Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Valideynsiz uşaqlar təhsil haqqından azad edildilər

Valideynsiz uşaqlar təhsil haqqından azad edildilər
Bölmə :
KİVDF
Yayım tarixi :
4/12/2013 [11:38]
Baxılıb :
4678 dəfə
Milli Məclisin dünənki iclasında “Təhsil haqqında” qanuna dəyişikliklər layihəsi qəbul olunub
Navil Seyidov: “Kimlərsə qanuna olan bu dəyişikliyi uşaqlar arasında ayrı-seçkilik kimi qiymətləndirir”

Dünən Milli Məclisin iclasında “Təhsil haqqında” qanuna dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib ki, qanuna dəyişikliklər valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlıdır. Dəyişiklik "Təhsil haqqında" qanunun "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanununa edilmiş dəyişikliklərə uyğunlaşdırmaq məqsədi ilə edilir. Dəyişikliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Layihə səsə qoyularaq qəbul olunub.

Qanunda dəyişikilik “Təhsil haqqında” qanunun 14-cü maddəsinə edilib. Qanuna əlavə edilmiş 14.8-1 bəndi həmin imtiyazı şərtləndirir.

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə, özəl, ali və orta ixtisas təhsili müəssələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdəsi hesabına ödənilir”-deyə təklif olunmuş dəyişiklikdə qeyd edilib.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, bu barədə qeyd olunan qanuna ayrıca bənd əlavə olunub: “Biz bu məsələni qanunvericiliklə tənzimləmək qərarına gəldik. Bununla həmin uşaqlar istənilən ali məktəbə əgər ödənişli əsaslarla qəbul olunarsa, onun təhsil haqqı dövlət tərəfindən ödəniləcək. Nəzərə alsaq ki, artıq mövcud qanunvericiliyə görə həmin uşaqlar ali məktəbə daxil olursa, onların 23 yaşına qədər uşaq evində qalmaq hüquqları var. Artıq biz onları ali təhsil ödənişindən azad etməklə onlara ikiqat dəstək vermiş oluruq”.

“Bu, ayrı-seçkilik deyil”

“Ümidli gələcək” Gənclər Birliyinin sədri Nabil Seyidov bildirdi ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar dövlətin, cəmiyyətin və valideynlərin qayğısı ilə əhatə olunmalıdır: “Bu dəyişiklik gözlənilirdi. Qeyri-hökumət təşkilatı olaraq bizim dəfələrlə təkliflərimiz olub. Kimlərsə qanuna olan bu dəyişikliyi uşaqlar arasında ayrı-seçkilik kimi qiymətləndirir. Amma bu doğru deyil. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəyə ehtiyacı var. Ayrı-seçkilik kimi dəyərləndirən insanlara valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar barəsində məlumat verək. Qeyd edim ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər - 18 yaşınadək hər iki valideynini itirmiş, habelə hər iki valideyninin himayəsindən məhrum olmuş ali və orta peşə-ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir. Onların dövlət qayğısına ehtiyacı var. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların saxlanıldığı, təhsil və tərbiyə aldığı təhsil müəssisələri fəaliyyət göstərir. Eləcə də, uşaqların sosial müdafiəsi müəssisələri, uşaq evləri fəaliyyət göstərir. Sağlamlıq imkanları məhdud uşaqlar üçün internatlar, sosial-reabilitasiya yardım mərkəzləri, sosial sığınacaqlar var.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların tam dövlət təminatı - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara müvafiq dövlət və ya bələdiyyə müəssisələrində, qəyyumun (himayəçinin) ailəsində olduqları müddətdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunmuş qaydada yemək, paltar və ayaqqabı dəsti verilməsi, yaşaması, təhsil alması və tibbi xidmət göstərilməsi və ya onların tam dəyərinin dövlət büdcəsi hesabına ödənilir”.

“Dərsliklər və tədris planının keyfiyyətinin artırılması da əsas məsələlərdən biri olmalıdır”

“Ümidli gələcək” Gənclər Birliyinin sədri bildirir ki, təhsil sistemində dəyişikliyə, irəliləyişə ümid etməyənlərin sayı da yetərincə çoxdur: “Dərsliklər və tədris planının keyfiyyətinin artırılması da əsas məsələlərdən biri olmalıdır. Biz anlamalıyıq ki, məktəb instituta tələbə hazırlamır, müstəqil həyata hazırlayır. Mütləq deyil ki, məktəbi bitirən uşaq instituta daxil olsun. Amma uşaq məktəbdə keyfiyyətli təhsil almalıdır. Savadlı olmalı və həyatın istənilən sahəsinə dair məlumatı olmalıdır. Hazırda Azərbaycanda savadlılıq əmsalı 90 faizdən yuxarıdır. Lakin, mən bildiyim qədər bu kohnə standartlarla ölçülür. Müasir dünyada savadlılığın tərifi dinamik olaraq dəyişir. Müasir standartlarda kompüterdən, internetdən, e-poçtdan, bank kredit kartlarından istifadə, mobil telefondan istifadə etmək, bank hesabı açmaq və s. bilik və bacarıqlar da savadlılıq meyarlarına daxil edilməkdədir. Lakin, bizim uşaqlar həmin bacarıqlardan yalnız mobil telefondan yaxşı istifadə etməyi bacarır. Hələ də, kompüter bacarıqları və internetin əhatəliyi aşağıdır. Orta məktəbi bitirənlər bank kartlarından istifadə, puldan necə istifadə etmə, ailə qurma, peşə seçimi, maliyyə institutlarından istifadə, biznes qurma və ya sahibkarlıq bacarıqlarına yiyələnməmiş olur. Uşaqlara bu kimi bacarıqlar aşılanmalıdır. Ən əsası Azərbaycan təhsilində uşaqların sərbəst fikir söyləməsi və müxtəlif mövzular ətrafında müzakirələrin aparılması bacarıqlarının aşılanmasına, müasir iqtisadi, siyasi və sosial bilik və bacarıqların öyrədilməsinə xüsusi diqqət yetirilməlidir. Liseylərdə təhsil alanlar daha sərbəstdirlər, məktəblərin şagirdləri isə fikrini utana-utana deyirlər”.

“11 Uşaq və Ailələrə Dəstək Mərkəzi fəaliyyət göstərir”

Nabil Seyidov deyir ki, uşaqların rifahının yüksəldilməsi ilə bağlı məsələlər Azərbaycan hökumətinin daim diqqət mərkəzində olub: “Qeyd edim ki, Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi uşaqların əməyə cəlb olunması və təhsildən yayınması ilə bağlı dövlət proqramının icrasını yekunlaşdırdıq. Monitorinq keçirdik. Çox vacib məsələlərdən biri xüsusi dövlət qayğısına ehtiyacı olan uşaqlarla bağlıdır ki, Dövlət Komitəsi bu sahədə də işlər görür. Belə ki, Komitənin tabeçiliyində 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi fəaliyyət göstərir. Təhsil Nazirliyi tərəfindən "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"nın icrası ilə həyata keçirilir. Uşaqların rifahının yüksəldilməsi ilə bağlı məsələlər Azərbaycan hökumətinin daim diqqət mərkəzində olub. Dövlət Proqramından irəli gələn bir sıra mühüm vəzifələrin kompleks şəkildə yerinə yetirilməsinin zəruriliyini, dövlət uşaq müəssisələrinin fəaliyyətinin Dövlət Proqramının vəzifələrinə uyğun qurulmasının vacibliyini, uşaqların müdafiəsi ilə bağlı qurumlararası koordinasiyanın effektiv şəkildə təmin edilməsinin vacibliyini nəzərə alaraq, Nazirlər Kabinetinin 13 yanvar 2010-cu il tarixli qərarına əsasən "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"nın səmərəli idarə olunmasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdindəki İşçi Qrupunun bazasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi yaradılıb. Artıq adıçəkilən Dövlət Proqramı çərçivəsində uşaqların ailədə yaşamaq hüququnun təmin edilməsi və uşaqların müdafiəsi ilə bağlı irihəcmli layihələrin icrasına başlanıb.

“Hüquqi məsuliyyət artırılmalı...”

Onun sözlərinə görə, uşaqların əməyə cəlb olunması, cinsi istismara məruz qalması, intihar etməsi kimi neqativ halların qarşısının alınması üçün məktəb önəmli vasitədir: “Bu və digər məsələlərdə nəticə əldə olunmasını istəyiriksə, uşaq müdafiə sistemi gücləndirilməli, mövcud komissiyaların maddi texniki bazasının, kadr potensialının təkmilləşdirilməsinə nail olmalıyıq. Qanunvericilikdə dəyişikliklər olunmalı, hüquqi məsuliyyət artırılmalı, icma əsaslı reabilitasiya mərkəzləri yaradılmalıdır, hansı ki, dünya təcrübəsində zorakılığa məruz qalmış uşaqların müəyyən olunmasında və onlarla iş aparılması üzrə effektiv nəticələr əldə edirlər. Uşaqlar pozulmuş hüquqları ilə bağlı müraciət etməkdə fəal deyillər. Bu yöndə məktəblərdə xüsusi maarifləndirmə işləri aparılmalıdır”.
N.Seyidov bildirir ki, təhsil sisteminə ictimai nəzarət gücləndirilməlidir: “Təhsil Nazirliyi yanında QHT təmsilçilərindən, müstəqil ekspertlərdən, beynəlxalq təşkilatların işçilərindən ibarət ictimai şura yaradılmalıdır. Bu şura Təhsil Nazirliyinə opponentlik etməlidir, yaltaqlıq yox! Eyni zamanda, nazirliyin həyata keçirdiyi siyasəti, tədbirləri müzakirə etməli, lazım gəldikdə alternativ təkliflər verməli, səhvləri göstərməli və problemlərin həlli yollarını göstərməlidir. Müzakirələrdən sonra ortaq məxrəcə gəlmək mümkündür. İctimai Şura məktəblərin fəaliyyətini, aparılan eksperimental tədbirlərə ictimai nəzarəti təşkil etməlidir. İctimai monitorinq sisteminin yaranması çox vacibdir. Bu həm də geniş ictimaiyyətin təhsil sisteminə və təhsil nazirliyinə etimadının güclənməsinə xidmət edəcək. Məsələn, bizdə əlilliyi olan uşaqlarla bağlı inklüziv təhsil proqramı var idi. Proqram 2008-ci ildə başa çatdı. Həmin proqramın monitorinqi, proqramdan irəli gələn təkliflər, tövsiyələr sonacan təhlil edilmədi və bu yekun rəyin formalaşmasına imkan vermədi. Bundan başqa, peşə təhsilinin inkişafı ilə bağlı dövlət proqramı qəbul edilib. O proqramın necə icra edildiyi və hansı irəliləyiş və ya çətinliklərin olduğu barədə əhalidə məlumat azdır. Hazırda Təhsil Nazirliyi istənilən proqramı təsis edir, onu həyata keçirir, sonra da özü həmin proqramın monitorinqini aparır. Bu isə düzgün deyil. Hansısa nazirlik proqramı icra edirsə, onu başqa qurum monitorinq etməlidir ki, monitorinq və qiymətləndirmə müstəqil, bitərəf və keyfiyyətli olsun. Əksinə, proqram QHT-lər tərəfindən təsis edilib yerinə yetirilirsə, müvafiq dövlət qurumu onun monitorinqini və qiymətləndirməsinə təmin etməli, öz düzəlişlərini verməlidir”.

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]