Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Halal siyasətin sonu

Bölmə :
Köşə
Yazar :
Yalçın İslamzadə
Təqdimat :
Türkiyə Ortadoğu Texniki Universitetinin məzunu
Yayım tarixi :
26/12/2013 [11:43]
Baxılıb :
1633 dəfə

Türkiyə Respublikası tarixinin ən böyük skandalını yaşayır. Ortaq keçmişi olan iki mühafizəkar güc vuruşur. Dini dəyərlərə istinad edən, pafosla, emosionallıqla din istinadlı mənəviyyatdan danışan iki lider və ətrafındakı qruplaşmalar makyavelistcəsinə bir-birlərini təhdid edir, təhqir edir, qarğıyırlar, gizli çəkilmiş kasetlərlə şantaj edirlər. Sənədlər havada uçuşur, reaksioner qərarlar alınır, məmurlar kütləvi şəkildə vəzifədən çıxarılır.

Tərəflərdən biri “Hocaəfəndi”, digəri Baş Nazir. Bir tərəfdə sıravi bir vaizlikdən özünün qurduğu nəhəng dini topluluğun liderliyinə yüksəlmiş, xaricdə yaşayan bir imam, digər tərəfdə demokratik seçkiləri qazanmış partiyanın formalaşdırdığı siyasi iqtidarın baş naziri kimliyində digər imam. Skandal sayılmasının səbəbi, xaricdəki imamın hökumətin önəmli nazirlərinə qarşı bir gecədə güc strukturlarındakı adamları vasitəsilə əməliyyat keçirməsi, hökumətdəki nazirlərinsə keçmişi bilinməyən milyoner iş adamı ilə ifrat səmimiyyət içində olmaları, ondan yüksək dəyərli hədiyyələr almaları, bununla baş nazirlərini fakt qarşısında qoymalarıdır.
Bir daha məlum olur ki dindən, dini dəyərlərdən danışmaq, dinə apelyasiya dindarı nümunəvi siyasətçi etmir, din siyasətə girəndə daha əxlaqlı siyasət yaranmır.
Daha yaxın keçmişə qədər bu güclər həmfikir və əlbir idilər, əməkdaşlıq edirdilər, Türkiyə Respublikasının sekulyar quruluşunu ortadan qaldırmağı ortaq hədəf olaraq görürdülər.
Türkiyədə yaşadığı zamanlarda seçkilərdən əvvəl partiya liderlərinin Hocaəfəndidən dəstək istəmələri ənənə idi. Əvvəllər fərqli partiyalardakı öz adamlarına səs verən camaat, ilk dəfə bütövlükdə AKP-ni dəstəklədilər. Bu savaşın kəskinləşməsi ilə “takiyyə” taktikasından vaz keçdilər, çox zaman bir camaatın belə varlığını inkar edənlər, onların quruluşlarını müstəqil təhsil ya da media quruluşları kimi təqdim edənlər indi açıq adlar hallandırır, tərəflər aydınlaşır, vahid mövqe sərgiləyən, orqanik bağları olan müxtəlif qurumlar və şəxslər “camaat” adından çıxış edir.
Tərəflərdən biri heç bir rəsmi məqamı, akademik ya da biznes keçmişi  olmayan, ayrılıqda xeyli müxtəlif profilli qurumlara sözü keçən, yüzminlərlə tərəfdarı olan, ancaq rəsmi olaraq mövcud olmayan bir dini icmanın başındadır. Pensilvaniyadan dövlətin önəmli strukturlarındakı ona sadiq insanlar tərəfindən Türkiyənin altını üstünə gətirə bilir . Dövlətin nüfuzuna dəyən ziyanı ölçmək mümkün olmasa da skandalın vurduğu maddi ziyanın milyardlarla dollar olduğu deyilir.
Səhv və ya düz, az və ya çox müstəqil siyasət aparmağa çalışan indiki baş nazir, distansiyon idarəolunma prinsipi ilə idarə olunmaq istəmədiyi üçün cəzalandırılır. Baş nazirin nazirlərinin rüşvət almasından xəbər tutmasından öncə, camaat mənsubları bunu bilir. Gücləndikcə özünü ”tək adam” kimi görən baş nazir, səhvlərini önəmsəmir artıq, etdiklərinin istisnasız doğru olduğuna inanır. Özünü gücün kibrinə qapdırır.
Hər iki tərəf də dinə apelyasiya etdikləri üçün qarşı tərəfi bu səfər “kitapsız”, “imansız”, “dinsiz” deyə ittiham edib gözdən sala bilmirlər. İmanlı insanlar gizli çəkilmiş kasetlər üzərindən vuruşurlar. Sekulyar Türk seçicisi isə dini rəhbərlərin və  tərəfdarlarının mübarizəsinə tamaşa edir. Sanki türk seçicisi ümidini üzüb, dini populizm ölkəni başına aldığı üçün çarəsizcə bunların davasına sevinirlər. Effektsiz müxalifət əllərini ovuşdurur. İndidən bu prosesin nə ilə nəticələnəcəyini demək çətindir. Hər iki tərəf bir birini yaxşı tanıyır və kifayət qədər güclüdürlər. Ancaq nəticə nə olursa olsun bu günkü Türkiyənin halı üzücüdür, iki imam hakimiyyət uğrunda vuruşur. Atatürkün öz ölkəsini sağlam prinsiplər əsasında qurmasına və doğru istiqamət verməsinə baxmayaraq, Atatürk sonrası kamalist elit və bürokratiya kamalizmi bir din kimi yaşadılar, “Ölkəni Atatürk qurubsa o da yaşatmalıdır” düşüncəsində oldular. İşlər çətinə düşəndə həll yolu tapmaqdansa az qala “Atam gəl xilas et” deyib dualar oxudular. Atatürk sonrası kamalistlər xalqı sahiblənmədirlər, hətta kamalizmi sıravi xalqla aralarına məsafə qoymaq üçün istifadə etdilər.
İllər əvvəl yaranmış gərginlik Ərdoğanın kursları və dərsanələri bağlama niyyəti ilə son fazasına keçdi. “Camaat”  dərsanə mərkəzlidir, yola təhsillə çıxdılar, tərəfdarlarını və sərmayələrini kurslardan, dərsanələrdən qazandılar. Dərsanələr, camaatın qirmızı xəttidir, öz kadrlarını dərsanələrdə yetişdirib universitetlərə göndərdilər,“dərsanələrə əluzandı” deyə dinlərarası tolerantlıq nümunəsi kimi göstərilən hoca bir anda öz dindaşlarına təhdidkar oldu və qarğımağa başladı. Minlərlə kilometr uzaqdakı Pensilvaniyadan, sadəcə sözünün gücü ilə hökuməti sarsıdır.
Baş verənlər həm krizis, həm də fürsətdir. Türklər ortaya sağlam düşüncə və iradə qoya bilsələr, tam şəriət qurulmadan onları nəyin gözlədiyini vaxtında anlasalar, yeni yol seçə bilərlər. Bu krizis, həm də xəbərdarlıqdır.
Bu hadisələrdən Azərbaycan üçün çıxarılacaq dərs də var. İƏT-nın 57 üzvünün indiki halı, qonşuluqda baş verənlər, son 30 ildə Şərqdə radikalizmin artması bizi narahat etməlidir. Din şəxsi məsələ olmalı, ictimailəşməməlidir. Elm və dövlət din sonrası qurumlardır, bunları dinə təslim etmək tarixi geri döndərməkdir. Azərbaycanda hər kəs dinə apelyasiya etməyi özünə borc bilir, alimlərimiz elmin dinə gətirdiyini iddia edir, cəmiyyətdəki problemləri “dinsizliyə” bağlayırlar. İdeoloji zəmin hazırlanır:  “bu qədər problem var və onun tək həlli dindir”. Dünyəvi biliklərin və siyasi savadın aşağı olması, təhsilin müasir standartlara cavab verməməsi, insanların öz gələcəklərini görə bilmədiyi siyasi nihilizm duyğusu dinin lehine işləyir. “Bizdə şəriət olmaz” deyə arxayınçılıq var, ancaq məzhəb mübarizəsi mütləq olacaq. Niyə bizim vətəndaşımız doğru dürüst anlamadığı 6-cı əsr ehkamları üçün bir-birini bıçaqlamalıdır? Müasir dünyaya və ölkəsinə bu qədər yadlaşmalıdır? 
Dünyəvi idarə heç kimin ibadətinə, inancına mane olmur, vətəndaşlıq statusu isə hər kəsin təməl hüquqlarını təmin edir.  Ancaq ideologiyaların ilk işi nəzər və praktik olaraq  “bizdən olanlar və olmayanlar” ayrımına gedib ölkə vətəndaşlarını bölməkdir. 
Heç bir dövlət asana qaçıb vətəndaşlarına təmin etməyə  məsul olduğu keyfiyyətli təhsil, iş və səhiyyə xidmətini başqa güclərə həvalə etməməlidir. İnsan təhsillə insan olur, yaxşı təhsili kim verirsə ona lazım olan insan tipini o yaradır. Dövlət keyfiyyətli təhsili sadəcə az saydakı insanlara baha qiymətə yox, pulsuz olaraq bütün ölkə vətəndaşlarına təmin etməlidir. Orta ümumtəhsil məktəbləri ilə özəl məktəblər arasında uçurum olmamalıdır.
Bir ölkənin əsas sərvəti yaxşı təhsil almış, ixtisas sahibi, sağlam düşüncəli vətəndaşlarıdır. Demokratiya bir metoddur, əgər sekulyar düşüncə və praktika dominant olmasa, demokratiya dini populizmin hakimiyyətə gəlməsinə mane olmaz. Demokratiya olmadıqda da radikallaşma baş verir. Demokratiya və sağlam düşüncəli vətəndaşlar sivil ölkə üçün vacib  şərtlərdir. Ölkə insanı küsdürülməməli, aidiyyat duyğusu hiss etməli, ölkəsinə yadlaşmamalıdır, diqqətdən və qayğıdan kənarda qalmamalıdır. Bir ölkənin əsas yükü hər zaman və ən çox “sıravi” vətəndaşlarının çiynindədir.
Bu gün Azərbaycanda verdiyi təhsilin keyfiyyətinə görə ən qabaqcıl məktəblər hansılardır?

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]