Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Azərbaycanda demoqrafik problem gözlənilir”

“Azərbaycanda demoqrafik problem gözlənilir”
Bölmə :
KİVDF
Yayım tarixi :
22/11/2013 [11:15]
Baxılıb :
1901 dəfə
Aynur Sofiyeva: “Televiziya verlişlərində uşaq hüquqları pozulur”

(Əvvəli ötən sayımızda)

Bakıda “Uşaqların zorakılıqdan qorunmasında sosial siyasətin rolu” mövzusunda keçirilən konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Aynur Sofiyeva bildirdi ki, uşaq hüquqlarının müdafiəsi bu gün bəşəriyyəti maraqlandıran və düşündürən məsələlərdəndir: “Azərbaycanda da uşaq məsələləri prioritet istiqamətlərdəndir. Ölkədə erkən nikahın qarşısını almaq üçün nigah yaşının qaldırılması, uşaq problemləri, ailə-nigah institutu ilə bağlı təhlillər aparılır. Bu və ya digər işlərin görülməsi mövcud sahədə uğurlu nəticələrin əldə olunmasına səbəb olur. Bunlar statistik nəticələrdə də özünü göstərir. Azərbaycanda ana və uşaq ölümünün, məişət daxilində uşaqlara qarşı zorakılıq faktlarının sayında azalma müşahidə edilir”.

“Gələcəkdə demoqrafik problemin olacağı gözlənilir”

A.Sofiyevanın sözlərinə görə, uşaq zorakılığının qarşısını almaq üçün mütəmadi olaraq hüquqi bazanın üzərində təkminləşmə aparılır: “Elə bu yaxınlarda uşaqların asudə vaxtının təşkili ilə bağlı olaraq Milli Məclisdə müzakirələr oldu. Dövlət proqramlarında da ailə və uşaq məsələləri ilə bağlı komponentlər nəzərə çarpır. Uşaqların əməyə cəlb olunması və təhsildən yayınması ilə bağlı dövlət proqramının icrasını yekunlaşdırdıq. Monitorinq keçirdik. Çox vacib məsələlərdən biri xüsusi dövlət qayğısına ehtiyacı olan uşaqlarla bağlıdır ki, Dövlət Komitəsi bu sahədə də işlər görür. Belə ki, Komitənin tabeçiliyində 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi fəaliyyət göstərir. Ölkə Prezidentinin Sərəncamı ilə 2007-ci ildə Şüvalan və Goranboy Mərkəzləri, 2010-cü ilin dekabrında daha 9 mərkəz (Zaqatala, Qəbələ, İsmayıllı, Göygöl, Ağdam, Hacıqabul, Saatlı, Sabirabad, Zərdab) Dövlət Komitəsinin tabeçiliyinə verilib.
Uşaq zorakılığına bir səbəb də erkən nigahdır. Erkən nigahla bağlı apardığımız işləri qənaətbəxş hesab edirik. Ancaq problem qalmaq üzrədir. Rəsmi statistikaya görə, 4300 nəfər 2011-ci ildə erkən nigaha girib. Bu ilə kimi həmin statistik rəqəm 1000 nəfərə qədər azalıb. Uşaqlar arasında intiharların sayı çoxdur. Bununla bağlı Təhsil Nazirliyi ilə bağlı birlikdə iş planlaşdırırıq. Uşaq hüquqlarının pozulmasında, o cümlədən, internet təhlükəsizliyi məsələsi ilə bağlı problem də var. Bunun həlli üçün beynəlxalq təcrübədən istifadə etmək gərəkdir. Həmçinin televiziya verlişlərində uşaq hüquqları pozulur. Bu sahədə də ciddi iş görülməlidir.
Bizi narahat edən bir məsələ də, doğulan uşaqların cinsə görə balansının pozulmasıdır. Buna görə, gələcəkdə demoqrafik problemin olacağı gözlənilir. Hazırda 53,6 faiz oğlandır. Bu çox ciddi problemdir. Bu problemin həllində maariflənmə işi aparılmalıdır. Qeyd edim ki, 2012-ci ildə Prezidentin “Uşaq hüquqlarına nəzarət qaydaları ilə bağlı” sərəncamı işimizi sürətləndirməkdə və başqa qurumlarla komleks şəkildə problemin həllinə dəstək oldu. Uşaq hüquqlarının müdafiəsində işlərimizi davam etdirməkdəyik, bu sahədə bizə dəstək olan hökumət və qeyri-hökumət təşkilatılarına təşəkkürümüzü bildiririk”.

“Övladlarınıza travma yaşatmayın”

Tədbirdə çıxış edən omudsman Elmira Süleymanova bildirdi ki, evin içərisində və uşağın gözü qarşısında baş verən münaqişələr uşaq üçün travmatikdir: “Məhz bu səbəbdən onların yanında münaqişədən, mübahisə etməkdən çəkinmək lazımdır. Bu mübahisələrə şahid olan uşağın yaşadığı hisslər onun şəxsiyyətinə və gələcəkdəki münasibətlərinə neqativ yönümdə təsir edir. Belə də olur ki, böyüklərin mübahisələrinə şahid olan uşaq bu münaqişələrin həyatın bir hissəsi olduğunu öyrənər və barışıqla nəticələnən bir mübahisədən dəyərli bir həyat dərsi alar. Gələcək həyatında gərginlik yaşayan vaxtlarda tez həyacanlanan, narahatlıq keçirən bir şəxsiyyət inkişaf etməz və münaqişəni təbii bir hadisə kimi qəbul edər.
İnsanların həyat döngələri olduğu kimi münasibətlərin də həyat döngələri var. Uşaq sahibi olmağa qərar vermək münasibətin fərdi olaraq necə yaşanıldığı və qavranıldığı ilə əlaqədardır. Hamiləliyin ixtiyari olması və ya olmaması, münasibət daxilində anadan olacaq uşağa və yoldaşa necə yer verildiyi, daha sonrakı münasibət ailə böhranlarında vacib bir yer tutur. Ata-ana münaqişələri müxtəlif səbəblərdən ola bilər. Uşağa dair öhdəliklər, uşağı böyütmə, tərbiyələndirmə barəsində ziddiyyətlər, ər-arvad münasibətindəki problemlər, bu problemlərlə bağlı olaraq meydana çıxan alkoqolizm, qumar oynama,iqtisadi çətinliklər, bir başqa münasibətə yönəlmə kimi problemlər,münasibətdə fərdiləşmə (tənhalıq) və ortaq nöqtələrin tapılması, həddindən artıq qısqanclıq və sahiblənmə kimi bir çox səbəb mübahisəyə yol aça bilər.
Bu mübahisələr zamanı çox vaxt psixoloji iqlim ağırlaşır. Bəzi hallarda sözlü və ya fiziki şiddət belə tətbiq olunur. Həmçinin bir-birlərinin şəxsiyyətinə yönəlmiş ağır təhqirlər söyləyirlər. Bəzən bu mübahisələr keçici ayrılıqlara gətirib çıxara bilər və tərəflərdən biri evi tərk edə bilər. Ata-ana mübahisəsi zamanı uşaqlar qorxu, narahatlıq, əlacsızlıq, nifrət, qəzəb və s. bu kimi hissləri yaşayır. Fiziki şiddət, yüksəlmiş səs tonu və gərginlik mühitində bu havanı tənəffüs edən uşağın yaşadığı ilk iz qorxu olacaqdır. Uşaq başa düşə bilmədiyi səbəblərdən ötrü ata-anasının bir-biri ilə mübahisə etmələrinə görə özünün və ya valideynlərinin zərər çəkəcəklərindən qorxur. Mübahisə zamanı qulaqlarını tutar, qışqırar, yataqdadırsa, yorğanın altına girib ağlaya bilər. Əgər səsini eşitdirə bilirsə, qorxduğunu və mübahisə etməmələrini söyləyə bilər”.

Azərbaycanda ilk dəfə...

Konfransda məlumat verildi ki, son illərdə Uşaq hüquqları üzrə Azərbaycan QHT Alyansı, eləcə də digər yerli və beynəlxalq təşkilatlar tərəfindən aparılan araşdırmalara görə cəmiyyətimizdə uşaqlara qarşı zorakılıq hallarının artması müşahidə edilib. Bu araşdırmalar nəticəsində zorakılığın ən çox rast gəlinən formaları məişət zorakılığı, uşaqlara qarşı etinadsızlıq, cinsi zorakıklıq və sair olmuşdur. Belə halların mövcudluğu, xüsusən də gələcəyimiz olan uşaqlara qarşı zorakılıq hallarının aradan qaldırılması ciddi addımların atılmasını tələb edir. Məhz bu məqsədlə 2011-ci ilin Avqust ayında Ümidli Gələcək Gənclər Təşkilatı və Uşaq Hüquqları üzrə QHT Alyansı bir sıra yerli və xarici təşkilatların dəstəyi ilə Azərbaycan Respublikasında ilk dəfə “Zorakılığın və Cinayətin Qurbanı Olan Uşaq və Gənclər Üçün Psixo-Sosial Reabilitasiya Mərkəzi”ni yaradıb.
Reabilitasiya Mərkəzi zorakılıq və cinayətin qurbanı olan uşaqlara, gənclərə və onların ailələrinə xidmət göstərən ixtisaslaşmış mərkəzdir. Mərkəzin xidmətləri kənd və şəhərdə yaşayan:
1. hər hansı cinayət və zorakılıq, o cümlədən, ailədaxili zorakılıq, cinsi, fiziki və psixoloji zorakılıq, zorlanmaya və ya təcavüzə məruz qalan;
2. habelə işgəncə, məcburi yerdəyişmə, döyülməyə məruz qalan;
3. istismar, o cümlədən, əməyin istismarı, fahişəlik və pornoqrafiya ilə bağlı fəaliyyətlərə sövq və ya məcbur edilməyə məruz qalan;
4. valideynlərini və ya digər yaxın şəxslərin itkisindən psixoloji sarsıntı keçirən;
5. həmyaşıdlar tərəfindən təzyiqlə üzləşən;
6. insan və uşaq hüquqlarının pozulmasından stres keçirən;
7. müxtəlif hadisələr nəticəsində yaranmış emosional pozğunluq və sosial disadaptasiyadan əziyyət çəkən uşaq və gənclərə ixtisaslaşmış yardım göstərməyə yönəlib.
Reabilitasiya Mərkəzi, həmçinin təbii fəlakətlərin qurbanı olan uşaq və ailələrə təcili psixo-sosial yardım göstərir. Müvafiq tədbirlər görməklə Reabilitasiya Mərkəzi cinayətə və zorakılığa, habelə yuxarıda təsvir edilmiş digər hallara məruz qalmış uşaqların, gənclərin və onların ailələrinin təhlükəli vəziyyətdən çıxa bilmələri üçün onların ətrafında vahid müdafiə şəbəkəsinin formalaşmasına çalışır. Mərkəz 5-23 yaş arasında olan və yuxarıda sadalanan müxtəlif növ zorakılıq və cinayətin qurbanı olmuş və ya risk altında olan hər bir uşaq və gənci qəbul edir. Eyni zamanda Mərkəzdə fiziki, psixoloji və ya cinsi zorakılığa məruz qalmış və etinadsizlıqdan əziyyət çəkən uşaqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvəqqəti sığınacaq da fəaliyyət göstərir. Bu sığınacaqda aşağıda göstərilən səbəblərdən zorakılığa məruz qalmış üşaq və gənclər müvəqqəti olaraq qəbul olunurlar.
Cinsi zorakılıq, sui-istifadə, cinayətin qurbanı olan və müxtəlif qurumlar tərəfindən mərkəzə yönəldilmiş uşaq və gənclər, habelə mərkəzə fərdi qaydada müraciət etmiş uşaq və gənclər mərkəzin əməkdaşları tərəfindən ilkin dəstək və xidmətlərlə yanaşı, həmçinin cinsi zorakılıq və istismarın çoxsaylı nəticələrinin aradan qaldırılması üçün genişləndirilmiş dəstək və yardım şəklində əlavə kömək əldə etmək imkanına malikdir. “Zorakılıq və Cinayətin Qurbanı olan Uşaq və Gənclər üçün Psixo-Sosial Reabilitasiya Mərkəzi”ndə reabilitasiya edilən uşaq və gənclər müxtəlif dövlət qurumları tərəfindən də yönəldilə bilər. Bu qurumlar sırasına aşağıdakılar daxildir:
· Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya;
· Polis uşaq inspektorları;
· Məhkəmə;
· Prokurorluq;
· Məktəb;
· Digər mərkəzi və yerli dövlət qurumları;
· QHT-lər və digər ictimai təşkilatlar
· Valideynlər və sıravi vətəndaşlar.
Mərkəz yuxarıda göstərilən yönəldici qurumlar tərəfindən göndərilmiş uşaq və gənclərlə fərdi reabilitasiya işi aparır, uşağın və gəncin ümumi sosial durumu və ailə vəziyyətinin müəyyənləşdirilməsinə, uşağın və gəncin zorakılıq hadisəsi ilə bağlı psixo-emosional durumunun həlli üçün onun fərdi ehtiyaclarının ödənilməsinə yönəlik

(Davamı gələn sayımızda)

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]