Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Oyuncaq

Bölmə :
Köşə
Yazar :
Aytən Fərhadova
Yayım tarixi :
14/1/2014 [10:54]
Baxılıb :
1329 dəfə

Əslində sıradan bir xəbər yazmaq fikrində idim. Ancaq hadisənin mahiyyəti o qədər dərindi ki, qısaca hökm oxundu yaza bilmədim. Əslində hökm təkcə Ona oxunmadı...
Hər şeyə və hər hadisəyə, gerçəyə subyektiv yanaşa bilərik. Subyektivliyimizi obyektivliyə aid etmək fikrindən də həmişə uzaq olmuşuq. Hamının gerçəyi sənin gerçəyin olmadığı kimi sənin də gerçəyin hamının gerçəyi olmaya bilər. Ala qarğa olmağa alışmaq lazımdır.
Digər tərəfdən baxdıqda ümuminin gerçəyi bəzi hallarda qorxusuz da ola bilər. O zaman ki, orda alaqarğalara normal münasibət bəsləyirlər, onları olduğu kimi qəbul edirlər. Qorxu o zaman başlayar ki, önünə niyə mənim kimi düşünüb mənə tabe olmursan sualı qoyula... Necə ki, indi bu sual, sualdan da çox şərt önümüzə qoyulub - niyə mənə tabe olmursan - formasında...
Bütün olmasa da əksər xəbərlər belə başlayacaq; İsa Qəmbərin müşaviri Yadigar Sadıqova 6 il iş verildi. Ya da hakim hökm oxudu. Öz hökmünü oxumağı bacarmayan daha bir hakim, saxta ittihamla qurama cinayəti yalançı şahidlərlə sübuta yetirdi. «Dəyər! sözü çoxdan öldüyündən Qarabağ qazisi adlandırılan, 2-ci qrup əlil olduğu deyilən əslində isə əlil olmayan birinə görə Yadigar Sadıqovun - günahsız bir adamın əlindən 6 ilini oğurladılar. Azdımı? Yox, az deyil. Günahsız insanın həbsdə keçirdiyi bir günü belə çoxdur. 
İnsanı öldürmək özülüyündə daha az cəzadır, nəinki sənin azadlığını buxovlamaq. Yazma, görmə, baxma, duyma demək - bunlar yoxdursa insanın ölüdən nə fərqi qalır ki? Azadlığın alınması budur. Bəlkə bundan da artıqdır... Yaşamaq istədiyini, ancaq yaşaya biləcəyin halda əlindən zorla alınan bir çox şeylərin məcmusudur AZADLIQ. O azdlıq ki, onun uğrunda candan keçirlər. Ona görə ölüm azadlığa məğlub olur. 
Bəs azadlığı əlindən alınan məğlubdurmu? Yox, o qalibdir. Çünki qəfəsdə, qandalda, kəndirdə belə azaddır. Qorxulu olanı da elə budur. Azadlığı qısıtlayan üçündür bu qorxu, çünki özü heç cürə girdiyi qabığından azad ola bilmir. 
Bu məsələdə qorxulu məqam susqunluqdur. Ətrafdakılar, yaxınında olanların, sənin kimi düşünənlərin susması. Onlar susurlar. Elə bil ortada əlaqə qırılır. Fikrən əkiz olan insanlar hərəkət baxımından əngəlliyə çevrilirlər. Anlaşa bilmirlər. İki qafa arasında məsafə nə qədər yaxın olsa da bu baş sahibləri əllərini bir-birinə uzatmaqdan həmişə qaçıblar. Qafaların içindəki oxşarlığa şübhə elə bu səbəbdən yaranır. Qrup olmağı bacaramayanlarımız dəyərli insanlara yardım etmək istəsələr də bundan kənarda qalırlar. Çünki yardımın nədən ibarət olacağını dəqiq bilmirlər. Kiminə görə də yardım dolayı yolla cibinə girən pul kimi qavranılır. Ona görə Nəsibənin uzanılı qalan əlini bizim başbilənlərimiz mədəni dildə desək, anlamırlar. 
Düşünək ki, çox yaxından tanıdığımız birini həbs etdilər. Necə ki, edirlər. Nə baş verəcək? Hamı sosial şəbəkədə yazacaq, paylaşacaq. Həmin şəxslə çəkdirdiyi fotosunu profilə qoyacaq, çox az halda bunu etiraza çevirmək istəyəcək. Etirazın baş tutmayacağı şəksizdir, ancaq şəkk olunası digər məsələdə etiraza adi, sıradan vətəndaşın qoşulmaq arzusudur. Qoşulmayacaqlar. 
Ortada yenə insan taleləri gedəcək... Məsələ onda deyil ki, həbs olunanlar, ya da öldürülənlər təkcə siyasi düşüncəsi fərqli olanlar olacaq. Yox, çoxu bu oyunda qurban gedəcək. Əsgərindən tutmuş adi mühafizə polisinədək. Bəs sıradan dediyimiz vətəndaş bunu hiss edəcəkmi? Yenə də yox, çünki ən yaxşı halda yeganə övladı ölən ananın yanına bir-iki dilotu yemiş millət vəkili gələcək və ana deyəcək ki, oğlumu əcəb edib öldürüblər. Zatən hamı öləcək...
Dünyanın əşrəfi olduğu deyilən insan iki əlli kreslosundan elə bərk yapışar ki, özünü əşrəf yox, məsələn içi qızılla dolu sandıq da hesab edə bilər. Ya da müasir dillə desək, seyf. İstəyər ki, həmişə seyf dolu olsun, ora da daha çox pullar gəlsin. Daha önəmi yoxdur o pulların qana batdığı... Məşhur məhkəmə iclaslarının birində Sevinc Babayevanın bacısı hazırda məhbus həyatı yaşayan Gülər Əhmədovaya Sevincin qana bulaşmış pula ehtiyacı olmadığını dediyini xatırlatdı. Gülər xanımın sözləri heç vaxt yadımdan çıxmaz: “Qanlı nöşün olur? Pul idi dəə”
Bu gün xəbərlərin böyük əksəriyyəti belə olacaq - hakim Yadigar Sadıqova 6 il hökm oxudu. Ancaq orda deyilməyəcək ki, hökmü oxuyan hakim oyuncaq idi. Saxta şahidlər, yalançı qurban, qurama əlillik, torba tikən müstəntiqlər kimi. Bu gün heç yerdə yazılmayacaq ki, son dönəm ən qalmaqallı işlərdə vəkil olan Xalid Bağırovun səsi elə bil quyudan çıxırdı. Haqlı tərəfi müdafiə edən vəkilin nə qaldırdığı vəsatətlərə baxan olmuşdu, nə də onun günahsız müvəkkilinin suçsuzluğunu anlayan. Ancaq bu gün hamı Yadigar Sadıqovun məhkəmədə hakimə dedyi sözlərin bir qismini biləcək. Çatdırmaq istədiyim isə əslində o sözlər idi. Tarixi olmayan ölkənin bəşər tarixinə düşəcək sözlərini siz də oxuyun:
“Siz düşünürsünüz ki, kiminsə buyruğunu yerinə yetirirsiniz və buna görə sizə haqq qazandırmaq olar? Səhv fikirləşirsiniz. Fransız aktyoru Pyer Rişarın çəkildiyi məşhur bir film var - “Oyuncaq”. Həmin filmdə belə bir epizod var. Baş qəhrəmanlardan biri böyük bir holdinqin rəhbəridir. Çox zalım insandır, işçilərinə zülm edir. Jurnalist ondan müsahibə alarkən müdirlərindən birini çağırır və ona deyir ki, şalvarını çıxart. O da şalvarını çıxarır. Sonra deyir ki, ofisdə gəz. Adam gedir gəzməyə. Bu zaman holdinq sahibi deyir ki, sən bu şəkildə gəzib arxanı hamıya göstərəcəksən? Müdir də deyir ki, axı siz əmr elədiniz... Ondan sonra holdinq rəhbəri yanındakı adama deyir ki, indi kim daha çox faciəli durumdadır? Mən, yoxsa mənim əmrimi qeyri-şərtsiz yerinə yetirən bunlar?””

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]