Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Əlillərin yeni nazirdən gözləntiləri

Əlillərin yeni nazirdən gözləntiləri
Bölmə :
KİVDF
Yayım tarixi :
28/11/2013 [10:54]
Baxılıb :
1007 dəfə
Bir qrup fiziki məhdudiyyətli vətəndaş Səlim Müslümova müraciət hazırlayıb

Əlillər əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova müraciət hazırlayıblar. Müraciət kütləvi xarakter daşıyacaq, yüzlərlə əlilin müraciətə imza atacağı gözlənilir. “Bizim Yol”a daxil olan sözügedən müraciətdə deyilir:

“Biz Azərbaycan Respublikasının vətəndaşı olan fiziki qüsurlu və hərəkət qabiliyyəti məhdud insanlar Sizin kimi səliqəli, bacarıqlı, savadlı və işgüzar bir insanın Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin olunmasına sevinərək Sizi təbrik edirik. Ümid edirik həqiqətən Sosial Müdafiəmiz layiqincə təmsil olunacaq. Bunun üçün biz əlillər də Sizə dəstək olacağıq.

Cənab nazir, biz əlillər 3 dekabr Əlillər Günü ərəfəsində gündəlik həyatda qarşılaşdığımız problemləri Sizə yazmağı özümüzə borc bilirik. 2008-ci ildə Azərbaycan Respublikası Birləşmiş Milətlər Təşkilatının (BMT) 2006-cı ildə “Əlillərin hüquqları haqqında” qəbul etdiyi Konvensiyayaya qoşularaq əlillərin sosial rifahını yaxşılaşdırmaq üçün öhdəçilik götürüb və bu sahədə də hökumət və qeyri-hökumət təşkilatları önəmli işlər görür. Bəzi problemlər vardır ki, onları Sizə bildirməyi özümüzə borc bilirik və inanırıq ki, inkişaf edən Respublikamızda bu problemlərin həlli də öz yerini tapacaq. Hazırda Əlillərin Bərpa Mərkəzində təmir və yenidənqurma işləri aparılır və Sizin bura təşrifiniz, əlillərlə görüşməyiniz ürək açandır”.

Yeni nazirdən 6 istək

Bir qrup fiziki qüsurlu vətəndaşın müraciətində əmək və əhalinin sosial müdafiəsi nazirindən 7 problemin həll edilməsi istənilir:
1. Təmirdən sonra bərpa mərkəzini həqiqətən də bərpa olunan vəziyyətdə görək. Biz orada müasir çarpayı, masaj, idman, fzioterapiya avadanlıqlarının, otaqların hər birinin ayrıca geniş tualeti və isti suyunun olmasını, geniş liftlərin və pandusların olmasını görmək istərdik;
2. Bizim problemlərimizin əsasını nəqliyyat təşkil edir. Əlillər üçün avtobus və ya sosial taksilərin olması;
3. Fizki qüsurlu uşağa və ya əlilə baxan himayəçiyə kompensasiya verilməsi, bu insanlar sanatoriya-kurort və müalicə zonalarına göndərildikdə onları müşayiət edən himayəçinin də xərclərinin ödənlməsi;
4. “Akkord” Tikinti Şirkətinin bərbad günə qoyduğu keçidlərdəki pandusların VERTİ MMC tərəfindən yenilənməsi, küçə və səkilərdə, dayanacaqlarda əlil arabalarının rahat hərəkəti üçün düzgün bucaqlı pandusların qoyulması, dayanacaqdakı oturacaqların , fiziki cəhətdən məhdudiyyəti olan insanlara və uşaqlara müyəssərləşdirilməsi;
5. Yeni tikilən binaların, obyektlərin, idarələrin, məktəblərin, səhiyyə ocaqlarının, mədəniyyət ocaqlarının, parkların və s. girişlərinin hərəkət qabiliyyəti məhdud əlil arabasından istifadə edən insanlara uyğunlaşdırılması və bu sadalananların təhvil-təslim komissiyasına əlil arabasından istifadə edən əlillərin nümayəndəsinin salınması;
6. Mənzil növbələrinin araşdırılmasını və 70-ci illərdən mənzil növbəsində olan, sökülmə zonasında yaşayan əlillərin mənzil ilə təmin olunması.
“Sizdən xahiş edirik ki, bu kimi problemlərin yaxın zamanlarda həllini tapmasında bizə köməklik edəsiniz. Ümid edirik ki, xahişimizi nəzərə alacaqsınız”, -deyə müraciətdə bildirilir.

Müharibə veteranının 6 şikayəti

Respublikamızda əlillərin qarşılaşdıqları problemlər eyni olsa da, əlilliyin yaranma səbəbləri müxtəlifdir. Həmin əlillər arasında Qarabağ müharibəsinin iştirakçıları da az deyil. 1992-1994-cü illərdə Kəlbəcər-Ağdərə, Tərtər bölgəsi istiqamətində gedən döyüşlərdə iştirak edən, Qarabağ müharibəsi veteranı, birinci qrup əlil Məhərrəmov İlham Nadir oğlu ilə fiziki məhdudiyyəti olan vətəndaşlarımızı narahat edən məsələlərdən danışdıq.
“Bizi narahat edən məsələlər çoxdur, əlbəttə ki, şikayətimiz də var:
- Birincisi, sosial müavinətlərin ən azı işləyən və yaxud əmək qabiliyyətli əhali üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən (125 manatdan çox) yuxarı təyin edilməməsi;
- İkincisi, fiziki məhdudiyyəti olan əlillərə heç bir sosial və iqtisadi güzəştlərin müəyyən edilməməsi;
- Üçüncüsu, elementar səhiyyə xidmətinin belə, təşkil edilməməsi və nəzərdə tutulmaması;
- Dördüncüsü, ictimaiyyətlə müntəzəm əlaqədə və münasibətdə olmaq üçün müvafiq infrastrukturun olmaması və yaradılmaması;
- Beşincisi, fiziki məhdudiyyəti olan əlillərin müvafiq potensialına (əqli, bilik və digər bacarıqlarından) etinasızlıq;
- Altıncısı, təhsil və işlə təmin olma sahəsində heç bir şəraitin və imkanın olmaması və s”, -deyir həmsöhbətimiz.

“Niyə əlil uşaqlar adi məktəblərdə dərs almasınlar?”

İlham Məhərrəmov problemlərin yaranma səbəbi və nəticəsi barəsində də öz rəyini bölüşdü: “Səbəb etinasızlıq və ölkədə insan amilinə soyuq münasibətdir. Bunun nəticəsində hətta sağlam insanların da çoxu əziyyət çəkirlər”.
“Əlillərlə bağlı qanunvericlikdə dəyişikliyə ehtiyac varmı? Varsa, hansı dəyişikliklər olmalıdır?” sualımıza cavab olaraq bildirdi ki, bu sahədə ayrıca hüquqi-normativ bazaya ehtiyac var: “Bütün hökumət orqanları həmin bazaya əsaslanmalıdırlar”.
Müsahibimiz “Əlillərlə bağlı xaricdə hansı təcrübə ilə tanışsınız, ya da məlumatlsınız ki, o güzəştlər və şərait bizdə yoxdur?” sualına isə belə cavab verdi: “Xarici təcrübədə bir çox cəhətlər vardır ki, bunların tədbiqi bizdə heç də real görünmür. Məsələn, Bakıda 219 nömrəli orta məktəb var ki, ayrıca olaraq əlil uşaqların orta təhsil alması üçün fəaliyyət göstərir. Məncə buna ehtiyac yoxdur. Niyə bu uşaqlar adi məktəblərdə dərs almasınlar?”
İ.Məhərrəmovun yeni əmək və əhalisinin sosial müdafiəsi nazirindən də gözləntiləri var: “Köhnə nazir kommersiya və biznes təfəkkürlü adam idi. Yeni nazir əsil məmurdur. Ən azı sosial müavinətlərin artırılacağına ümid edirəm”.

“Fiziki məhdudiyyəti olan vətəndaşlara bərabər imkanlar tanınmalıdır”

Birinci qrup əlil Zaur Hacılı da əməkdaşımızla söhbətində fiziki məhdudiyyəti olan vətəndaşları narahat edən problemlərdən danışdı: “Əlillərə primitiv qayğı var. Kredit hüququmuz yoxdur, ictimai nəqiyyatdan istifadə edə bilmirik. Eləcə də, təhsil və səhiyyə hüququmuz xeyli məhduddur. Sözün həqiqi mənasinda əlilliyi olan insanlarin hüquqları müdafiə edilmir. Əlillərlə bağlı qanunvericlik var. Azərbaycanda qanunlar var, amma qaydalar yoxdur, bax bu qaydalara çox zəruri ehtiyyac var. Fiziki məhdudiyyəti olan vətəndaşlarla bağlı xaric ölkələrdə müxtəlif arzuolunan təcrübə var. Avropa ölkələrinin bəzisində, məsələn Almaniyada əlilliyi olan insanlarin ehtiyyaclarını bələdiyyələr təmin edir, həmçinin ev və digər ehtiyaclarını. Amma bizim bələdiyyələr ancaq satış ilə məşğuldur. Əlillər üçün nələr edilməlidir? Fiziki məhdudiyyəti olan vətəndaşlara bərabər hüquq və imkanlar təmin edilməlidir”.
“Yeni əmək və əhalinin sosial müdafiəsi nazirindən hansı gözləntiləriniz var?” sualına Zaur Hacılı belə cavab verdi: “Yeni nazirdən keçmiş nazir Füzuli Ələkbərovun əməllərini təkrar etməməsini və bizim problemlərin həlli istiqamətində əməli addımlar atmasını gözləyirik. Və hansı təbəqənin naziri olduğunu unutmamasını gözləyirəm”.
Zaur Hacılı “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” qanuna da istinad etdi: “O qanun Azərbaycanda əlillər barəsində dövlət siyasətini müəyyən edir, əlilliyi doğuran səbəblərin aradan qaldırılmasına, əlillərin reabilitasiyasına, ictimai həyatın bütün sahələrində iştirak etmək üçün əlillərin bütün başqa vətəndaşlarla bərabər imkanlar almasına, öz fərdi qabiliyyətlərinə və maraqlarına müvafiq surətdə dolğun həyat sürməsinə kömək göstərən lazımi şəraitin yaradılmasına təminat verir”.

“Dövlət onların sosial təminatı ilə məşğuldur”

Əil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli də əməkdaşımızla söhbətində qeyd etdi ki, Azərbaycan Respublikası 2008-ci ilin oktyabrın 2-də Birləşmiş Millətlər Təşkilatının (BMT) “Əliliyi olan insanların hüquqları haqqında konvensiya”sını və ona əlavə protokolu ratifikasiya edib: “Bununla da ölkənin üzərinə əlavə tədbirlər də düşür. O mənada ki, konvensiya ratifikasiya olunduqdan sonra milli qanunvericiliyin dəyişilməsi labüddür və ona uyğunlaşdırılmalıdır. Eləcə də, başqa qanunlarda təhsil, məşğulluq və başqa sahələrlə bağlı məsələlər əksini tapmalıdır. Əlilliyi olan insanların fəaliyyəti ilə bağlı həm hökumət, həm də qeyri-hökumət təşkilatları fəaliyyət göstərir.
Onu da bildirim ki, fiziki qməhdudiyyəti olan vətəndaşlarımıza cəmiyyətdə sosial baxış təmin olunmalıdır. Təəssüf ki, fiziki məhdudiyyəti olan insanlarımıza ancaq tibbi baxış var, sosial baxış yoxdur. Yəni bu insanlara xəstə kimi baxılır. Nəticədə onların təhsil alması, idmanla məşğul olması, məşğuliyyəti və asudə vaxtının təşkili üçün manelər yaranır. İstər-istəməz əlilliyi olanlara xəstə kimi yanalaşılması arzuolunan deyil. Son illərdə cəmiyyətdə əlillərə olan sosial baxışın təmin olunması istiqamətində fəaliyyət hiss olunur. Dəyişilik olacaq, qanunvericlikdə də bunlar nəzərə alınıb. Qarabağ əlilləri, şəhid ailələri, Çernobil əlillərinə dövlət tərəfindən təmanasız olaraq mənzillər verilir, ya da yaşayış sahəsi yaxşılaşdırılır. Əlillər hərəkət etmələri üçün nəqliyyat vasitələri ilə təmin olunurlar. Eləcə də, bütün kateqoriyadan olan əlilliyi olan insanlar dövlət tərəfindən protezlə, tibbi avadanlıqlarla təmin olunurlar. Həmçinin nəqliyyat vasitələri ilə, əlil arabaları ilə təmin olunurlar. Dövlət onların sosial təminatı ilə məşğuldur”.

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]