Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

«Qəzadan əvvəl polis oğlumu döyüb» - FOTOLAR

  «Qəzadan əvvəl polis oğlumu döyüb» - FOTOLAR
Bölmə :
Reportaj
Yayım tarixi :
7/1/2014 [10:27]
Baxılıb :
6290 dəfə
7 nəfərin ölümü ilə nəticələnən qəzada oğlunu itirən ana şok açıqlamalar verdi
«Bizim Yol»un əməkdaşı qandonduran faciə qurbanlarının ailəsində oldu

Dekabrın 28-də Bakı-Şamaxı yolunda baş verən qəza zamanı 8 nəfərin həlak olduğu deyilirdi. Hadisə zamanı Qızıldaş qəsəbəsinin sakinləri Əfqan Bəndiyev, Güloğlan Əliyev və Nurlan  Qasımov  həyatlarını faciəli şəkildə itirdilər. «VAZ-21 07» markalı avtomobillə toqquşan digər avtomobildə olan 5 sərnişindən 4-ü dünyasını dəyişib. Bir nəfər yaralanıb. 

Dünən Qızıldaş sakinləri olan mərhumların evində olub ailə üzvləri ilə söhbət etdik, onlar hadisəni video görüntülərə və şahidlərə əsasən danışdılar. Nurlanın anası Səriyyə Orucova deyir ki, qəzada 8 nəfər deyil 7 nəfər həyatını itirib, bir nəfər sağdır: “Polis qəza baş verən avtomobillərdə hər kəsin öldüyünü deyir, amma bir nəfər sağdır, 7 nəfər həyatla vidalaşıb. Bu 7 nəfərin ölümünə səbəbkar Bakı-Şamaxı yolunda reydə çıxan Yol Patrul Xidmətinin əməkdaşlarıdır”.

“Oğlumun nişanlısı intihar etsə, bunun da səbəbkarı polisdir”

Bir ildir həyat yoldaşını itirən Səriyə Orucova oğlunun faciəli ölümündən sonra yaşamağının mənasız olduğunu düşünür. Mərhumun anası deyir ki, Nurlan məşhur biznesmen Hacı İbrahim Nehrəmlinin şirkətində çalışırmış. Bu günlərdə özünə toy etmək istəyib: “Oğlum iki ay idi ki, nişanlanmışdı,  yanvarın 10-da toyu olacaqdı. Oğlumun qəfil ölümü nişanlısını sarsıdıb. Onlar bir-birini illərdir ki, sevirlər. Nişanlısı üzünü oğlumun üzünə qoyaraq dedi: “Nurlan, mən də sənin yanına gələcəm”. Dəfələrlə intihar etmək istəyib. Ailəsinin, qohumlarının nəzarəti üzərində olduğu üçün hələ ki bu faciə baş verməyib. Təcili tibbi yardım dəfələrlə çağrılıb, həkimlər onu sakitləşdiriblər. O, hər zaman həyatla vidalaşa bilər. Buna səbəb də yenə polislər olacaq. Mən də qisas üçün yaşayıram. Qisasımı alandan sonra yaşamayacam. Mən bu dövlətin hüquq-mühafizə orqanlarına nifrət edirəm. 7 nəfərin ölümünə səbəb olan polisləri üzdən tanıyıram, onların evini tapacam. Mənim ailəmi dağıtdığı üçün onun ailəsini dağıdacam, övladımı toysuz qoyduğu üçün övladlarını toysuz qoyacam”¦!”

Ana qəzadan 6 saat sonra xəbər tutub

O, bildirir ki, oğlunun ölümündən 6 saat sonra xəbər tutub: “Avtoqəza saat 15.00 radələrində olub. Bizə bu barədə saat 21.00 radələrində xəbər veriblər. Müşfiqabad qəsəbəsindəki yol polisi postunda keçirilən aksiyadan xəbərim olmayıb. Qəsəbə sakinləri həmrəylik göstərərk polis postunun olduğu yolu bağlayaraq etiraz aksiyası keçiriblər. Aksiyadan sonradan xəbər tutub mən də getdim. Burada Abşeron polisinin rəis müavini Namiq də var idi. Polislərə spirlti içkinin iyindən yaxın gəlmək olmurdu”.

“O qadın sağdır”

Səriyə Orucova deyir ki, qəzadan öncə polislər oğlunu saxlayaraq döyüblər: “Gözünə vurublar. Oğlum polislərin təzyiqindən qaçıb. Bunu sübüt edən video görüntülər də var. 3 polis maşını (775, 776, 778 dövlət nömrə nişanlı maşınlar) oğlumun idarə etdiyi avtomobilin arxasınca qaçıblar. Qarşıdan yolun kəsildiyini görən oğlum geri qayıdıb. Bu zaman əks istiqamətdə hərəkət edib. Yenə də polis oğlumdan əl çəkməyib. Nəticədə qəza baş verib. Qəzada oğlumun idarə etdiyi maşında 3 nəfər olub, o biri maşında isə 5 nəfər olub. Onlardan biri gizir rütbəli hərbçi olub. Onun işini hərbi polis araşdırır. Maşında olan bir qadın sağdır. O yalnız qolundan zərbə alıb. Gedib onunla danışacam. Ağsu sakinləridirlər, mərhumlar da orada yaşayıblar. Yas mərasimində iştirak etmişik”.

Səriyə Orucovanın sözlərinə görə, oğlu Nurlan “VAZ 21 07” markalı avtomobili təzə alıb: “Oktyabr ayında aldı. Bu onun yeddinci maşınıdır. Avtoş maşınına oxşayırdı. Amma  oğlum avtoş deyildi. Nurlan yol-hərəkət qaydasını pozmuşdusa, polisin onu döyməyə, qovmağa ixtiyarı yoxdur. Maşının nömrəsini götürməli idi, cəzası var idisə, onu bildirişlə göndərməli olduğu halda oğlumu öldürüblər. Mənim tələbim budur ki, qəzaya səbəb olan polislər cinayət məsuliyyətinə cəlb olunsunlar.

«Çörək pulu qazanmaq üçün getmişdilər» 

Səriyə Orocova deyir ki, maşında olanlar oğlunun dostları olublar: “Hər üçü  1990-ci il təvəllüdlüdür. Dost idilər. Onlar Şamaxıya gedib “KamAZ” markalı yük maşınına baxmaq istəyiblər. Pul toplayıb bu maşını alaraq, onunla çörək pulu qazanmaq istəyiblər. Amma polis... 
Hadisə Bakı-Şamaxı yolunun 59-cu kilometirliyində baş verib. Oğlumun döyülməsini və qəzanı göstərən video görüntülər youtube-dən silinsə də, bizdə var. Görüntülərdən məlum olur ki, oğlum qəza zamanı sağ olub. Yaşayırmış. Onu “Semaşka” xəstəxanasına gətimər əvəzinə qəsəbə xəstəxanasına aparıblar. Ancaq sağ qalan qızı “Semaşka”ya aparıblar. Hesab edirəm ki, oğlumu polis öldürüb, iynə vurub öldürüblər. Ağır xəsarəti olmayıb. Video görüntüdən bu açıq-aşkar görünür».
Oğlumun cibində 1000 manat pul var idi. Polis o pulu mənimsəyib, qəzada həlak olanların hamısının telefonunu polis format edib valideynlərinə verdi. Telefondan hər şey silinib. Hadisə obyektiv araşdırılsa, məlum olacaq ki, oğlum qəzadan 10 dəqiqə öncə dostuna zəng edib “polis bizi qovur” deyib. “Azercell”ə sorğu verib bunun təsdiqini ala bilərlər. 

«Cinayət işi araşdırılmır, deyirlər hamısı ölüb”¦Â»

Söhbət etdiyimiz mərhum Güloğlan Əliyevin anası Esmira Əliyeva,  Əfqan Bəndiyevin qardaşı Rəhman Bəndiyev və Nurlan  Qasımovun anası Səriyə Orocova müstəntiqdən narazıdırlar: “Müstəntiq Vüsal cinayət işini araşdırmır. Deyir ki, qəzada olanların hamısı ölüb, ona görə də cinayət işi araşdırılmır. Bu müstəntiqin danışıq qaydası yoxdur, oğlunu itərən ana ilə gülə-gülə danışırdı. Mən Müşviqabadda yerləşən polis postunda olanda məlum  oldu ki, polislərin hamısı spirtli içki qəbul edir. Onlarla danışmaq belə mümkünsüzdür. Vətəndaşla danışıq və müraciət qaydasını bilmirlər. Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Ağayev isə deyir ki, guya oğlumun səhhətində problem olub. Hansı problem olub? Heç bir tibbi analiz, müayinə olmadan polis nə ixtiyarla belə qərar verir?! Ar olsun! 7 nəfərin ölümünə səbəb olan cinayət işi araşdırılmır, heç bir hərkət aparılmır. Dediklərinə görə, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov məni qəbul edəcək. Qəbul üçün zəng gözləyirəm. Zərərçəkmiş olaraq hüquqlarımın müdafiəsi üçün vəkillə müqavilə bağalaycam. Oğlumun qanını yerdə qoymayacam!” .
Mərhumların ailələri ağır cinayət işinin hüquqi həlli üçün birlikdə mübarizə aparacaqlarını bildirdilər.

Ramid İBRAHİMOV
Fotolar müəllifindir

Paylaş:
Mövzuya dair fotolar (Böyütmək üçün tıklayın)
  «Qəzadan əvvəl polis oğlumu döyüb» - FOTOLAR
  «Qəzadan əvvəl polis oğlumu döyüb» - FOTOLAR
  «Qəzadan əvvəl polis oğlumu döyüb» - FOTOLAR
  «Qəzadan əvvəl polis oğlumu döyüb» - FOTOLAR
  «Qəzadan əvvəl polis oğlumu döyüb» - FOTOLAR
  «Qəzadan əvvəl polis oğlumu döyüb» - FOTOLAR
  «Qəzadan əvvəl polis oğlumu döyüb» - FOTOLAR
  «Qəzadan əvvəl polis oğlumu döyüb» - FOTOLAR
  «Qəzadan əvvəl polis oğlumu döyüb» - FOTOLAR
  «Qəzadan əvvəl polis oğlumu döyüb» - FOTOLAR
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]