Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Əlillərin problemlərinin həllinə dair 6 üsul

Əlillərin problemlərinin həllinə dair 6 üsul
Bölmə :
KİVDF
Yayım tarixi :
3/12/2013 [11:04]
Baxılıb :
2217 dəfə
Gülnar Nəzərova: “Ölkədə formalaşmaqda olan sosial işçilər institunun rolu gücləndirilməlidir”

“Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” qanun əlillər barəsində dövlət siyasətini müəyyən edir, əlilliyi doğuran səbəblərin aradan qaldırmasına, əlillərin reabilitasiyasına, ictimai həyatın bütün sahələrində iştirak etmək üçün əlillərin bütün başqa vətəndaşlarla bərabər imkanlar almasına, öz fərdi qabiliyyətlərinə və maraqlarına müvafiq surətdə dolğun həyat sürməsinə kömək göstərən lazımi şəraitin yaradılmasına təminat verir: əlillər barəsində ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Bu qanuna görə əlil - anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir.

“Sosial Qayğı və Tədqiqatlar Mərkəzi”nin sədri Gülnar Nəzərova bildirir ki, qanunvericiliklə əlilliyi olan şəxslərin cəmiyyətin digər üzvləri ilə bərabər hüquqlara malik olması, cəmiyyətdəki proseslərdə bərabərhüquqlu iştirakı nəzərdə tutulsa da, mövcud şərait buna imkan vermir: “Belə ki, əlilliyi olan şəxslər cəmiyyətin digər üzvləri kimi ictimai nəqliyyatdan istifadə edə bilmir, təhsil ala bilmir, ictimai proseslərdə iştirak edə bilmir. Düzdür, inklüziv təhsil sistemi əlil uşaqların təhsil alması üçün geniş imkan yaradır. Ölkəmizdə “İnklüziv təhsil layihəsi”nin icrasına 2005-ci ildən start verilib. Nazirlər Kabinetinin 3 fevral, 2005-ci il, 20 â„– li qərarına əsasən “Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili”nin təşkili üzrə inkişaf proqramı təsdiq edilib. Hazırda ölkədə 60 minə yaxın əlil uşaq var. Onlardan 1105-i xüsusi məktəblərdə, 2664-ü xüsusi internat məktəblərində, 7750-si evdə, 268-i isə inkluziv təhsil alır. Lakin hələ də bu proqramdan yararlanmayan əlilliyi olan uşaqlar var”.

“Müvinətlərin artırılması prioritet vəzifə olmalıdır”

G.Nəzərova əlillərin problemlərinin yaranma səbəbindən və nəticəsindən danışdı: ““Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” qanununda qeyd olunur ki, “Azərbaycan icra hakimiyyəti və idarəetmə orqanları, müəssisələri, idarələri və təşkilatları sosial infrastruktur obyektlərinin, mənzillərin, ictimai, istehsal binalarının və qurğularının əlillərə maneəsiz müyəssər olması, ictimai nəqliyyatdan və nəqliyyat kommunikasiyalarından, rabitə və informasiya vasitələrindən, istirahət və asudə vaxt yerlərindən onların sərbəst istifadə etməsi üçün lazımi şəraiti təmin edirlər”. Lakin ictimai nəqliyyatda, keçidlərdə, ticarət obyektləri və ya təhsil müəssisələrində əlil arabasında hərəkət edən şəxsə nə zaman rast gəlmişik? Əslində problemin səbəbləri hər kəsə aydındır. İctimai nəqliyyat növlərindən, yalnız, “London taksi”lərində əlillərin istifadəsi üçün şərait var. Lakin əlilliyi olan şəxsin aldığı müavinətin məbləği bu taksilərdən istifadəyə imkanı vermir. Bundan əlavə, az sayda keçidlərdə, binalarda əlil arabalarından istifadə edən şəxslərin sərbəst hərəkəti üçün şərait yaradılıb. Köhnə tikililərdə isə panduslar ümumiyyətlə yoxddur. Əlil arabasından istifadə edərək hərəkət edən şəxs lifti olmayan binanın beşinci mərtəbəsində yaşayırsa, düşünün, onun bu binadan enməsi hansı çətinliklər hesabına başa gələ bilər və ya o insan həyatı boyu neçə dəfə bu imkandan yararlana bilər... Hələ regionlardan ümumiyyətlə danışılası deyil. Sanki regionlarda bu anlayışın nə olduğu ümumiyyətlə bəlli deyil. Düzdür regionlarda hündür mərtəbəli binaların sayı bir o qədər də çox deyil, nəqliyyat hərəkət üçün nisbətən daha münasib və əhalinin sıxlığı daha aşağıdır. Lakin istənilən halda əlilliyi olan şəxs eyni problemlə qarşılaşır.

İnkuliziv təhsil olduqca faydalı proqram olsa da, bu cür maneələr onun reallaşmasına mane olur. Bundan əlavə çox az valideyn bununla bağlı məlumatlıdır. Əlilliyi olan uşaqların inkuliziv təhsildən yararlana bilməsi üçün ilk olaraq bu problemlər aradan qaldırılmalı, valideynlər arasında geniş maarifləndirmə tədbirləri aparılmalıdır.

Qanunda əlillərin cəmiyyətin digər üzvləri ilə bərabər imkanlara malik olması üçün yetərli müddəlar qeyd olunub. Lakin əsas problemlər praktikada özünü göstərir. Məsələn, “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” qanuna əsasən, şəxsin əlil sayılması tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə həyata keçirilir. Lakin hamıya da bəllidir ki, bir müddət qanunun tətbiqi zamanı aşkar pozuntular özünü göstərib. Demək olar ki, son bir neçə ildir bu problem öz həllini tapıb.

Əlilliyə görə verilən sosial müvinətlərin artırılması bu sahədə prioritet vəzifə olmalıdır. Ən azından nəzərə almalıyıq ki, bu müavinətlər yaşamını bununla sürdürən bir şəxsin ən zəruri ehtiyaclarını ödəməyə yetmir. Qanuna müvafiq olaraq, I və II qrup əlillər üçün həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir. Lakin nəinki bu müddəa yerinə yetirilir, hətta deyərdim, nə məmurlar, nə də ki, müvafiq qurumlarda çalışan əlilliyi olan şəxslər bu barədə məlumatlıdırlar. Bu mənada maarifləndirmə tədbirlərinə ehtiyac duyulur”.

“Tam inkişaf etmiş cəmiyyətdə heç bir əlillik olmamalıdır”

Eskpert əlillərlə bağlı xarici təcrübəyə də toxundu: “Dünya əhalisinin 14%-ni əlilliyi olan şəxslər təşkil edir. Əlilliyin 3 əsas modeli var: tibbi, sosial və sosial uyğunlaşdırılmış model. Əlilliyin modelləri əlilliyin müxtəlif izahlarını verən anlayışlardır. Onların əsasında dövlət və cəmiyyət tərəfindən əlilliyi olan insanların ehtiyaclarını qarşılayacaq strategiyalar hazırlanır. Əlilliyin sosial modelinə uyğun olaraq Böyük Britaniyada zəif görən insanlar əlil hesab edilmirlər. Görmə problemləri olan insanlar üçün münasib qiymətə və ya pulsuz olan görmə testləri və görmə avadanlığı verilir. Halbuki, onlar hər hansı bir üçüncü dünya ölkəsində bu cür avadanlığın olmadığı yerlərdə yaşasalar, özlərini çox ciddi şəkildə əlil hesab edəcəklər. Oxuya bilməmək və bunun nəticəsi olaraq öyrənmək və məlumat ala bilməmək hər hansı bir cəmiyyətdə olursa-olsun, əlillik hesab ediləcək.
Bu modelə görə bütün münasibət, fiziki və institusional maneələrin aradan qaldırılması əliliyi olan insanların həyatlarını asanlaşdıraraq onlara digər insanlarla bərabər səviyyədə eyni imkanlar vermiş olacaqdır. Bunun isə məntiqi davamı olaraq tamamilə inkişaf etmiş cəmiyyətdə heç bir əlillik olmamalıdır. Bu modelin əsas güclü tərəfi ondan ibarətdir ki, o, əsas problemi cəmiyyətlə bağlayır, əlilliyi olan şəxslə deyil. Təbii ki, əlillərin problemlərinin bu dərəcə həlli üçün ilk öncə ən sadə məsələlərdən başlanılmalıdır. Hazırkı dövrdə hələ ki, inkişaf etmiş ölkələrdə tətbiq edilən bu üsulların həyata keçməsi real görünmür”.

“Bir çox şəxslər əlilliyi olan şəxsi işə cəlb etməkdə maraqlı olmurlar”

Ekspert deyir ki, əlillərin reabilitasiyası dedikdə bura tibbi, peşə və sosial reabilitasiya daxil edilir: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzi əlillərə kompleks tibbi-sosial və peşə reabilitasiyasının aparılması üçün nəzərdə tutulan müəssisədir. Lakin bu reabilitasiya tədbirləri həyata keçirilərkən bir sıra problemlər ortaya çıxır. Misalçün, bir çox şəxslər əlilliyi olan şəxsi işə cəlb etməkdə maraqlı olmur. Sosial reabilitasiya baxımından müəyyən uğurları qeyd etmək olar: bir qisim əlilliyi olan şəxlərə mənzillərin, avtomobillərin verilməsi, sosial müavinatların artırılması, ictimai nəqliyyatda əlillərin hərəkəti üçün müəyyən tədbirlərin həyata keçirilməsini müsbət hal hesab etmək olar. Qanunda müəyyən edilmiş qaydada əlillərin dövlət tibb müəssisələrində büdcə vəsaiti hesabına pulsuz ixtisaslı tibbi xidmətdən istifadə etmək və sanatoriya-kurort müalicəsi ilə növbədə təmin olunmaq hüququ vardır. Şəxsi təcrübəmə əsaslanaraq qeyd edə bilərəm ki, qanunun bu müddəası qismən də olsa özünü doğruldub. Bundan əlavə əlliliyi olan şəxslərin protez, əlil arabaları ilə təmin edilməsi də bu sahədə olan müsbət dəyişikliklər sırasındadır.
Əlillərin cəmiyyətə inteqrasiya etməsi üçün əsas problem qanunda nəzərdə tutulmuş halların praktikada qismən reallaşmasındadır. Bu isə əlilliyi olan şəxslərin cəmiyyətin digər üzvləri ilə bərabər imkanlara sahib olmasını əngəlləyir və onları təcrid edir”.

G.Nəzərova əlillərin problemlərini həll etmək üçün təkliflərini də səsləndirdi: “Dövlətin əsas vəzifəsi əlillərin sosial müdafiəsini təşkil etmək məqsədilə müxtəlif təqaüd, müavinət, güzəştlərlə təmin etməkdən ibarətdir. Lakin, bu siyasət nəticə etibarilə əlilliyi olan insanların cəmiyyət həyatından təcrid edilib və daima yardım və mərhəmətə ehtiyacı olan şəxslər kimi qəbul edilməsi ilə nəticələnib.
Bütün bunları nəzərə alaraq, qeyd edim ki, hazırki şəraitdə artıq əlilliyi olan şəxslərin problemlərinin yenidən nəzərdən keçirilməsi və onlara bərabərhüquqlu şəxslər kimi səmərəli həyat şəraiti təmin etmək məqsədilə əlillik probleminə yeni yanaşmanın tətbiq edilməsi labüddür. Bu baxımdan ölkədə formalaşmaqda olan sosial işçilər institutunun xüsusi yeri və rolu var.

6 üsul...

Beləliklə, əlilliyi olan şəxslərin problemlərinin həlləri üzrə bir sıra üsullar vardır:

· Əlilliyi olan şəxslərin problemlərinin həllinin hüquqi aspekti (əlilliyi olan şəxslərin hüquqlarının tam şəkildə de-yure şəkildə təmin olunması, bu istiqamətdə qanunda mövcud olan boşluqların aradan qaldırılması)
· Sosial mühit aspekti (bu aspektə əlilliyi olan şəxslərin mikrososial mühiti ilə bağlı məqamlar: ailə, əmək kollektivi, mənzil, iş yeriç s. və makrososial mühit daxildir: məlumat mühiti, sosial qruplarlar, əmək bazarı və s.)
· Psixoloji aspekt (bu aspektə həm əlilliyi olan şəxslərin özlərinin fərdi-psixoloji oriyentasiya, həm də əlillik probleminin cəmiyyət tərəfindən emosional-psixoloji qəbuluna aiddir)
· İctimai-ideoloji aspekt (əlilliyi olan şəxslərə dair dövlət müəssisələrinin praktiki fəaliyyətinin məzmununu və bu istiqamətdə dövlət siyasətinin formalaşmasını təyin edir)
· İstehsalat-iqtisadi aspekti (əlilliyi olan şəxslərin bütöv və ya qismən şəkildə peşəkar, məişət və ictimai fəaliyyətdə iştirakı)
· Anatomik-fəaliyyət aspekti (əlilliyi olan şəxslərin reabilitasiya potensialının inkişafına yardım edəcək sosial mühitin formalaşması)

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]