Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Dövlət gəncləri zərərli vərdişlərdən necə qorumalıdır?

Dövlət gəncləri zərərli vərdişlərdən necə qorumalıdır?
Bölmə :
KİVDF
Yayım tarixi :
7/12/2013 [08:50]
Baxılıb :
3994 dəfə
Cəmiyyətdə rəylər müxtəlifdir, amma ümumi yanaşma da var: Maarifləndirici, cəzalandırıcı və sosial durumu yaxşılaşdıracaq mexanizm qurulmalıdır

Gənclər Fondunun dəstəyi ilə zərərli vərdişlər əleyhinə layihə həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəklədiyi “Zərərli vərdişlərdən uzaq, yenilikçi gənclər” layihəsi çərçivəsində sosial çarxların hazırlanmasına başlanılıb. 

Belə ki, gənclərdən ibarət qrup əvvəlcə layihə üçün aktual olan mövzuları müəyyənləşdirərək insanları zərərli vərdişlərdən uzaq olmağa həvəsləndirən, bu vərdişlərin onların həyat və sağlamlığına mənfi təsir etdiyini özündə əks etdirən sosial çarxlar hazırlayırlar. Qeyd edilən çarxların gənclər arasında təbliği və sosial şəbəkələr vasitəsilə daha geniş əhali kütləsinə çatdırılması nəzərdə tutulub. Siqaret və narkotik maddələrdən istifadə edənlərin yaş tərkibinin ildən-ilə gəncləşdiyini nəzərə alan gənclər bu mövzuya daha çox diqqət yetirməyi qarşılarına məqsəd qoyublar. Bundan əlavə, sosial çarxlarla yanaşı, eyni mövzulardan bəhs edən buklet və broşüraların hazırlanması, insanların daha sıx olduğu məkanlarda paylanması da layihənin əsas məqsədləri sırasında yer alıb. 

Mövzu ilə bağlı müxtəlif sferadan olan insanlar arasında sorğu keçirib, zərərli vərdişin səbəblərindən və çıxış yollarından danışdıq.

“Birincisi maarifləndirməklə, ikincisi isə cəzalandırmaqla”

Tural İbadlı zərərli vərdişlərin qurbanı olanlara münasibətinin yaxşı olmadığını ifadə etdi: “Bu qurbanların olmaması üçün cəmiyyətdə maarifləndirmə işləri düzgün aparılmalıdır. İndi nəinki gənclər, hətta uşaqlar belə siqaret çəkir, spirtli içki içir. Bir ölkənin ki, televiziyalarında araq reklam oluna, o zaman hansı maarifləndirmədən danışa bilərik, mən anlamıram?!
Ümumiyyətlə, kimisə hansısa yoldan çəkindirmək üçün iki yoldan istifadə etmək olar: Birincisi maarifləndirməklə, ikincisi isə cəzalandırmaqla. Birinci yol üçün hesab edirəm ki, ilk olaraq televiziyalardan belə bir reklamalar qadağan edilsin. Maarifləndirmə işləri effektiv olsun. Məncə maarifləndirmə işlərini daha çox valideynlər arasında aparmaq lazımdır.
İkinci yol üçün isə cərimələrin artırılmasını və həmin vasitələrin qiymətlərinin bahalaşmasını təklif edərdim. Həddi buluğa çatmayan gənclərin istifadəsi üçün xüsusi qadağalar qoyulsun və cərimələr müəyyən edilsin. Məsələn, Sizə ABŞ təcrübəsini deyim. Amerikada 21 yaşdan aşağı gənc spirtli içki içdiyi vaxt polis tərəfindən yaxalanırsa və yaxud 21 yaşdan aşağı gənc gecə saat 12-dən sonra bar, diskoteka və ya hər hansı əyləncə mərkəzində polis nəzarətinə götürülürsə, o zaman valideyn külli miqdarda cərimə edilir. Bu isə o deməkdir ki, valideynlər övladlarına qarşı daha diqqətli olurlar”.

“Sağlam olmayan orqanizmin sağlam nəsil artımı ola bilməz”

Həkim Könül Şəmiyeva zərərli vərdişlərin təhlükəsindən danışdı və həkim məsləhətini verdi: “Əlbəttə, zərərli vərdişlərə aludə olmağa münasibət yaxşı ola bilməz. Hər bir gənc gələcəyin bir ailə basçısıdır. İlk növbədə zərərli vərdişlər insanın öz sağlamlığına zərərdir. Məsələn, spirtli içki insanın həm əqli, həm də fiziki inkişafına mənfi təsir edir. Tütün məmulatlarına aludə olmaq sağlalmaq riski olan xəstəliklərin üzə çıxmasına və sürətli inkişfına təsir edir. İnsan həyatı üçün təhlükəlidir. Sağlam olmayan orqanizmin sağlam nəsil artımı ola bilməz. İlk olaraq genetik patoloji dəyişiklər baş verir narkotik növlərin istifadəsindən.
İnsan həyatına olan bu təhlükənin qarşısını almaq üçün hər bir uşağa ilk növbədə ailədə, məktəbdə bu pis verdişlərin zərərli təsirləri haqqında məlumat vermək lazımdır. Uşağı birmənalı olaraq psixoloji hazırlamaq lazımdır. Belə deyək də, uşaq zərəri vərdişlər barisində dəqiq məlumatlı olmalıdır. Bu vərdişlər barəsində həm əyani, həm də qiyabi sübutlar uşaqlara göstərilməlidir. Zərəri anlatılmalıdır”.

“Maarifləndirici verlişlər olmalıdır”

Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Lətafət Məlikova hesab edir ki, zərərli vərdişlərə səbəb bir çox halda ailədən gəlir: “Atadan oğula, anadan qıza keçir. Əgər ata narkomandırsa, oğula hansı tərbiyəni verəcək? Ana pis yoldadırsa, qızına əxlaqlı olmağı tövsiyə etməyəcək. Mən xarici filmərə baxanda pis valideynlərdən uşaqların alınmasını görürəm. Bu çox təqdirəlayiqdir. Nə qədər ki, məktəblərdə normal dərs keçirilməyib, qanun işləmir, zərərli vərdişlər daha da vüsət alacaq”.
Hüquq müdafiəçisi düşünür ki, zərərli vərdişlərin qarşısını almaq üçün kütləvi informasiya vasitələrində, xüsusən, televiziyalarda maarifləndirici verlişlər olmalıdır: “Kiçik filmlər nümayişi arzuolunan olar, məqsədəuyğun olar. Orada qurbanlarla gənclərin görüşü göstərilməlidir”.

“Dövlət bu gənclərin reablitasiyası üçünn dövlət proqramı hazırlasın”

Demokratik Birlik Partiyasının (DBP) Göyçay Rayon Şöbəsinin sədri Sadiq Əliyev deyir ki, gənclərin zərərli vəridişi üzündən, sonda itirən cəmiyyət olur: “Odur ki, zərərli vərdişə aludəçiliyə münasibətim yaxşı deyil. Zərərli vərdiş aludəçisi olan gəncləri sevərək, maarifləndirərək yenidən qazanmaq olar. Yanlız və yalnız maarifləndirmək, qayğı göstərmək və tək buraxmamaq gərəkdir.

Təklif edərdim ki, dövlət bu gənclərin reablitasiyası üçün dövlət proqramı hazırlasın. Proqramda ilk növədə maarifləndirmək xarakteri daşımalıdır. İkincisi zərərli vərdişlər çox vaxt gizli olduğundan aşkarlanması üçün tibbi yoxlanışdan keçirmək. Üçüncüsü gənclər üçün hər gəncin maraq etdiyi sahəyə cəlb etməkdir”.

“Siqaret və içki satışını məhdudlaşdırmaq lazımdır”

Gənc Tacəddin Lətifli həmyaşıdlarının zərərli vərdişlərə aludə olmasını arzuolunmaz hesab etdi: “Əvvəl vərdiş kimi təzahür edib sonradan müalicəsi bir çox halda sağalmaz olan bu cür hallar bir gənc kimi məni də narahat edir. Qlobal miqyasda planet insanının min cür xəstəliyə yoluxduğu bu zamanda gənclərin pis vərdişlərdən uzaqlaşdırılması üçün ilk növbədə ailədə bu tip zərərli vərdişlər haqqında ilkin ibtidai düşüncə formalaşdırmaq, təhsil müəssisələri- məktəb və universitetdə, hərbidə bununla bağlı xüsusi təlim keçirilməli və bu mövzuda ardıcıl dinləmələr təşkil etmək lazımdır. 

Hesab edirəm ki, bu işə fərd-dövlət bütünlüyü içərisində baxılmalı və mümkün olacaq xəstəliyin fəsadlarının qarşısı vaxtında alınmalıdır: Birincisi, ictimai yerlərdə siqaret və içki reklamlarını bütünlüklə yığışdırmaq. İkincisi, azyaşlıların ən azı müəyyən yaş dövrünə qədər siqaret və alkoqolizmi özündə ehtiva edən zərərli maddələrdən istifadəsini yasaqlamaq və bu müşahidə olunduğu təqdirdə cərimə tətbiq etmək. Üçünüsü, siqaret və spirtli içkilərin satışını ərzaq dükanlarında tamamilə yığışdırmaq və bu köşk və böyük restoranlarda məhdud sayda satmaq. Bir sözlə, içki içən adam ürəyi istədiyi zamanda spirtli içki alıb içə bilməsin”.

“Televiziya serialları da çəkilsin”

Gənc idmançı Təranə Anka bildirir ki, hər kəs özünün tərbiyəçisi olmalıdır: “Və zərərli vərdişlərdən uzaq olmalıdır. Həm də təbliğat aparmaq gərəkdir. Filmlərin də böyük rolu var. Mən təklif edirəm ki, zərərli vərdişlərin həyata olan təhlükəsi barəsində televiziya serialları da çəkilsin. Seriallara analar, bacılar baxır. Məcbur olur kişilər və evin uşaqları da o serial bitənə kimi baxır. Və istər-istəməz onlar da baxırlar seriala və bununla maariflənə bilərlər”.

“İş yerləri açılsın, işləsinlər, zərərli vərdişlərə vaxtları qalmasın”

Gənc Ülviyyə İsmət zərərli vərdşin aludəçilərinə münasibətinin arzulolunmaz olduğunu bildirdi: “Hər bir zərərli vərdiş ziyandır. Zərərli vərdişlərə aludəçilik halları ən çox yaşadığı şəraitdən asılı olur. Yaxşı yaşayır, kefindən çəkib-içir. Pis yaşayır, dərdindən çəkib-içir. İnsan hər zaman bir bahənə tapır. Gəncdirlər, özlərinə haqq qazandırırlar. Tənqid edəndə də”¦ Hər halda maarifləndirilmə aparılmalıdır. Ailə daxilində və cəmiyyətdə.
Pis vərdiş hesab etdiyimiz siqaret, narkotik maddə, spirtli içkilər dünyanın hər yerində var. Qarşısını da almaq mümkün deyil. Sadəcə uzaq durmaq gərəkdir. Bunun üçün əlavə məşğuliyyətə yazılsınlar. İdman etsinlər, yaradıcılıqla məşğul olsunlar və s. Boş vaxtlarını zərərsiz vərdişlərə sərf etsinlər. Həm sənət öyrənmiş olarlar, həm də pis vərdişlərə vaxtları qalmaz.
Zərərli vərdişlərin qarşısını almaq üçün dövlət proqramı da hazırlamaq olar. Çünki çoxu işsizlikdən belə etdiyini bəhanə gətirir. Hər halda burada doğruluq payı da var. Təhslin yaxşılaşdırılması və yeni iş yerlərinin açılması bu problemin həllinə kömək etmiş olar. Amma işləyən gənclərin də belə vərdişlərinin olmasını danmaq olmaz. Mütləq zərərli vərdişlərin qurbanlarını cəmiyyətə qaytarmaq, onların reabiltasiyasını təşkil etmək gərəkdir”.

“Sırf bu iş üçün dövlət səviyyəsində sosial çarxlar hazırlansın”

Gənc Toğrul İbrahim bildirir ki, zərərli vərdişlərin qarşısını almaq üçün sağlam həyatı təbliğ edən qəzetlər, jurnallar çap olunmalıdır: “Bu sirr deyil ki, gənclər televiziyalardan daha çox sosial şəbəkələrdən stifadə edir. Həmin şəbəkələrdə gənclərin diqqətini çəkən təkliflər və tədbirlər irəli sürülməlidir. Sırf bu iş üçün dövlət səviyyəsində sosial çarxlar hazırlansın”.
Gültəkin Məmmədova isə hesab edir ki, hər kəs üçün zərərli vərdiş anlayışı fərqli anlam daşıyır: “Bəziləri üçün əyləncə kimi baxdıqları şeylər başqaları üçün zərərli vərdişdir. Əgər Nizami kimi düşünə bilsəydik, onda deyərdik ki, “bir inci saflığı varsa da suda, artıq içəndə dərd verir o da”. Ümumilikdə, gənclik balans qura bilsə, yəni həyatında hər şeyi tarazlaya bilsə, onun üçün heç nə zərərli vərdiş ola bilməz”.

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]