Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“15 yaşından aşağı olan uşaqların işləməsi qadağandır”

“15 yaşından aşağı olan uşaqların işləməsi qadağandır”
Bölmə :
KİVDF
Yayım tarixi :
12/12/2013 [10:49]
Baxılıb :
2747 dəfə
Elmir Valehli: “Artıq uşaqlara qarşı zorakılıq ayrı-ayrı ailələrin şəxsi məsələsi, bədbəxt hadisə və ya cinayət hadisəsi kimi qəbul edilmir”

Azərbaycanda uşaqlara qarşı zorakılığın profilaktikası, zorakılığa məruz qalmış uşaqların müəyyən edilməsi və reabiltasiyası ilə bağlı problemlər, habelə uşaq zorakılığının qurbanları, onların qarşılaşdığı problemlər və problemlərin həlli yolları ilə bağlı Azərbaycana Birgə Yardım Təşkilatının sosial işçisi Elmir Valehli ilə həmsöhbət olduq.

E.Valehli ilk olaraq fəaliyyət göstərdiyi təşkilat haqqında oxuculara məlumat verdi: “Təşkilatımız uşaqların rifahı, səhiyyə və təhsilə yönəltməklə və Azərbaycanda sosial inkişafa nail olmaq missiyası ilə 1998-ci ildə yaradılıb. Azərbaycana Birgə Yardım Təşkilatı bir ölkədə fəaliyyət göstərməkdə ixtisaslaşmış beynəlxalq qeyri-hökumət təşkilatıdır. Təşkilatın mərkəzi qərargah işçiləri məvacib almır və o, yerli qeyri-hökumət təşkilatı kimi ölkədaxili qaydalar çərçivəsində fəaliyyət göstərir.

Təşkilatımızın məqsədləri aşağıdakılardır:
- Dövlət qayğısına möhtac olan uşaqların sayının azaldılması (qeyri-müəssisələşmə);
- Müəssisələrdə qayğı səviyyəsinin yüksəldilməsi (Qayğı və Xidmət səviyyəsinin yüksəldilməsi);
- Xüsusi ehtiyaclı uşaqlar üçün sosial xidmətlərin inkişafı.
Biz hesab edirik ki, bütün uşaqların onlar üçün ən yaxşı şəraitdə böyüməsinə haqları var və bu, keçmiş sovet üsul idarəetməsindən yeni sistemə keçən bir ölkə üçün fərdi anlayış və uzun müddətli yanaşma tələb edir. Azərbaycana Birgə Yardım Təşkilatı təşəbbüs, informasiya və təcrübə üzərində qurulmuş novatorçu təşkilatdır. Biz öz geniş təcrübəmizdən istifadə edir və bunu Azərbaycan üçün həyata keçiriləcək model layihələr işləyib hazırlamaq üçün xarici təcrübədən yaranmış biliklə əlaqələndiririk. Azərbaycana Birgə Yardım Təşkilatı vəziyyəti bilir və Azərbaycan xalqının normal həyatına istiqamətlənmiş inkişafda əsl uzun müddətli strategiyaları həyata keçirir”.

Uşaq zorakılığı dedikdə nə başa düşülür?

Elmir Valehli mövzuya “uşaq zorakılığı dedikdə nə başa düşülür?” məsələsindən başladı. Həmsöhbətimiz deyir ki, uşaq zorakılığı dedikdə uşaqlara əsasən psioxoloji və fiziki zorakılıq nəzərdə tutulur: “Məsələn, ölkəmizdə uşaq əməyinin istismarı hallarına rast gəlinir. Hər birimiz gün ərzində müxtəlif işlərdə çalışan uşaqlara rast gəlirik. Uşaq əməyindən müxtəlif sahələrdə, xüsusən də xidmət sahələrində daha çox istifadə edilir. Qanunvericilik və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq sənədlər isə uşaq əməyindən istifadəni qadağan edir. Ölkə qanunvericiliyi yaşı 15-dən az olan şəxslərin işləməsinə icazə vermir. 15-18 yaşlı uşaqların işləməsinə icazə verilsə də, qanunvericilik həmin uşaqlara əmək münasibətlərində güzəştlər, imtiyazlar və əlavə təminatlar nəzərdə tutur. Bu güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi isə ayrı-seçkilik hesab olunmur. Yaşı 18-dən az olan işçilərin normadan artıq ağır əşyaların qaldırılması və bir yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsi qadağandır. Bu normalar Əmək Məcəlləsi ilə müəyyən edilib. Belə işçilərin əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Azərbaycanın milli qanunvericiliyi uşaq əməyinə münasibətdə ümumbəşəri norma və prinsipləri özündə əks etdirir, uşaq əməyi ilə bağlı qanunvericiliyin tələblərinə əməl olunmasına dövlət nəzarəti gücləndirilib”.

“Bu, dövlətin ciddi müdaxiləsini tələb edən bir qüsurdur”

Azərbaycana Birgə Yardım Təşkilatının əməkdaşı bildirdi ki, Azərbaycanda uşaqlara qarşı zorakılıqla mübarizə sahəsində həm dövlət səviyyəsində, həm vətəndaş cəmiyyətində önəmli işlər görülür: “İlk növbədə qeyd etmək lazımdır ki, uşaqlara qarşı zorakılıq son zamanlar yüksək sosial status əldə edib. Artıq uşaqlara qarşı zorakılıq ayrı-ayrı ailələrin şəxsi məsələsi, bədbəxt hadisə kimi və ya cinayət hadisəsi kimi qəbul edilmir. Bu sosial sistemin dövlət tərəfindən ciddi müdaxiləsini tələb edən bir qüsurudur. Məsələ ilə bağlı dövlətin bir neçə istiqamətdə fəaliyyəti mövcuddur. İlk növbədə bu, uşaqların həyatını və sağlamlığını təmin edəməsinə yönəldilmiş ümumi xarakterli proqramlardır.
Qeyd edim ki, “Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında” 09 Yanvar 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı var. Eləcə də, uşaqlarla bağlı 2012-ci ildə Prezidentin “Uşaq hüquqlarına nəzarət qaydaları ilə bağlı” sərəncamı var. Sonra, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında “Uşaq əməyinin istismarının qarşısının alınması sahəsində Birgə Tədbirlər Planı”nı (2013-2015-ci illər) imzalanıb. Onu da bildirim ki, Təhsil Nazirliyi tərəfindən "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"nın icrası həyata keçirilir. Bu Dövlət Proqramı Nazirlər Kabinetinin 13 yanvar 2010-cu il tarixli qərarı ilə reallaşdırılır.
Görülən və görüləcək işlər nəticəsində məlum olur ki, uşaqların rifahının yüksəldilməsi ilə bağlı məsələlər hökumətin və cəmiyyətin daim diqqət mərkəzindədir. Uşaq zorakılığına qarşı cəmiyyətin hər bir fərdinin üzərinə böyük məsuliyyət düşür. Uşaqlara qarşı zorakılığın qarşısının alınmasında valideynlərlə yanaşı bir çox dövlət qurumu, hətta müəllimlərin də məsuliyyəti var. Zorakılıq şahidi olanlar da buna biganə qalmamalıdırlar. Zorakılığın qurbanı olanlar da onlara qarşı baş vermiş hadisələrə qarşı polis orqanları, uşaq qaynar xəttinə məlumat verməlidir. Bunun üçün də ilk növbədə uşaqlar bu barədə məlumatlı olmalı, xəbər verməkdən çəkinməməlidirlər. Məktəbdəki müəllimələr bu məsələlərdə xüsusi həssaslıq göstərməlidirlər. Amma təəssüf ki, hələ də insanlar bu məsələlərə çox laqeyd yanaşır”.

“Uşaqlarla söhbət nəticəsində məlum oldu ki...”

Elmir Valehli bildirir ki, uşaq hüquqlarının müdafiəsi sahəsində işləri davam etdirilir: “Bu sahədə hökumət və qeyri-hökumət təşkilatıları fəaliyyət göstərir. Buna baxmayaraq araşdırmalar nəticəsində məlum olur ki, uşaqlar hər hansı cinayət və zorakılıq, o cümlədən, ailədaxili zorakılıq, cinsi, fiziki və psixoloji zorakılıq, zorlanmaya və ya təcavüzə məruz qalırlar. Eləcə də, işgəncə, məcburi yerdəyişmə, döyülmək kimi faktlar da var. Uşaqların istismarı, o cümlədən, əməyin istismarı mövcuddur.
Araşdırmalarımız göstərir ki, valideynlərinin və ya digər yaxın şəxslərin itkisindən psixoloji sarsıntı keçirən uşaqlar da yox deyil. Həmyaşıdları tərəfindən təzyiqlə üzləşən uşaqlar da uşaq zorakılığının qurbanlarıdırlar. İnsan və uşaq hüquqlarının pozulmasından stres keçirən uşaqların şikayətini eşitmişik. Uşaqlarla söhbət nəticəsində məlum olub ki, müxtəlif hadisələr nəticəsində yaranmış emosional pozğunluq və sosial disadaptasiyadan əziyyət çəkən uşaqlar dövrümüzün acı gerçəkliklərindən biridir”.

“Televiziyalardakı zorakılıq səhnələri uşaqların psixologiyasını pozur”

Elmir Valehli bildirir ki, televiziyalarda nümayiş olunan zorakılıq səhnələri uşaqların psixologiyasını pozur: “Azərbaycan telekanallarında uşaqların psixologiyasını korlayan zorakılıq səhnələri artıb. Məsələn “Səni Axtarıram” verlişinidə azyaşlıları təsir altına salırlar. Bu və bu kimi verilişlərdə azyaşlı uşaqlar sual-cavab olunur, sanki məhkəmə qarşısına çıxarılıblar. Uşaqlar belə verilişlərdə təsir altında olurlar. Mütləq şəkildə fikirlərini düzgün izah edə bilmirlər. Uşaq çıxılmaz vəziyyətə düşür və nə baş verdiyini anlamır. Bu əslində onlara qarşı çox ciddi təzyiq, zorakılıqdır. Verilişlərdə uşaqlarla indiyə qədər heç bir iş aparmamış, uşaq psixologiyasını bilməyən, pedaqogikadan xəbəri olmayan kimlərinsə uşaqlarla müsahibə götürməsi qəti şəkildə qəbulolunmaz haldır.
Zorakılığa məruz qalmış uşaqların reabailtasiyası ilə bağlı maarifləndirilmə işi aparılmalı, sosial reklamlar olmalıdır. Əlbəttə bu problemin yaranma səbəblərinin qarşısını almaq üçün vasitələrdən biridir. Problemin qarşısını almaq və reabiltasiya üçün kompleks tədbirlər olmalıdır. Uşaq zorakılığının qurbanları ilə psixoloqlar, sosial işçilər, hüquqşunaslar məşğul olmalıdırlar. Uşaq zorakılığının qurbanları ilə işləyəcək mütəxəsislər azdır. Mütəxəsislərə ehtiyac var. Ali məktəblərdə bu sahədə çalışacaq mütəxəsislər hazırlanır”.
Həmsöhbətimiz deyir ki, zorakılığın qurbanı olan və küçə uşaqları ilə bağlı sığınacaqlar mövcuddur, amma onların sayının az olması təəssüf doğurur. Onun sözlərinə görə, ölkənin regionlarında da sığınacaqlar fəaliyyət göstərmir. Elmir Valehli bunu regionlarda qeyri-hökumət təşkilatlarının fəaliyyətinin arzuolunan səviyyədə olmaması ilə əlaqələndirdi. O, regionlarda reabiltasiya mərkəzlərinin fəaliyyət göstərdiyini də bildirdi.

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]