Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Biz əlillərə iş vermirik”...

“Biz əlillərə iş vermirik”...
Bölmə :
KİVDF
Yayım tarixi :
30/11/2013 [02:19]
Baxılıb :
1305 dəfə
İş qabiliyyətini itirmiş və 67 manat təqaüdlə dolanmağa məcbur qalan vətəndaş, qapısını döydüyü bütün ünvanlarda bu cavabı alıb

Statistik məlumatlara görə, dünya əhalisinin hər bir milyon nəfərinə 650-900, Azərbaycanda isə 350-400 xroniki böyrək xəstəsi düşür. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycanda 2006-cı ildə Nazirlər Kabineti tərəfindən xroniki böyrək xəstəliyinə dair qəbul olunmuş Dövlət Proqramı bu xəstələrlə bağlı problemin həlli üçün geniş imkanlar yaradıb.

Son illərdə regionlarda açılan yeni dializ şöbələri şəhər və rayon əhalisinin dövlət hesabına dializ müalicəsi almasına imkan yaradıb. Əgər 2006-cı ildə ölkədə 601 xəstə proqram hemodializlə təmin olunmuşdusa, 2013-cü ildən 2150 xəstə Bakıda və regionlarda hemodializ müalicəsi qəbul edir. Ölkə üzrə 27 mərkəzdə 380 dializ aparatı xəstələrə xidmət göstərir.

Son aylarda Azərbaycanda yeni 4 hemodializ mərkəzi - Gəncə, Salyan, Kürdəmir, İmişli rayonlarında istifadəyə verilib. İlin sonuna qədər Xaçmaz, Sumqayıt və Yevlaxda dializ mərkəzlərinin açılışı gözlənilir. Ölkədə böyrək transplantasiyası yenidən bərpa olunub və dövlət hesabına həyata keçirilir. Bu xəstəlik və onun müalicəsi Azərbaycan dövlətinin də diqqət mərkəzindədir. İndiyədək dövlət tərəfindən bununla bağlı bir sıra addımlar atılıb, paytaxtda, regionlarda dializ mərkəzləri açılıb.
Qeyd edilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti "2011-2015-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı"nı təsdiq edib. NK-nin rəsmi saytında yer alan məlumata görə, Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət orqanlarına Tədbirlər Proqramının həyata keçirilməsini təmin etmək tapşırılıb. Nazirlər Kabinetinin 2006-cı il 19 iyul tarixli 179 nömrəli qərarı ilə təsdiq edilmiş "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı"nın həyata keçirilməsi nəticəsində bu xəstələrin aşkar olunması və aktiv müalicəyə cəlb olunması, eləcə də xəstələrin dövlət vəsaiti hesabına ixtisaslaşdırılmış müalicə ilə təminatı mümkün olub. Nazirlər Kabinetinin 179 saylı qərarı ilə "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı" təsdiq ediləndən sonra daha çox diqqət hemodializ mərkəzlərinin açılmasına yönəlib.

“Böyrəkköçürmə pulsuz olsun”

Millət vəkili Qənirə Paşayeva parlamentin 2014-cü ilin dövlət büdcəsi müzakirələrinə həsr olunmuş iclasında hökumət üzvlərindən böyrəkköçürmə əməliyyatına ehtiyacı olan dializ xəstələrinin əməliyyat xərclərinin dövlət tərəfindən ödənilməsi təklifinin gələn ilin dövlət büdcəsində öz əksini tapmasını istəyib. Millət vəkili bildirib ki, bu gün xroniki böyrək çatışmazlığından əziyyət çəkən və dializə ehtiyacı olan şəxslərə dövlət tərəfindən böyük dəstək göstərilir və gələn il büdcəsində bu sahəyə vəsaitin daha da artırılmasının büdcə zərfində nəzərdə tutulması çox müsbət haldır.
Qənirə Paşayeva deyib ki, uzun illər dializlə yaşamaq xəstələr üçün çox çətindir, bəzilərinin səhhəti daha da pisləşir: “Bu problemin ən yaxşı həll yolu böyrəkköçürmə əməliyyatının həyata keçirilməsidir. Böyrəkköçürmə əməliyyatı isə ucuz deyil, təxminən 10-12 min manat arasındadır. Dövlət bir dializli xəstənin pulsuz dializ ala bilməsi üçün ildə 16 min manat sərf edir, yəni böyrəkköçürmə əməliyyatı xərcləri 1 illik dializ xərclərindən daha ucuzdur. Nəzərə alsaq ki, dializ xəstələri illərlə dializlə yaşamağa məhkumdurlar, onlara pulsuz böyrəkköçürmə əməliyyatının həyata keçirilməsi xəstələrin sağlamlıqlarına tam şəkildə qovuşması üçün önəmli olduğu kimi, dövlət büdcəsi üçün daha az vəsait sərf etməklə, xəstələrə daha çox və daha yaxşı kömək etmək imkanı verər”.
Millət vəkili təklif edib ki, 2011-2015-ci illərdə xroniki böyrək xəstələrinə dəstəklə bağlı proqramda böyrəkköçürmə əməliyyatını istəyən və donor tapan xəstələrə bu əməliyyat pulsuz aparılsın. Daha doğrusu, onların illərlə dializinə yönləndirilən vəsaitin bir hissəsi ilə bu proses həyata keçsin. Xroniki böyrək xəstələri arasında bu təkliflə ona müraciət edənlərin olduğunu deyən millət vəkili bildirib ki, bu təklifin reallaşması yüzlərlə ailənin sevincinə səbəb ola bilər və ölkəmizin bu cür xəstələrə qayğısının bir daha göstərər.
Qənirə Paşayeva gələn ilin büdcə zərfində böyrəkköçürmə əməliyyatına ehtiyacı olan dializli xəstələrin böyrəkköçürmə əməliyyatlarının pulsuz həyata keçirilməsi məsələsinin öz həllini tapmasını və dövlət büdcəsində öz əksini tapmasını xahiş edib.

Bu xəstəlik zamanında aşkarlanmazsa...

Mütəxəssislər bildirirlər ki, heç bir ölkədə dializə olan tələbat tam ödənilməyib və xəstəliyin artmasının qarşısı alınmalıdır. Bunun üçün yeganə yol müalicənin gücləndirilməsidir. Siqaret, araq, təzyiq, şəkərli diabet, piylənmə böyrək yetməzliyinə gətirib çıxaran faktorlardandır.
Böyrək xəstəlikləri zamanında aşkarlanarsa, vaxtında tətbiq olunan müalicə üsulları ilə bunun qarşısını almaq mümkündür. Bu müalicə üsullarına böyrək çatışmazlığına qarşı dərman preparatlarının qəbulu və pəhrizlər daxildir. Lakin böyrək öz funksiyasını itirdikdən sonra digər müalicə metodları tətbiq olunur. Bura “Renal replasmant metodları” - hemodializ, perton dializi və ən son mərhələ olan böyrək köçürməsi aiddir. Əgər böyrək çatışmazlığı əlamətlərini öz üzərinizdə hiss edirsinizsə, sağlamlığınıza biganə qalmayın və dərhal həkimə müraciət edin. Çünki bu xəstəlik zamanında aşkarlanmazsa, bütün orqanizmi sıradan çıxara bilər.

İş qabiliyyətini itirən əlilə 67 manat təqaüd

Hazırda Azərbaycan səhiyyəsində ən çox diqqət və qayğı tələb edən problemlərdən biri də böyrək çatışmazlığından əziyyət çəkən yüzlərlə vətəndaşımızın dövlət hesabına hemodializlə təmin olunmasıdır. Xroniki böyrək çatışmazlığı (XBÇ) xəstəliyindən əziyyət çəkən, birinci qrup Aqşin İsmayılovun evində olub, onun problemləri ilə maraqlandıq.
Öncə müsahibimiz haqqında qısa məlumat verək: İsmayılov Aqşin Vaqif oğlu 1980-cı ildə Tovuz rayonunda dünyaya gəlib. Yaşadağı ünvan Bakı şəhər, Yeni Yasamal 2, bina 10, mənzil 25-dir. Ailəlidir, ailə tərkibi 4 nəfərdən ibarətdir. İşləmir. Diaqnoz - Xroniki qlonorulonefrit. XBÇ-teriynaya mərhələ.
Vəziyyəti - Hər iki böyrək işləmir. Böyrək çatışmamazlığı, Kliniki Tibbi Mərkəzində dializ alır.
Həkimlər vəziyyətini xroniki qiymətləndirir, bir böyrək tam fəaliyyətdə deyil, o biri böyrək isə suyunu çəkillər bu vasitə ilə işləyir. Birinci qrup əlil olan Aqşin İsmayılov 67 manat təqaüd alır.

“Atam fəhləlik edərək bizə kömək edir”

“İki uşağım var - bir oğlan, bir qız. Biri üç yaşında, biri dörd yaşındadır. Mən indi ona görə evdə təkəm ki, həyat yoldaşım hazırda işdədir. Uşaqlarım nənəsi ilə yaşayır. Mən işləmirəm, günün 24 saatı evdə oluram. Mən iş axtarıram, bu təqaüdlə yaşamaq olmur”, -deyə A.İsmayılov bildirdi.
Onun sözlərinə görə, övladlarını anası saxlayır: “Onlar Tovuzdadırlar. Atam da bizimlə yaşayır. O, fəhləlik edərək ailəmizin sosial durumuna kömək edir. Mən 2010-cu ildən sonra əmək qabiliyyətimi itirdim, xəstələndim. Xroniki böyrək çatışmamazlığı xəstəliyindən əziyyət çəkirəm. Hər həftənin çərşənbə, cümə axşamı, şənbə günləri Kliniki Tibbi Mərkəzində müayinə və müalicə olunuram. Dövlət tərəfindən bu təşkil olunub, pulsuz müalicə alırıq. Dərmanlarla təmin olunuruq”.
A.İsmayılov deyir ki, qanunla əlilə olan güzəştlərdən və imtiyazlardan məlumatlı deyil. O maarifləndirilmədiyini bildirdi: “Dövlət mənə verdiyi 67 manat təqaüddür və pulsuz müayinə və müalicə. Sizin olduğunuz bax bu evi biz pulla almışıq. Amma bu mənzil yaşayış üçün yararlı deyil. Mənzil almaq üçün qeydiyyata düşmüşəm. Həyat yoldaşım bunun üçün Yasamal Rayon İcra Hakimiyyətinə müraciət edib”.

“İctimai nəqliyyatda əziyyət çəkirəm”

Həmsöhbətimiz bildirdi ki, onun nəqliyyat problemi var: “Mən ictimai nəqliyyat vasitələri olan avtobuslardan, metrodan istifadə edirəm. Müalicə və müayinə üçün xəstəxanaya gedərkən ictimai nəqliyyatdan istifadə edirəm. Amma bu problemsiz ötüşmür, mən ictimai nəqliyyatda əziyyət çəkirəm. Bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdik. Müraciətimizə cavab olaraq bildirildi ki, nəqliyyat vasitəsi ilə yalnız Qarabağ müharibəsi əlilləri və şəhid ailələri təmin olunurlar. Biz keçmiş nazir Füzuli Ələkbərova etdiyimiz müraciətə baxılmadı. Yeni nazir Səlim Müslimova müraciət etmək istəyirəm, problemlərimizi diqqətə çatdıracam”.
Birinci qrup əlil Aqşin İsmayılov deyir ki, ailəsi aztəminatlı olduğu üçün ünvanlı sosial yardım alır: “Siz məndə soruşursunuz ki, sosial xidmətçi sizinlə maraqlanıbmı? Mən ümumiyyətlə bilmirəm ki, sosial xidmətçi kimə deyilir. Mənimlə belə adamlar maraqlanmayıblar. Mən aldığım təqaüdü dərmana xərcləyirəm, yenə də yetmir, ailə büdcəsindən istifadə edərək dərman alıram. Təzyiq xəstəliyim var”.

“İş üçün müxtəlif yerlərlə müraciət etmişəm...”

Həmsöhbətimiz qeyri-hökumət təşkilatlarının fəaliyyətindən razılıq ifadə elədi: “Yasamal Rayon Əlillər Təşkilatının rəhbəri Təranə Şövkət əlil və aztəminatlı ailə olaraq bizimlə maraqlanır. Problemlərimizi soruşur. Köməklik göstərir. Qida məhsulları ilə bizi təmin edir, uşaqlara paltar hədiyyə edir”.
Aqşin İsmayılovla söhbət nəticəsində bəlli oldu ki, o, rəssamdır: “Mənim rəssamlıqla bağlı olaraq təhsilim yoxdur. Ümumiyyətlə, ali təhsilim yoxdur. Bizim nəsildə rəssamlıq qabiliyəti olan insanlar olub. Rəsm əsərləri çəkirəm. Bu əsərlərim satışa çıxarılır. Satışdan gələn gəlirlə elə rəssam üçün gərəkən ləvazimatları alıram. Darıxmayım deyə bu işlə məşğulam, qabiliyyətim varsa, niyə də çəkməyim? Amma mənə iş lazımdır. Mən iş axtarıram. Mənə uyğun iş olsa, məmnuniyyətlə işləyərəm, ailəmə dəstək olaram. Mən iş üçün müxtəlif yerlərlə müraciət etmişəm, aldığım cavab bu olub: “Biz əlillərə iş vermirik”. Mənim iş problemim var, bu çox ciddi problemdir”.

RAMİD
(Fotolar müəllifindir)

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]