Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Uşaqlara qarşı cinayətin qarşısı alınmalıdır”

“Uşaqlara qarşı cinayətin qarşısı alınmalıdır”
Bölmə :
KİVDF
Yayım tarixi :
20/11/2013 [11:02]
Baxılıb :
1063 dəfə
Elmira Süleymanova: “Valideynlər öz maddi tələbatlarını təmin etmək üçün azyaşlı övladlarını ağır əməyə məcbur edirlər”

Dünən Bakıda “Uşaqların zorakılıqdan qorunmasında sosial siyasətin rolu” mövzusunda konfransı keçirildi. Tədbir Ó˜mək və Ó˜halinin Sosial Müdafiəsi Nazirliyi, Ombudsman Aparatı və BMT-nin Uşaq Fondu ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. Konfransda ölkədə uşaqlara qarşı zorakılığın aradan qaldırılması üçün həyata keçirilmiş tədbirlər və fəaliyyət istiqamətləri barədə məlumat verilib. Çıxışlarda bununla bağlı statistik göstəricilər illər üzrə müqayisəli təhlil olunub. Konfransda uşaqlara qarşı zorakılığın aradan qaldırılmasına dair müzakirələr aparılıb və müvafiq təkliflər irəli sürülüb.

Son illərdə UNİCEF, İnsan Hüquqları üzrə Müvəkkil, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı, Ümidli Gələcək Gənclər Təşkilatı, eləcə də digər yerli və beynəlxalq təşkilatlar tərəfindən aparılan araşdırmalar bir daha təsdiq etmişdir ki, digər dünya ölkələrində olduğu kimi, cəmiyyətimizdə də uşaqlara qarşı müxtəlif növ zorakılıq halları mövcuddur. Məhz bunu nəzərə alaraq, 2011-ci ilin avqust ayında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman), Təhsil Nazirliyinin De-İnstitutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin, OAK Fondunun və Azercell Telecom şirkətinin dəstəyi ilə Ümidli Gələcək Gənclər Təşkilatı tərəfindən “Zorakılıq və cinayətin qurbanı olmuş uşaq və gənclər üçün psixo-sosial reabilitasiya mərkəzi” yaradılıb. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən (Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Sərəncamı, 09 Yanvar 2013), “Sosial Təhlükəli vəziyyətdə olan zorakılıq və cinayətin qurbanı olan uşaqların reabilitasiyası” layihəsi çərçivəsində mərkəz 2013-cü ilin iyun ayından etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişi əsasında Bakı və regionlardan olan uşaq və gəncləri reabilitasiyaya cəlb edərək onların sosial-psixoloji-hüquqi yardımını həyata keçirir. Bu günə kimi mərkəzdə zorakılıq və cinayətin qurbanı olmuş 160-dan çox uşaq və gənc reabilitasiyaya cəlb edilib.

Qeyd olunan sahəyə diqqətin artırılması və 19 noyabr “Uşaqlara qarşı zorakılığın qarşısının alınması Beynəlxalq Gün” kimi qəbul olunduğu, habelə 20 noyabr BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbulu ilə əlaqədar Ombudsman tərəfindən “Uşaq Aylığı” elan edildiyini nəzərə alaraq, 19 noyabr 2013-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) təsisatı, UNİCEF ilə əməkdaşlıqda Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı və Ümidli Gələcək Gənclər Təşkilatı “Uşaqların zorakılıqdan qorunmasında sosial siyasətin rolu” mövzusunda konfrans təşkil etdi.
Bildirək ki, konfransda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri müavini Aynur Sofiyeva, UNİCEF-in Azərbaycan üzrə Uşaq Müdafiəsi Proqramının rəhbəri Ramiz Behbudov, Təhsil Nazirliyinin De-İnstitutlaşma və Uşaqların Müdafiəsi İdarəsi, Dövlət uşaq müəssisələri və alternativ qayğı üzrə iş şöbəsinin müdiri Həbib Kərimov, Səhiyyə Nazirliyinin Baş pediatrı, Elmi-Tədqiqat Pediatriya İnstitutun Direktoru Nəsib Quliyev, Daxili İşlər Nazirliyinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəisi Kamal İmamverdiyev və başqaları iştirak edirdilər.

“Ailələrin problemini uşaq əməyi ilə həll etmək mümkün deyil”

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova tədbiri çıxış sözüylə açdı. Onun sözlərinə görə, bir çox ailələrdə uşaq əməyindən istifadə olunur: “Buna səbəb olaraq da onlar ailənin imkansızlığıbı qabardırlar. Belə olmaz, ailələrin problemini uşaq əməyi ilə həll etmək mümkün deyil”.

Elmira Süleymanova mediada cinayət törədən və ya zorakılığa məruz qalan uşaqların adlarının açıqlanması və ya kimliklərinin bildirilməsinin qeyri-etik və qanundankənar hərəkət olduğunu açıqladı.

“Tərbiyə üsulu olaraq cismani cəzadan istifadə edirlər”

“Azərbaycanda uşaqlara qarşı zorakılıqla mübarizə sahəsində həm dövlət səviyyəsində, həm vətəndaş cəmiyyətində önəmli işlər görülür. İlk növbədə qeyd etmək lazımdır ki, uşaqlara qarşı zorakılıq son zamanlar yüksək sosial statusu əldə edib. Artıq uşaqlara qarşı zorakılıq ayrı-ayrı ailələrin şəxsi məsələsi, bədbəxt hadisə kimi və ya cinayət hadisəsi kimi qəbul edilmir. Bu sosial sistemin dövlət tərəfindən ciddi müdaxiləsini tələb edən bir qüsurudur. Məsələ ilə bağlı dövlətin bir neçə istiqamətdə fəaliyyəti mövcuddur. İlk növbədə bu, uşaqların həyatını və sağlamlığını təmin edəməsinə yönəldilmiş ümumi xarakterli proqramlardır”, -deyə ombudsman bildirdi.

Onun sözlərinə görə, uşaqlara qarşı zorakılığın qarşısının alınması üçün valideyn məsuliyyətinin artırılması və qanunvericilikdə dəyişikliklər edilməsi vacibdir: “Ailədaxili zorakılıqlar 4 formada baş verir: fiziki, psixi, iqtisadi, cinsi. Fiziki zorakılıq ailədə uşaqların tərbiyə etmək adı ilə döyülməsidir ki, ölkəmizdə bir çox ailələr uşaqlara qarşı tərbiyə üsulu olaraq cismani cəzadan istifadə edirlər. Döyməklə uşağı tərbiyə etmək olmaz. Bu, uşaqlarda təcavüzkarlığın yaranmasına səbəb olur. Təsadüfi deyil ki, ailədə zorakılıq cinayətlərinin analizi göstərir ki, cinayətkarların çoxu zorakılığın hökm sürdüyü ailələrdə böyüyüblər. Valideyn övladını kəşf edib öyrənmək əvəzinə, uşağın hər hansı adi hərəkətinə, davranışına dözə bilməyib onu təhqir edərək döyür, bu da nəticədə körpənin aqressiv olmasına və onda psixi xəstəliklərin yaranmasına təkan verir”.

Uşağa qarşı zorakılığın ikinci bir forması kimi E.Süleymanova valideynlər tərəfindən qız uşaqlarının erkən yaşda ailə qurmağa məcbur edilməsini qeyd etdi: “Belə hallar qız uşaqlarının təhsildən yayınmasına, gələcəkdə doğulacaq uşaqların düzgün tərbiyə edilməməsinə və hüquqlarının pozulmasına gətirib çıxarır. Bunun qarşısını almaq üçün qanunvercilikdə müəyyən dəyişikliklərin edilməsinə ehtiyac var. Uşaqlara qarşı zorakılıqla mübarizə aparmaq üçün qaynar xətt xidmətinin mövcuddur. Amma bu problemin həli deyil, bəzi uşaqlar müraciət etməkdən qorxduğu heç kimə sirr deyil. Uşağa qarşı zorakılığın üçüncü forması isə valideynlərin öz maddi tələbatlarını ödəmək məqsədilə azyaşlı övladlarını ağır əməyə məcbur etmələridir. Bu da uşaqların yenə də təhsildən yayınmasına və fiziki inkişafına mane olur. Zorakılığın dördüncü forması olan cinsi istismar bundan bir neçə il öncəsinə qədər ölkəmizdə geniş yayılmamışdı. Lakin son zamanlar mətbuatda uşaqlara qarşı məişət səviyyəsində cinsi zorakılıqlara dair xəbərlərin artması halları müşahidə olunur. Bu da zorakılığın ən pis formasıdır ki, uşaqlarda psixi və fiziki travma ilə nəticələnir”.

“Hər bir uşağın haqqı var ki”¦”

Ombudsman bildirdi ki, uşaqların cinsi istismarı və onlara qarşı seksual xarakterli hərəkətlərin bütün formalarının qarşısını almaq və uşaqları qorumaq üçün lazımı tədbirlər görülməlidir: “Hər bir uşaq yetkinlik yaşına çatmaması baxımından statusunun tələb etdiyi kimi ailəsi, cəmiyyət və dövlət tərəfindən bu cür müdafiə tədbirlərindən yararlanmaq hüququna malikdir. Nəzərə alaq ki, uşaqların cinsi istismarının, xüsusilə də uşaq fahişəliyinin və seksual xarakterli hərəkətlərin bütün formalarının, habelə xaricdə törədilən hərəkətlərin uşaqların sağlamlığına və psixi-sosial inkişafına məhvedici təsir göstərdiyi müşahidə olunur. Uşaqlara qarşı cinsi istismar və seksual xarakterli hərəkətlər həm milli, həm də beynəlxalq səviyyədə narahatlıq yaradan miqyasa çatıb. Və düşünək ki, xüsusilə də həm uşaqların, həm də qanun pozucularının məlumat və kommunikasiya texnologiyalarından istifadə imkanları genişlənib. Belə olan halda uşaqların cinsi istismarı və seksual xarakterli hərəkətlərin qarşısının alınması çətinləşir, buna baxmyaraq onlarla mübarizə aparılmalıdır. Həm də qəti şəkildə bu cinayətin qarşısı alınmalıdır. Uşaqların rifahının və maraqlarının fundamental dəyərlər olduğunu və bu dəyərlərin heç bir ayrı-seçkiliyə yol vermədən qorunmalı olmasını nəzərə almaq gərəkdir”.

“39 uşaq bizə müraciət edib”

E.Süleymanova əlavə etdi ki, dünyanın hər ölkəsində olduğu kimi Azərbaycanda da zorakılığın bütün növü var: “Buna daha çox uşaqlar və əlillər məruz qalır. Bunun qarşısını almaq üçün dövlət komitələri ilə yanaşı bir neçə QHT-lər də fəaliyyət göstərir. Bunlar biri Ümidlə Gələcək Gənclər Təşkilatının “Sosial Təhlükə Vəziyyətdə olan Zorakılığa Məruz Qalmış və Cinayətin Qurbanı olan Uşaqların Reabilitasiya Mərkəzidir. Qeyd edək ki, mərkəz 2011-ci ilin avqustunda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, İnsan Hüquqları üzrə Müvəkkilin, Təhsil nazirliyin De-İnstitutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin, OAK Fondunun və Azercell Telecom şirkətinin dəstəyi ilə yaradılıb. Bu il mərkəzə 39 uşaq müraciət edib. Bunlardan 9-u fiziki, 9-u cinsi, 14-ü emosional və 7-i etinasızlıq zorakılığına məruz qalıb. Mərkəz yarandığı gündən bəri 160-dan çox uşağa xidmət göstərib. Bunlardan 59-u fiziki zorakılıq, 55-i emosional, 34-ü cinsi, 15-i etinasızlıqdır. Statistikada da gördüyünüz kimi uşaqlar daha çox fiziki və emosional zorakılığa məruz qalırlar”.

(Davamı gələn sayımızda)

Ramid
Fotolar müəllifindir

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]