Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

3600 vətəndaşımızı “sümürən” bəla”¦

3600 vətəndaşımızı “sümürən” bəla”¦
Bölmə :
KİVDF
Yayım tarixi :
14/11/2013 [12:01]
Baxılıb :
1794 dəfə
Azərbaycanda QİÇS fəlakəti və bu xəstəliyin qurbanlarının durumu müzakirəyə çıxarıldı

Dünən HİV-lə yaşayan insanların hüquqlarının təminatı ilə bağlı hazırkı vəziyyətə dair ictimai müzakirə keçirildi. Hazırda bütün bəşəriyyəti narahat edən problemlərdən biri də hər yerdə "SPİD" adlandırdığımız qazanılmış immun çatışmazlığı sindromu - QİÇS-lə mübarizədir. Bu qorxulu xəstəliyi virus törədir. Xəstəliyin beynəlxalq işarəsi AİDS-dir (ing: Acquired Immune Deficiency Syndrome). 

Qeyd edək ki, Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) İİV (İnsanda İmmunçatışmazlığı Virusu) infeksiyası fonunda inkişaf edən və CD4+ limfositlərinin (leykosit növü) azalması ilə xarakterizə olunan, mahiyyəti etibarilə İİV infesksiyasının son mərhələsidir. QİÇS-in təzahir formaları özünü çoxsaylı opportunistik yoluxucu və qeyri-yoluxucu xəstəliklərlə biruzə verir. Sadə şəkildə desək, bu virusa yoluxmuş insanların immun-müdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulurlar. Bu xəstəliklər ölümlə nəticələnir

Xəstəliyin hazırda letallıq göstəricisi 100 faizdir. QİÇS zamanı ölüm ya opportunist infeksiyalardan, ya da bəd xassəli şişlərdən və onların yayılmasından (metastazvermə) baş verir. QİÇS xəstəliyinə yoluxma əsasən 3 yolla baş verə bilir: Cinsi yolla - xüsusilə də, paraseksual (qeyri-təbii) əlaqələr zamanı.

Damardaxili inyeksiyalar yolu ilə - narkomanlar tərəfindən narkotik maddələrin damar daxili qəbulu zamanı; içərisində virus olan qanın və ya qan preparatlarının sağlam adama köçürülməsi zamanı; virusla infeksiyalaşmış iynə ilə sağlam adama damardaxili inyeksiyalar zamanı və s.

Transplasentar yolla - xəstəliyin xəstə anadan bətndaxili dövrdə cift vasitəsilə dölə keçməsi. Xəstə anadan uşağa bu xəstəlik laktasiya yolu ilə də keçir.Ümumiyyətlə QİÇS xəstəliyi kişilərdə qadınlara nisbətən 15-20 dəfə çox rast gəlinir. Narkomanlar isə homoseksuallardan sonra ikinci yeri tuturlar - 20-25 faiz. Bundan sonra isə xəstəlik hemofiliyalı xəstələrdə və digər qan resipientlərində, təsadüfi heteroseksual əlaqələrdə olan şəxslərdə və s. rast gəlinir. Təxminən 6% hallarda isə infeksiyanın yoluxma mənbəyi aşkar oluna bilinmir (kriptogen).

QİÇS-lə xəstə şəxslərdə və eləcə də virusdaşıyıcılarda bu xəstəliyin virusları ən çox qanda, spermada, beyin daxili likvorda olur. Orqanizmdə olan digər maye və ifrazatlarda, o cümlədən də ağız suyunda, göz yaşlarında, vaginal sekret mayesində HİV-viruslar (HİV-Human İmmunodeficiency Virus, yəni İİV-İnsan İmmunçatışmazlıq Virusu) çox az rast gəlinir. İmmun sistemin virus mənşəli infeksion xəstəliyi olan QİÇS immun sistemin tam depressiyasına, şərti-patogen (məsələn, pnevmosist pnevmoniya) infeksiyalara qarşı orqanizmin ümumi müqavimətinin kəskin zəifləməsinə, onkoloji xəstəliklərin (məsələn, Kapoşi sarkoması) inkişafına və s. bu kimi ağır vəziyyətlərə gətirib çıxarır ki, bütün bunlar da ölümlə nəticələnirlər. QİÇS hal-hazırda praktik olaraq dünyanın bütün ölkələrində var və böyük sürətlə də artmaqda davam edir. Belə hesab edilir ki, hər il yoluxmuş və xəstə şəxslərin sayı 2 dəfə artır.

Xəstəliyin nozologiya cəhətdən adı əslində HİV infeksiyadır. QİÇS isə bu infeskiyanın sonunda, onun ağırlaşması və son nəticəsi kimi meydana çıxan bir əlamətdir. Lakin bu infeksiyanın ilk dəfə öyrənildiyi vaxtdan etibarən onun adına QİÇS deyildiyi üçün bu günə qədər də bu xəstəliyin adlandırılmasında bu termindən istifadə edilir. Belə güman edilir ki, xəstəlik XX əsrin 50-ci illərində Mərkəzi Afrikada başlanmış və yeni mutant virus yerli əhaliyə meymunlardan keçmişdir. Afirkadan isə xəstəlik Haiti adalarına, sonra isə Amerika və Qərbi Avropaya yayılıb. Xəstəlik ilk dəfə 1981-ci ildə ABŞ-da homoseksualistlər arasında aşkar olunub.

“Bilik virusa qarşı yeganə vaksindir”

Mətbuat konfransında bildirildi ki, HİV/AİDS problemi son dərəcə aktual problemlərdən biridir. "Gender və Tərəqqi" Maarifləndirmə İctimai Birliyinin sədri Kamran Rzayev bildirir ki, hal-hazırda dünyada epidemiyanın inkişafı tendensiyası təhlükəlidir: “Epidemiya ilk növbədə ona görə artır ki, bizlərin bir çoxu HIV/AIDS-in hər birimizə aid olması haqqında düşünmür və özümüzü və yaxınlarımızı qorumaq üçün heç bir tədbirlər görülmür. HİV epidemiyası bu gün ölkəmizdə əhalinin bütün sosial təbəqələrinə toxunur və bilavasitə sənə, sənin partnyoruna, qohumuna, dostuna, tanışına, sinif və iş yoldaşına aiddir. Bütün bu ciddiliklərə baxmayaraq, bu problemləri və epidemiyanı dayandırmaq mümkündür və hər birimiz bu problemin həllinin bir hissəsi ola bilərik. Hər birimiz HİV haqqında düzgün informasiya almaq seçimini edə bilərik - bugünkü gün bilik virusa qarşı yeganə vaksindir. HİV, onun profilaktikası və müalicəsi haqqında əsas informasiyaya malik olmaq və anlamaq özümüzdən başlayaraq epidemiyanın artım tempinin aşağı salınması və HİV-lə yaşayan insanlara səbrli münasibətin formalaşmasına şərait yaradacaq qərarların qəbul edilməsi üçün imkan yaradacaqdır. Bir neçə faktlar haqqında məlumata sahib olmaq və onları anlamaq minlərlə və milyonlarla insan həyatını xilas edə bilər”.

Kamran Rzayev deyir ki, milli adət-ənənələrimiz, dini qaydalarımız xəstəliyin xeyli müddət qarşısını ala bilmişdi. Lakin müasir gənclərimizin bu adət-ənənələri unutması, respublikamıza xarici vətəndaşların axını və s. xəstəliklə mübarizəyə daha ciddi yanaşılmanı tələb edir.

“Bu, insanın immun sistemini parçalayan infeksion xəstəlikdir”

Qlobal Fondun Azərbaycan nümayəndəliyindən Sevinc Topçubaşova bildirdi ki, immun çatışmazlığı virusunun törətdiyi infeksiya uzunmüddətli gedişə malik olub, bir neçə müxtəlif mərhələdən ibarətdir: “Elə buna görə alimlərin əksəriyyəti bütün xəstəliyi “İİV (insanın immun çatışmazlığı virusu) infeksiyası” termini ilə ifadə etməyi vacib sayır. QİÇS epidemiyasını pandemiya adlandırmağa başlayıblar ki, bu da əslində infeksiyanın bütün yer kürəsinə yayıldığını göstərir. Son zamanlar xəstəlik daha intensiv yayılaraq, epidemioloji mərkəz artıq Asiyada yerləşmək ərəfəsindədir. Bu bizi daha çox narahat etməlidir. Seksual kontaktları olmayan, eləcə də normal sağlam cinsi həyat tərzi keçirən və bir cinsi partnyoru olan, intim həyatda qarşılıqlı sədaqəti qoruyan şəxslər QİÇS xəstəliyindən xeyli qorunmuş olur. Xəstəliyin yoluxma yollarını və onlardan qorunma tədbirlərini bilən, əməl edən şəxslər də QİÇS virusları ilə yoluxmurlar”.

Mütəxəssisin sözlərinə görə, QİÇS insanın immun sistemini parçalayan infeksion xəstəlikdir: “İmmun sistem orqanizmin müxtəlif infeksion xəstəlik törədicilərindən və yad maddələrdən müdafiəsini təmin edən reaksiya və mexanizmlərinin məcmusudur. İnsan orqanizmində bu funksiyam yerinə yetirən timus vəzi, sümük iliyi, limfa düyünləri, dalaq, qaraciyər və s. orqanlardır. İmmun sistemin mühüm hüceyrələri limfositlər, makrofaqlar və monositlərdir. Sinir sisteminin hüceyrələri də QİÇS törədicilərinə qarşı çox həssasdır. İİÇV bilavasitə qaraciyər, ürək, sümük və başqa orqanların hüceyrələrini zədələyir. QİÇS virusu seçici surətdə, xüsusən limfositləri zədələdiyindən, onlar orqanizmi xarici və daxili düşmənlərdən - infeksion xəstəlik törədicilərindən qorumaq funksiyasını yerinə yetirə bilmir. Nəticədə adi halda insan orqanizmi üçün təhlükəli olmayan mikroorqanizmlər ölümlə nəticələnən infeksiyaların inkişafına səbəb olur. Eləcə də pozulmuş immun sistemi fonunda bədxassəli şiş hüceyrələri zərərsizləşdirilmir və sürətlə artıb çoxalır ki, bu da təhlükəli bədxassəli şişlərin artmasına səbəb olur”.

O qeyd etdi ki, QİÇS-ə yoluxmuş bir çox şəxslər qısa müddət ərzində xəstələnir və ölürlər: “Digərləri isə uzun illər virusgəzdirici kimi yaşayırlar. QİÇS virusu ilə yoluxduqdan sonra inkubasiya dövrü (gizli dövr) 3-6 həftə çəkir. Sonra xəstəliyin kəskin mərhələsi başlanır. Xəstəliyin əsas əlamətləri: titrətmə, angina, limfa düyünlərinin böyüməsi, dəridə səpgilər və s. Sonra əlamətlər keçib gedir, xəstə virusgəzdirici kimi sağlam adamlardan seçilmir. Növbəti mərhələdə boyun, qoltuqaltı, dirsək və s. limfa düyünlərinin böyüməsi, bəzi xəstələrdə titrətmə ola bilər. Sonrakı mərhələdə isə xəstəliyə aid olmayan əlamətlər özünü büruzə verir: qızdırma, çox arıqlama, ümumi zəiflik, iş qabiliyyətinin və yuxunun pozulması və s. QİÇS ikincili infeksiyalar və bədxassəli şişlərlə müşayiət olunur və ölümə səbəb olur. Göstərilən əlamətlər hər bir şəxsi İİÇV infeksiyasından şübhələnməyə və müayinəyə vadar etməlidir”.

Azərbaycanda vəziyyət

Sevinc Topçubaşovanın sözlərinə görə, Azərbaycanda HİV-ə yoluxma səviyyəsinin göstəricisi digər ölkələrlə müqayisədə aşağıdır və bu problem daim Səhiyyə Nazirliyinin nəzarətindədir: “HİV infeksiyasına yoluxma daha çox narkotik istifadəçiləri arasında geniş yayılıb. Belə ki, HİV yoluxması aşkar olunmuş 330 nəfərdən 210-unda yoluxma məhz narkotik istifadəsi nəticəsində yaranıb. Azərbaycanda 2009- cu ilin 9 ayı ərzində HİV- ə yoluxmuş 330 şəxsdən 319-u Azərbaycan vətəndaşi, 11 nəfəri isə əcnəbi vətəndaşıdır. Qeydiyyata alınmış 319 Azərbaycan vətəndaşından 277-si kişi, 42-si isə qadındır. Bu dövr ərzində AİDS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 59 nəfər vəfat edib. HİV- ə yoluxmuş Azərbaycan vətəndaşlarından 98 nəfəri respublikadan kənarda yoluxub. Qeyd etmək lazimdir ki, Azərbaycanda HİV infeksiyası ilk dəfə 1987 ci ildə aşkar edilib.

Azərbaycanda ilk dəfə olaraq 08.11.2006-cı il tarixdən etibarən HİV-ə yoluxmuş insanlar Səhiyyə Nazirliyi tərəfindən pulsuz qaydada Respublika QİÇS-lə Mübarizə mərkəzində antiretrovirus preparatları ilə müalicəyə cəlb olunub. Bu müalicədə 287 nəfər iştirak edir. Respublikada AİDS problemi ilə əlaqədar ictimai və beynəlxalq təşkilatlarla əməkdaşliq davam edir”.

“Artıq xaricdən maliyyə gəlməyəcək”

Kamran Rzayev sonda əlavə etdi ki, 2012-ci ilin statistikasına əsasən, Azərbaycanda 3600 nəfər HİV-ə yoluxub: “Bu o demək deyil ki, ölkədə HİV-ə yoluxanların sayı bu qədərdir. Qeydiyyatdan keçməyən xəstələr də var. Hansı ki, bizim təşkilat bu xəsətələrlə işləyir, onları müalicə edirik. Bu şəxslərə xəstə olduqlarını bildiririk, maarifləndiririk. Biz QHT olaraq bu təbirləri Qlobal Fondun maliyyə dəstəyi əsasında həyata keçiririk. Layihənin vaxtı 2015-ci ilə qədərdir. Layihə üçün 12 milyon vəsait ayırılıb. Daha xaricdən bu məsələ ilə bağlı pul ayırılmayacaq. Ölkədə bu xəstəlikdən əziyət çəkən insanların olduğunu düşünərək Nazirlər Kabinetinə, Səhiyyə Nazirliyinə və Qeyri-Hökumə Təşkilatlarına Dövlət Dəstəyi Şurasına müraciət edəcəyik. Müraciətdə xəstəliyin qarşısının alınması üçün görülə biləcək işlərdən və bunun üçün gərək olan maliyyədən söz açılacaq”.

Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]