Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Ötən günə gün çatmaz”¦

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
21/12/2013 [10:01]
Baxılıb :
2194 dəfə
Saralmış tarix vərəqlərindən

İlin sonudur. Yeni il bayramı yaxınlaşdıqca adamda sevinc hissi ilə bərabər balaca kədəri də közərməyindədir. Dekabrın sonu elə bil  ki, xatirələrin oyandığı məqamdır. Nə qədər ki, bayram süfrəsi qayğıları bizi tamamilə udub başımızı qatmayıb keçmişi xatırlamağa vaxtımız var. Bir də ki, bayram gəlməmiş ev-eşiyi töküb yır-yığış eləmək vacibdir. Həmin təmizlik mərasimində hardasa bir küncdə gizlədilmiş jurnallar, kiril əlifbasıyla yazılmış kitablar, qəzet kəsikləriylə dolu qovluqlar tapılır və tozu alınıb yerinə qoyulmamışdan əvvəl mütləq vərəqlənir. Bizdə hələ ki, salamat qalmış «Oqonyok», «Rabotnitsa», «Kristianka», «Xəzər», «Ulduz» jurnalları durur. Onlardan nə vaxt bezib atacağımı hələ ki, bilmirəm. Çünki hələ də bu jurnalları vərəqləyib maraqlı məlumatlar oxumaq mümkündür. Bu, həm də keçən əsrin mənzərəsi və bizim sovet keçmişimizdir. 21-ci əsrdən boylananda bunlar çox maraqlı görünür. Xatırlamağa keçən əsrin əvvəlindən başlayaq və görək ki, insanlar mətbuat səhifələrindən nələr yazır və nələrdən heyrətlənirdilər. 

1915-ci il

İlin ən qalmaqallı müzakirə mövzusu qatil Faya Şmilyoviç üzərində məhkəmə idi. Öldürülən onun rəfiqəsi və eyni zamanda ərinin məşuqəsi idi. Cəmiyyətdə bu mövzunun gərgin müzakirəsi qatilə kömək etdi. Prisyajnı məhkəməsi qatilə bəraət qazandırdı. 
Elə həmin ildə «Baku» qəzeti Nargin adasında hərbi əsirlərçün nəzərdə tutulmuş 4 min yerlik taxta barakların tikilməsindən yazırdı. Onlardan 300 nəfəri artıq adada saxlanırdı. Əsirlər üçün xəstəxanalar da nəzərdə tutulmuşdu. 
O vaxtlar Rusiya qəzetləri Qafqaz kurortlarında dözülməz şəraitdən gileylənirdi. Müharibə alman və Avstriya istirahət zonalarına gedən yolları kəsmişdi deyən ziyalılar istirahət yerlərini itirib Qafqazla qənaətlənməli olmuşdu. Elə həmin zamanlarda bizim qəzetlər Tağıyev teatrında səhnədə qadınların olmamasından yazırdı. Kişilər məcbur olub qadın paltarı geyib bu rolları səsləndirməli olurdu. Elə həmin vaxtlar idi ki, Bakıda «Nicat» cəmiyyəti bulvarda kitab oxumaq üçün köşklərin yaranması məqsədilə şəhər idarəçiliyinə müraciət etmişdi.  
Qəzetlər kədərli hadisələrdən də yazırdı. Cəmiyyət aktrisa Sara Bernarın ayağının kəsilməsindən yaman narahat idi. 72 yaşlı kumir onların gözündə əvvəlki kimi cəzibədar qalmalı idi. 
O vaxtlar da reklamlar bezdirici dərəcədə çox idi, amma bundan deyinənlər olmurdu. Reklamlar «Jillet» ülgücündən, babasil dərmanından və «Zinger» şirkətinni tikiş maşınlarından danışırdı. «Spermin-Pel» sehirli məcunu həm qoturluqdan, həm sifilisdən, əsəbilik və cinsi zəiflikdən, hətta qocalıqdan xilas edirdi. «Metamorfoza» adlı krem isə sifətdə olan bütün çatışmazlıqları, çilləri, sızaqları və qırışları aradan qaldırırdı. Reklam olunan məhsullar arasında siçovul dərmanı da xüsusi yer tuturdu. Yerli müsəlman qəzetləri isə Bakıda ilk akuşer qadının əmələ gəlməsindən sevinirdi. Mirzə Ağa Əliyevin həyat yoldaşı Varşavadakı akuşer kurslarını bitirib gəlmişdi. 

1927-ci il

Bu il Klara Setkinin yubileyini qeyd etmək artıq dəbə minmişdi. İyulun 5-də 70 yaşı olan bu qadın 50 yaşında olduğunu israr edirdi. Bu, yaşla bağlı skleroz deyildi. Dahi inqilabçı deyirdi: «Bir ingilis yazıb ki, mən sevgilimi gördüyüm gün doğulmuşam. Mən də eləcə, ilk sevgilimi - alman fəhlə sinfini görüb sevdiyim gün doğuldum. Ondə mənim artıq 20 yaşım vardı». 
O vaxtın oxucuları kimləri qınayırdı görən? Cənab Çemberleni, dünya burjuaziyasını, Amerika imperialistlərini. Üstəlik qısa ətək və kosmetikanı da. Bir komsomolçu qız «Rabotnistsa» jurnalına sual göndərmişqdi: «Görəsən mən anamın xatirəsinə dodaqlarımı boyayıb qzıl üzük salsam necə olar?» Bu sadə sualın cavabında yüzlərlə oxucu jurnala hiddətli məktublar göndərmişdi və gözlənilməz dərəcədə böyük bir disput yaranmışdı. 
O vaxtlar yeni il yolkası da inqilabçıların tənqid hədəfinə tuş gəlirdi. Yolka keçmişin qalığı, vaxtı keçmiş adət sayılırdı. İnqilabçılar düşünürdü ki, yolka ətrafında keçən şənliklər uşaqların fiziki və mənəvi sağlamlığına ziyan gətirir. Valideynlərə məsləhət görülürdü ki, rəngbərəng yolka oyuncaqları əvəzinə uşaqlara rəngli karandaşlar hədiyyə edilsin. 

1939-cu il

Abortları qadağan edən dekretin həyata keçməsindən artıq 3 il ötür. Abort etməyə yalnız hamiləliyin qadının həyatında risk yarada biləcək məqamda icazə verilirdi. Analıq məzuniyyəti fantastik qədər az idi, doğuşdan 35 gün əvvəl və 28 gün sonra. Uşağın 40-ı çıxmamış fəhlə qadın işə çıxmalı idi. Ölkə 26 dekabrda partiyanın qocaman lideri Nadejda Krupskayanın 70 illiyini qeyd elədi. Səhəri gün o, vəfat etdi. 
O zamanın həyatında sevincli anlar da az deyildi. Yeni məişət əşyaları zəhmətkeşlərin həyatını yüngülləşdirirdi. Elektrik blinçik bişirən qurğu tüstü və qoxusuz blinçik bişirmək imkanı yaradırdı. Sovet kimyagərləri qadının keşməkeşli həyatına daha bir köməkçi, ləkə aparan «Antipyatnol» və «Stirkon» adlı yuyucu tozlar əlavə etmişdi. Millət yeni «Trezor» adlı oyuncaqdan az qala bayılırdı. O dövrün arzuları bu gününkülərdən az deqildi. Hələ o vaxtlar da qadın və kişi arasında bərabərlikdən sayıqlayırdılar. Cavan qızlar kişilərlə bərabər şaxtaya enir, paravoz sürücüsü peşəsinə yiyələnirdilər.  Rimma Dolnikova yeni il gecəsi 4 min metr hündürlüyə qalxıb təzə ili orda qarşılamasıyla minlərlə sovet adamının rəğbətini qazana bilmişdi. Axı qışda Elbrusa qalxmaq heç kişi işi də deyildi. Bəlkə də həmin xəbərdən ilhamlanmış Əli Bayramov adına klubun qadınlar bölməsi 7 nəfər kəndli və evdar qadını təyyarəyə mindirib Bakı şəhəri üzərində ekskursiyaya apardı. 
Artıq həmin illərdə Sovet şampanı yeni ilin ayrılmap parçası idi. Kompakt pudra, «Kuban» və «Novoye» siqaraları da reklam edilirdi. Amma Səhiyyə Nazirliyi siqaret çəkməyin zərərli olmasını deməklə bezdirmirdi. Bakının küçələrini ilk dəfə yumaq cəhdi də bu illərdə edilmiş və uğurlu sayılmışdı. Küçələr hər 10 gündən bir yuyulurdu. Kitablar artıq inqilabçılıqdan uzaqlaşmağa başlamışdı. Frayermanın «Vəhşi it Dinqo»sunu, Aqniya Bartonu, Maqarita Aliqeri, Boris Jitkovu oxuyurdular. Bakının mərkəzindəki kitab passajı 10 illik yubileyində elan etdi ki, bu müddət ərzində 18 milyondan artıq kitab satılıb ki, bunlardan 4 milyonu azərbaycan dilindəydi. Bakı qəzetləri artıq savadsızlıqla mübarizədə qazanılmış qələbələrdən yazırdı. Amma müzakirələr yenə də analıq məzuniyyətinin bir az da qısaldılması üzərində qayıdırlır. 

1951-ci il

Müharibədən sonra insanların ürəyini sevinclə dolduran məqamlar çox idi. Hər dəfə sənaye malları və ərzağın qiyməti düşdükcə camaat bayram edirdi. Sovet baletinin uğuruna ömründə balet görməyənlər də sevinirdi. Balerina Maya Plisetskaya Budapeştdə beynəlxalq müsabiqədə qalib olanda bütün ölkə sevinirdi. Ölkənin 33 min qadını «Qəhrəman ana» tituluna layiq görüləndə kişilər çoxuşaqlı anaların zəhmətinə başqa gözlə baxmağa başladı. 
Sovet məkanında müzakirə mövzuları da get-gedə yumşalırdı. Camaat məktəbli naharlarından narahat idi. Uşaqlar özüylə məktəbə buterbrod aparırdı, bufetlərdə isə yalnız şirniyyat satılırdı. Amma məktəblərdə oğlan və qızlar hələ ki, ayrı oxuyurdu. Məktəbləri birləşdirmək barədə söhbətlər gəzirdi. Cəmiyyətin doğuş prosesinin ağrısızlaşması məsələsində də öz fikri vardı. Amma sovet alimləri prosesin ağrısızlaşdırılması üçün xüsusi metodika hazırlamışdı. Eləcə də uşaqların tərbiyəvi əhəmiyyətli döyülmə məsələsində fikir ayrılığı vardı. Bəziləri deyirdi «Uşaq döyülürsə öz xeyrinədir», başqaları isə «Döyülmə tərbiyənin antisovet üsuludur». 

1963-cü il

Hamı evlərə gələn isti suya çox sevinirdi. Əlbəttə, bu ləzzət mərkəzi şəhərlərin kefi idi, amma nədənsə hamı sevinirdi. Sevinməyə əsas çox idi:  ilk sovet qadını Valentina Tereşkova da kosmosa uçmuşdu, 2 milyon kilomtr fəth edib, planetimizin başına 48 dəfə fırlanıb orda 71 saat qalmışdı. İndi qadınlar təkcə kişilərin başına fırlanmırdı. 
Sovet xalqının problemləri azaldıqca barışmaq istəmədiyi mövzular artırdı. Özünü cəmiyyətdən kənara çəkən bir fərd hələ bu qədər tənqidə məruz qalmamışdı. Meşanlıq, xasiyyət zəifliyi, bayağılıq, şitlik mövkəm tənqid edilirdi. Hamı İtaliyada yiyəsiz qalmış uşaqların taleyindən narahat idi. Axı ölkə sutkada 12 saat xarrat köməkçisi işləyən italyan oğlanı Luidjio Benditodan xəbər tutmuşdu. Cəmiyyət köhnə illərin miskinliyi, mövhümatı ilə çarpışırdı. Uşağı xaç suyuna salmalı, ya salmamalı mübahisəsinə  hətta müsəlmanlar da qoşulurdu. Sovet mətbuatı isə yorulmadan uşaqları qədim zamanın zülmətinə, avamlığa atmamağa çağırırdı. 
Nəhayət ki, qadın jurnallarında yaxşı görünmək istəyən qadınlarçün idman kompleksləri peyda oldu. O vaxta artıq əmələ gəlmiş kosmetoloqlar saçın kimyəvi burulmasının saça ziyan olması barədə xəbərdarlıq etməyə başladılar. Camaşırları skipidarla ağardırdılar. 

1975-ci il

Artıq ölkənin fəxr duyduğu məsələlər beynəlxalq miqyasla ölçülür. İl Beynəlxalq qadın ili elan edilib. Bəlkə də ona görə Alla Puqaçova ilk beynəlxalq «Qızıl Orfey» festivalının mükafatını bu ildə almışdı. Cəmiyyətdə narahatçılıqlar da vardı. Əşyalara aludəçilik bir bəla kimi təqdim edilirdi. Qadın jurnalları «İnsanın nüfuzu ətəyinin uzunluğu və «platforma»sının hündürlüyündən daha vacib məqamlarla müəyyən olunur» yazırdı. Bu dövrdə ən çox sevilən və ən çox söyülən bir şey vardısa bu cins idi. Yaşlı nəsil onu «Cin paltarı» adlandırır və Qərbi yamsıladıqlarına görə cavanlara zövqsüz və simasız deyirdil. Cinsin içindən çıxmış oğlan və qızlarsa cavab verirdi: «Bəli, ola bilər biz eyni cür geyinir və eyni görünürük. Bəlkə ona görə bizim gözümüzün içinə baxıb orda yazılanları oxuyasınız?». Müasir rəqsləri isə cinsdən də artıq söyürdülər: «Axı hanı bizim illərin vals romantikası, çex polkasının həyatsevərliyi, Kuba rumbasının ehtirası?..». O zamanın rəqsləri vulqar və zövqsüz elan edilmişdi. Tvist, şeyk və cayv sədaları altında dingildəyən gənclik isə «Özümüzü ifadə etməyə mane olmayın» deyirdi. 
Az qala hamı dəri ilə kombinə edilmiş gödəkcələr, kvadrat burunlu və enli dabanlı ayaqqabılar geyirdi. Ştapel ilin parçası statusuna qədər yüksələ bilmişdi. Millət Yuri Bondarevi, Yulian Semyonovu, Druninanı, Axmadulinanı oxuyur. Amma oxumaq ehtirası yerini görüntü yaratmaq istəyinə verirdi. Bakı qəzetləri foto stendlərin bərbad vəziyyətdə olmasında mütəmadi xəbərlər çap edirdi. 

1987-ci il

Sovetlər adlanan böyük bir ölkənin həyatında Qərbdən gələn meyarlar özünə əməllicə yer almağa başlamışdı. «Burda moden» jurnalının rus variantı çıxan kimi ölkənin ən dəbli gözəlləri bu jurnaldan olan ülgülər əsasında paltar tikib, ya da tikdirib daha eleqant görünməyə başladı. İv Sen Loran SSRİ paytaxtına səfər elədi. Martın 12-də ilk dəfə ölkədə ürəyin əvəz olunması üzrə əməliyyat uğurla keçirildi. 
Xalq İtaliya parlamentində yer almış Çiççolinadan narahat idi. Sovet adamının içində etiraz doğuran fakt onun keçmiş fahişə olmas deyil, deputat gəlirindən əlavə saçı və bədəninə layiqli qulluq etmək üçün əlavə 450 min lirə alması idi. Başqa çarə yox idi, axı yerli ulduz Alla Puqaçova müsihibəsində ərdə olub olmadığını demək istəmirdi. Amma müğənni portağalı sevmədiyini, kartof püresi və makaronu ləzzətlə yediyini danışmışdı. Camaat hələ ki, filmlərdən evimizə axşan intim səhnələr selinin nə olduğunu bilmir deyə «Qəddar romans» filmindəki bir neçə məqamla qurdunu öldürürdü. O boyda ölkənin paytaxtında cəmi 100 model vardı. Amma onlar o vaxt maniken adlanırdı. 

Bəs sonra?

Sonrası, yəni 1988-ci ildən sonrakı dövr Sovet quruluşu dağıldı. Onunla birgə ümumi bayramlar, hamının birlikdə tamaşa etdiyi və ağladığı filmlər, kitablar, adətlər, maraqlar, söhbətlər, intriqalar - hər şey dəyişdi. «Yeni ildə yolka qurmaq bizim mentalitetə ziddir» deyəndən «Bu bayram dinimizə görə yasaqdır!»a qədər gəlib çıxmışıq. Bəlkə də Şaxta Baba dünyanın ən qəddar, soyuqda, şaxtada ölümlə üzbəüz dayanan ibtidai insandan hər il bir gənc Qar qız qurbanı tələb edən ən murdar personaj imiş. Amma indi o, uşaqlara hər il hədiyyə verən xeyirxah bir obrazdır. Bütün itirdiyimiz müsbət məqamlardan sonra onu da itirsək yəqin ki, soyuq reallıqla və çarəsizliklə üzbəüz qalacağıq. Şəxsən mənim fantaziyam Şaxta Baba qədər pozitiv, eyni zamanda milli olan və mentalitetə cavab verəcək yeni obraz yaratmağa kifayət etmir. Cəmiyyət isə tamam başqa haydadır”¦

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]