Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Şəhid ailələri ilə bağlı qanunvericiliyə dəyişikliklər edilməlidir”

“Şəhid ailələri ilə bağlı qanunvericiliyə dəyişikliklər edilməlidir”
Bölmə :
KİVDF
Yayım tarixi :
14/12/2013 [11:31]
Baxılıb :
2837 dəfə
Şəhid ailəsi statusunun şamil olunması üçün yaş məhdudiyyətinin aradan qaldırılması təklif olunur

Dünən "Şəhid ailələrinə sosial dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Şəhid ailələrinin sosial problemlərinin həllinə dəstək" adlı layihəsi çərçivəsində növbəti "Şəhid ailələri üçün nəzərdə tutulan normativ hüquqi aktların müzakirəsi" adlı dəyirmi masa keçirildi. İlk olaraq lahiyənin hüquqşünası Şəhriyar Əbilov şəhid ailələri üçün qanunvericilikdə bəzi müddaların mövcud vəziyyətə uyğun olub-olması barədə məlumat verdi. 

O həmçinin qeyd etdi ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanunun 1-ci maddəsində (Şəhid və şəhid ailəsi anlayışı) və "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının" təsdiq olunması haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının (Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar) 2.1-ci maddəsində dəyişiklik olunmalıdır: “Belə ki, sözügedən qanun və qərarda qeyd olunur ki, arvadı (əri), valideynləri, 18 yaşına çatmamış və uşaqları 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladları şəhid ailəsi imtiyazlarından yararlana bilər. Qanunun və müvafiq qərarın maddələrinin məzmunundan göründüyü kimi, şəhidin övladı 18 yaşından sonra atasının statusundan yararlana bilməz, nəzərə alsaq ki, vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əksəriyyəti 92-94-cü illər ərzində həlak olublar. Onların övladları demək olar ki, 18 yaşı artıq adlayıblar. Belə olan məqamda valideyinləri olmayan şəhidlərimizin həyat yoldaşları dünyalarını dəyişdikdə, o şəhidin statusundan yararlanacaq heç bir qohumu olmayacaqdır. Bu, həm də vətənpərvərliyin təbliği baxımından bizim üçün önəmlidir”.

Şəhriyar Əbilov hesab edir ki, torpağı işğal altında olan, ərazi bütüövlüyü pozulan ölkədə şəhidə və onun ailəsinə olan dəyər yüksək səviyyədə olmalıdır: “Bizim torpaqlarımız işğal altındadır və o torpaqların azadlığına nail olmalıyıq. Bizim gənc nəsil görməlidir ki, şəhid olan insanın övladı ömrünün sonuna qədər belə yüksək statusa malik olacaq və imtiyazlardan da bəhrələnə biləcək. Müqayisə üçün bildirmək istərdik ki, işğal olunmuş rayonlardan məcburi köçkün düşmüş vətəndaşlarımızın işğaldan sonra dünyaya gətirdikləri övladları 18 yaşını adladıqdan sonra da məcburi köçkün statusunun daşıyırlar və qanunla müəyyən olunan imtiyazlardan istifadə edirlər”.

“Şəhid ailəsi statusu qardaş-bacılara da şamil olunsu”

“Şəhid Ailələrinə Sosial Dəstək” ictimai birliyinin sədri Almaz Zeynalova bildirdi ki, şəhid olmuş şəxsin övladları 18 yaşından sonra da, şəhid ailəsi statusunun şamil olunması üçün yaş məhdudiyyəti aradan götürülməlidir: “İkinci digər ciddi problem subay şəhidlərimizin, qanunla şəhid ailəsi hesab olunan valideyinləri dünyalarını dəyişdikdən sonra, artıq onların statuslarından faydalancaq heç kəsin olmamasıdır. Oğulu itirmək ananı, atanı incitdiyi qədər, qardaş itkisi də qardaş üçün, bacı üçün böyük itki hesab olunur. Hesab edirik ki, subay şəhidlərimizin qanunla şəhid ailəsi, valideyinləri ilə yanaşı qardaş və bacıları da hesab olunmalıdır. Valideyinlər dünyalarını dəyişdikləri halda dövlətin şəhidə verdiyi imtiyazlardan qardaş və bacıların faydalanması yuxarıda qeyd etdiyimiz kimi müharibə şəraitində yaşayan bir ölkənin gəncliyi üçün böyük ruh yüksəkliyi olacaq. Müasir gənclik şəhid qardaşı və bacısı olmaqla, şəhid ailəsi statusunu daşımaqla fəxr edəcək”.
İctimai birliyin sədri şəhid ailələrinin sosial vəziyyəti və mövcud qanunların şəhid ailələrini qane etməməsini də diqqətə çatdırdı.

“Qanunlar zamanın tələbinə uyğunlaşdırılmalıdır”

Dəyirmi masada iştirak edən Prezident yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Vuqar Qədirli bildirdi şəhid ailələri cəmiyyətdə ən yüksək hörmətə layiq şəxslər olmalıdır: “Qeyd olunan qanun dövrün, zamanın şərtlərinə uyğun olaraq dəyişilməlidir”.
“Xocalı Soyqrımının Tanıtımı” İctimai Birliyinin sədri Şamil Sabiroğlu müzakirə olunan məsələnin dövrün tələbinə uyğun olduğunu qeyd etdi: “Bizim torpaqlarımız işğal altındadır və o torpaqların azadlığına nail olmalıyıq. Bizim gənc nəsil görməlidir ki, şəhid olan insanın övladı ömrünün sonuna qədər belə yüksək statusa malik olacaq və imtiyazlardan da bəhrələnə biləcək”.

“4600 azərbaycanlı ailəsi başsız qalıb”

Tarixçi, tədqiqatçı, Nazim Tapdıqoğlu, qeyd etd ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan müharibə zamanı, 1988-1994-cü illər ərzində 18 min nəfərə qədər şəhid verilib: “Şəhidlərimizin 4600-ü evli olmuşdular. Bu o anlama gəlir ki, 4600 azərbaycanlı ailəsi "başsız" qalıb”.
Almaz Zeynalova isə vurğuladı ki, müzakirə olunan məsələlər və qaldırılan problemlərlə bağlı müvafiq dövlət orqanlarına müraciət olunacaq: “Qeyd etmək istərdik ki, tədbir Prezident yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir”.

“İllərdir kirayələrdə əziyyət çəkirik”

Şəhid ailələrindən Tahirə Səmədova öz çıxışında qeyd etdi ki, illərdir Bakının müxtəlif yerlərində kirayə evlərdə yaşayıb: “Hal-hazırda ən ucuz yer Xırdalan olduğu üçün indi də orda qalıram. Biz hesab edirik ki, bu limit aradan qaldırılmalıdır, şəhid ailəsinin üzvü ömürünün sonuna qədər şəhid ailəsi statusunu özündə saxlamalı, güzəşt və imtiyazlarından istifadə etməlidirlər.
Qeyd edim ki, qanunla “şəhid ailəsi” statusunu almış ailənin üzvlərinə verilən təminatlardan biri də ailə başçısını itirməyə görə verilən əmək pensiyası ilə bağlıdır. Əmək pensiyası bazar şərtlərinə uyğunlaşdırılmalıdır. Bir başqa güzəşt isə valideynlərdən biri həlak olduqda onların hər uşağına 16 yaşı (şagirdlər üçün 18 yaş) tamam olanadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan məbləğdə aylıq müavinət təyin edilməsidir.
Qanunla şəhid ailələri yaşayış sahəsi ilə təmin edilirlər. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunur. Şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli asudə, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir. Yaxşı olardı ki, qanunla reallıq uyğunlaşdırılsın”.

Şəhid ailələrinin üzləşdiyi ən ciddi sosial problem 

Tədbirdə şəhid ailələrinin üzləşdikləri sosial problemlərin müəyyən oluduğu qeyd olundu. Vurğulandı ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna əsasən şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması, şəhid ailələrinə dövlət tərəfindən verilən torpaq sahələri ilə bağlı müddəalar olsa da, bəzi hallarda şəhid ailələri bu imkanlardan yararlana bilmir. Layihə çərçivəsində Bakı və Quba şəhərlərində, o cümlədən İsmayıllı rayonundan olan 300 şəhid ailəsi arasında sosioloji sorğu keçirilib. Sorğu zamanı müəyyən olunub ki, bu gün şəhid ailələrinin üzləşdiyi ən ciddi sosial problem kommunal xərclərlə bağlıdır. Belə ki, şəhid ailələri ilə bağlı hökumət tərəfindən davamlı addımlar atılmasına baxmayaraq, şəhid ailələrinə daha öncələr tətbiq edilən güzəştlərin olmaması kommunal xərclərin ödənilməməsində problemlərin yaranmasına gətirib çıxarır. Şəhid ailələrinin bir çoxu qeyd edir ki, kommunal xərclərin ödənilməsi ilə bağlı ailə büdcəsində müəyyən güzəştlərin olması vacibdir. Eyni zamanda keçirilən sorğu zamanı o da müəyyən olunub ki, şəhid ailələrinin üzləşdiyi digər sosial problem məşğulluqla bağlıdır. Bu gün bir çox şəhid övladlarının, yaxınlarının işlə təmin olunmasında ciddi problemlər var.
Tədbirdə o da qeyd olundu ki, layihə çərçivəsində 1000 ədəd buklet çap olunaraq Bakıda, eləcə də sorğu keçirilən regionlarda paylanılıb. Bununla yanaşı layihə çərçivəsində şəhid ailələri ilə bağlı qanunverici bazanı özündə əks etdirən broşuraların çap olunduğunu bildirildi.

“4 mindən çox mənzil inşa olunaraq əlil və şəhid ailələrinə təqdim edilib”

Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirərərək əlil olmuş vətəndaşların və şəhid ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirildi.
Nazirlikdən verilən məlumata görə, 2004-2012-ci illərdə 4 mindən çox mənzil inşa olunaraq əlil və şəhid ailələrinə təqdim edilib: “Bildirək ki, bu vaxta qədər, ümumilikdə 5 minə yaxın əlil və şəhid ailəsi mənzillə təmin olunub, kəndlərdə həyətyanı sahəsi olan 750-dək fərdi ev inşa edilərək müharibə əlillərinə verilib. Qeyd edək ki, ölkə rəhbərinin müvafiq tapşırığına əsasən, əlil və şəhid ailələri üçün mənzil tikintisi xeyli sürətlənib. Əgər 1997-2007-ci illərdə, yəni on il müddətində 2200-ə yaxın mənzil istifadəyə verilmişdisə, son 5 ilə yaxın müddətdə bu rəqəm 5 minə çatdırılıb. Başqa sözlə, 1997-ci illə müqayisədə əlil və şəhid ailələri üçün inşa olunan mənzillərin illik sayı 10 dəfəyə yaxın artıb. Belə ki, hazırda hər il orta hesabla 700-dən çox mənzil inşa olunaraq müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilir. Son illər çoxmənzilli binaların inşasına xüsusi diqqət yetirilir. Əgər əvvəllər daha çox ikimərtəbəli 16 və 4 mərtəbəli 36 mənzilli binalar inşa olunurdusa, son illər 9 doqquzmərtəbəli 81 mənzilli və 12 mərtəbəli 96 mənzilli binaların inşası da geniş vüsət alıb”.

Ramid
Fotolar müəllifindir

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]