Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

İntihar siyahısı

Bölmə :
Köşə
Yazar :
İdrak Abbasov
Yayım tarixi :
28/12/2013 [10:19]
Baxılıb :
1271 dəfə
Cənablar, özünə qəsdə hazırlaşanları və özünüzü xilas edin

Qarabağ qazisi Zaur Həsənovun  özünü yandırması yeni vəziyyət yaradıb. İllərlə qapılarında sürünən, təhqirə məruz qalan, səsi eşidilməyən, heç adam yerinə belə qoyulmayan Z.Həsənova bugün hamı qayğı göstərməyə başlayıb. Hətta Prezident onun müalicəsi və sosial problemlərinin həll edilməsinə göstəriş verib, YAP-çı deputatlar Mübariz Qurbanlı, Siyavuş Novruzov isə hətta ona baş çəkib və sosial şəbəkələrdə də pərişan şəkilləri yayılıb.

Ən maraqlı addımı isə Səttar Mehbalıyev atıb. Bir gün öncə telekrandan ittihamla çıxış edən Mehbalıyev qazinin əlindən alınmış “çörək” ağacına görə kompensasiya, aylıq müavinət, sosial problemlərinin həlli və hətta xaricdə belə müalicəsini üstünə götürüb. Bəs 3-4 gün bundan əvvəl cənab Mehbalıyev bunu edə bilməzdimi? Ya da “divar qəzet”lərinə belə yazılan, “Facebok”da bir fəalin yazdığı statusa dərhal reaksiya verən hüquq mühafizə orqanları Prezidentə məsələ ilə bağlı məruzə edə bilməzdimi? Yəqin, etməyiblər ki, dünən də Prezidenti baş vermiş bu müdhiş hadisə sarsıtdı.
Dünən bu cümlələri yazanda mənə Lənkərandan uşağının məktəbdə döyülməsi ilə bağlı sosial şəbəkələrdə videogörüntüsü yayıldığı üçün, saxta narkotik ittihamı ilə həbs edilən, 11 aydır ki, məhkəmə süründürməçiliyi ilə üzləşərək zindanda olan Şaiq Ağayevin ailə üzvləri zəng eləmişdi. 3 uşaqla səfalət işində yaşayan Ş.Ağayevin həyat yoldaşı Gülbəniz xanım “nə edim ki, Prezident məni eşitsin?”, deyə mənə müraciət etdi. Əlbəttə ki, Prezidentə rəsmi müraciət etməyi xanıma məsləhət bildim. Sadəlövh xanım  isə - “Yaz da ay qardaş. Bəlkə sizin qəzet hökumət qəzeti deyil, orada yazılanları qəbul etmirlər. Bizim dərdimizi bir dəfə də hökumət qəzeti üçün yaz, çıx ANS-də danış” dedi.
Necə ki, Z.Həsənov mənə özünü yandıracıağını demişdi, Ş.Ağayev də ən qısa samanda haqq-ədalətin bərqərar olunmayacağı təqdirdə intihar edəcəyini demişdi. Bir neçə gün bundan əvvəl Lənkəran şəhər məhkəməsində ciddi təzyiq altında, hətta əllərinin qandalları belə açılmadan keçirilən məhkəməsindən sonra da Ş.Ağayev özünə qıyacağını dedi: “Mən hamballıq edib balalarımı birtəhər dolandırdım. 11 aydır həbsdəyəm. Bir dəfə onları görə bilməmişəm. Bilirəm ki, mənimlə görüşə gəlməyə pulları yoxdur. Ancaq məhkəməmdə balalarımı gördüm”, deyən Ş.Ağayevi qubar boğdu.
O, azyaşlı  balarının heç birinin bu qışın günündə gödəkcə və isti ayaqqablarının olmamasını hökürtü ilə mənə izah edərək, yaşamaq istəmədiyini demişdi. Amma nə fayda. “Palaz-palaz” yazsaq da, kimin nə vecinə. 
Amma nədənsə canlarını çox istəyən və “bıçaq sümüyə dirənib” kəlamını anlaya bilməyənlər bir gün də qəzetlərin manşetini “Ş.Ağayev özünə qıydı” başlığının bəzəyəcəyinə inanmırlar. Hətta Z.Həsənovun də yəqin ki “blef” etdiyini düşünürdülər. 
Unutmaq lazım deyil ki, 2013-cü il ərzində azı 10 nəfər Azərbaycanda üzləşdiyi haqsızlıqlarla bağlı özünü yandırmaqla canına qəsd edib. Yəqin ki, həbsxanada Ş.Ağayev benzin əldə edə bilməz. Amma intihar yalnız özünü yandırma iləmi olur? Hər halda başa vurmaqda olduğumuz il ərzində özünü yandırma ilə bağlı hadisələrin bəzilərini təqdim edirik:
26 yanvar 2013-cü il tarixində Füzulu köçkünü Dünyamin Adıgözəlov rayon Polis İdarəsinin qarşısında özünü yandırıb. Atası Çoban Adıgözəlovun mediaya verdiyi açıqlamaya görə, oğlu polis idarəsinin rəis müavini Rahim Mirzəyevlə sözü tərs gəldiyindən intihar edib. 
27 mart 2013-cü il tarixində Bakının Sabunçu rayonunun Maştağa qəsəbə sakini Mehdi Nəsirov üstünə neft tökərək özünə od vurub. M.Nəsirov ağır yanıq xəsarətlərilə xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər. Onun özünə kasıbçılıqdan qəsd etdiyi bildirilir.
8 iyul 2013-cü il tarixində Abşeron rayonunun Xırdalan şəhərində 1957-ci il təvəllüdlü Şamil Kamil oğlu Məmmədov şəhər qəbiristanlığında özünü yandırıb. Ş. Kamilov xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb. İntihara səbəb kimi Ş. Kamilovun maddi durumunun pis olması göstərilir.
1 sentyabr 2013-cü il tarixində Kürdəmir rayonunun Sığırlı kənd sakini sahə müvəkkilini və özünü yandırıb. Buna onların arasında yaranan mübahisə səbəb olub. Hadisə nəticəsində hər iki şəxs III dərəcəli yanıq xəsarəti alıb. Vəziyyəti ağır olan sürücü və sahə müvəkkili rayon xəstəxanasına yerləşdirilib.
25 oktyabr 2013-cü il tarixində  1961-ci təvəllüdlü Xaçmaz şəhər sakini Nazilə Nurəddin qızı Qabulova özünü yandırıb. N.Qabulovanın özünü yandırmasının səbəbi oğlunun Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə 3-cü dəfə 4,8 il müddətinə azadlıqdan məhrum edilməsi olub. Qərara etiraz edən qadın özünü yandırıb.
25 noyabr 2013-cü il tarixində Şəki rayon Qoxmux  kənd sakini, 1981-ci il təvəllüdlü Musayev Hümbət Əlisəfa oğlu özünü dağda yandırıb. Cənazəsi bir neçə gün sonra tapılan  Musayevin çoxlu borcunun olması səbəbindən intihar etdiyi bildirilir.
Amma bu, sondurmu? Ölkədə haqqı-hüququ pozulan neçə-nenə intihara təhrik edilən insan var. Yəqin ki, hökumət bu məsələ üzərində düşünür. Ən azından Prezidentin qudurmuş məmurlara münasibəti bəllidir.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]