Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Gecələr sidiyi saxlaya bilməmək - gecə enurezi

Gecələr sidiyi saxlaya bilməmək  - gecə  enurezi
Bölmə :
Reklam
Yayım tarixi :
13/1/2014 [11:42]
Baxılıb :
6606 dəfə

ENUREZ (gecə enurezi, yuxuda sidikqaçırma,  gecələr sidiyi saxlaya bilməmək,  qeyri - iradi sidik ifrazı,  inkontinens və s.)  ən çox yayılmış xəstəliklərdəndir. Həyat üçün təhlükə törətməsə də, uşaqlara (və gənclərə) mənəvi əzab verərək, sinir sistemini pozur, onlar həyatda layiq olduğu yeri tuta bilmir, yaş artdıqca kişilərdə impotensiyaya, qadınlarda isə dərin psixi pozğunluqlara gətirib çıxarır.

Enurez nədir? ENUREZ - uşağın inkişaf yaşına uyğun olmayan, uzun müddət davam edən hal olub, yuxuda ikən yerinə sidik buraxmasıdır. Uşağın inkişaf yaşı dedikdə qızlarda 4 yaş, oğlanlarda 5 yaş nəzərdə tutulur. Belə ki, Uşaq enurezi üzrə Beynəlxalq Elmi Cəmiyyət belə qəbul edib ki, əgər 4 (və ya 5) yaşını tamam eləmiş uşaq yuxuda ikən sidik buraxmaqda davam edirsə, bu ENUREZDIR və müalicəyə başlanılmalıdır.

Gecə enurezinin müalicəsi aylarla, bəzən illərlə çəkə bilər. Cəmiyyət üçün kiçik olan bu problem, enurezli uşaq və gənclər, həmçinin onların ailəsi üçün çox böyük bir problemdir. Enurez həm də çox zaman kədərli həyat tarixçələri, ailə dramı deməkdir. Ailələrdə konfliktli situasiyaların yaranmasına səbəb olan bu xəstəlik üzündən bir çoxları vaxtında ailə qura bilmirlər, yaxud qurulmuş ailə enurez üzündən dağılır. Enurezin nevrotik pozuntularda, sonsuzluqda və cinsi zəiflikdə (impotensiyada) rolunun sübut olunması, onu tibbi-sosial problemə çevirmişdir.

Belə xəstələr həmişə qorxu hissi ilə yaşayır : 
”¢ Valideynlər tərəfindən cəzalandırılmaq, yaxuq günahlandırılmaq hissi; sorğular nəticəsində müəyyənləşdirilib ki, hər 3 ailədən birində enurezə görə valideyinlər uşaqları cəzalandırır. 
”¢ Dostlarının, məktəb yoldaşlarının xəbər tutmasından qorxu hissi;
”¢ Bacı, yaxud qardaşdan tənə hissi, aşağılanmaq hissi;
”¢ Qonaq getməyə, səyahətə çıxmağa qorxurlar;
”¢ Sağalmamaq qorxusu - bir neçə dəfə uğursuz müalicə olmuşlar isə sağalmağa inamı itirir.
”¢ Belə uşaqların və gənclərin özünə hörmət hissi, inam hissi azalır. 

Nüfuzlu elmi - tədqiqat institutlarının məlumatlarına görə 5 yaşında uşaqların azı 20%-i, 18 yaşlı uşaqların isə 2,3%-ə qədəri enurezdən əziyyət çəkir. Göründüyü kimi, bunlar çox ciddi rəqəmlərdir. Bu o deməkdir ki, təkcə bizim ölkədə azyaşlılar bir yana, 15 yaşını keçmiş minlərlə enurezli xəstə var. Bu fakt bizim tərəfimizdən də təsdiq edilir: belə ki təkcə Real Tibb Mərkəzində hər il 18 yaşını ötmüş 100-lərlə enurezli oğlan və qız müalicə alır). 

Enurezin səbəbləri çox müxtəlifdir. Enurez - polietioloji xəstəlikdir - yəni bir səbəbdən deyil, bir neçə səbəbin üst-üstə düşməsidən əmələ gəlir. Bunlara aiddir:

- irsi amillər.
- mərkəzi sinir sisteminin inkişafının ləngiməsi (sidik kisənin dolduğunu MSS hiss etmir).
- onurğa beyninin inkişaf qüsuru (spina bifida).
- anti-diuretic hormone (ADH) production çatışmazlığı.
- sidik cinsiyyət sistemin anadan gəlmə anomaliyaları (sidik kisənin normadan kiçik olması) 
- uşağın həyatında stress vəziyyətləri
- sidik ifrazı sistemin infeksiyaları və iltihabi xəstəlikləri 
- uşaq bezi (pampers) forması - uşaqlara düzgün sidik vərdişləri əvəzinə uşaq bezindən izafi istifadə.

Bunların içərisində isə əsas səbəblər anadangəlmə inkişaf ləngiməsi və qüsurlarıdır; xəstəliklər səbəbindən olan enurezlər kiçik bir qisimdir. Kəskin tənəffüs infeksiyaları, soyuqdəymə enurezi kəskinləşdirən amillərdən sayılır. Uşağın həyatında stress vəziyyətləri də xəstəliyi kəskinləşdirə bilər. 

Enurez müalicəsiz qaldıqda ən çox rast gəlinən ağırlaşmaları:
”¢ cinsi zəiflikdən (impotensiyadan) və sonsuzluqdan əziyyət çəkənlərin 15-20 %-i haçansa enurezi olub müalicə almayanlardır! 
”¢ dərin psixi pozğunluqlar
”¢ sidik-cinsiyyət sisteminin xronik xəstəlikləri
”¢ infeksiyalara qarşı zəif müqavimət
”¢ cinsi funksiya pozulmaları 
”¢ cəmiyyətlə adekvat ünsiyyətin (inteqrasiyanın) çətinliyi

Enurezlə bağli yanlış fikirlər və ya sistemli səhvlər. 
Enurezin diaqnostikası və müalicəsi ilə bağlı mühüm problemlərdən biri xəstəlik haqqında cəmiyyətdə və hətta tibb nümayəndələri arasında uzun illər formalaşmış yanlış fikirlər və ya sistemli səhvlərdir. Bunların bir neçəsinə aydınlıq gətirək.

1. Enurez yetkinlik yaşında özbaşına sağalan xəstəlikdir. Səhvdir və zərərli fikirdir.
Bu ehtimal cəmi 15-20%-dir və gözləmə taktikası acı nətıcələr verə bilər. 1- cisi, enurez adətən bir neçə orqanda nasazlığın nəticəsidir - sinir sistemi, sidik kisəsi, cinsiyyət orqanları və s. Müəyyən yaşda sidiyi saxlaya bilməmək keçərsə, bu vaxt orqanizmin nasazlıqları hamısı keçmir, bu isə sonradan ağır nəticələr verə bilər. Məsələn, sonsuzluqla və cinsi zəifliklə ilə üzləşən xəstlərin əhəmiyyətli bir qismi haçansa enurezi olub yaxşı müalicə almayanlardır. 2-cisi, adamlarda yalnız sagalan uşaqlar haqqında məlumat olur, sagalmayan 18-20 yaşlı gənc oğlan və qızın valideynləri bu barədə axı heç kimə məlumat vermir və çoxları da bilmir ki, bu gün Azərbaycanda yaşı 15-i keçib enurezi davam edənlər ən azı bir neçə min nəfərdir. Təkcə Real tibb mərkəzində indiyədək yaşı 18-dən yuxarı 100-lərlə enurezli oğlan və qız müalicə almışdır..
2. Dərin yuxu enirezin səbəbidir. Səhvdir və zərərli fikirdir. 
1-cisi, heç bir tədqiqat bu fikri təsdiq etməyib. Bu səbəbdəndir ki, Uşaq enurezi Üzrə Benəlxalq Cəmiyyət belə hesab edir ki, enurezlə əsasən (bəzi hallar istisna olmaqla) nervpatoloqlar deyil, pediatr və uroloqlar məşğul olmalıdır! Enurezli və enurezsis uşaqlar hamısı dərin yatır, - bu uşaq orqanizminin və sinir sisteminin normal, böyüklərdən fərqli halıdır. 2-cisi: hər kəs təsdiq edər ki, o qədər fantastik dərəcədə dərin yatan adamlar tanıyırıq ki, heç biri yerinə sidik buraxmır! Qeyd oluduğu kimi, səhvdir və çox zərərli fikirdir! Nədir bu fikrin zərəri: 20 ildən artıq müddət ərzində müalicə üçün bu yazının müəllifinə müraciət etmiş valideynlər, əvvəllər başqa yerlərdə müalicə almış minlərlə enurezli xəstənin demək olar ki, hamısı bu fikrə - yəni “Dərin yuxu enirezin səbəbidir” fikrinə əsasən uşağı ayıq yatmağa məcbur etmək məqsədilə aylarla antideppesant təsirli dərmanlar (melipramin və s.) veriblər - heç bir faydası olmayıb! Amma antideppressanlar xəstəyə sağalmaz yaralar vurub, əsəblər pozulub, qara ciyər əziyyət çəkib və s. Dərin yuxu enirezin səbəbi deyil və bunlar qeyri professional söhbətlərdir. 

3. Uşağı gecələlər oyatmaq və zəngli saat metodu. Bunların xüsusə azyaşlı uşaqlar üçün ziyanı faydasından daha çoxdur - təcrübədə bu üsulla uşağını müalicə etdirib sağaltmış valideynə rast gəlmək mümkün deyil. Gecələlər oyatmaq və Zəngli saat təcrübəsi effekt vermir və sinir sisteminə islaholunmaz ziyan vurur. Gecələr 1 dəfə uşağın oyanması yaşlı adamın 9-10 dəfə oyanması qədər əziyyətvricidir. Bundan daha asan və faydalısı uşaqlara yatmağa yaxın 3-4 saat ərzində maye qəbuluna qadağa qoymaqdır. 

4. Gecələr sidik ifrazını azaldan hormonal dərmanların tətbiqi. Antidiuretik preparatlar, daha doğrusu desmopressinin burun damcısı, yaxud tablet formaları əsasən şəkərsiz diabet xəstələri üçündür. Enurezdə bu dərmanlar çox nadir hallarda işlədilə bilər, lakin bunu əsaslandırmaq üçün vazopresinin gecə vaxtı azalması analizlə sübut edilməlidir. Əks halda bu dərmanın təyini qadağandır və hətta həyat üçün təhlükə yarana bilər.

5. Uşaq bezlərindən lüzumsuz istifadə . Bu, müalicəni yubandıran əsas səbəblərdir. Uşaq bezləri yalnız xüsusi hallarda istifadə üçündür. Uşaqların düzgün, sağlam tərbiyəsi, sidik ifrazı vərdişlərinin öyrədilməsi əvəzinə uşaq bezindən izafi istifadə ona gətirib çıxarıb ki, nəinki birincili (anadangəlmə) enurezlərin müalicəsini çətinləşdirir, hətta ikincili enurez yaradır ki, artiq bu ekspertlər tərəfindən enurezin yeni forması kimi - uşaq bezi enurezi kimi təsnif olunur.

Enurezin müalicəsi

Müalicəyə nə vaxt başlamali? - gecə enurezi ilə bağlı ən mübahisəli suallardan biri budur. Bu sualın cavabı xəstələr və valideynlər üçün mübahisəli olanda onları başa düşmək olar - tibblə əlaqəsi olmayan tanış - bilişləri valideynlərə tələsməməyi məsləhət görür, üz tutduğu müxtəlif ixtisaslı həkimlər isə müxtəlif yaş göstərir. Amma istənilən cavab əsaslandırılmalıdır. 
Avropa və Amerikanın nüfuzlu Elmi Tədqiqat institutlarının və Uşaq enurezi Üzrə Benəlxalq Cəmiyyətin, habelə Enurez Üzrə Avropa Cəmiyyətin göstərişlərinə görə enurezin müalicəsinə ən geci qızlar üçün 4, oğlanlar üçün 5 yaşında başlanılmalıdır. Uşaqlarda 4-5 yaşında həm gündüz, həm də gecə sidiyi saxlama qabiliyyəti formalaşmalıdır, əks halda bu xəstəlik hesab edilməlidir və xəstəliyin səbəbini axtarmaq lazımdır. Fərqli fikirlər də var, amma əksər mütəxəsislər bunu ən düzgün qəbul edir.

Enurez müalicəsinin hamı üçün məqbul vahid rasepti yoxdur. Bu çox mühümdür. Hər kəs bilməlidir ki, enurezli xəstənin müalicəsinin uğurunu öncə təmin etmək üçün 

1. - enurezin səbəbləri aydınlaşmalı (bunların bir neçəsi bir yerdə olur - polietioloji), 
2. - xəstənin orqanizmi öyrənilməlidir.
3. - həm də pasientin yaşayış şərtləri (maddi, mənəvi, psixososial) dəqiq öyrənilməlidir.
4. - müalicə həkiminin məhz enurezin müalicəsi üzrə böyük təcrübəsi olmalıdır. 

Dərmanların içliyindəki təlimatları oxumaqla, yaxud xəstəlik haqda bəzi məlumatları öyrənməklə belə bir həssas pasientlərə dərman yazmaq olmaz. Əsas sözü həkimin bu sahədə uğurlu təcrübəsi deyir. Bununla belə müntəzəm olaraq həkim həm özünün çoxillik təcrübəsinə, həm də nüfuzlu Elmi Tədqiqat institutlarının genişmiqyaslı, yəni həm üzərində müşahidə aparılan xəstələrin sayına və statistik tərkibinə görə, həm də müşahidə illərinin müdətinə görə sübut əsaslı tibbin -klinik epidemiologiyanın standartlarına əsaslanan tədqiqatlarla təsdiq olunmuş müalicəyə əsaslanmalıdır.
Hər bir pasient üçün fərdi qaydada düzgün metodun seçilməsi və ailənin psixoloji ehtiyatlarının cəlb edilməsi optimal qısa müddətdə sağalmanı təmin edə bilər. Buna görə də sidiyi saxlaya bilməməklə müraciət edən xəstənin müalicəsinə başlamazdan qabaq, diqqətlə müayinə olunması çox vacibdir. Müayinədə valideylərin (əsasən ananın) xəstə haqqında məlumatları çox əhəmiyyət daşıyır... 

Yadda saxlayın

”¢ Sidik Saxlaya biməməyin bütün növləri sağalandır.
”¢ Bu xəstəliyə görə utanmaq lazım deyil və yersizdir.
”¢ Uşaq heç vaxt günahkar deyi. Ümumən günahkar axtarılmamalıdır. 
”¢ Enurezə görə uşağı cəzalandırmaq olmaz! Bu zaman vəziyyət daha pisləşəcəkdir. 
”¢ Enurezin müalicəsinin çətinliyi və müddəti pasientin Enurez stajından, yəni xəstənin yaşından birbaşa asılıdır.
”¢ Enurezlə arabir deyil, hər gün məşğul olan, bu sahədə ixtisasaşmış, uzun illərin təcrübəsi və səriştəsi olan mütəxəsisə üstünlük verilməlidir.
”¢ Enurezin müalicəsində 100% anonimlik qorunur və buna həkim məsuliyyət daşıyır!

Müəllifin digər  məqalələrini internetdə buradan oxuya bilərsiniz.

Kişilərin cinsi zəiflik problemi - ÇIXIŞ YOLU
Kişilərin prostat vəzi problemi - ÇIXIŞ YOLU
Prostat vəzi: miflər, həqiqətlər
Qadınlarda sidik qaçırma problemi
KİŞİLƏRİN CİNSİ ZƏİFLİK PROBLEMİ  -  ÇIXIŞ YOLU 

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]