla qəti razılaşmıram. Mənim həyatımın nəyi acınacaqlıdır? Əlim-ayağım yerində. Şükür sağlığımla bağlı ciddi problemim yox. Niyə kimsə mənə acımalıdır ki?!".
Onun tək istəyi illərdir ala bilmədiyi müavinətinin verilməsidir. İstiqlalçı deputat bununla bağlı ölkə başçısına da müraciət edib. O məktubunda 1991-ci il martın 7-də Ali Sovetdə SSRİ-nin saxlanması ilə bağlı referendum keçirilməsi əleyhinə, Azərbaycanın müstəqilliyinə səs vermiş 43 istiqlalçı deputatdan biri, 1991-1995-ci illərdə cəmi 51 nəfərdən ibarət olan Milli Məclisdə qanunverici deputat statusunda qulluq edən və oradan əmək haqqı alan yeganə qadın deputat olduğunu xatırladıb: "Buna baxmayaraq Dövlət Sosial Müdafiə Fondu qanunvericiliyə deyil, Milli Məclisin Aparatının rəhbəri Səfa Mirzəyevin səlahiyyətlərini aşaraq qanuna verdiyi antikonstitusion şərhinə istinad edərək ona sabiq deputatlar üçün müəyyən olunmuş pensiyanı verməkdən imtina edir. Səfa Mirzəyev və DSMF öz ədalətsiz hərəkətinə bəraət qazandırmaq üçün heç bir hüquq normasına, məntiqə sığmayan qondarma və absurd iddialar irəli sürürlər.  “Əmək pensiyaları haqqında” Qanunda Milli Məclisin sabiq deputatları arasında hər hansı ayrı-seçkilik, fərq qoyulmur. Ona görə də hələ 2007-ci il martın 7-də Milli Məclisin 21 nəfər nüfuzlu deputatı, o cümlədən Vahid Əhmədov, Əli Məsimli, İlyas İsmayılov, Qənirə Paşayeva, Sabir Rüstəmxanlı, Qüdrət Həsənquliyev, Asim Mollazadə, Azay Quliyev və başqaları ilk Milli Məclisin üzvlərinin pensiya hüququnun pozulması ilə bağlı Sizə məktubla müraciət edib”.
Məryəm Həsənova deyir ki, bir dəfə Qubad İbadoğlu ondan nə qədər müavinət aldığını soruşub. Ancaq utandığından cavab verə bilməyib: "Dedim deyə bilmərəm, utanıram. Sonra hardansa öyrənmişdi. Televizorda çıxışı zamanı qeyd etmişdi ki, 120 manat müavinət alıram. Bacım eşidib zəng etdi ki, Məryəm sən 120 manatla necə dolanırsan? Necə yetir sənə o 120 manat? Ondan sonra həmin müavinət 2 dəfə artıb. Ancaq Siyəzəndə həmin işə baxanlar bunu hesablayıb üstünə gəlmirlər. Elə əvvəlki kimi 120 manat alıram. Özüm qəsdən demirəm. Fikirləşirəm ki, bu onun işidir. Mən niyə deməliyəm? Mən direktor işləyəndə əvəzimə sənədləri başqasımı qaydaya salırdı? Bir sözlə, indi 220 manat alıram. Ancaq o da bir şey deyil. Elə aylıq elektrik enerjisinə 10 manat verirəm. Bunun qazı, suyu da var. Bəs dərmanlarım? Yüksək təzyiq və ürəyimdəki problemlərdən əziyyət çəkirəm. Dərmanlarım var, yeməyim var. Normal yaşamaq üçün müəyyən qədər vəsait lazımıdır axı. Bunları deməklə mən ağlamıram. Sadəcə haqqım olanı tələb edirəm. Hər kəsə olduğu kimi mənə qarşı da haqsızlıq var, vəssəlam".
Məryəm Həsənova gününü evdə kitab oxumaq, radio dinləmək, şer yazmaqla keçirir. Hə, birdə 4 nəfər şagirdi var: "Evdə hazırlaşdırıram. Nəinki bu ilki tələbələrim, elə ötən illərdə də hazırlaşdırdığım tələbələr heç vaxt mənim fənnimdən kəsilməyiblər. Təmənnasız hazırlaşdırıram. İnsanlar çox kasıbdılar. Əksəriyyəti işləmir. İndi durub kimə deyim ki, hazırlaşdırdığıma görə mənə pul ödəməlisən? Hansı valideynin cibinə girim? Odur ki, təmənna güdmürəm".   
Heç nədən, kimsədən şikayət etmir Məryəm xanım. Sadəcə haqqı olanı tələb edir. Bunu isə şikayət saymır: "Allahın verdiyi ömrü yaşayıram. Varlığım az qala bir əsrə yaxınlaşır. Taledir, alma deyil ki, ağacdan dərim. Millətdən artıq deyiləm. Məndən aşağıdakı mərtəbədə vaxtiylə dərs dediyim, bu saat hər hansı bir diplomatla döyüşə biləcək bir qadın yaşayır. 2 oğul anasıdır. Evi cəmi bir otaqdı. Bu dəqiqə eyvanı otaq etməyə çalışır ki, gəlin gətirsin. Yoldaşı 120 manat maaş alır cəmi. Üstdəki qonşu da onun kimi. O da oğul evləndirmək istəyir. Evi yox, işi yox… Hamı əsgərlik edib gəlib ancaq ev şəraiti yoxdur. Hamının dərdi, hamının problemi var. Mən onlardan artıq biri deyiləm. Nədən şikayət edim? Bizə haqsızlıq edirlərsə, bu hamıya qarşı hasızlıqdır. Mənim yeganə istəyim vaxtilə verdiyim əməyin qarşılığını almaqdır vəssəlam. Başqa mən kimsədən nəsə istəmirəm, istəmərəm də". 

Gülər Mehdizadə

Paylaş:
Mövzuya dair fotolar (Böyütmək üçün tıklayın)
«Hamıya necə, mənə də elə haqsızlıq edirlər…» - İstiqlalçı deputat
«Hamıya necə, mənə də elə haqsızlıq edirlər…» - İstiqlalçı deputat
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]