Dünən İsveçrənin Sürix şəhərində keçirilən “Qızıl top” mərasimində maraqlı hadisələr yaşanıb. Dünənki mərasimdə Kriştiyano Ronaldo karyerasında II dəfə “Qızıl top”u qazanmaqla yanaşı, Messinin həyat yoldaşı Antonella Raquzzonu da qucağında otuzdurmağa macal tapıb. Qafqazinfo.az xəbər verir ki, bu mənzərəni görən fotoqraflar dərhal öz işlərini görüblər. Messi isə bu vəziyyətə maraqlı kostyumu ilə sadəcə kənardan tamaşa edib.