Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Bezmişəm (!?)

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
26/12/2013 [11:00]
Baxılıb :
2520 dəfə

Dilinə bu sözü gətirməmişdən əvvəl bir əlinə qlobusu götür. Gör necə də göyçəkdi. Hələ üstündə dolaşan adamların gözəlliyi, uçan quşların, gəzişən heyvanatın təkrarsızlığı, axan çayların, şəlalələrin vahiməsi, dağların möhtəşəmliyi bu balaca yumruda əks olunmayıb. Amma o, yenə də gözəl və sevimlidir. Çünki biz təxminən bilirik ki, bu görkəmdə olan bir yumrunun üstündə gəzir və yaşayırıq. Nə olsun ki, ətrafın bu həyatda, bu planetdə, bu xalqın içində, bu ölkədə yaşamaqdan bezənlərlə doludur.

Bu planetdə yaşamaqdan bezmisən? Onda uç Marsa. Zarafat deyil, Marsa uçmaq istəyənlərin ərizələri qəbul edilir. Bu layihənin adını «Geriyə bileti olmayan marşrut» da qoymaq olardı. Çünki astronavtlar Marsa uçmazdan əvvəl Yer kürəsi ilə tamam üzülüşməli, halallıq alıb vidalaşmalıdır. Geriyə yol olmayacaq. Mars bizim planetimiz kimi üzügülər deyil. Marsa uçmaq istəyənlər də bilir ki, onlar yaşayacaq ərazilərdə tempratur mənfi 150 dərəcəyə qədər enir. Bununla belə Marsa uçmaq istəyənlərin 150 ölkədən gələn ərizələriq sayı 200 mini keçir. Hələ nə qədər adam Marsa uçurdan layihədən xəbərsizdi”¦ Layihə 2015-ci ildə reallaşacaq və Marsa 24-40 nəfərlik qrup hazırlaşmalıdır. Televiziyalar artıq realiti şoularının ssenarisi hazırlayır. Hollandiyanın «Mars One» şirkəti iddia edir ki, Marsa uçuş Aya uçuşdan təhlükəsiz olacaq və azı 8 dəfə testdən keçiriləcək. Uçuş 200 saatlıqdır və cəmi 4 nəfəri Marsa çatdıracaq.  5,6 milyardlıq layihəyə görə 2033-cü ildə Marsda artıq 20 nəfərlik kaloniya əmələ gəlməlidir. 
Adam yaşadığı yerə nə qədər nifrət eləməlidi ki, Qırmızı planetin dözülməz şəraitində yaşaya bilsin. Amma bu, «bezmişəm!» deyib zarıyıb gəzənlərin riyakarlığından daha səmimidir. Axtarış sisitemlərinə bircəcik «Bezmişəm» kəlməsini yazan kimi həyatdan küsülülərin kommentləriylə dolu səhifələr tökülüşüb gəlir ekrana. Facebookun «Darıxdırıcı həyatdan bezmişəm» adlı səhifəsinin artıq 24 688 bəyənəni var. «Bezə-bezə köçəcəyik bu dünyadan, Bezəcəyik bu dünyadan, Bezəcəyik o dünyadan» tipli şeirləri paylaşan səhifənin aşağısı 125 299 nəfər oxuyub «layk» düyməsini basmağa ərinməyib. Nəzərə alsaq ki, bunlar hələ əsil həyatı yaxşıca görməmiş, çətinlikləri çiynində daşımamış sütül uşaqlardı, fəlakətin miqyasını təxmin eləmək olar. Saçları üzünə dağılmış qızların göz yaşları, ayrılıqlar, ölüm, çəkilməz dərdlər təsvir edən fotolara baxmaqdan bir anlıq əl çəkib, yaşarmış gözlərinizi bir qədər də ovuşdurub isterikaya hələ düşməmiş beynini işə salmağa və alimlərin yazdıqlaranı anlamağa çalış.
Alimlər deyir, həyat bir o qədər də pis deyil, hətta qan su yerinə axan ölkələrin sakinləri də gülümsəməyi, hətta sevinməyi də bacarır. Problemlərin kökü bizim beynimizdədir. Daha doğrusu ağlımızda. Ağıl isə uğursuzluğa tuş gələndə, nəticəsinə təsir edə bilmədiyimiz hadisələrin içində olanda, başqalarının hərəkətini kənardan müdaxiləsiz izləyəndə bədbinliyə qapılır. Bəlkdə də ona görə xalqın ən zirək bir zümrəsi olan jurnalistlər hadisələrin axarında olduqlarından pissimist olur və qətlləri, siyasi olayları, kuluar söhbətləri daha yaxşı bildiklərindən özləri də bilmədən bədbinlik yayırlar. Alimlər insan davranışında səhvlər toplusunu araşdırıb aşkara çıxarıblar. Deyilənə görə onları aradan qaldıra bilən hər kəs həyatın rənglərini və təbəssümünü qısa zamanda geri qaytara biləcək. 
Əvvəla qabaqcadan nəticə çıxarmaq olmaz. Bizlər, əksər hallarda hadisələri izlərkən diqqətimizi söndürürük. Çünki nələr olacağını proqnozlaşdırıb fikir yürüdürük. Amma insanlarda öncəgörməlik saçın uzanması, yaxud dırnaqların artmasından daha pis inkişaf edib. Proqnozların əksəriyyəti mənfi və çox vaxt da səhv olur. Biz nədənsə düşünürük ki, hamının nə fikirləşdiyini də bilirik. Bu, adamı bədbinliyə aparan ən böyük səhvlərdən biridir.
Biz ölümlü, təhlükəli situasiyaları olmazın dərəcədə şişirtməyə meylliyik. Milçəkdən fil qayırmağın mahir ustaları kimi hələ olmamış hadisələrin artıq real qorxularını yaşayırıq. Biz «olmalıdı» və «lazımdı» adlanmış iki daşınmaz dərəcədə böyük bir yükü dalımıza şələyib gəzirik. Heç kim yükünü yerə qoyub bu torbanın içindəkilərini saf-çürük etmir. Çünki onların əksəriyyəti belimizə uşaqlıqdan mindirilib. Daşıdığımız bir yana, bu mənasız meyarları başqalarına da sırıyırıq və müqavimət görəndə hiddətlənir, dava qoparır və bəzən də həyatın mənasını itiririk. Neqativin dili çox qəddardır və real hadisələrə yarlıqlar yapışdırmaqla sizin düşüncənizi tamam yararsız vəziyyətə sala bilər. Həyat şaxmat taxtası kimi ağ-qara damalı olsaydı bəlkə onda sizin yanaşma ideal sayıla bilərdi. İdeal iş axtaranlar işsiz qalır, ideal münasibətlər axtaranlar tənha olur, ideal həyat axtaranlarsa «bezmişəm» deyir. 
Hamıda belədi, bir-iki uğurlu an nədənsə sizi dahiyə çevirmədi. Avtobusdakı tanışlıq böyük məhəbbət romanı olmadı. Nə olsun?! Axı hətta ən yaxınlarınız sizə həyatının 99 faizini sərf eləmir. Dalınca deyindiyiniz qonşu sizin mövçudluğunuz barədə heç duyuq düşmür. Nifrət elədiyiniz xalq da sizi tanımır. Ömrü sizi tanımayanlara sərf eləmək israfçılıq deyilmi? Hazırda hiss etdiyinizi emosiyalar heç həqiqətə yaxın da gəlmir. Duyğular həqiqi olsa da bu, həqiqətin özü deyil! Çətindi, çünki keçmiş bir bədheybət əjdaha kimi ayaqlarından tutub irəliləməyə qoymur. Nə qədər ki, geriyə boylanaraq bu əjdahanın gözünün içinə baxacaqsız gələcəyin üfüqündə parıldayacaq  günəşin yazdığı peyzajın rənglərini  görə bilməyəcəksiz. 

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]