Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Avtomatlaşdırılmış sistem pensiyaçılara nə verəcək?

Avtomatlaşdırılmış sistem pensiyaçılara nə verəcək?
Bölmə :
KİVDF
Yayım tarixi :
17/12/2013 [11:32]
Baxılıb :
1491 dəfə
DSMF: “Bu islahat sistemdə şəffaflığın daha da artmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına şərait yaradır”
Ekspert: “Pensiya sahəsini avtomatlaşdırmaqla pensiyaçıların problemini bitmiş saymaq olmaz”

Azərbaycanda 5 ay ərzində 951 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyin edilib. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondundan ANS PRESS-ə verilən məlumatlara görə, 11 dekabr 2013-cü il tarixə olan statistikaya əsasən, təyinat aparılan şəxslərdən 951 nəfərin 262-si Bakı şəhərində, 689 nəfəri isə bölgələrdə yaşayan vətəndaşlar olub. 
Azərbaycanda beynəlxalq praktikada ilk dəfə olaraq pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına bu ilin 11 iyul tarixindən etibarən başlanılıb. Bu, sistemdə şəffaflığın daha da artmasını təmin etməklə yanaşı, əlavə vaxt itkisinin qarşısının alınmasına, insan amilinin rolunun son dərəcə azaldılmasına şərait yaradır. 

Belə ki, yaşa görə əmək pensiyası hüququna malik olan hər bir vətəndaş “190-0 Cağrı Mərkəzi”nə zəng vuraraq hər hansı sənəd toplamadan real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdıra bilir. Əmək pensiyası təyinatı aparılan hər vətəndaşa bir neçə dəqiqə ərzində ona təyin olunan pensiyanın məbləği və öz plastik pensiya kartını ala biləcəyi müvəkkil bankın filialının ünvanı bildirilir.

“Hər bir vətəndaşa xüsusi rəsmi bildiriş göndərilib”

Dövlət Sosial Müdafiə Fondundan qəzetimizə bildirildi ki, ötən ay 724 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyin edilib: “Belə ki, 11 noyabr 2013-cü il tarixə olan statistikaya əsasən, təyinat aparılan şəxslərdən 724 nəfərin 224-ü Bakı şəhərində, 500 nəfəri isə bölgələrdə yaşayan vətəndaşlar olub. Azərbaycanda yaşa görə əmək pensiyalarının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən tayinatı uğurla tətbiq edilməkdədir. Sistemin tətbiq olunduğu 2 ay ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən 356 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyin olundu. İki ay müddətində təyinat aparılan bu vətəndaşların 135 nəfəri Bakı şəhərində, 221 nəfəri isə bölgələrdə yaşayan vətəndaşlar olub. Əmək pensiyası təyinatı aparılan hər vətəndaşa bir neçə dəqiqə ərzində ona təyin olunan pensiyanın məbləği və öz plastik pensiya kartını ala biləcəyi müvəkkil bankın filialının ünvanı bildirilib. Eyni zamanda hər bir vətəndaşa bununla bağlı xüsusi rəsmi bildiriş göndərilib”.

“Bu islahat sistemdə şəffaflığın daha da artmasına şərait yaradır”

Məlumatda o da bildirilir ki, bu yenilik Şərqi Avropa və Müstəqil Dövlətlər Birliyi məkanında ilk dəfə olaraq Azərbaycanda tətbiq olunur: “Bu islahat tədbiri sistemdə şəffaflığın daha da artmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına, vətəndaşlarla Fond orqanları arasında münasibətlərin sadələşdirilməsinə, insan amilinin rolunun son dərəcə azaldılmasına şərait yaradır.
Azərbaycanda avtomatlaşdırılmış pensiya təyinatı ölkə Prezidenti İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq etdiyi "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq həyata keçirilir. Hazırda avtomatlaşdırılmış pensiya təyinatı ilkin olaraq yaşa görə əmək pensiyası növü üzrə aparılmaqdadır. Əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyalarının təyinatının avtomatlaşmış qaydada aparılması isə digər müvafiq dövlət qurumlarında qeyd olunan təyinatlarla bağlı zəruri informasiyaları özündə əks etdirən elektron xidmətlərin yaradılmasından sonra həyata keçiriləcəkdir”. 

“İstənilən vətəndaş öz fərdi hesabı barədə məlumat ala bilir”

Fonddan o da qeyd olundu ki, yaşa görə əmək pensiyalarının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına 11 iyul 2013-cü il tarixdən etibarən başlanılıb. Pensiya təyinatının avtomatlaşdırılması kimi mühüm prosesə başlanılması sığorta-pensiya sistemində aparılan davamlı islahat tədbirlərinin məntiqi nəticəsidir: “Bu sıraya pensiya qanunvericiliyinə edilən ardıcıl dəyişikliklərlə pensiya təyinatı alqoritminin tam sadələşdirilməsi, ödənilən sosial sığorta haqlarının fərdi uçotu, sığorta-pensiya sistemində Avropa standartlarına uyğun müasir avtomatlaşdırılmış infrastrukturun qurulması, Dövlət Sosial Müdafiə Fondunun serverlərində unikal elektron məlumat bazalarının yaradılması kimi kompleks tədbirlər daxildir. 
Ötən dövr ərzində Dövlət Sosial Müdafiə Fondunun www.dsmf.gov.az ünvanlı internet səhifəsində təkmil müştəri xidmətləri sistemi yaradılıb. İstənilən vətəndaş bura daxil olaraq öz fərdi hesabı barədə məlumat ala, eləcə də pensiya kalkulyatoru vasitəsilə öz pensiyasını hesablaya bilir. “Çağrı Mərkəzi”nə  pensiya yaşına çatmış hər bir vətəndaş hər hansı sənəd toplamadan və vaxt itirmədən bu nömrəyə zəng vurub, şəxsiyyət vəsiqəsinin nömrəsi barədə məlumat verməklə real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdıra bilər. Zəng vuran vətəndaşdan tələb olunan məlumatlar isə yalnız şəxsiyyət vəsiqəsinin nömrəsidir. Bu məlumat dərhal sistemə daxil ediləcək, təsdiqləndiyi halda Fondun fərdi məlumatlar bazasına inteqrə edilərək avtomatlaşdırılımış qaydada əmək pensiyası təyinatı aparılacaq və vətəndaşa ona təyin olunan pensiyanın məbləği bildiriləcəkdir”.

“Pensiya-sığorta sisteminin idarə edilməsi tamamilə avtomatlaşdırılacaq”

Rəsmi məlumata görə, ölkədə 2020-ci il üçün sosial sığortanın 1 illik stajının dəyəri pensiyanın baza hissəsinin 12 vahidinə bərabər olacaq. Başqa sözlə, orta əməkhaqqı 684 manat, orta pensiya ayda 270 manat olacaq. 2020-ci ilə fondun xərcləri 4,3 milyard manat təşkil edəcək, orta aylıq pensiyanın məbləği 325 dollaradək artacaq, bu da bugünkü kimi orta aylıq əməkhaqqının 38-40 faizini təşkil edəcək. 
Gözlənilir ki, 2020-ci ilədək Azərbaycanda pensiya-sığorta sisteminin idarə edilməsi tamamilə avtomatlaşdırılacaq. Yəni Dövlət Sosial Müdafiə Fondunun bütün istiqamətləri avtomatlaşdırılacaq. Həmin  ilədək pensiya kartları çip kartlar olacağı deyilir. 

“Rüşvət müqabilində daha yüksək pensiya almaq vəd olunurdu”

“Güzəran” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimli əməkdaşımızla söhbətində bildirdi ki, avtomatlaşdırılmış pensiya təyinatı pensiya sahəsində şəffaflığı təmin edəcək: “Razılaşaq ki, pensiya avtomatlaşdırılmamışdan öncə pensiyanın təyinatı məmurların gəlir mənbəyinə çevrilmişdi. Pensiyaçı ilə məmur arasına müəyyən razılaşmalar olurdu. Rüşvət müqabilində daha yüksək pensiya almaq vəd olunurdu. Nəticədə pensiya haqqı olanın belə pensiya almaq haqqı, hüququ pozulurdu. Pensiya təyinatında insan amilinin kənarlaşdırılması çox müsbət addımdır. Avtomatlaşdırılmış pensiya təyinatı ilkin olaraq yaşa görə əmək pensiyası növü üzrə aparılır. Pensiya sahəsində bu islahat tədbiri sistemdə şəffaflığın daha da artmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına, vətəndaşlarla fond orqanları arasında münasibətlərin sadələşdirilməsinə, insan amilinin rolunu son dərəcə azaldılmasına gətirib çıxaracaqdır. Buna görə də vətəndaşlar öz fərdi hesablarında məlumatların tam əks olunmasında xüsusi maraqlı olmalıdırlar. O cümlədən ölkəmizdə fərdi uçot sisteminin tətbiqindən əvvəlki dövrə, yəni 2006-cı ilin 1 yanvarınadək iş stajlarının qeydiyyata alınmasında aktivlik göstərməlidirlər. Çünki avtomatlaşmış pensiya təyinatı yalnız sistemdə qeydiyyata düşmüş elektron göstəricilər əsasında aparılır və təbii ki, əgər müvafiq məlumatlar sistemdə vaxtında öz əksini tapmayıbsa, hesablamalarda onların nəzərə alınması texniki baxımdan imkan xaricindədir”.
İqtisadçi ekspert əməkhaqqı və pensiyaların artırılmasının bazar şərtlərinə uyğun olmadığını da qeyd etdi: “Artımlar tələb və təkliflərə uyğunlaşdırılmalıdır. Pensiya sahəsini avtomatlaşdırmaqla pensiyaçıların problemi bitmiş sayılmır. Bütövlükdə götürsək, əməkhaqqı və pensiyaların artımı ölkədə yüksək məbləğ təşkil etmir. Ancaq Azərbaycanda pensiya və əməkhaqqının artırılması ilə bağlı qərar qəbul olunmamışdan öncə bazarda müəyyən bahalaşmanın baş verdiyi sezilir. Görünür, müəyyən işgüzar çevrələr əmək haqqı və pensiyaların artımı barədə hökumətin atmaq istədiyi qərardan bəhanə kimi yararlanaraq bahalaşma tendensiyası yaratmağa cəhd edirər”. 

Prezident sərəncamında deyilir...

Qeyd edək ki, Azərbaycan Respublikasında vətəndaşların pensiya təminatının daha da yaxşılaşdırılmasını, sığorta-pensiya sisteminin dayanıqlı və dinamik inkişafına nail olunmasını təmin etmək məqsədi ilə “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair dövlət Proqramı” təsdiq olunub. Bununla bağlı olaraq Prezident İlham Əliyev 2008-ci il 30 dekabr tarixli, 111 nömrəli sərəncam imzalayıb. 
Sözügedən Dövlət Proqramında bildirilir: “Vətəndaşların pensiya təminatının qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən qurulması ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin strateji istiqamətlərindəndir. Sovet dönəmindən qalmış və günün tələblərinə cavab verməyən pensiya münasibətlərində köklü dəyişikliklərin başlanğıcı 2001-2005-ci illəri əhatə edən “Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası”nın reallaşdırılması ilə qoyulub. Sığorta-pensiya və sosial yardım sistemlərinin biri-birindən ayrılması və ödənilən sosial sığorta haqları ilə təyin olunan pensiya məbləğlərinin əlaqələndirilməsi bu tədbirlərin başlıca istiqamətini təşkil edir”. 

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]