Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Kapital bazarının müasirləşməsinə kim mane olur?

Bölmə :
Köşə
Yazar :
Hafiz Babalı
Təqdimat :
Turan Ä°nformasiya Agentliyi
Yayım tarixi :
11/1/2014 [11:37]
Baxılıb :
1949 dəfə
Dövlət proqramının icrasına cavabdeh olan qurumlar “təkərin altına odun dığırladır”

İnkişaf etmiş bazar münasibətlərinin yaranması üçün yüksək səmərə ilə fəaliyyət göstərən qiymətli kağızlar bazarının mövcud olmasının zəruriliyini Azərbaycanda - qiymətli kağızların alət çeşidinin məhdud, kəmiyyət göstəricilərinin aşağı səviyyədə olduğu bir ölkədə - bazar subyektləri də, hökumət də başa düşür. Axı, məhz bu təməl iqtisadiyyatın çevik tənzimlənməsi imkanlarını genişləndirir, kapitalın və maliyyənin real sektora cəlb edilməsini asanlaşdırır.  

Digər tərəfdən, keyfiyyətcə yeni səviyyəyə qalxmış kapital bazarı şirkətlərin təsərrüfat və maliyyə fəaliyyətində şəffaflığın artırılması tələbini önə çəkir ki, sonucda iqtisadi sistem onu təşkil edən bütün tərəflərin mənafeyinə xidmət etməklə daha effektiv nətəcələr qazandırır. Görünür elə bu səbəbdən hökumət qiymətli kağızlar bazarının iqtisadiyyatda yerini dərk edərək, 2011-ci ilin mayında  “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramını (DP) qəbul etdi. Onun 2015-ci ilədək icrasına isə 15,8 mln. ABŞ dolları məbləğində beynəlxalq kredit və qrant, eləcə də büdcə vəsaitləri cəlb edildi. Amma zaman göstərir ki, təəccüblü də olsa, proqramım “təkəri altına odun dığırladan” elə onun icrasına cavabdeh olan dövlət qurumlarıdır.
Dövlət Proqramının icrasını təmin etmək üçün hökumət Dünya Bankının (DB) və İsveçrə hökumətinin maliyyə dəstəyilə “Kapital bazarlarının müasirləşdirilməsi layihəsi”ni hazırladı və icrasına başladı. Layihənin icra edilməsi üçün beynəlxalq məsləhətçi seçimini 2012-ci ilin 2-ci yarısında Böyük Britaniyanın “Corporate Solutions” şirkəti qazandı. Həmin şirkətin özünün verdiyi məlumata görə, bu məqsədlə onunla 6,7 mln. Avro dəyərində müqavilə imzalanıb. 
İnsafən demək lazımdır ki, proqram üzrə nəzərdə tutulan işlərin müəyyən hissəsi həyata keçirilib. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) məlumatına görə, qiymətli kağızlar bazarının ticarət təşkilatçısı olan Bakı Fond Birjasında (BFB) əqdlərin bağlanmasının davamlılığının təmin edilməsi məqsədilə fasiləsiz ticarət rejiminə keçid təmin olunub. Bazarın ticarətdən sonrakı infrastrukturunun tam inteqrasiya edilərək avtomatlaşdırılması və dövlət və korporativ qiymətli kağızların vahid mərkəzi depozitar sisteminin formalaşdırılması məqsədilə dövlət qiymətli kağızlarının depozitar funksiyası, eləcə də qiymətli kağızlarla əməliyyatların klirinq və hesablaşma funksiyalarının BFB-dən Milli Depozit Mərkəzinə ötürülməsi tamamlandı. Bununla yanaşı, dövr ərzində qiymətli kağızlar bazarında ticarət olunan alətlərin likvidliyinin artırılması məqsədilə market-meyker təsisatları yaranmağa başladı. Birja market-meyker fəaliyyətinə dair daxili qaydaların qəbul etməklə yanaşı, ticarət sisteminə texniki dəyişikliklər sayəsində korporativ istiqrazlar üzrə gündəlik alış-satış kotirovkalarının yerləşdirilməsinə başlandı. Paralel olaraq, ticarət zamanı qiymətlərlə manipulyasiyaların qarşını alınması və ədalətli bazar qiymətinin formalaşdırılması məqsədilə BFB-də kross əqdlərin (bir broker tərəfindən eyni qiymətli kağız üçün həm alış, həm də satış təklifi) bağlanılması üçün xüsusi mexanizm istifadəyə verildi. Lakin 2013-cü ilin əvvəlində irəli sürülən bu təşəbbüs uğurlu olmadı: bazar iştirakçıları ona adekvat reaksiya verə bilmədilər. Digər tərəfdən peşəkar iştirakçıların dəyərləndirməsinə görə, mexanizm kifayət qədər qüsurlu idi. Axı təkilf olunan 30 dəqiqə ərzində alternativ təklif irəli sürmək Azərbaycan gerçəkliyində mümkün olmayan bir iş idi.
Proqrama əsasən, bazarda təklifin artırılması məqsədilə 2012-ci ildən etibarən QKDK İqtisadiyyat və Sənaye Nazirliyi (İSN) ilə birgə kiçik və orta sahibkarlara alternativ birja ticarəti platformasının yaradılması, onların fond bazarından maliyyələşmə imkanlarının artırılması və təşviqi üçün gərəkli tədbirlər görməli idi. Bu iki qurumun iştirakı ilə Əmlak Məsələləri Dövlət Komitəsi iri dövlət müəssisə və şirkətlərinin fond bazarı vasitəsilə sərmayə cəlb etməsi və listinqini təşviq etməli, onların qiymətli kağızlarının fond birjasında alınıb-satılmasına başlamalı idi. Proqram bu qurumları infrastruktur layihələrinin maliyyələşdirilməsində fond bazarı alətlərindən istifadə edilməsini təmin etmək üçün səlahiyyət verib. Özəl sektora dövlət maliyyə dəstəyinin göstərilməsi məqsədilə fond bazarı alətlərindən istifadə edilməsinə dövlət tərəfindən özəl şirkətlərin sərmayəsinə edilən investisiyaların dəyərinin fond bazarı vasitəsilə formalaşdırılmasına da hələ başlanılmayıb. Müəyyən olunmuş müddət tamamlansa da, qiymətli kağızlar bazarında əlverişli vergi mühitinin formalaşdırılması məqsədilə təkliflərin hazırlanıb-hazırlanmadığı da məlum deyil. Proqramda deyilir ki, qiymətli kağızlardan əldə edilən investisiya gəlirlərinə, qiymətli kağızların alqı-satqısından əldə olunan gəlirlərə vergi güzəştlərinin tətbiq olunması gündəlikdə olacaq. Həmçinin, investisiya fondlarının fəaliyyətini, şirkətlərin fond birjasının listinqinə çıxmasını təşviq edən əlverişli fiskal şəraitin yaradılması nəzərdə tutulur. Bəlkə elə əlverişli vergi rejiminin olmaması səbəbindəndir ki, ölkədə hələ də nə investisiya fondu və nə də birjada listinqdən keçmiş bir şirkət vardır.
Qiymətli kağızlar bazarında səhmdarların hüquqlarının qorunması sahəsində QKDK-nın işi daxil olan şikayətlər əsasında səhmdarların hüquqlarını pozan şirkətlərə qarşı inzibati sanksiya tətbiq etməklə məhdudlaşır. Hərçənd, “Qiymətli kağızlar bazarında investorların huquqlarının mudafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, o, qiymətli kağızlar bazarında qanun pozuntuları haqqında investorlara məlumat verilməsi və onları xəbərdar etmək məqsədilə ozunun rəsmi nəsrində tətbiq etdiyi inzibati məsuliyyət tədbirləri barədə məlumatlar dərc etməlidir. Qanunun tələbinə görə, QKDK qiymətli kağızlar bazarında qanun pozuntularına yol vermis səxslərə tətbiq etdiyi sanksiyalar, həmin qanun pozuntularını etmis səxslər və s. ibarət məlumatlar bazasını yaratmalıdır. Dövri hesabata əsasən, təkcə 2013-cü ilin 11 ayı ərzində investorların hüquqlarının pozulması faktlarına görə, 532 şirkətə qarşı cərimə sanksiyası tətbiq olunub. Amma investorlar bu səhmdar cəmiyyətlərini tanımadıqları üçün qiymətli kağızlar bazarına girmək istədikləri zaman faktiki olaraq köməksiz qalırlar. 
Beynəlxalq təpki nəticəsində QKDK özünün qəbul etdiyi bir çox normativ aktların icrasına ya nəzarət etmir, ya da icrasında yol verilən nöqsanlara göz yumur. 26 avqust 2011-ci il tarixində təsdiq edilmiş “Adlı investisiya qiymətli kağızlarla alqı-satqı əqdlərinin bağlanması Qaydaları”-nın taleyi bu mənada çox müəmmalıdır və çoxlu suallar doğurur. Həmin suallara isə QKDK rəsmiləri cavab verməkdən yayınırlar. Belə ki, sözügedən qaydalar həm də birjadankənar platformada, yəni notarial qaydada və brokerin iştirakı ilə birjada rəsmiləşdirmədən bağlanan əqdlərin açıqlanmasını birmənalı olaraq tələb edir və onun mexzanizmini müəyyən edir. Qaydalara görə, bu tipli alqı-satqı əqdlərinin nəticəsi olaraq qiymətli kağızlar üzrə hüquqların ötürülməsindən sonra depozitar şirkət bir gün ərzində məlumatı BFB-yə ötürür. Birja birjadankənar əqdlər haqqında məlumatların ona təqdim edildiyi tarixdən 1 iş günü ərzində öz internet səhifəsində hamının tanış ola bilməsi üçün açıqlanmasını təmin edir. Sənəddə həm də açıqlanmalı məlumatın geniş forması da əksini tapmışdı. Qeyd etmək zəruridir ki, bu qayda elə oradaca deyildiyi kimi “qiymətli kağızlar bazarında ədalətli qiymətlərin formalaşmasını, şəffaflığın artırılmasını və sui-istifadə hallarının aşkar edilməsini təmin etmək məqsədi ilə” qəbul edilib. Amma həmin sənədin icrasına birja 2012-ci ilin yanvarında başladı və həmin ilin martın əvvəlində müəmmalı şəkildə dayandırdı. Bir neçə ay sonra BFB-nin Müşahidə Şurası birjadankənar əqdlərin açıqlanmasına dair sözügedən normativ aktın fəlsəfəsinə və mətninə zidd olan öz daxili qaydalarını qəbul etdi. İndi birja bu tipli əqdlərin yalnız riyazi hesabatını təqdim edir ki, onun da əsasında heç gündəlik əqdləri belə izləmək mümkün deyildir. Ləavə edək ki, bu Qaydaya görə, BFB həm də səhmdarlarının sayı 100-dən çox olam SC-lərin siyahısını depozitarlardan aldığı məlumatlar əsasında məlumat bazasında yerləşdirməli və onu yeniləməlidir. Amma birja bu elementar tələbi də qulaqardına vurur və QKDK-dan qulaqburması almır.
14 dekabr 2012-ci il tarixində QKDK “Qiymətli kağızlar bazarında sui-istifadələrin qarşısının alınmasına dair Qaydalar”-ı təsdiq etdi. Həmin sənədə görə, Qiymətli kağızları kütləvi təklif üsulu ilə yerləşdirilən şirkət tərəfindən xidməti məlumat digər şəxsə təqdim edildikdə, emitent həmin məlumatın öz internet səhifəsində və fond birjasının internet səhifəsində açıqlanmasını təmin edir. Azərbaycanda QK-ları kütləvi təklif üsulu ilə yerləşdirilən şirkətlərin sayı  1500-ü aşır. Amma bu günədək xidməti məlumatın aşıqlanması faktı qeydə alınmayıb. Ən azından BFB-nın məlumat bazasında belə bir bölmə yoxdur. Adıgedən sənəddə  həm də həmin şirkətlərə aid insayderlərin çevrəsi və onlar tərəfindən bağlanan əqdlərin açıqlanması qaydası  müəyyən edilib. Təəssüf ki, son bir il ərzində iki şirkətin (“AXA Mbask” ASC və “Unibank” ASC) səhmləri üzrə insayder əqdlərindən başqa digər ədq birja  tərəfindən açıqlanmayıb. Qaydalara görə, bu cür əqdlər barədə məlumat QKDK-ya və emitentə təqdim olunur. Emitent öz növbəsində həmin məlumatı açıqlamaq üçün fond birjasına təqdim edir. Göründüyü kimi, insayder əqdlərinin açıqlanması qaydası kifayət qədər dolaşıq sxemə söykənir: əqd barədə məlumatın insayder tərəfindən emitentə, oradan birjaya təqdimatı ağılabatan görünmür. Çünki insayder ona məxsus olan səhmlər üzərində sərəncam verdikdən sonra digər şəxslər qarşısında öhdəlik icra etməsi məntiqdən uzaqdır. Bu problemi görməsinə baxmayaraq, QKDK hər hansı tədbir görməyə tələsmir.
QKDK-nın qəbul etdiyi digər sənəd (30 noyabr 2012-ci il) isə “İnvestisiya qiymətli kağızların emitentlərinin fəaliyyətləri ilə bağlı illik hesabatlarının hazırlanması və açıqlanması Qaydaları”-dır. Həmin qaydalara əsasən, səhmdar cımiyyətləri, eləcə də istiqrazları dövriyyədə olan şirkətlər 17 bölmədən ibarət illik hesabatını QKDK-ya təqdim etməklə KİV-də açıqlamalıdır. Komitənin məlumatına görə, 2013-cü ilin 11 ayında ona 489 şirkət tərəfindən illik hesabat təqdim edilib. Lakin bu hesabatın neçəsi KİV-də açıqlanıb, məlumat verilmir. Digər tərəfdən, mətbuat səhifələrində dərc olunmuş hesabatlardan görünür ki, onların bir çoxu standartların tələblərinə cavab vermir. Nümunə üçün “AzNar” QSC və onun törəmə şirkəti olan “Göyçay Toxucu” ASC-nin hesabatını qeyd etmək kifayətdir. Məlum olur ki, ya emitentlərin illik hesabatları komitədə təhlil olunmur, ya da QKDK dərc olunan məlumatları izləmir. KİV isə bu tipli hesabatları kor-koranə açıqlamaqla məşğuldur.
Nəhayət vurğulamaq lazımdır ki, qiymətli kağızlar bazarında tələb və təklifin stimulaşdırılması, emitentlərin korpotariv idarəetmə təcrübəsinin inkişaf etdirilməsi, ictimaiyyətin məlıimatlandırılması və investorların fond bazarına olan marağının dəstəklənməsi üçün əldə olan maddi resurslara və kadr potensialına rəğmən QKDK, eləcə də İSN demək olar ki tam fəaliyyətsizlik göstərirlər. Bu yolla isə qiymətli kağızlar bazarının inkişafına yaxın vaxtlarda nail olunacağını düşünmək sadəlövhlük olardı. 

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]