Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Qanun layihələri hazırlanarkən əlillərin fikirləri nəzərə alınmalıdır”

“Qanun layihələri hazırlanarkən əlillərin fikirləri nəzərə alınmalıdır”
Bölmə :
KİVDF
Yayım tarixi :
29/11/2013 [11:10]
Baxılıb :
1083 dəfə
“Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair qanunvericiliklə bağlı məlumatlılığının artırılması” mövzusunda tədbir keçirildi

“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Əlillərin hüquqlarının müdafiəsinə dair qanunvericiliklə bağlı məlumatlılığının artırılmasının təşkili” layihəsini həyata keçirməkdə davam edir. Belə ki, İctimai Birlik layihə çərçivəsində bu dəfə səfərini Qazax rayonuna edib.

Burada aidiyyəti dövlət orqanlarının rayon şöbələrinin, yerli icra nümayəndələrinin, bələdiyyələrin, əlilliyi olan şəxslərin, o cümlədən onların təmsil olunduğu və digər ictimai təşkilatların iştirakı ilə “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair qanunvericiliklə bağlı məlumatlılığının artırılması” mövzusunda dəyirmi masa təşkil edildi. İctimai Birliyin sədri Ramilə Mahmudovanın sözlərinə görə, bu layihənin məqsədi əlilliyi olan şəxslərin hüquqları və ehtiyacları barədə ictimai məlumatlılığın artırılması, Azərbaycan Respublikasının sosial qanunvericiliyi və beynəlxalq konvensiyalar sahəsində hüquqi biliklərinin və hüquqi mədəniyyətin səviyyəsinin yüksəldilməsindən ibarətdir.

Əlillərin daha çox qarşılaşdıqları 2 problem

Ramilə Mahmudova əməkdaşımızın “Əlilliyi olan şəxslərin hüquqlarının həyata keçirilməsi zamanı qarşılaşdıqları problemlər hansılardır?” sualına cavab olaraq bildirdi ki, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və cəmiyyətə inteqrasiyası sahəsində dövlət səviyyəsində görülmüş işləri yüksək qiymətləndirir: “Bununla yanaşı qeyd etmək lazımdır ki, bu qəbildən olan insanların həlli vacib olan bir çox problemlərini hələ də tam aradan qaldırmaq mümkün olmayıb. Apardığımız müşahidələrə və bizə edilən müraciətlərə əsasən qeyd edə bilərəm ki, əlilliyi olan şəxslərin hüquqlarının həyata keçirilməsi zamanı qarşılaşdıqları əsas problemlər bunlardır:

- Birincisi, faktiki olaraq bir çox hallarda əlilliyi olan vətəndaşlarımız qanunvericiliklə müəyyən edilmiş qaydada əlillik dərəcəsi ala bilməkdə çətinlik çəkirlər. Buna görə sosial təminat hüquqlarını həyata keçirə bilmirlər. Bunun səbəblərindən biri onların bu barədə hüquqi məlumatlılıq səviyyəsinin aşağı olmasından irəli gəlir. Lakin təəssüflər olsun ki, bunun başlıca səbəbi bəzən tibbi-sosial ekspert komissiyalarında onlara qarşı yol verilən laqeyd münasibət və neqativ amillərlə bağlı olur.

- İkincisi, bu məsələ ilə bağlı əsas problemlərdən biri ictimai nəqliyyatın, dövlət və ictimai xarakterli binaların, kollektiv istifadə obyektlərinin, istirahət parklarının, sağlamlıq və təhsil müəssisələrinin fiziki imkanları məhdud olan insanlar üçün müyəssər olmaması (fiziki maneələr) və əlilliyin cəmiyyətdə düzgün dərk edilməməsi (psixoloji maneələr) məsələsidir. Çünki, hazırda əksər sosial infrastruktur obyektləri fiziki imkanları məhdud olan insanlar üçün uyğun deyildir. Bu isə nəticə etibarı ilə, onların sərbəst şəkildə təhsil müəssisəsinə gedərək digər şəxslərlə birlikdə (inklüziv) təhsil almaqda, tibb müəssisələrinin, reabilitasiya mərkəzlərinin mövcud imkanlarından faydalanmaqda, münasib işlə təmin olunmaqda ciddi çətinliklər yaradır. Yeri gəlmişkən ölkənin müxtəlif bölgələrində müvafiq bərpa mərkəzləri ( bu mərkəzlərin sayı 14-dür-R.İ.) olsa da, bu həmin kateqoriyadan olan insanlar üçün tam əlçatan deyil. Buna görə də bərpa mərkəzlərinin, eyni zamanda orda göstərilən tibbi xidmətlərin və reabilitasiya metodlarının sayının artırılması arzuolunandır”.

“Qanunvericilikdəki uyğunsuzluqlar aradan qaldırılmalıdır”

Ramilə Mahmudova bildirdi ki, əlilliyi olan şəxslərin hüquqlarının həyata keçirilməsi zamanı qarşılaşdıqları problemlər bununla bitmir: “Belə ki, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, qohumluq münasibətindən asılı olmayaraq birinci qrup əlilə (əlillik səbəbindən asılı olmayaraq), sağlamlıq imkanları məhdud uşağa qulluq edən şəxsin bu qulluq müddəti onun ümumi əmək stajına daxil edilir. Lakin bu, təcrübədə elə də qeyd olunduğu kimi asan deyildir. Bunun çox çətin şərtləri vardır. Belə ki, mövcud pensiya qanunvericiliyinə görə, bunun üçün həmin şəxs mütləq müvafiq sosial sığorta stajına malik olmalıdır. Əks halda onun bu hüquqdan istifadə etməsi mümkünsüz olur. Hesab edirəm ki, qanunvericilikdə olan bu kimi uyğunsuzluqlar aradan qaldırılmalı, özlərindən asılı olmayan səbəblərə görə, sosial sığorta stajı əldə edə bilməyən və uzun bir dövr ərzində ömrlərini qeyd olunan kateqoriyadan olan şəxslərə qulluq etməyə həsr edən əsl fədakar insanların sosial təminat hüququnun təmin edilməsi mexanizmi sadələşdirilməlidir. Qeyd edim ki, layihənin yekununda bu barədə əlavə məlumatlar hazırlanacaqdır”.

“Hüquqi maarifləndirilmə aparılmalıdır”

Layihənin hüquqşünas-eksperti, əmək və sosial təminat hüquqları üzrə mütəxəssis, Bakı Dövlət Universitetinin professoru Mayis Əliyev vurğuladı ki, ölkədəki yol-nəqliyyat infrastrukturu, səkilər, meydanlar, küçələr, yeni tikilmiş binalar, təhsil sistemi, liftlər əlillərin tələbatına cavab vermir: “Qanunvericilər istənilən qanun layihəsi hazırlayanda əlillərin fikrini nəzərə almalıdır. Bir çox hallarda qanunların tələbləri reallıqda yerinə yetirilmir.
Azərbaycanda əlillərin təhsilə və işə cəlb edilməsi səviyyəsi çox aşağıdır. Əlilliyi olan insanların əksəriyyətinin peşə təhsili yoxdur, işə düzəldilməsinə motivasiya zəifdir. İşəgötürənlərin əksəriyyəti əlilliyi olan insanların işə düzəldilməsinə çox az maraq göstərir. Bu isə əlilliyi olan işçilər üçün əlavə şərait və güzəştlə təmin etmək zərurətindən və həmçinin əlilliyi olan işçinin əməyinin az məhsuldarlığından irəli gəlir. Baxın, fiziki məhdudiyyəti olan insanların işsizliyinin, təhsilsizliyinin əsas səbəblərindən də biri yol-nəqliyyat infrastrukturda olan problemlərdir. Bildirim ki, əlillərə əlilliyi olan vətəndaşlarımızın hüquqlarına dair qanunvericiliyin müasir vəziyyəti və inkişaf prespektivləri, onların pozulmuş hüquqlarının inzibati və məhkəmə qayadasında müdafiəsi məsələləri barədə hüquqi maarifləndirmə xarakterli məlumatlar verilməlidir”.

Problemlərin həlli üçün təkliflər

Tədbirdə Əlil Qadınlar Cəmiyyətinin prezidenti Məhluqə Rəhimova, Qazax rayon bələdiyyəsinin sədr müavini Sabir Məhərrəmov, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin sədri Xasay Balayev, Qazax rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Aybəniz Orucova, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Adəm Məmmədov, digər qeyri-hökumət təşkilatları rəhbərləri, əhalinin həssas təbəqələri mövzu ilə bağlı çıxışlar edərək əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişafı baxımından bu kimi tədbirlərin davamlı şəkildə, xüsusilə də regionlarda keçirilməsinə böyük ehtiyac olduğunu bildiriblər.
Tədbir iştirakçıları tərəfindən əlilliyi olan şəxslərin hüquqlarının təmini vəziyyəti barədə geniş müzakirələr aparılıb, həlli vacib olan bir sıra problemlərin aradan qaldırılması ilə bağlı səmərəli təkliflər irəli sürülüb.
Qeyd edək ki, birliyin adı çəkilən layihə çərçivəsində nəşr etdirdiyi əlilliyi olan şəxslərin hüquqi statusu və onların sosial müdafiəsi ilə bağlı ümumi xarakterli qısa məlumatları özündə əks etdirən buklet iştirakçılar arasında paylanılıb.
Onu da bildirək ki, layihə çərçivəsində əlilliyi olan şəxslərin hüquqi statusunu, reabilitasiyasını, təhsil, əmək, sağlamlığının mühafizəsi, sosial təminat, sosial xidmət və digər hüquqlarını özündə əks etdirən bukletin nəşr edilməsi, onların hüquqları ilə bağlı Bakıda və daha 4 inzibati ərazi vahidində (Gəncə, Şirvan şəhərləri, Abşeron və Qazax rayonları) əlilliyi olan şəxslərin, onların ailə üzvlərinin, əlil təşkilatlarının nümayəndələrinin və müvafiq qeyri-hökumət təşkilatları üzvlərinin iştirakı ilə təlimlərin və ya ictimai müzakirələrin təşkil edilməsi nəzərdə tutulub.
Eyni zamanda, layihə müddətində əlilliyi olan şəxslərə, onların ailə üzvlərinə, əlil təşkilatlarının nümayəndələrinə, qeyri-hökumət təşkilatları üzvlərinə və digər insanlara hüquqi yardım göstəriləcək, həmin şəxslərin hüquqları dövlət qurumlarında və məhkəmə orqanlarında müdafiə ediləcək. Bundan əlavə, əlilliyi olan şəxslərin hüquqlarına dair qanunvericilik bazasının təhlil edilməsi və müxtəlif sosial məsələlərlə bağlı dövlət proqramlarının nəzərdən keçirilməsi də qarşıya qoyulan vəzifələr sırasındadır.
Həmin şəxslərin hüquqları ilə bağlı qanunvericiliyin araşdırılmasının, sosioloji sorğuların keçirilməsinin, dəyirmi masaların təşkilinin, layihədə nəzərdə tutulan digər fəaliyyətlərin və araşdırmaların nəticəsi olaraq “Əlilliyi olan şəxslərin hüquqlarının həyata keçirilməsi zamanı meydana çıxan problemlərin aradan qaldırılması və qanunvericiliyin təkmilləşdirilməsinə dair Tövsiyələr” adlı yekun sənəd hazırlanaraq ictimai müzakirəsi keçiriləcək və həmin Tövsiyələr baxılmaq üçün müvafiq dövlət orqanlarına təqdim ediləcək.
Qeyd edək ki, “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi 28 may 2008-ci ildə təsis edilmiş və Ədliyyə Nazirliyi Kollegiyasının 24 dekabr 2008-ci il tarixli qərarı ilə dövlət qeydiyyatına alınıb. Fəaliyyəti bütün respublika ərazisini əhatə edən təşkilatın əsas məqsədi əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya olunmalarına yardım etməkdir.

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]