Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Simvol və Emblem

Bölmə :
Köşə
Yazar :
Məmməd Süleymanov
Yayım tarixi :
22/6/2012 [10:32]
Baxılıb :
2246 dəfə

Xalqların hamısının tarixi bir-birinin təkrarıdır. Hakimiyyət davaları da, nihilistlərin mübarizəsinin bəhrəsini karyeristlərin görməsi də universal həqiqətdir. Sırf cəsur və sırf qorxaq xalqlar yoxdur.
Emmanuil d`Astye haqqında deyirlər ki, o, inqilabçı deyildi - ancaq Fransa müqavimət hərəkatının liderlərindən biri oldu. Siyasətçi deyildi - parlamentin deputatı oldu. Jurnalist deyildi - «Liberasyon»un yaradıcalrından biri oldu. Və nəhayət, çinovnik deyildi - de Qollun Müvəqqəti hökumətində daxili işlər naziri oldu.
Ən böyük sevgisi kitab oxumaq və özünə qapılıb düşünmək olan bu aristokratı Fransanın nasizmə bədnamcasına təslim olması Parisdən Nanta gedərkən yolda haqladı. Panika içində qaçan insan karvanı, demoralizə olunmuş ordu, məğlubiyyətlə mübarizəni bir-birindən fərqləndirə bilməyən xalq”¦ 1789-cu ili, Paris Kommunasını öz tarixindən sanki silibmiş kimi, fransızlar üzlərində kədərsiz, bədbinliksiz nasist Almaniyasının ayaqları altına sərələnir. Bu rüsvayçı təslimçilikdə heç kəs özünü günahkar saymır. Hərbçilər «Heç kəs bizi uduzmaqda qınaya bilməz. Axı uduzmaq üçün döyüşmək lazım. Biz isə döyüşməmişik» deyirlər.
D`Astye özünün məşhur «7 ilin 7 günü» avtobioqrafik əsərini bu qaçış səhnəsinin təsviri ilə başlayır. Fransa ikiyə bölünüb. Şimal nasistlərdə, cənub isə 85 yaşlı marşal Petenin başçılığı ilə kollaborasionist Vişi hökumətindədir. Dünən sinəsinə döyənlər bu gün qeyb olub və tarixi yenidən yazmaq d`Astye kimi sibarit və konformist azlığa qalıb. Bu azlıq dünənədək yaşadıqları bütün ömürlərindən, rahatlıq və əyləncələrindən əl çəkib Parisdə, Lionda, Nantda gizli dərnəklər yaradır.
Sonra d`Astyenin de Qolla əməkdaşlığı başlayır. De Qollun əhatəsində o, yeganə adamdı ki, gizli fəaliyyətin, gündəlik risqin, hər gün ölüb-dirilməyin və dost itirməyin nə olduğunu bilirdi. Qalanları isə - şirəyə toplaşan milçəklərdi. Və de Qolla da elə belələri lazımdı - dilləri qısa olsun, başları aşağı. Və bu milçəklər sabahkı Fransanın rəhbərləri olacaqdı. Onlar hamıyla, hətta Petenlə də dil tapmağa hazırdırlar - təki faşistlərdən sonra hakimiyyətə kommunistlər yox, özləri gəlsinlər. Vuruşanlar yox, kənarda, uzaqda - Əlcəzairdə oturanlar.
Müəllif de Qolla olan ikili hisslərini də gizlətmir. De Qoll üçün insanlar sadəcə vasitədir və bu xırda personajların tarixi rolu alnına Böyük Fransanı bərpa etmək yazılmış generala xidmət göstərməkdir. De Qoll insanlara yox, Tarixə sevgiylə yaşayır. Onun üçün Müqavimət hərəkatındakı gündəlik risq edən intellektuallar da, meşədəki kommunist "maki"lər də sadəcə şahmat taxtasındakı fiqurlardır. «Taxtadakı atı götürməyə uzanan əl üçün atın hansı hisslər keçirdiyi mənasızdır», - d`Astye yazır.
Onun kitabında de Qollun rəmzi adı Simvoldur, Petenin isə - Emblem. Sonra Simvol Emblemi məhkəməyə çəkir, 90 yaşlı qocanı mühakimə edirlər. Emblem Simvola uduzur.
Paris azad olunandan sonra gözlənilən, ancaq puç olan ümidlərə d`Astye xüsusi səhifələr ayırır. Dünənki gizli fəaliyyət göstərən patriotlar daha heç kəsə lazım deyillər. Onları yaşadan stimullar və qardaşlıq hissi əriyib gedir. «Biz povesti birlikdə başlamışdıq. Sonuna hamımız gəlmədik. Bundan sonra isə yollar ayrılır»,- d`Astye yazır.
Kimlərsə üçün müharibə olsa-olsa qrip kimi qaçılmaz və müvəqqəti xəstəlikdi və epidemiya vaxtı kimlər kənardaydısa - hakimiyyətə də onlar yiyələnir. Emblemin də ətrafında belələriydi. Simvola da belələri gərəkdi.
Ancaq o həqiqət danılmaz olaraq qalır ki, döyüşsüz təslim olub qürurunu itirən xalqlara ayağa durmaq üçün mütləq Simvol lazımdır. Emblemdən isə uzaq durun...

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]