Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

BP üzərində qurulmuş iqtisadiyyat

BP üzərində qurulmuş iqtisadiyyat
Bölmə :
Sosial-İqtisadi
Yayım tarixi :
7/8/2012 [11:44]
Baxılıb :
968 dəfə
Azərbaycan neftdən yox, Britaniya şirkətindən asılı vəziyyətə düşüb

Azərbaycanda sənaye məfhumu gündəmə gələndən (XIX əsrin II yarısı) onun lokomotivi rolunda neft sektoru çıxış edib. Maraqlıdır ki, əməklə kapital arasında münasibətlərin formasının dəyişməsindən asılı olmayaraq, neftin iqtisadiyyatımızda dominantlığı həmişə saxlanılıb: çar Rusiyası dövründə də, Azərbaycan Demokratik Cümhuriyyəti zamanı da, Sovet Azərbaycanı illərində də və nəhayət, Azərbaycan Respublikasında da. Sanki tarixi bir ənənəni qoruyub saxlayırıq - neftdən asılılıq ənənəsini. Azərbaycan rəhbərliyi hökumət qarşısında 2020-ci il üçün neftdən asılılığı az qala 2 dəfədən də çox azaltmaq kimi çətin tapşırıq qoyub. Əgər nəzərə alsaq ki, 2012-ci ilin dövlət büdcəsinin formalaşdırılmasında neft gəlirlərinin ümumi payı 73% təşkil edir (bunun təkcə 63%-ə yaxını Neft Fondundan transferlərin payına düşəcək), onda həqiqətən bu vəzifənin öhdəsindən gəlməyin ağırlığı aydın olar.

Düzdür, demək olar ki, hökumətin hər rüb dövlət başçısının yanında keçirilən iclaslarında xüsusilə vurğulanır ki, Azərbaycanda neft sektorunda azalma müşahidə edilir və bunun əksi olaraq qeyri-neft sektorunda, xüsusən də kənd təsərrüfatında çox yüksək inkişaf templəri qeydə alınır. Əslində bu sadəcə statistikadır və Azərbaycan reallığında kənd təsərrüfatının istənilən sahəsində Dövlət Statistika Komitəsinin «dili ilə» xarüqələr yaratmaq elə də çətin iş deyil. Kimdir kəndlinin sahəsindəki kartofun uçotunu aparan və ya neçə ton üzüm, alma, xurma yığması barədə sənədləşmə aparan? Bəlkə internet-sorğu keçirirlər? Ona görə də real vəziyyətin görüntüləri əslində fərqlidir. Əgər regionlarda bu qədər artım qeydə alınırsa, onda sual olunur, nədən Azərbaycanın heç bir rayonu özünü dolandıra bilmir və ya Mərkəzdən aldığı dotasiyanı o artıma uyğun şəkildə azaltmır? İkincisi, kənd təsərrüfatı Azərbaycanda neçə illərdir ki, belə inkişaf templəri göstərirsə, onda ölkəyə idxal edilən ərzaq malları niyə azalmır? Üçüncüsu, bu tempdə inkişafın qarşılığında Azərbaycan kəndlisinin son 5 ildə iş şəraiti hansı səpkidə dəyişib? Məsələn, Avropanın ən kasıb aqrar ölkəsi olan Bolqarıstanda fermerlər təsərrüfatda işləyən işçilər üçün adətən 2 təkərli vaqon alırlar: birin istirahət otağı kimi istifadə edilir, o biri yemək otağı kimi. Bu, elementar iş şəraitidir. Azərbaycanın hansı nümunəvi fermer təsərrüfatında buna bənzər iş şəraiti qurulub. Bəlkə Azərbaycanda fermerlər yüksək gəlir əldə edərək özlərinə ofis açıblar, kompüter alaraq internetə qoşulublar və kənd təsərrüfatına dair son məlumatları (məsələn, çəyirtkə ilə mübarizənin yeni üsulları) sosial şəbəkələrdə bölüşürlər, dolu təhlükəsi yaranan zaman isə smartfonları vasitəsilə Twitter-dəki mikrobloqlarında ətraf rayonların fermerlərini xəbərdar edirlər.

Əslində indiyə qədər qeyri-neft sektoruna bu qədər xərcləmələr nəticəsində Azərbaycan fermerinin ümumi siması heç olmasa Adriano Çelentanonun 32 il bundan əvvəl yaratdığı Elio adlı italyan fermerinin imkanlarının yarısı qədər olmalıydı. 

Yəni, inkişafa bu prizmadan yanaşmasan, heç 2030-cu ildə, yəni Azərbaycanda indikinə nisbətən «bir ovucluq» neft qalan vaxtı da iqtisadiyyatın neftdən asılılığını aradan qaldırmaq mümkün olmayacaq. Çünki artım statistikaya kömək etməməlidir (bu, Sovet dövrünün planını doldurub 13-cü əmək haqqı, mükafat, urusetə sanatoriyalara 20%-lik güzəştlə dincəlmək imkanı qazanmaq və sair demək deyil), ilk növbədə keyfiyyətli məhsuldar qüvvələrin formalaşmasına xidmət etməlidir ki, bunun nəticəsində də ölkənin ümumi inkişafı baş versin. Məhz bu proses nəticəsində ixtisaslı, biliklərə yiyələnmiş, özünü müəyyən sahədə təsdiq etmiş şəxslər nəticəsində istənilən sahəyə yeni texnologiyalar da ayaq açır, əmək məhsuldarlığının da atması baş verir və şəhərlərə axının da qarşısı alınır. Buna deyirlər, kəmiyyətdən keyfiyyətə keçmə prosesi.

Mono asılılıq

Ancaq iş burasındadır ki, Azərbaycanda nədənsə həmişə iqtisadiyyatın neftdən asılılıq məsələsindən danışıblar. Və bu problemin xırdalıqlarını çözələməyiblər. Bəla burasındadır ki, Azərbaycan iqtisadiyyatı faktiki olaraq bu gün neftdən asılılığı qədər də, bir şirkətdən asılıdır. Azərbaycanda neft hasilatı ilə 14 hüquqi şəxs - yəni şirkət məşğul olur. 2011-ci ildə, ölkə üzrə hasil edilən 45,6 mln. ton neftin 37,2 mln. tonunu və ya 81,6%-ni BP-Azerbaijan şirkəti hasil edib. Dövlət Neft Şirkəti sırf özü («Azneft» İstehsalat Birliyi) isə 6,73 mln. ton (14,7%) neft çıxarıb. Yerdə qalan 12 şirkətin payı isə ümumi neft hasilatının 3,7%-nə bərabər olub. Bu göstərilən rəqəmlər neftin yalnız həcmlərini xarakterizə edir.
BP ”‹”‹Dəyər məsələsində isə vəziyyət BP-Azerbaijan
şirkətinin xeyrinə xeyli dəyişir. Çünki burada bir sıra məqamlar var. Başlayaq xırda şirkətlərdən, hansıların ki, hasilatda payları 3,7% təşkil edirdi. Bu şirkətlər əsasən quruda neft hasilatı ilə məşğul olurlar («Bahar» və «Qum-dəniz» yataqlarını istismar edən Bahar Operating Company istisna olmaqla). Onlarla bağlanan PSA müqavilələrinə əsasən, əməliyyat şirkətləri müqavilə imzalanan zamana qədər hasil edilən neft həcmləri səviyyəsində qara qızılı yerli bazar qiymətləri ilə (tonu 62 manat) SOCAR-a satmağa borcludurlar. Həmin həcmdən çox çıxarılan hissə isə Bakı-Novorossiysk kəməri ilə ixrac edilir. Qeyd edək ki, həmin kəmərlə də SOCAR-ın özünün xam nefti ixrac edilir. BP-Azerbaijan şirkətinin ixrac etdiyi neftin hər tonu ilə SOCAR-ın Novorossiyskdən ixrac etdiyi neftin analoji həcmləri arasında bəzən $15-dək fərq yaranır. Bu da onunla bağlıdır ki, Rusiya ərazisində SOCAR nefti daha aşağı keyfiyyətli Sibir nefti ilə qarışır və nəticədə bu özünü qiymətdə göstərir.

BP üzərində qurulmuş iqtisadiyyat

Milli Bankın Tədiyyə balansına əsasən, 2011-ci ildə Azərbaycanın ümumi ixracı $34,49 mlrd. təşkil edib. Bunun 86,4% və ya $29,8 mlrd.-ı xam neftin payına düşüb. Həmin vəsaitin isə $28,2 mlrd-ı (94,6%) «Azəri-Çıraq-Günəşli» yataqlarından ixrac edilən neftdən gələn vəsaitlər hesabına formalaşıb. $1,6 mlrd. isə SOCAR və digər şirkətlərin neft satışından əldə etdikləri gəlirdir. Ümumiyyətlə isə, BP-Azerbaijan şirkətinin «Şah-dəniz» yatağından qaz ixracatı ($1,27 mlrd.) da nəzərə alınmaqla ölkənin 2011-ci ildəki ixracatındakı payı 85,4% təşkil edib. Beləliklə, hazırda BP Azərbaycan üçün «iqtisadiyyatın qaynar qazanıdır»:

hasilatın - 81,6%
neft ixracının - 94,9%
ümumi ixracın - 85,4%


Britaniya şirkətinin operatorluğu ilə həyata keçən layihələr hesabına ərsəyə gəlir.
Ötən ildən Azərbaycana yatırılan xarici investisiyaların 80%-ni BP və tərəfdaşlarının layihələri özünə cəlb edir. Gələn ildən isə bu rəqəm daha da artacaqdır, çünki «Şah-dəniz»in «Mərhələ-2» kimi meqa layihəsinin icrasına start verilir.
Yəqin buna görədir ki, BP-Azərbaijan şirkəti 20 ildir ki, Bakıda ofisinin olmasına baxmayaraq, və bundan sonra ən azı 2036-cı ilədək burada fəaliyyət göstərməsi haqda real müqaviləsinə əhəmiyyət verməyərək, hələ də özünə bir mənzil-qərargah tapa bilməyib. Və yaxın gələcəkdə sığınacağı yer isə sadəcə bir biznes mərkəzdədir. Görünür, Azərbaycan iqtisadiyyatının lokomotivinin diqqət çəkməsini istəməyən qüvvələr var...

İlham Şaban (azadlıq.org)

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]