Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Əlillərə sosial baxış yoxdur, sadəcə tibbi baxış var”

“Əlillərə sosial baxış yoxdur, sadəcə tibbi baxış var”
Bölmə :
KİVDF
Yayım tarixi :
19/11/2013 [10:55]
Baxılıb :
1285 dəfə
Fiziki qüsurlu insanların problemləri ictimai müzakirəyə çıxarıldı

“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi (ƏCİİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə, “Əlillərin hüquqlarının müdafiəsinə dair qanunvericiliklə bağlı məlumatlılığının artırılmasının təşkili” adlı layihəsini uğurla həyata keçirməkdədir. Layihənin əsas məqsədi əlilliyi olan şəxslərin (ƏOŞ) hüquqları və ehtiyacları barədə ictimai məlumatlılığın artırılması, Azərbaycan Respublikasının sosial qanunvericiliyi və beynəlxalq konvensiyalar sahəsində hüquqi biliklərinin və hüquqi mədəniyyətin səviyyəsinin yüksəldilməsindən ibarətdir.

Həyata keçirilən layihənin fəaliyyət planına uyğun olaraq 14 noyabr 2013-cü il tarixində Şirvan şəhərində aidiyyəti dövlət orqanlarının rayon şöbələrinin, yerli icra nümayəndələrinin, bələdiyyələrin, əlilliyi olan şəxslərin özlərinin, o cümlədən onların təmsil olunduğu və digər ictimai təşkilatların iştirakı ilə “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair qanunvericiliklə bağlı məlumatlılığının artırılması” mövzusunda dəyirmi masa keçirildi. Burada məlumat verildi ki, bu layihə çərcivəsində əlilliyi olan şəxslərin hüquqi statusunu, reabilitasiyasını, təhsil, əmək, sağlamlığının mühafizəsi, sosial təminat, sosial xidmət və digər hüquqlarını özündə əks etdirən bukletin nəşr edilməsi, onların hüquqları ilə bağlı Bakıda və daha 4 inzibati ərazi vahidində (Gəncə və Şirvan şəhərləri, Abşeron və Qazax rayonları) əlilliyi olan şəxslərin, onların ailə üzvlərinin, əlil təşkilatlarının nümayəndələrinin və müvafiq qeyri-hökumət təşkilatları üzvlərinin iştirakı ilə təlimlərin və ya ictimai müzakirələrin təşkil edilməsi nəzərdə tutulub.

Eyni zamanda layihə müddətində əlilliyi olan şəxslərə, onların ailə üzvlərinə, əlil təşkilatlarının nümayəndələrinə, qeyri-hökumət təşkilatları üzvlərinə və digər insanlara hüquqi yardım göstəriləcək, həmin şəxslərin hüquqları dövlət qurumlarında və məhkəmə orqanlarında müdafiə ediləcəkdir. Bundan əlavə əlilliyi olan şəxslərin hüquqlarına dair qanunvericilik bazasının təhlil edilməsi və müxtəlif sosial məsələlərlə bağlı dövlət proqramların nəzərdən keçirilməsi də qarşıya qoyulan vəzifələr sırasındadır. Həmin şəxslərin hüquqları ilə bağlı qanunvericiliyin araşdırılmasının, sosioloji sorğuların keçirilməsinin, dəyirmi masaların təşkilinin, layihədə nəzərdə tutulan digər fəaliyyətlərin və araşdırmaların nəticəsi olaraq, “Əlilliyi olan şəxslərin hüquqlarının həyata keçirilməsi zamanı meydana çıxan problemlərin aradan qaldırılması və qanunvericiliyin təkmilləşdirilməsinə dair Tövsiyələr” adlı yekun sənəd hazırlanaraq ictimai müzakirəsi keçiriləcək və həmin tövsiyələr baxılmaq üçün müvafiq dövlət orqanlarına təqdim ediləcək.

Layihənin hüquqşünas-eksperti, əmək və sosial təminat hüquqları üzrə tanınmış alim, BDU-nin professoru Mayis Əliyev bildirdi ki, əlilliyi olan şəxslərin hüquqlarına dair qanunvericiliyin müasir vəziyyəti və inkişaf prespektivləri, onların pozulmuş hüquqlarının inzibati və məhkəmə qayadasında müdafiəsi məsələləri barədə hüquqi maarifləndirmə xarakterli məlumatlar verilib, sosial infrastruktur obyektlərinin əlilliyi olan şəxslərin istifadəsinə maneəsiz müyəssər olmasının vacibliyi, aidiyəti dövlət qurumlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyələrin, vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əməkdaşlığının əhəmiyyəti vurğulanmış və tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Tədbirdə MQF-nın Şirvan QHT-lərin Resurs və Təlim Mərkəzinin rəhbəri Əli Mirzəyev, Çernobıl Əlilləri İttifaqı Şirvan şəhər şöbəsinin, Qarabağ Qaziləri Birliyinin Şirvan regional şöbəsinin, “Sağlam mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyinin nümayəndələri və digər şəxslər mövzu ilə bağlı çıxışlar edərək əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişafı baxımından bu kimi tədbirlərin davamlı şəkildə, xüsusilə də regionlarda keçirilməsinə böyük ehtiyac olduğunu bildirdilər. Tədbir iştirakçıları tərəfindən əlilliyi olan şəxslərin hüquqlarının təmini vəziyyəti barədə geniş müzakirələr aparıldı. “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin adı çəkilən layihə çərçivəsində nəşr etdirdiyi əlilliyi olan şəxslərin hüquqi statusu və onların sosial müdafiəsi ilə bağlı ümumi xarakterli qısa məlumatları özündə əks etdirən buklet iştirakçılar arasında paylanıldı.

346 min əlil...

“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin sədri Ramilə Mahmudova bildirdi ki, əlilliyi olan insanlara qarşı xüsusi diqqət, qayğı hər bir kəsin borcu, vəzifəsidir: “Onların cəmiyyətə inteqrasiyasını təmin etmək, mövcud komplekslərindən qurtulmalarına nail olmaq, eləcə də problemlərini həll etmək sağlam insanların qarşısında duran ən vacib məsələlərdən olmalıdır. Unutmaq olmaz ki, onların cəmiyyətdə digər insanlarla bərabər hüquqlu yaşamaq haqqı var və bu onlar üçün çox vacibdir. Qeyd edim ki, bərabər imkanlar cəmiyyətinin əsas prinsipləri ilk dəfə BMT-nin 1993-cü ilin dekabrında qəbul olunmuş əlilliyi olan insanlara bərabər imkanların yaradılması üzrə standart qaydalarında təqdim olunub. “Bərabər imkanların təmin olunması” termini xidmət, fəaliyyət növləri, informasiya və sosial infrastruktur kimi cəmiyyətin müxtəlif sistemlərini və ətraf mühiti hər bir kəs, xüsusən də əlilliyi olan şəxslər üçün müyəssər edən prosesi ifadə edir. Bu gün isə Azərbaycan Respublikasının qanunvericiliyində də ölkədə əlillərin sosial müdafiəsini, reabilitasiyasını təmin edən qanun və dövlət proqramları fəaliyyət göstərir. Əlilliyi olan insanların xoş rifahı naminə qanunvericilik və icra qurumlarında həlli vacib olan amillər və bu sahədə mövcud problemləri müzakirə olunca biləcək məsələlərdir”.

R.Mahmudova Azərbaycanda əlilliyin artması məsələsinə də toxunanaraq dedi ki, 2008-ci ildə 286 min insan əlilliyə görə təqaüd alırdısa, gələn ilə proqnozlaşdırılan rəqəm 346 min nəfər təşkil edəcək. 6 ilə bu rəqəm təxminən 61 min nəfər artıb”.

“İmkanlar məhduddur”

Ramilə Mahmudovanın sözlərinə görə, bu gün əlilliyin sosial müdafiəsində ən başlıca prinsip ünvanlılığın təmin olunması, sosial ədalətin bərpa olunması və əlillər üçün hər cür şəraitin yaradılmasıdır: “Bu gün əlilliyin sosial müdafiəsində ünvanlılığın təmin olunması, sosial ədalətin bərpa olunması və əlillər üçün hər cür şəraitin yaradılmasında uğurlar var. Ancaq problem də yox deyil. Hələ ki, cəmiyyətdə əlillərin kifayət qədər problemləri var. Problemlər əsasən nədən ibarətdir? Birincisi, şəhərin infrastrukturu, yaşayış məskənlərinin, məşğuliyyət və təhsil sahələrinin, eləcə də başqa sahələrin əlilliyi olan insanlar üçün uyğun olmamasıdır. Məsələn, görma qabliyyətini itirmiş insan üçün arzuolunan səviyyədə şərait yaradılmayıb. Tutaq ki, əlilin yaşadığı mənzildən harasa getməsi əksər hallarda qeyri-mümkündür. Şərait yoxdur. İmkanlar məhduddur. Yaşayış binasında liftlər, küçələrdə səkilər əlillərin hərəkəti üçün uyğunlaşdırılmalıdır.
Ölkənin qanunvericilik bazasında qanunvericiliyin bu gün ilkin bəzi institutları müəyyənləşib, çərçivə qanunlarımız var. Yəni həmin qanunlarda əlillərin sosial reabilitasiyası, sosial müdafiəsi haqqında maddələr olmaqla qanunvericiliyin mövcud ümumi bazası əlillərin sosial müdafiəsinə xidmət edir. Ümumiyyətlə, dövlət elə qanunlar qəbul etməlidir ki, insan özü özünü müdafiə edə bilsin.
Biz əlillərin sosial müdafiəsindən danışarkən məmur-vətəndaş təmasına da xüsusi toxunmalıyıq. Çünki bu da vacib məsələlərdən biridir. Məsələn, görülən son işlərdən biri elektron xidmətlərə çıxışın təmin edilməsidir. Adamların müavinətləri xüsusi bankomatlar vasitəsi ilə ödənilir. Beləliklə, məmurla vətəndaşın kontaktı qismən azaldılıb”.

“Dövlət onların sosial təminatı ilə məşğuldur”

İctimai Birlik rəhbərinin sözlərinə görə, əlillərə cəmiyyətdə sosial baxış təmin olunmalıdır: “Təəssüf ki, fiziki məhdudiyyəti olan insanlarımıza ancaq tibbi baxış var, sosial baxış yoxdur. Yəni bu insanlara xəstə kimi baxılır. Nəticədə onların təhsil alması, idmanla məşğul olması, məşğuliyyəti və asudə vaxtının təşkili üçün manelər yaranır. İstər-istəməz əlilliyi olanlara xəstə kimi yanalaşılması arzuolunan deyil. Son illərdə cəmiyyətdə əlillərə olan sosial baxışın təmin olunması istiqamətində fəaliyyət hiss olunur. Dəyişilik olacaq, qanunvericlikdə də bunlar nəzərə alınıb. Qarabağ əlilləri, şəhid ailələri, Çernobil əlillərinə dövlət tərəfindən təmanasız olaraq mənzillər verilir, ya da yaşayış sahəsi yaxşılaşdırılır. Əlillərin hərəkət etmələri üçün nəqliyyat vasitələri ilə təmin olunurlar. Eləcə də, bütün kateqoriyadan olan əlilliyi olan insanlar dövlət tərəfindən protezlə, tibbi avadanlıqlarla təmin olunurlar. Həmçinin nəqliyyat vasitələri ilə, əlil arabaları ilə təmin olunurlar. Dövlət onların sosial təminatı ilə məşğuldur.

Qeyd edim ki, son illərdə ölkəmizin iqtisadi həyatında mühüm nailiyyətlərin əldə edilməsi ilə yanaşı, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ölkədəki davamlı tərəqqi ən çox sosial müdafiəyə ehtiyacı olan təbəqənin zəruri tələbatlarını ödəmək üçün yeni imkanlar yaradır. Bu baxımdan, əlil ailələlərinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması dövlət siyasətində mühüm yer tutur”.

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]