Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“QHT-lər əlillərin adından istifadə edib pul qazanırlar”

“QHT-lər əlillərin adından istifadə edib pul qazanırlar”
Bölmə :
KİVDF
Yayım tarixi :
13/12/2013 [11:16]
Baxılıb :
1002 dəfə
Arzu Əliyeva: “Televiziyalarda fiziki qüsurlu insanlarla bağlı verilişlər hazırlanır, amma onların özləri verilişə dəvət edilmir”

Metronun “20 yanvar” stansiyasının yaxınlığında yaşanan avtomobil sıxlığı heç kimə sirr deyil. Paytaxta gələn və gedən ictimai və şəxsi nəqliyyat vasitələri bu istamətdən şəhərə daxil olur. Havaların soyuması da nəqliyyatın hərəkətində problem yaradır. Bu problemlə bağlı reportaj hazırlamaq üçün “20 yanvar” dairəsinə yollandım. 

İlk rastlaşdığımız əlil qadın çətinliklə hərəkət edirdi. Sərnişin avtobusunun sürücüsü isə onunla kobud davranırdı, qadının ləng hərəkət etməsi sürücüc aqressiv davranışına səbəb olurdu.

Əməkdaşımızla söhbət edən qadın əlillik dərəcəsi olduğunu, Respiblika Əlillərinin Rebailtasiya Mərkəzinə getmək istədiyini bildirdi. “Mən Yasamalda qalıram, buranın sakiniyəm. Avtomobil qəzası nəticəsində əlil oldum. İkinci qrup əliləm. Adım Arzudur”, -deyə o bildirdi.
Arzu xanım bildirir ki, əlillərin nəqliyyat problemi var. O bu problemdən danışmaqdan öncə əlillərin ümumi problemlərindən danışd: “Deyirsiniz ki, jurnalistsiniz, hava şəraiti ilə bağlı olaraq nəqliyyatın hərkətində olan problemlərdən yazırsınız. Əlbəttə nəqliyyat problemi əlillərin bir nömrəli problemidir. Fiziki əlilliyi olmayanlar yalnız soyuq aylarda nəqliyyat problemi ilə qarşılaşırsa, əlilliyi olan şəxslər fəsillərdən asılı olmayaraq nəqliyyat problemi yaşayır. Bax bundan yazmaq lazımdır. Müğənnidən, soyunanlardan deyil. Mən demirəm məndən yazın, mənim sosial durumum nisbətən yaxşıdır. Ailə üzvlərimin hesabına normal yaşayıram. Mənim sizə indi deyəcəyim problemlər əlilərin ümumi problemidir. Adımı çəkmədən də yaza bilərsiniz, çünki hamının problemidir. Mənə reklam lazım deyil. Əlillərin nəqliyyat problemi ilə yanaşı, mənzil-məişət, iş, müayinə-müalicə kimi ümumi problemləri var”.

“Hətta Hindistanda əlillər üçün şərait yaradılıb”

Arzu Əliyeva xanım deyir ki, o, əlillik dərəcəsi alanda da problemlə qarşılaşıb: “2011-ci ildə başımıza bəla gəldi. Xaricdən kimsə Bakıya gəlmişdi, deyəsən hansısa ölkənin prezidentlərindən biri idi. Elə söz vaxtına çəkər. Hava şəraiti soyuq idi. Qonaq prezidentin gəlişi münasibəti ilə paytaxtın mərkəzi yollarını bağlamışdılar. Nəqliyyatın hərkətində sıxlıq var idi. Tıxac səbəbindən mən olduğum avtomobil yolda dayanmışdı. Axırıncı maşın mən əyləşdiyim maşın idi. Qəfil arxadan sürətlə gələn maşının sürücüsü idarəetməni itirdi. Və... Gördüyünüz kimi mən əliləm. İkinci qrup əlil...
Xəstəxanada problem yaşamaqla yanaşı əlillik dərəcəsini alında da çox əziyyətlər çəkdik. Mənim xəbəri olmamışdı o vaxtları. Sonradan mən bunların fərqinə vardım. Mənə danışdılar. Özüm də başqa əlilərin məsələsində arzuolunmaz hallara şahidi oldum. Əlillik dərəcəsinin müəyyən edilməsi ilə bağlı tibbi sosial ekspert komissiyası var, orada o zaman vətəndaşlara qarşı neqativ hallar qarşı yol verilirdi. Get-gələ salırdılar. Kiminsə üstünə qışqırırdılar, arzuolunmaz üz görünüşlərini görmək olurdu. Nəysə...
Hə nəqliyyat demişkən, əlillərin hərəkəti üçün manelər təkcə nəqliyyat problemi ilə bağlı deyil. Birinci qrup əlillərin vəziyyəti daha çox ağırdır. Onların hərəkəti araba ilə mümkündür. Araba ilə hərək etmək məcburiyyətində olan əlillərin sərbəst hərəkət etməsi üçün küçələrdə, yolüstü və yolaltı keçidlərdə pandusların qurulması, ictimai nəqliyyat parkının yeniləşdirilməsi lazımdır. Əlillərin şəhərdə-küçədə hərəkət edə bilməməsi onları cəmiyyətdən təcrid edir. Hərəkəti məhdud olan insanlar üçün də münasib şəraitə malik, xüsusi vasitələrlə təchiz olunmuş avtobuslar alınmalı, araba ilə hərəkət edən əlillər üçün münasib hündürlükdə telefon avtomatları quraşdırılmalı və bütün rabitə müəssisələrinin yerləşdiyi binaların giriş hissəsində panduslar qurulmalı, eşitmə qabiliyyətini tam və ya qismən itirmiş əlillər zəruri informasiya ilə təmin edilməlidirlər. Mən bunları əlillərlə bağlı kinolara baxaraq görmüşəm. Hind filmlərini xoşlayıram. Təkcə Avropada deyil, hətta Hindistanda da əlillərin hərkəti üçün müəyyən şəraitlərin olması filmlərdən görmək olur.
“Bəyin oğurlanması” filmində məşhur epizod var, hansı ki, məşhur deyimdir: “O əjdahadan bizdə niyə yoxdur?” Bəli, o əjdahadan bizdə niyə yoxdur, niyə olmasın?! Bəli mən baxdığım filmdir, amma o bir həqiqətdir”

“Əlillərin problemi ilə bağlı televiziya və radio verlişləri olmalıdır” 

İkinci qrup əlil olan Arzu xanımla sərnişin avtobusuna minib hərəkət edirik. Söhbətimizə qaldığımız yerdən davam edirik. Arzu xanım bildirir ki, nəqliyyat problemi əlillərin başqa problemlərinə də səbəb olur: “Fiziki məhdudiyyəti olan vətəndaşların probleminin həlli istiqamətində maarifləndirilmə işi aparılmalıdır. Sosial reklam olmalıdır, bu sahədə mövcud problemlərin həlli məqsədilə ictimai əhəmiyyəti olan informasiya və digər televiziya verilişləri yayımlanmalıdır.
Əlillərin cəmiyyətə inteqrasiyası problemlərini işıqlandıran televiziya proqramları olmalıdır. Nəzərə alsaq ki, fiziki məhdudiyyəti olan əlillərin nəqliyyat problemi olduğu üçün onlar evə qapılı olurlar. Odur ki, əlil olan şəxslərə ünvanlanmış publisistik, təhsil, elmi-kütləvi, ictimai-siyasi, sosial-iqtisadi və mədəni-maarif yönümlü televiziya və radio proqramları hazırlanmalı, paytaxtın nəqliyyat vasitələrinin hərəkət intensivliyi yüksək olan küçə və prospektlərində gözdən əlillər üçün səsli işıqforlar və əlavə yol nişanları quraşdırılmalı, əlilliyi olan insanların xəstəliyi və funksional pozuntuları nəzərə alınmaqla yeni yaşayış binaları tikilməli və onlar mənzillə təmin olunmalı, əlillərin digərləri ilə bərabər səviyyədə inklyüziv, keyfiyyətli təhsil almaq imkanlarına malik olmaları təmin edilməlidir.
Danışdıqca çox məsələlər yada düşür. Mən bu problemin içindəyəm deyə çox şeyi bilirəm. Tanış əlillər mənə mütəxəssis, məmur deyirlər (gülür). Biz eyni qazandayıq, qazanda nə bişir xəbərimiz var. Bax mən dediyim məsələlər, yəni əlillərin problemi ilə bağlı televiziya və radio verlişləri olmasa, fiziki məhudiyyəti olan vətəndaşlar öz hüquqlarını bilməyəcək. İldən-ilə qanunlar dəyişir. Əlillərlə bağlı tədbirlər olur, niyə də orada əlillər iştiak etməsin?! Əlil olan şəxslərin mövzusu əlilliklə bağlı tədbirlərdə iştirak etməsi münasibdir. Çünki əlilin problemini əlildən yaxşı kimsə bilə bilməz. Hətta mütəxəsis olsa da belə. O, bizə bizim qədər can yandıra bilməz”.

“Əlillərə maliyyə mənbəyi kimi baxırlar”

Arzu Əliyeva hökumət təşkilatları ilə yanaşı, əlillərlə bağlı qeyri-hökumət təşkilatlarının fəaliyyət göstərdiyindən də xəbərdardır: “Amma onların fəaliyyəti hanı? Vallah, mən nisbətən fəal insanam, mənim bu təşkilatların fəliyyətindən xəbərim yoxdur. Siz mənə deyirsiniz ki, qeyri-hökumət təşkilatınız üzvüsünüzmü? Mən heç bir təşkilatın üzvü deyiləm, amma əlillərlə bağlı məsələni bilirəm, daha doğrusu bilməyə məcburam. Çünki özüm də əliləm. Hansı ki özəl təşkilatlardır, onların adlarını eşitmək olur, məsələn, hansısa bayramda, filanda televiziya verlişlərdinə “əlillər unudulmayıb” kimi təqdim edilən xəbərləri görürük. Amma bu o demək deyil ki, əlillərin problemi ilə bağlı bu təşkilatlar işləyir, can qoyurlar. Əlbəttə, xeyir. Sadəcə, özlərini reklam edirlər. Mən buna reklamdan başqa bir şey demirəm. Əlillərin adından istifadə edib pul qazanırlar. Yəqin ki, fiziki məhdudiyyəti olan şəxslərə görə, efirə verilən xəbərlər vasitəsi ilə həmin təşkilatlar yaxşı pul qazanırlar. Yəni biz əlillərə maliyyə mənbəyi kimi baxırlar”.

“Əlil bilmir ki, sosial işçinin xidməti kimin üçündür...”

Arzu Əliyevadan sosial işçilərin onların qapısını döyüb-döymədiyini soruşuruq: “Bax, mən bu sualı başqa əlillərə verirəm. Mənə deyirlər ki, sosial işçi nədir, o kimdir, onun işi nədir? Baxın camaat bu vəzifədən, xidmətdən xəbərsizdir. Çünki sosial işçinin vəzifəsi var, işləyir də. Amma əlillin qapısını döymür. Ay başa çatanda gedib maaşını alır, bu qədər. Deyir imam üçün ağlayanda, gərək yezid üçün də ağlayasan. Belə baxanda onlara verilən maaş azdır. Amma bu nə onların, nə də əlilliyi olan şəxslərin problemi deyil. Bu, hökumətin problemidir. Fiziki məhdudiyyəti olan vətəndaş da bu xidməti hökumətdən tələb də etmir. Çünki bilmir ki, sosial işçi deyilən şəxs var. Yenə deyirəm, əlilin öz problemindən xəbərdar olması, öz hüququnu bilməsi üçün maarifləndirici verlişlər olmalıdır, yayımlanmalıdır. Problemlərin kökündə maarifləndirmə işinin aparılmaması da dayanır”.

“Dövlət öhdəliyini yerinə yetirməlidir”

Arzu Əliyeva bildirir ki, dövlətin əlillərə olan güzəşt və imtiyazları var: “Bəli var, amma bundan əlil xəbərsizdir. “Əlillərin sosial müdafiəsi” haqqında qanun var. Mən bu qanunu internetdən oxumuşam. Qanunda yazılanlar arzuolunandır. Ümumiyyətlə, bir çox qanunlarımız var ki, vətəndaş üçün münasibdir, amma di gəl ki yerinə yetirilmir. Bildiyim qədər əlillərlə bağlı beynəlxalq qanunvercilik də var. Hə, konvensiya var. Bizim ölkə istəyir ki, əlillərlə bağlı qanunları ona uyğunlaşdırsın. Çünki öhdəlik var. Gərəkdir ki, bu ödəlik yerinə yetirilsin”.
Həmsöhbıtimiz bildirir ki, dövlət tərəfindən müəyyən qrup əlillər üçün mənzil-məişət şəraitinin yaxşılaşdırılması halı alqışlanmalıdır: “Bəli, bu dövlətin borcudur. Qarabağ müharibəsi əlillərinə avtomobillər, arabalar pulsuz verilir. Bu dövlətin borcudur, verməlidir və əlilin haqqıdır”.

Ramid
Fotolar müəllifindir

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]