Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Azərbaycan qadını sosial-siyasi proseslərdə nə dərəcədə fəaldır?

Azərbaycan qadını sosial-siyasi proseslərdə nə dərəcədə fəaldır?
Bölmə :
KİVDF
Yayım tarixi :
27/11/2013 [10:54]
Baxılıb :
743 dəfə
Toralf Pilz: “Bir nəfər belə, qadın icra başçısına rast gəlmədik, lakin parlamentdə qadın millət vəkillərinin sayı artıb”
Canan Atılqan: “Kənd yerlərində yaşayan qadınlar sosial, iqtisadi və siyasi məsələlərə çıxış imkanlarından ya təcrid olunublar”

Azərbaycan qadınının sosial, iqtisadi və siyasi məsələlərdə iştirakçılığı nə dərəcədədir? Bakıdan kənara çıxsaq, bölgələrdəki qadınların qərar qəbul etmə prosesindəki fəallığı necədir? 

Noyabrın 26-da Azərbaycanda Sahibkarlığa və Bazar İqtisadiyyatına Yardım Fondu (SBİİYF) ilə əməkdaşlıq çərçivəsində, Konrad-Adenauer-Stiftung və Avropa İttifaqı "Qadın gücünə Güc" adlı layihənin təqdimatını keçirdi. Bu layihə 2 il davam edəcək. Bu illər ərzində bölgələrdəki, kənd yerlərindəki qadınların həm sosial-iqtisadi, həm də siyasi sahədə iştirakçılıq və qərar qəbul etmə prosesində fəallıq bacarıqları artırılacaq. 

Azərbaycan Avropa İttifaqı Nümayəndəliyinin rəhbər vəzifəsinin icraçısı Toralf Pilz deyir ki, əgər qadın gücünə güc deyiriksə, bu təkcə qadınların yox, bizim hər birimizin, o cümlədən üzərinə düşən məsuliyyətdən gedir söhbət: "Qadın hüquqları və gender məsələləri ölkədə ən vacib məsələlərdən biridir. Aydın məsələdir ki, heç kim özbaşına heç nə edə bilmir. Azərbaycanda qadınların cəmiyyətdə aktiv iştirak etmək səyləri təqdirəlayiqdir. Azərbaycanda baş vermiş iki tarixi hadisəni qeyd etmək istərdim. Bunlar ümumilikdə bütün müsəlman dünyasına örnək idi. Biricisi, qadınlara seçmək-seçilmək hüququnun verilməsi, ikincisi isə qadınlar üçün dünyəvi məktəblərin açılması. Həmçinin Sovet İttifaqının vaxtında da ölkədə müsbət deyişikliklər baş verib. Bu da gender məsələlərinə münasibət və yanaşma baxımından öz töhfəsini verib. Lakin, yenə də səylərimizi birləşdirib, müəyyən sahələrə yönəltməliyik. Qadınların siyasi həyatda iştirakını artırmalıyıq. Avropa İttifaqının orta göstəriciləri Beynəlxalq göstəricilərlə müqayisə edildikdə görürük ki, Azərbaycanda qadınların ölkə səviyyəsində, siyasi həyatda və qərarların çıxarılmasında iştirakı aşağıdır".
Toralf Pilz Azərbaycandakı icra başçılarının əksər hissəsinin kişi olduğuna fikir verib. Daha doğrusu, o, hələ ki, qadın icra başçısına rast gəlməyib: "İndiyə qədər görüşdüyüm icra başçılarının hamısı kişi olub. Onların da yaşı təxminən 60-a yaxın olardı. Bu da öz növbəsində cəmiyyətdə tarazlığın pozulduğunu göstərir. Digər tərəfdən isə qadınların qarşısında olan böyük perspektivdən xəbər verir. Çünki hardasa 10 il sonra bu insanları kimlərsə əvəz etməlidir. Ümid edirəm ki, məhz bu əvəz edənlər qadınlar olacaq. Qadınlar üçün artıq bu imkanlardan yararlanmaq şəraiti yaranacaq".
Toralf Pilz eyni zamanda 2010-cu ildən sonra Azərbaycan parlamentində təmsil olunan qadın millət vəkillərinin sayının artdığını da vurğuladı: "Ancaq yenə də bu say Avropa İttifaqı göstəricisinin yarısına bərabərdir. Yəni, Avropa İttifaqında 50 faiz olmasa da, 30 faizi qadınlar təşkil edir. Azərbaycanın göstəricisi isə bundan təxminən 2 dəfə aşağıdır. Bəzi ölkələrin siyasətində qadınların say göstəricisi kişilərlə bərabərdir. Bəzi ölkələrdə isə bu göstəricilərin artmasına səy göstəririk. Əlbəttə, üstün və layiqli təcrübələri ön plana çəkirik. Beləliklə, qadınların siyasi həyatda təcrübələrinin genişlənməsinə nail oluruq. Bu baxımdan ən yaxşı nümunələr Skandinaviya ölkələri, Almaniya və Fransadır. Avropa İttifaqı şərq tərəfdaşlığı proqramına qoşulmuş ölkələrdə müvafiq məsələlərin araşdırılması ilə məşğuldur. Həmçinin Şərq tərəfdaşlığı ölkələrində gender bərabərliyi məsələsinin də araşdırılmasını nəzərdə tutur. Bu, gələcəkdə həmin ölkələrdə həyata keçirəcəyimiz proqramların gündəmini formalaşdırmaq üçün çox vacibdir. Məsələn, Nazirlər Kabinetinin qanunverici hissəsindəki qadınlar cəmi dörd faizdir".
Konrad-Adenauer-Stigtung fondunun Cənubi Qafqaz üzrə Regional direktoru Canan Atılqan Azərbaycanda qadınların siyasi və sosial məsələlərdə qeyri-aktivliyini onların müəyyən bilik və bacarıqlara yiyələnməmələri ilə bağlayır: "Odur ki, biz birbaşa kənd ərazilərində yaşayan qadınlarla işləmək istəyirik. Çünki bu qadınlar sosial, iqtisadi və siyasi məsələlərə çıxış imkanlarından ya təcrid olunublar, ya da yetərincə yararlana bilmirlər. Məhz bu yöndə qadın təşkilatlarının rolunun, həmçinin bacarıqlarının daha da artırılması istiqamətində müvafiq işlər görülməsini istəyirik. Kənd əraziləri ilə paytaxt Bakı şəhəri arasında müvafiq bağlantının və şəbəkənin qurulmasını istəyirik".
Canan Atılqan bu sahədə bir neçə prioritet məsələləri müəyyən etdiklərini deyir: "Birincisi cəmiyyətin plüralistik və bütöv şəkildə iştirakını hədəf tutmuşuq. Bu olduqca əzmli bir hədəfdir. Əlbəttə konkret bir layihə çərçivəsində bu məsələlərin öhdəsindən gəlmək ümumiyyətlə mümkün deyil. Ona görə də konkret məqsədimiz var. Bu da kənd ərazilərində yaşayan qadınların imkanlarının və bacarıqlarının artırılması, beləliklə onların həm sosial və siyasi məsələlərdə iştirakına zəminin yaradılması, müvafiq proseslərdə iştiraklarının təmin edilməsi ilə bağlıdır. Layihəmizin əsas hədəf mərkəzi Aran, Gəncə-Qazax, Lənkəran, Astara, Şəki, Zaqatala bölgələridir. Bakını da bura əlavə etmişik".
Qeyd: Azərbaycanda qadınlar ölkə əhalisinin ümumi sayının 50,4 faizini və ya 4 milyon 602 min nəfərini təşkil edir. Statistikaya görə ölkənin ictimai-siyasi, iqtisadi, mədəni həyatında iştirak edən qadınların məşğul əhalinin ümumi sayında xüsusi çəkisi 48,6 faizdir. Ümumtəhsil və orta ixtisas təhsili müəssisələrində müəllimlərin 74 faizi, ali təhsil müəssisələrində 46 faizi, həkimlərin isə 63 faizi qadınlardır. Ümumtəhsil məktəblərində şagirdlərin 46 faizi, orta ixtisas təhsili müəssisələrində oxuyanların 66 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 46 faizi qızlardır. Hazırda, doktorantların 46 faizini, bütün elmi işçilərin isə 51 faizini qadınlar təşkil edir. Son beş ildə doktorluq dərəcəsi alan qadınların sayı 22 faiz artıb.

Aysel isgəndərli
Fotolar müəllifindir

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]