Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Ünvanlı sosial yardımın məbləği artırıla bilər?

Ünvanlı sosial yardımın məbləği artırıla bilər?
Bölmə :
KİVDF
Yayım tarixi :
15/11/2013 [11:21]
Baxılıb :
1538 dəfə
Azay Quliyev: “Bu vəsait hesabına vətəndaşların özlərinə kiçik sahibkarlıq fəaliyyəti qura bilməsi üçün fondlar yaradılmalıdır”
Qənirə Paşayeva: “Ünvanlı sosial yardım verilərkən, əlillik müavinətləri ailə qazanclarının üzərinə hesablanmamalıdır”

Millət vəkili Azay Quliyev Parlamentin 2014-cü ilin dövlət büdcəsi müzakirələrinə həsr olunmuş dünənki iclasında bildirib ki, müzakirə olunan büdcə layihəsini iki mühüm cəhətdən müsbət qiymətlənidirir: “Bunlardan birincisi odur ki, büdcədə qeyri-neft sektorunun payı artır. İkincisi isə paytaxt Bakı ilə regionlar arasında disbalans aradan qalxır və regionlara artırılan subsudiyalar artır” .

Deputat ünvanlı sosial yardımın verilməsi ilə bağlı təkliflər də verib: “İl ərzində ünvanlı sosial yardımlara 200 milyon manat xərclənir. Biz təkcə pul verməklə kifayətlənməməli, bunun effetkivliyini düşünməliyik. Bir çox insanlar pulu ona görə alırlar ki, iş tapa bilmirlər. Bu vəsaiti daha rasional istiqamətə yönəltməli, ayrılan vəsaitlərin sayəsində vətəndaşların özlərinə kiçik sahibkarlıq fəaliyyəti qura bilməsi üçün fondlar yaratmalıyıq”.

A.Quliyev sosial xidmətlərin dövlət tərəfindən deyil, qeyri-kökumət təşkilatları vasitəsilə həyata keçirilməsi təklifi ilə də çıxış edib. Millət vəkilinin sözlərin görə, mənzil və kommunal təsərrüfat xidmətlərini həyata keçirən qurumlar öz işinin öhdəsindən gələ bilmir: “Buna görə də təkilf edirəm ki, bu qurumların fəaliyyəti dayandırılsın və səlahiyyətləri bələdiyyələrə verilsin. Bu, yerli özünü idarəetmə orqanlarının büdcəsinin artmasına və inkişafına səbəb olacaq”.
Deputat sonda bildirdi ki, Şirvan şəhərində yüzlərlə ailə evsizdir və elə ailələr var ki, barak tipli evlərdə yaşayırlar. Ancaq rayon İcra Hakimiyyətində bu problemi həll etmək üçün imkan yoxdur: “Maliyyə nazirindən xahiş edirəm, bu məsələni araşdırsın və heç olmasa əlillər üçün 100 mənzilli binanın tikintisi həyata keçirilsin”.
Onun həmkarı Qənirə Paşayeva da hökumətə Qarabağ müharibəsi əlillərinin mənzil probleminin həllini sürətləndirmək üçün gələn ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin artırılmasını təklif edib.

“Qarabağ müharibəsi əlillərinə tikilən evlər üçün vəsatin miqdarı artırılsın”

Millət vəkili Q.Paşayeva 2014-cü ilin dövlət və icmal büdcəsi layihəsinin parlamentin komitələri səviyyəsində müzakirəsi zamanı, hökumət üzvlərinə gələn ilin dövlət büdcəsində Qarabağ müharibəsi əlilləri üçün fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmuş vəsatin artırılmasını təklif edib: "Artıq iki ildir ki, Qarabağ müharibəsi iştirakçıları üçün fərdi yaşayış evləri tikilmir. Qarabağ müharibəsi əlillərinin ev ilə təmin edilməsi zamanı kənd yerlərində yaşayan əlillərə öz torpaq sahələrində, torpaq sahələri olmayanlara isə müvafiq qurumların torpaqla təmin edilməsi və həmin torpaq sahəsində ev tikilməsi daha önəmlidir. Çünki kənddə yaşayan və ailəsi təsərrüfatla məşğul olan Qarabağ müharibəsi əlilinə rayon mərkəzində ev verilməsindənsə yaşadığı ərazidə ev tikilməsi daha məqsədəuyğundur".

“Yüzlərlə Qarabağ müharibəsi əlili evsizdir”

Qənirə Paşayeva hökumətə gələn il üçün kənddə yaşayan və fərdi ev tikilməsini arzu edən Qarabağ əlillərinin mənzil problemini həll etmək istiqamətində büdcədən ayrılan vəsaitin artırılmasını təklif edib. Deputat hazırda yüzlərlə Qarabağ müharibəsi əlilinin hələ də evsiz olduğunu qeyd edərək bu problemin sürətli həlli istiqamətində gələn ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitin artırılmasını təklif edib: "2008-2013-cü il dövlət proqramında Qarabağ müharibəsi əlillərinin evlə təminatının başa çatdırılması nəzərdə tutulsa da, istər şəhərlərdə, istərsə də kəndlərdə yüzlərlə Qarabağ müharibəsi əlili ev növbəsindədir və onların mənzil probleminin tezliklə həll olunması istiqamətində işlərin sürətlənməsinə böyük ehtiyac var".

“Müavinətlər ailənin qazancı kimi hesablanmamalıdır”

Q.Paşayeva ünvanlı sosial yardımın təyini zamanı ailədəki əlillərin aldığı müavinətlərin ailənin qazanc bölməsinə aid edilməməsinə və bölgələrdə bankomatların sayının artırılmasına da çağırıb. O, Milli Məclisdə Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il üçün büdcəsi müzakirəsi zamanı əhalinin kasıb təbəqəsinə verilən ünvanlı sosial yardım zamanı, ailəsində əlil olan insanların dövlət tərəfindən aldığı müavinətin ailənin qazancları içərisində hesablanmamasını hökumətdən xahiş edib: “Bu, çox önəmli məsələdir ki, dövlətimiz yoxsul, kasıb ailələrə dəstək göstərmək üçün onlara ünvanlı sosial yardım verir. Ünvanlı sosial yardım verilən zaman ailənin qazancının ölkə üzrə yaşayış minimumundan az olması əsas şərtlərdən biridir. Çox təəssüf ki, əlillərin aldığı əlillik müavinətləri ailənin qazancına daxil edilir, bu da bir sıra kasıb ailələrin ünvanlı sosial yardım əldə edə bilməməsinə yol açır. Nəzərə almalıyıq ki, dövlətimiz əlillərə müavinəti onların dərman və müəyyən ehtiyaclarını ödəmək üçün verir və həmin vəsait əlillərin özlərinin ehtiyaclarını ödəməyə ancaq yetir. Ona görə də onların əlillik müavinətlərinin ünvanlı sosial yardımın verilməsi üçün ailə qazanclarının üzərinə hesablanmasını ləğv etmək vacibdir. Özəlliklə ilk öncə birinci qrup əlillər üçün, belə ki, onların problemləri daha çoxdur. İlk olaraq I qrup əlillərin ailələrindən başlayaraq bu addımı atmağımız çox önəmlidir. Hesab edirəm ki, bu, ölkənin yürütdüyü sosial siyasətə də uyğun olaraq humanist bir addım olardı. Bu səbəbdən hökumət üzvlərini və aidiyyəti qurumları ünvanlı sosial yardıma ehtiyacı olan və ailələrində əlil olan insanlar üçün əlillərin aldığı müavinətin ailə qazancları içərisinə daxil edilməməsi məsələsini həll etməyə çağırıram”.

“Təkliflər qəbul edilsə belə...”

“Qarabağ Əlilləri və Veteranları” Cəmiyyəti İctimai Birliyi Nəsimi rayon şöbəsinin sədri, ikinci qrup Qarabağ müharibəsi əlili Əhməd Rəhmanov deyir ki, millət vəkillərinin təklifləri qəbul edilsə bələ, həyata keçirilməsində nöqsanların olması qaçılmaz olacaq: “Millət vəkillərinin çıxışı arzuolunandır Amma.. Bu neçə vaxtdı artıq müharibə əlillərinin çoxu öz hesabına ev alıb, şəraitləri pis də olsa, evləri var. Başının üstündə damı var, bundan istifadə edib yerli icra orqanlarında bu insanları ev növbəsindən silib, ya da heç götürməyiblər. Bu məsələləri də həll etmək lazımdır. Təkliflər qəbul edilsə belə, qaydaların necə yerinə yetirilməsi məsələsi də problemdir”.
Əhməd Rəhmanovun sözlərinə görə, Qarabağ müharibəsi əlillərinin əksəriyyəti onlara verilən torpağı satıb: “Torpaq alanlar arasında torpağı satanlar olub, hətta satdığı torpağı başqasının adına keçirən də olub. Məsələn, bunlar da deyəcəklər ki, bizim torpaq sahəmiz yoxdur, bəs onlar da bu güzəştdən istifadə etsinlər? Belə olan halda icra hakimiyyəti qurumları ilə torpağını alıb-satanlar arasıdna alver baş verəcək. Yenə də torpağı və evi olmayan vətəndaşlar dövlətin verdiyi bu güzəştdən istifadə edə bilməyəcəklər”.
Həmsöhbətimiz deyir ki, o, ev almaq üçün Abşeron Rayon İcra Hakimiyyətinə müraciət edib, ancaq qeydiyyata götürülməyib: “Mənə deyildi ki, mənim qalmağa evim olduğu üçün, mənə ev verilməyəcək. Mənim qaldığım evi qaynatam alıb, ev də həyat yoldaşımın adınadır. Mənim qeydiyyatda olduğum ev ata evimdir, hansı ki, bu evdə anam yaşayır və bu evdə Qarabağ müharibəsi veteranı olan qardaşım da qeydiyyatdadır. Yəni iki müharibə iştirakçısı bir mənzildə qeydiyyatdadır. Buna baxmayaraq bizə mənzil verilmir. Mənə deyilir ki, başının üstünü örtən bir şey varsa, ev verilmir”.

“Sadəcə müavinətdən istifadə etmişəm”

Əhməd Rəhmanovu bildirir ki, əlillərə olan güzəşt və imtiyazlardan bu günə qədər ancaq müavinətdən istifadə edib: “Əlillərə güzəşt və imtiyazları müəyyənləşdirən qanunvericilik var. Cəmiyyətimizdə sağlamlıq imkanları məhdud insanların rahat həyat sürmələrini təmin etmək məqsədilə bir çox layihələr, dövlət proqramları həyata keçirilir. Azərbaycan Respublikası qanunvericiliyində əlilliyi olan şəxslər üçün kifayət qədər güzəşt və imtiyazlar nəzərdə tutulub. Qanunvericiliklə müəyyən edilmiş qaydada əlillərin və sağlamlıq imkanları məhdud uşaqların dövlət tibb müəssisələrində büdcə vəsaiti hesabına pulsuz ixtisaslı tibbi xidmətdən istifadə etmək və sanatoriya-kurort müalicəsi ilə təmin olunmaq hüququ var.
“Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası qanununda bildirilir ki, əlillərə tibbi xidmət göstərilməlidir. Əlillərə dövlət tibb müəssisələrində büdcə vəsaiti hesabına pulsuz ixtisaslı tibbi xidmət göstərilməsinə zəmanət verilir. Əlillər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada ambulator-poliklinika müəssisələrində və apteklərdə müstəsna xidmətdən istifadə etmək, eyni zamanda sanatoriya-kurort müalicəsi ilə ilk növbədə təmin olunmaq hüququna malikdir. Qanunla əlillərin işə düzəldilməsi üçün şərait yaradılmalıdır. Müharibə əlilləri nəqliyyat vasitələri ilə təmin olunmalıdırlar. Əlillərə mənzil-məişət şəraiti ayxşılaşdırılmalıdır.
Mən əlillərə olan güzəşt və imtiyazlardan yalnız müavinətdən istifadə etmişəm. Başqa güzəşt və imtiyazlardan istifadə etməyə imkan olmayıb. Nə mənzil, nə də torpaq verilməyib. Eləcə də avtomobil verilməyib. Pulsuz tibbi xidmətdən də istifadə edə bilməmişəm”.

“Bütün addımlar atılmalıdır ki...”

Həmsöhbətimiz millət vəkili Qənirə Paşayevanın ünvanlı sosial yardımın təyini zamanı ailədəki əlillərin aldığı müavinətlərin ailənin qazanc bölməsinə aid edilməməsi və bölgələrdə bankomatların sayının artırılmasına yönəlik çağırışını arzuolunan hesab edir: “Qarabağ müharibəsi ailələrin sosial durumu aşağı səviyyədədir. Bu statusa malik olan insanlar aztəminatlı vətəndaşlar, ailələr hesab olunurlar. Arzuolunandır ki, əlillərin həyat şəraiti yaxşılaşdırılsın, bunun üçün gərəkən bütün addımlar atılsın”.

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]