Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

İctimai Palata seçki mübarizəsinə start verdi

İctimai Palata seçki mübarizəsinə start verdi
Bölmə :
Siyasət
Yayım tarixi :
22/6/2012 [11:05]
Baxılıb :
888 dəfə
Müxalifət və vətəndaş cəmiyyəti qurumları Seçki Məcəlləsinin dəyişdirilməsi uğrunda kampaniyaya başlayır

Dünən İctimai Palatanın təşkilatçılığı ilə «Seçki dinləmələri» adlı tədbir təşkil edilib. Quruma daxil olan partiyalarla yanaşı, ADP, ALP, AMİP nümayəndələri ilə bərabər, ayrı-ayrı qurumların təmsilçiləri, beynəlxalq qurumların və səfirliklərin nümayəndələrinin də iştirak etdiyi tədbiri Vidadi Mirkamal açıb. Azərbaycanın ən ciddi problemlərindən birinin azad seçki problemi olduğunu deyən Vidadi Mirkamal bildirib ki, bunun üçün əsas şərtlərdən biri demokratik seçki qanununun qəbuludur: «Bəlkə də çoxaları hesab edər ki, bu barədə kampaniya hələ tezdir. Amma hesab edirəm ki, indidən başlamaq lazımdır. Bu, başlanğıcdır və payıza qədər bir neçə belə toplantının təşkili nəzərdə tutulub».

Hafiz Həsənov: «Mütərəqqi müddəalar Seçki Məcəlləsindən çıxarılıb»

Daha sonra seçkilər üzrə ekspert Hafiz Həsənov məruzə ilə çıxış etdi. Azərbaycanda azad seçkilərin keçirilməsi üçün təminatlı qanunverici bazanın olmadığını deyən H.Həsənovun sözlərinə görə, Seçki Məcəlləsi qəbul olunan zaman oradakı bəzi mütərəqqi müdəalar sonradan çıxarılıb: «Azərbaycanda ictimai etimada əsaslanan seçki qanunvericiliyinin yaradılması ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən illərdir irəli sürülən təkliflər nəzərə alınmır. Seçki Məcəlləsinə ötən illərdə edilən dəyişikliklər zamanı sənəddə müsbət müddəalar tam çıxarıldı. 2003-də Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu nə təkliflər vermişdisə, artıq onların heç biri Seçki Məcəlləsində qalmayıb. Seçki institutu yavaş-yavaş sıradan çıxır. Bunu artıq hamı görür və bilir». 
Azad seçkilərin keçirilməsi üçün ciddi kampaniyaya ehtiyac olduğunu deyən H.Həsənov bildirib ki, hazırkı Seçki Məcəlləsi ilə bağlı bəzi demokratik rəy və təkliflərin ictimailəşdirilməsi və tələblərin sistemləşdirilməsi üçün işçi qrupu yaradılmalıdır. O, hökumətin bu məsələlərin həllində maraqlı olması üçün Avropa Şurası Venesiya Komissiyasına müraciət edilməsinin zəruriliyini vurğulayıb: «ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlar Bürosuna da müraciət edilə bilər. Bu qurumun seçki məsələsində fəaliyyəti yoxdur. Fikrimcə, bu qurumu işlətmək lazımdır. Seçkidən-seçkiyə bu işə diqqət ayırdığımız üçün nəticə yoxdur. Bu məsələ daim gündəmdə saxlanılmalıdır».

Venesiya Komissiyasına müraciəti kim edə bilər?

H.Həsənov onu da bildirib ki, AŞ-ın Venesiya Komissiyasına müraciət hüququ hökumətə və AŞ PA həmməruzəçilərinə məxsusdur: «Hökumətin mövqeyi bəllidir. Avropa Şurasının vasitəsilə həmməruzəçilər buna vadar edilməlidir». Ekspertin sözlərinə görə, Azərbaycan hökumətinin son seçkilərdən sonra üzərinə götürdüyü öhdəliklərdən biri də seçki hüququ pozulan vətəndaşlarının şikayətlərinin araşdırılması barədə olsa da, buna əməl edilmir.
MSK-nın keçmiş üzvü Gülağa Aslanlı isə seçki hüququnun pozulmasında MSK-nın saxtakarlıqlarından danışdı. Onun sözlərinə görə, seçki komissiyaları bu prosesdə əsas rolu oynayırlar. O, həmçinin, qanunvericliyə bir sıra vacib dəyişikliklərin edilməli olduğunu da dedi: «Müvəqqəti seçki komissiyalarının ləğv olunması, depozitin ləğvi və seçki kampaniyası və təşviqat dövrünün azaldılıması. Bunlar çox ciddi məsələrdir və həllini tapmalıdır. Zaman-zaman müxalifət Seçki Məcəlləsinə dəyişikliklər hazırlayıblar. Əlavə və dəyişikliklər təklifi Milli Məclisə də təqdim olunub. Bu təklifin hazırlanmasında müxalifət partiyaları ilə yanaşı, seçki ilə məşğul olan QHT-lərin də böyük rolu olub. Bu layihədə ATƏT-in 24 şərti də əksini tapıb. Hesab etmirəm ki, hazırladığımız məcəllə tam təkmildir və düşünürəm ki, onun üzərində bir qədər də işələmək olar».

Əli Kərimli: «Seçkiyə 6 ay qalmış oyun qaydalarını bilməliyik»

Tədbirdə çıxış edən AXCP sədri Əli Kərimli bildirdi ki, hakimiyyət məqsədli şəkildə, dövlət səviyyəsində seçkiləri saxtalaşdırır: “Bir var problem qanunvericiliyin kamil olmaması ilə bağlıdır, biri də var dövlət səviyyəsində həmin qanunların icrasına məsul olan şəxslər həm qanunvericiliyi ildən-ilə pisləşdirirlər. Həm də onu belə, tətbiq etmədən elə vəziyyət yaradırlar ki, seçki formal bir hadisəyə çevrilsin. Seçki öz mahiyyətini itirmiş olsun. Bütün cəmiyyət bunun qarşısını almaq üçün səfərbər olmalıdır. 98-ci ildə ATƏT, 2001-ci ildən də Avropa Şurası müxalifətin, vətəndaş cəmiyyətinin bu istiqamətində fəaliyyətinə qoşulub. ATƏT və Avropa Şurası da on ildən artıq bu işlə məşğuldular. Amma hər dəfə Azərbaycan hakimiyyəti prosesi müəyyən bəhənələrlə on ildən artıq uzada bilib. Çox paradoksal bir vəziyyət yaranıb. On ildən artıqdır Azərbaycanda seçki islahatlarını həyata keçirməyə vaxt tapılmayıb”.
Ə. Kərimli beynəlxalq təşkilatların yanaşmalarını da tənqid edib: “Bir qayda olaraq beynəlxalq qurumlar - seçkilərə məsul olan ATƏT seçkiləri müşahidə edəndən sonra prinsipial, obyektiv tövsiyələr hazırlayır. O tövsiyələrdə bütün çatışmazlıqları söyləyir, amma tövsiyələrin icra olunması, yerinə yetirilməsi, aradan qaldırılması ilə bağlı növbəti seçkiyə qədər heç bir təşəbbüs göstərmirlər. Hövbəti seçki ilində yeni təşəbbüslər başlayır. Azərbaycan hakimiyyəti növbəti dəfə prosesi qəsdən ləngidir. Eyni fikirlər Avropa Şurasına da aiddir. Və məlum olur ki, vaxt çatmadı. Beləliklə, biz hər dəfə seçki islahatlarını həyata keçirmək fürsətini itirmiş oluruq. Ona görə də bu dəfə işə tez başlamışıq. Beynəlxalq təcrübəyə görə, qanunvericiliyin təkmilləşdirilməsi seçkiyə ən geci 6 ay qalana qədər başa çatmalıdır. Yəni oyun qaydası yarışdan heç olmasa 6 ay öncə bəlli olmalıdır. Bu hesabla bu işi görməyə 10 ay vaxtımız var və bu, az müddət deyil. Əgər Azərbaycan cəmiyyəti özü üçün seçki islahatını prioritetə çevirsə, on ay ərzində müəyyən nəticələrə gəlib çıxa bilərik”.
AXCP sədrinin sözlərinə görə, hakimiyyəti ölkənin daxilində və beynəlxalq aləmdə öz legitimliyini itirir: “Legitimlik itir, narazılıq artır. Harazılığın hakimiyyət dəyişikliyinə gəlib çıxması mexanizmi yoxdur. Seçki mexanizmi tamamilə sıradan çıxır. Ona görə də Azərbaycan cəmiyyəti bu məsələyə milli vəzifə kimi baxmalıdır. Biz çox istəyirik ki, rejim dəyişikliyi demokratik yolla, seçki yoluyla - dinc şəraitdə olsun. Şəxsən mən belə düşünürəm ki, bu köklü dəyişikliklər Azərbaycanda rejimin dəyişməsi ilə də başa çatmayacaq. Hesab edirəm ki, biz o zaman demokratiyanın bu ölkədə az-çox oturuşmasından əmin olacağıq ki, bu rejim dəyişəcək, ondan sonra yaranacaq xalq hakimiyyəti seçkiləri uduzub o da dəyişəcək. Bu rejimdən sonra heç olmasa bir dəfə də hakimiyyət dəyişikliyini görməliyik və o zaman az-çox Azərbaycanda bu minimum vəzifəni həyata keçirdik qənaətinə gələ bilərik. Ona görə seçki mexanizmi, yarış şərtləri formalaşdırmaq olduqca mühüm vəzifədir və hamının işidir. Hökumətə münasibətindən asılı olmayaraq, bu, ümummili vəzifədir. Ümumi, şəffaf bir mühit olmalıdır. Ona görə də hesab edirəm ki, ümummilli konsesus yaratmaq, bütün diqqəti seçki islahatlarına cəlb etmək mühüm bir vəzifə kimi elan olunmalıdır. Hafiz bəyin təklifini dəstəkləyirəm. Tələsmədən, eyni zamanda ləngimədən belə bir İşçi Qrupu yaratmalı və cəmiyyətin ümumi mövqeyini ifadə edən təkliflər paketi hazırlamalıyıq”. 
Ə. Kərimli iki istiqamətdə iş aparılmasını təklif etdi: “Bunlardan biri hüquqi yoldur - Avropa Şurasına təzyiq etməliyik. AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri obyektiv deyillər və biz onlara etimad göstərmirik. Bunu, açıq şəkildə özlərinə də ifadə etdik. Amma Avropa Şurası yalnız bu adamlardan ibarət deyil ki, Avropa Şurası ilə işimizi intensivləşdirməliyik. Ya o məruzəçilər özləri fəaliyyətlərində dönüş etməli, ya da onlara etmadsızlıq göstərilməlidir. ATƏT-lə dialoqumuz intensivləşməlidir. Amma hamımız bilir ki, bu, təkcə hüquqi məsələ deyil. Hakimiyyət gücü çatdığı qədər israr edəcək. Ona görə də paralel olaraq demokratik qüvvələrin səfərbərliyinə nail olmaq yolu ilə elə vəziyyət yaratmalıyıq ki, hökumət dəyişikliyin labüd olduğunu anlasın».
ALP sədri Əvəz Temirxanın çıxışı isə təklifdən ibarət oldu: «Mövqeyindən, hakimiyyətə yaxınlıq dərəcəsindən asılı olmayaraq bütün partiyalar on gün ərzində bir araya gəlsinlər. Seçkiqabağı mühiti, seçki qanunvericiliyi ilə bağlı vəziyyəti müzakirə edib çıxış yolları axtaraq». 

Sərdar Cəlaloğlu: “Müxalifət bu tərkibdə müzakirələrə gecikib”

ADP sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, müxalifət bu tərkibdə seçki məsələsini müzakirəyə çıxarmağa gecikib: «Biz ilk növbədə müdafiə etdiyimiz dəyərlərə hörmət etmirik. Hərə öz reytinqi ilə məşğul olur, ortada isə xalq və demokratiya uduzur».
ADP sədri çıxışının əsas hissəsini müxalifətin tənqidi üzərində qurduğundan ona qarşı etiraz səsləri eşidilməyə başladı. Onun bu çıxışına əvvəlcə Vidadi Mirkamal etiraz etdi: «Sərdar bəy çox bədbin notlarda çıxış etdi. Bununla da aydın oldu ki, niyə insanlar ADP-nin sıralarını tərk edir". V.Mirkamal əlavə edib ki, bu pessimist notları dinləyərkən ya insan bu ölkədən getmək, ya da hakimiyyəti sevmək istəyir.

İsa Qəmbər: «Azad seçki olmadan hakimiyyəti dəyişmək mümkün deyil»

Müsavat başqanı İsa Qəmbər də Sərdar Cəlaloğlunu tənqid etməklə çıxışına başladı: «Bu qədər səmərəli müzakirələr aparılıb. Bəzi məsələlər sistemli şəkildə təqdim olunub və yeni yanaşmalar açıqlanıb. İctimai Palata bu dinləməni təşkil etməklə qarşısına qoyduğu məqsədə nail oldu. 19 ildir paradoksal vəziyyət yaranıb ki, hakimiyyəti dəyişmədən azad, ədalətli seçki keçirmək mümkün deyil. Ancaq bizim üçün azad seçki olmadan hakimiyyəti dəyişmək mümkün deyil. Biz hakimiyyəti dəyişməyin yalnız bir yolunu - seçki yolunu qəbul edirik. Ona görə də bütün enerjimiz seçki məsələsinə yönəlib”.
Başqanın fikrincə Azərbaycanda kifayət qədər güclü demokratik qüvvələr və vəziyyəti dərk eləyən vətəndaş cəmiyyəti var: “Vəzifə ondan ibarətdir ki, bu potensialı reallaşdırmağı bacaraq. Təklif olunan işçi qrupunu yaratmaq haqda düşünməliyik. Amma bu qrup yalnız qanunvericilik sənədlərinin hazırlanması ilə məşğul olmalı deyil. Əlimizdə hazır sənədlər də var. Onu təkmilləşdirmək olar. İşçi qrupu həm önəmli nöqtələrə vurğu qoymalıdır ki, diqqət ora cəlb edilsin. Qrup ən önəmli funksiyalarından biri kimi ölkədə ictimai konsensusa nail olmalıdır. Seçki təkcə partiya və namizədləri maraqlandırmamalı, hər kəs seçki mühitinin dəyişməsi üçün çalışmalıdır».
Pərviz Həşimli

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]