Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Xeyirxahlıq kreditlə

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
11/1/2014 [11:32]
Baxılıb :
2391 dəfə

Amerika rejissoru Mimi Lederin «Başqasına ödə» adlı filmi var. Film Ketrin Rayan Haydın eyniadlı əsəri əsasında çəkilib. Sadə, həyati süjeti var, adamı ekranlara bağlayacaq qədər təlatümlü və effektli deyil. Amma filmdə bizim cəmiyyət və Amerika cəmiyyəti arasında olan uçurum o qədər aydın görünür ki”¦.

Amerika cəmiyyəti burda həsəd aparıcı qədər gözəl təsvir edilməyib. Filmin müsbət qəhrəmanı belə mütəmadi içəndir, üzünə qayıdan oğluna şapalaq da çəkir. Yaxud o biri qəhrəmanlar küçədə gecələməli olurlar. Çünki birisi narkoman, o birisi alkoqolikdir. Mərkəzi fiqur, müəllimin həyatını yaxından öyrəndikdə anlayırıq ki, kostyum və düzgün tələffüzü və gözəl söz bazası olsa da, onun da psixoloji problemləri var. Əvvəldə müəllimin yanıq çapıqları onun hansısa müharibədə aldığı travmalara bənzəyir. Bu zaman biz də, yəni tamaşaçı da onun hərbi əməliyyatlardan başıuca çıxdığını düşünürük. Amma əslində o yanıqlarını məişət dramı zamanı alıb. 12 yaşında olarkən içib anasını döyən atasını hədələyib. Atası isə uşağın üstünə benzin töküb yandırıbmış. Qəhrəman artıq ahıl yaşında olsa da, balasını yandırarkən atasının gözünün içində gördüyü parıltını xatırlayanda göz yaşını saxlaya bilmir. Filmdə ana-bala, ata-uşaq problemləri qabarıq şəkildə göstərilib və ailə içində böyüyən bizlər onlara yalnız acıya bilərdik. 
Amma burada həsəd aparacaq bir neçə məqam vardı. Əvvəla müəllim sinifdə uşaqlarla bərabərhüqqulu insan kimi davranırdı. Dərs prosesində mövzu və metodika məsələlərində seçimi azad idi. Oralarda yuxarıdan göndərilmiş metodiki vəsaitlər yəqin ki, köməkçi funksiyası daşıyır və bizim müəllimlərimiz kimi iş planına mütləq əməl etmək göstərişi ilə dərs keçirilmir. Yəni dil üzrə müəllim ilk dərsdə uşaqlara «Mənim gözəl dilim», ya «Ana dilim» mövzularında inşa yazdırmaq əvəzinə həyatdan danışır və bir il sürəcək bir tapşırıq verir. Uşaqlar «Mən dünyaya nə verə bilərəm və onu necə dəyişdirmək olar» mövzusunda ideyalarını səsləndirməli və ilin sonunda keçirdikləri təcrübələri ilə bölüşməli idilər. Uşaqlar müxtəlif ideyalar irəli sürürdülər. Onların içində sayt açıb bütün çinliləri eyni zamanda tullanmağa vadar edib bununla Yer kürəsini öz oxundan çıxarmağı təklif edən gülməli layihələr də vardı. Amma sinfin ən sadə, gözə çarpmayan şagirdi dünyanı dəyişməyin öz yolunu təklif etdi. Onun yazı taxtasında çəkdiyi modelə görə hər kəs 3 nəfərə təmənnasız bir xeyirxahlıq edir. Əvəzini qaytarmaq istəyənə deyir ki, ona yox, başqa 3 nəfərə yaxşılıq etsin. Beləliklə bu model işləsə, qısa zamanda yaxşılığa düçar olmuş 3 nəfər 9 nəfəri, onlarsa öz növbəsində 27 nəfəri xoşbəxt edəcək. Layihəni utopik, amma maraqlı adlandırırlar və uşaq müəllimin tərifinə layiq görülür.
Film naməlum adamın küçədə tanımadığı birisinə «Yaquar» markalı maşınını bağışlaması ilə başlayır. Həmin adam jurnalist olduğundan bu qədər qiymətli hədiyyə verən adamın yaxasından zəli kimi yapışıb həqiqəti bilmək istəyir. Məlum olur ki, maşını hədiyyə verən adamın qızı ağır astma xəstəsidir. Onlar xəstəxanada növbə gözləyərkən həkim ilk növbədə qolu yaralı bir zənciyə qulluq edəcəyini dedi. Amma qız artıq boğulma ərəfəsində idi. Qolu yaralı zənci öz növbəsini bu qıza vermək istədikdə həkim yaralara baxmalı olduğunu deyirdi. Sonunda həmin zənci cibindən tapanca çıxarıb güllə ataraq həkimi boğulan qıza baxmağa məcbur etdi. Qızı ölümdən qurtarsa da, əvəzində xəstəxanada güllə atdığına görə türməyə düşdü. Ata qızına həyatı bahasına yaxşılıq etmiş zəncinin arzusuna görə tamam başqa, tanımadığı adama xeyirxahlıq edəcəyini söz verdiyindən küçədən keçən ilk adama maşınını bağışladı. 
Jurnalist bu xeyirxahlıq zəncirinin ucunu tutub gedir və məlum olur ki, bir qədər əvvəl zəncinin özü də bu tip xeyirxahlığa «yoluxubmuşÂ». Küçədə gecələyən alkoqolik qadın onu polis təqibindən xilas edib və əvəzində başqa birisinə xeyirxahlıq etməyini istəyib. Bu xeyirxahlıq yoluxucu xəstəlik kimi ətrafa yayılarkən onun ideya müəllifi, yəni modeli yazı taxtasında çəkib sinif yoldaşlarının gülüş hədəfinə çevrilən şagird ümidqırıqlığı keçirirdi. Çünki küçədə gecələyən narkomanı evinə gətirib, yedirib, içizdirib, daxılındakı pullarını verib işə düzəlməyinə kömək etmişdi. Həmin narkoman işə düzələn kimi ilk maaşını yenə də narkotikə verir. Uşaq bilmirdi ki, həmin bu narkoman az sonra intihar etmək istəyən qadını kofe içməyə çağırmaqla xilas edəcəkdi. Şagird anasını içkidən çəkindirmək üçün plan cızır və onu tənha həyat sürən müəllimi ilə tanış edir. Xeyirxahlıq modeli işləmədikcə oğlan siyahıdan bir-bir insanların adını silib sonunda ideyanın yararsız olduğunu etiraf eləməli olur. Çünki dünyalarca istədiyi müəllimi də təmənnasız xeyirxahlıq etməyə ilk addımı atmağa çəkinir. 
O hələ bilmirdi ki,  zəncini xeyirə yoluxduran alkoqolik qadın onun doğma nənəsi idi. Nənəni isə illər uzunu onu görmək istəməyən anası yoluxdurubmuş. Oğlunun fikirlərindən ilhamlanıb küçədə gecələyən və içkiyə qurşanmaqla tamamilə simasını itirmiş anasından üzr istəmiş və uşaqlıqda keçirdiyi əzablara görə onu bağışladığını demişdi. 
Filmin çox kədərli sonluğu var. Oğlan zəif dostunu müdafiə etmək istəyərkən bıçaqlanır və vəfat edir. Amma bir qədər əvvəl o, yoluxucu xeyirxahlıq mövzusunda axtarış aparan həmin o «Yaquar» maşını hədiyyə almış jurnalistə müsahibə vermişdi: «İnsanlar dünyanı dəyişə bilməyəcəklərini düşünürlər. Ona görə də ilk addımı atmağa çəkinirlər. Amma sən istəsən dünya istədiyin kimi ola bilər”¦Â». 
Bu uşaq çox şeyləri bilmirdi. Bilmirdi ki, ölümündən sonra ruhdan düşmüş anasına ümid vermək üçün qapılarının ağzına yüzlərlə adam yığışıb xatirəsinə şam yandıracaqdı və ananın dərdinə şərik olub göz yaşı tökəcəkdi. Sonradan onun ideyası hərəkata çevriləcək və Amerikanın bir çox şəhərlərinə yayılacaqdı.
Həqiqətən də xeyirxahlıq yoluxucu ola bilərmiş. Dünyanın ən təmənnasız xeyirxahlığı fırlanıb, dolanıb, insan talelərindən keçib müəllifinin üstünə nə vaxtsa qayıda da bilərmiş. Bu sadə məsəli hamı bilir, amma hamı ona inanmır. Hər kəs xeyir işin xeyrini ani olaraq, dərhal əvəzini almaq istəyir. Xeyir işlərin əvəzi gecikdikcə isə şərin daha işlək olduğuna inanmağa başlayır.  Əgər yol üstünlüyün olsa da, başqa bir maşina yol versən, o növbəti tində olmasa da, az sonra beləcə başqa birisinə yol verəcək. Sən ağlayan bir uşağın könlünü alsan, bu xeyir də tüfəngin lüləsindən çıxmış «güllə» kimi üstünə qayıdıcıq və sənin də balanın başını sığallayan tapılacaq. Hər kəs bu filmdə verilən modelə əsasən 3 nəfərə təmənnasız xeyirxahlıq edib əvəzini istəməsə, o da öz növbəsində daha 3 nəfərin əlindən tutsa, necə bilirsiz, dünya gözəlləşərmi? Sanki bankdan alınmış kredit kimi qabaqcadan haqqı ödənilmiş xeyirxahlıq da üstündə faizi ilə geriyə qayıda bilər. 
Şər də həmin bu sxem üzrə artıb dünyanı basır. Bütün bunlar cəmiyyətdə artıq işləməyindədir. Amma insan zəkası bütün prosesləri tam əhatə etmək iqtidarında deyil. Ona görə də hərə özünə görə sadə bir model çəksin və onun işlək olmasına şübhə etməsin”¦

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]