Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Əlillərə faizsiz, uzunmüddətli kreditlər verilməlidir”

“Əlillərə faizsiz, uzunmüddətli kreditlər verilməlidir”
Bölmə :
KİVDF
Yayım tarixi :
5/12/2013 [10:58]
Baxılıb :
1365 dəfə
"Əlillərin hüquqlarının müdafiəsinə dəstək" layihəsinin yekunları müzakirə olundu

Dünən Beynəlxalq Mətbuat Mərkəzində "Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Əlillərin hüquqlarının müdafiəsinə dəstək" adlı layihəsinin hekunlarına həsr olunan mətbuat konfransı keçirildi. İlk olaraq, lahiyənin hüquqşünası Şəhriyar Əbilov çıxışında qeyd etdi ki, altı ay müddətində layihənin icra planına uyğun olaraq tədbirlər və zəruri əhmiyyət kəsb edən işlər görülüb.

Konransda bildirildi ki, əlillərin bir çox problemləri, o cümlədən nəqliyyat, istirahat, müalicə və bu kimi digər problemləri diqqət mərkəzində saxlanılmış və mətbuat vasitəsi ilə işıqlandırılaraq, problemlər barədə məlumat müvafiq dövlət orqanlarına göndərilmişdir. Bildirildi ki, layihə çərçivəsində əlillərlə müxtəlif görüşlər, sorğular keçirilib. 

Layihə çərcivəsində əlilliyi olan şəxslərin hüquqi statusunu, reabilitasiyasını, təhsil, əmək, sağlamlığının mühafizəsi, sosial təminat, sosial xidmət və digər hüquqlarını özündə əks etdirən bukletlər çap olunub. Əlillərin hüquqlarını özündə ehtiva edən 500 ədəd buklet paylanılıb və kitabça çapının sifarişi verilib. O cümlədən əlillər üçün nəzərədə tutulan qanunvericiliyin monitorinqi aparılıb. Layihənin əsas məqsədi əlilliyi olan şəxslərin hüquqları və ehtiyacları barədə ictimai məlumatlılığın artırılması, Azərbaycan Respublikasının sosial qanunvericiliyi və beynəlxalq konvensiyalar sahəsində hüquqi biliklərinin və hüquqi mədəniyyətin səviyyəsinin artırılmasından ibarətdir.

“Problem təkcə infrastrukturda deyil...”

Lahihənin kordinatoru, "Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri, birinci qrup Qarabağ müharibəsi əlili Dadaş Quliyev əlillərin sosial problemlərinin qənaətbəxş olmadığını bildirdi: “Aldığımız pensiya və ya sosial müavinət yaşamağımız üçün çox azdır, nəzərə alsaq, xüsusi ilə də birinci qrup əlillərin başqa gəlir yeri olmadığı halda, sosial vəziyyətimizin hansı səviyyədə olması aydın olar. Hərəkət məhdudluğu olan şəxslərin topluma inteqrasiya olunması olduqca ciddi problemdir. Bununla bağlı çox iş görmək lazımdır, infrastrukturu buna uyğun qurmaq lazımdır. Bütün dövlət qurumları, xidmət verən strukturlar, məktəblər, səhiyyə ocaqları, eyni zamanda iaşə obyektləri elə qurulmalıdır ki, hərəkət məhdudiyyəti olan, hər hansı bir araba ilə hərəkət edən insanlar da sərbəst şəkildə bundan istifadə edə bilsinlər. Hər zəruri yerdə onların asanlıqla girib-çıxması üçün əlavə ekskalatorlar, pilləkənlər və ya xüsusi reyslər quraşdırılmalıdır.

Təəssüf ki, bu gün məsələ təkcə infrastrukturda da deyil, həm də qanunvericilikdə də xeyli boşluqlar, problemlər var. Məsələn infrastrukturların qurulması zamanı bu məsələlərin bir tələb kimi qoyulması qanunda yoxdur. Müstəqillik dövründə metroların bir neçə neçə stansiyası yenidən qurulub və yeni stansiyalar istifadəyə verilib. Onların əksəriyyətində ayrıca hərəkət məhdudiyyəti olan insanların girişi-çıxışı üçün nə ayrıca ekskalator, nə də lift var. Bizdə olduqca baha qiymətlərə tikilən müasir yeraltı keçidlərin heç birində, xüsusilə bu məqsədə xidmət edən liftlər qurulmayıb”.

“Qanunların hazırlanmasında əlillər iştirak etsinlər”

Onun sözlərinə görə, əlillərin əhalinin başqa təbəqələrinə nisbətən daha çox sosial müdafiyəyə, mənəvi dəstəyə ehtiyacları var. Bu insanların maddi ehtiyacları müxtəlif dövlət proqramları nəticəsində müəyyən mənada təmin olunsa belə, bu kateqoriyaya aid insanların əlavə qayğıya, sevgiyə ehtiyacları var: “Qarabağ müharibəsi əlilləri ilə bağlı müəyyən işlər görülür. Belə ki, fiziki məhdudiyyəti olan insanlarla bağlı dövlətin üzərinə götürdüyü öhdəliyə əsasən onlar nəqliyyat vasitələri ilə təmin olunurlar, mənzil-məişət şəraiti yaxşılaşdırılır. Amma o demək deyil ki, Qarabağ müharibəsi əlilləri ilə bağlı problem yoxdur. Əlillərə qanunla olan güzəşt və imtiyazları hökumət təşkilatları yerinə yetirməkdən qaçırlar, vəzifə məsuliyyətindən yayınmaq istəyirlər. Əlillərin problemi idarəçiliklə yanaşı qanunda da var. Arzuolunandır ki, əlillərlə bağlı qanun Milli Məclisdə hazırlanərkən, müzakirə olunarkən, orada əlillərlə bağlı təşkilatlar, şəxslər iştirak etsinlər, tövsiyyələr versinlər, təkliflər etsinlər. Çünki əlil olmayanlar əlillərin özləri qədər onların problemini və qayğısını bilə bilməzlər.
Qeyd edim ki, mövcud vəziyyət əlillərin sosial müdafiəsi ilə bağlı ciddi islahatların olmasının vacib olduğunu göstərir. Belə ki, əlillərə faizsiz, uzun müddətli kreditlərin verilməsi, fiziki məhdudiyyəti olan vətəndaşlarımız üçün müvafiq şəhərciklərin salınması, əlil uşaqları üçün dünya praktikasında tətbiq olunan güzəştlər və həmin fiziki qüsurlu şəxslərin cəmiyyətə normal adaptasiya mərhələsini keçmək üçün dövlətin mənəvi-psixoloji dəstəyinin olması ən vacib məsələlərdəndir”.

“Əlillərə verilən müavinətlər ölkə üzrə yaşayış minimumuna çatdırılmalıdır”

Mətbuat konfransında iştirak edən, "Vətən Müharibəsi Əlilləri" İctimai Birliyinin sədri, Qarabağ müharibəsi əlili Firudin Məmmədov əlillərin sosial problemlərinin bəzilərindən danışdı: “Bizim bura cəm olmağımıza səbəb problemlərimizdir. Dövlətin öhdəliyi var ki, fiziki məhdudiyyəti olan vətəndaşların qayğısına qalsın. Əlillərlə bağlı görülən işlər minnət kimi təqdim olunmamalı və təşəkkür gözlənilməməlidir. Vurğulayım ki, əlillərə verilən müavinətlərin, pensiyaların ölkə üzrə yaşayış minimumuna çatdırılmalıdır. Bu gün ölkəmizdə əlillərin ümumi sayı təqribən 425 min nəfər təşkil edir, o cümlədən 60 mindən çox əlil uşaq var və onların ümumi payı ölkə əhalisinin 5,5 faizdən çoxunu təşkil edir. 2013-cü il üçün yaşayış minimumu ölkə üzrə 116 manat, əmək qabiliyyətli əhali üçün 125 manat, pensiyaçılar üçün 94 manat, uşaqlar üçün 93 manat məbləğində müəyyən edilib. Amma məsələn, birinci qrup əlillərə 67 manat pensiya verilir. 67 manatla yaşamaq mümkün deyil, çünki əlillər təkcə yemək-içmək ehtiyaclarını deyil, dərman ehtiyaclarını da ödəməlidir ki, bu vəsaitlə onların ehtiyaclarını minimum səviyyədə qarşılamaq mümkünsüzdür.
Nəzərə almalıyıq ki, özəlliklə birinci qrup əlillərin əksəriyyətinin sağlamlıq səviyyəsi elədir ki, onlar işləyə bilmirlər, üstəlik bəzi sahələrdə işləmək imkanına malik olan birinci qrup əlilləri də qanunlara əsaslanaraq işə qəbul etmirlər. Yəni birinci qrup əlillər işləmək imkanından məhrumdurlar. Ona görə də ilk öncə birinci qrup əlillərdən başlayaraq, əlillərə əlilliyə görə verilən pensiya və müavinətlərin səviyyəsinin ölkə üzrə yaşayış minimumuna çatdırılması çox vacibdir və qanunverici orqanlardan, hökumətdən bu istiqamətdə addımların atılmasını gözləyirik”.

“Əlillərin hüquqlarına hörmət olunması ilə bağlı maarifləndirmə işi aparılmalıdır”

“Mina Qurbanlarının sosial-iqtisadi problemlərinin həllinə kömək” İctimai Birliyinin sədri, Qarabağ qazisi, ikinci qrup Qarbağ əlili Məmmədhəsən Həsənov Qarabağ qazilərinin, əlillərin sosial-iqtsadi durumu, mənzil-məişət problemlərindən danışdı. O, fiziki məhdudiyyəti olan vətəndaşların çoxunun yoxsulluq şəraitində yaşaması faktlarını qeyd etdi: “Fiziki məhdudiyyyəti olan vətəndaşlarla bağlı qeyri-hökumət təşkilatlarının müxtəlifliyi, çoxluğu bu təbəqdən olan insanların problemlərinin həllinə, ümumi rifahına töhfə verə bilər. Vətəndaş cəmiyyətinin fəallığı əlillərin öz insan hüquqları və əsas azadlıqlarını tam həyata keçirməsinə imkan yarada bilər. Bununla da əlillərin cəmiyyətə inteqrasiya etməsinə cəhdlər olar, imkanlar yaranar və əlil vətəndaşlarımızın cəmiyyətə aidlik hissi güclənər. Qeyri-ökumət təşkilatlarının fəallığı fiziki məhudiyyəti olan vətəndaşlarımızın sosial və iqtisadi inkişafında mühüm uğurlara nail olmağa və yoxsulluğun aradan qaldırılmasına imkan verəcək”.
Onun sözlərinə görə, beynəlxalq və yerli qanunvercilik, öhdəlik əlillərin problemlərinin çoxunun həllinə apara bilər: “Əlbəttə ki, qanunlar, öhdəliklər olduğu kimi icra olunsa, biz hazırkı problemlərdən bəlkə də danışmarıq. Fiziki məhdudiyyəti olan vətəndaşlarımızın bütün insan hüquqlarından və əsas azadlıqlarından tam həcmdə istifadə etmələrinə şərait olduqda onların fiziki, sosial, iqtisadi və mədəni mühitdən, səhiyyə və təhsildən, habelə informasiya və rabitədən istifadə imkanları olacaqdır”.
M.Həsənov bildirdi ki, əlillərlə bağlı maarifləndirici-tərbiyəvi iş görülməsinə ehtiyac var: “Ailə səviyyəsində maarifləndirmə də daxil olmaqla, bütün cəmiyyətin əlillik məsələlərində maariflənməsini yüksəltmək və əlillərin hüquqlarına və ləyaqətinə hörmət olunmasını gücləndirmək arzuolunandır. Əlillərin hüquqlarına hörmət olunması ilə bağlı maarifləndirmə işi aparılmalıdır”.
Mətbuat konfransında iştirak edənlər, əlillərin pensiya və ya sosial müavinətinin yaşamaları çox az olduğunu bildirərək, əlillərin cəmiyyətə intiqrasiya etməsi üçün nəqliyyat probleminin həllini mütləq hesab etdilər. “Nə qədər ki, nəqliyyat problemi həll olunmayıb, heç bir bərabər hüquqdan söhbət gedə bilməz”, deyə əlillərdən biri bildirdi.

Ramid
Fotolar müəllifindir

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]