Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Azərbaycan və Türkiyədən imdad diləyən acarlar

Azərbaycan və Türkiyədən imdad diləyən acarlar
Bölmə :
Reportaj
Yayım tarixi :
25/9/2013 [10:16]
Baxılıb :
1076 dəfə
Gürcüstanda yaşayan 400 min nəfərlik dindaşımızın başına açılmayan oyun qalmayıb

Əsasən Gürcüstandakı soydaşlarımızın taleyi bizi düşündürür. Bu ölkədə qeyri-rəsmi 450 min, rəsmi isə 280 min nəfər azərbaycanlı ilə bərabər, qeyri-rəsmi 400 min, rəsmi isə 180 min nəfər müsəlman acar yaşayır. Onlar da son zamanlar üzləşdikləri problemlərlə bağlı din qardaşarı olan bizlərdən və Türkiyədən imdad diləyirlər. Müsəlman acarlara olan təzyiqlərin əsas səbəbi qonşu müsəlman ölkələrinə, xüsusilə Türkiyəyə heç də dost gözü ilə baxmayan gürcü pravoslav keşişlərinin apardığı siyasətin nəticəsidir

Qeyd edək ki, “Bizi Yol”un əməkdaşı “Go Media Group” təşkilatının Qazqaz jurnalistləri üçün təşkil etdiyi jurnalist ekspedisiyasının tərkibində hazırda Gürcüstanda müsəlman acarların son zamanlar üzləşdikləri problemləri araşdırir. Artıq əməkdaşımız Gürcüstanın müxtəlif yaşayış məntəqələrində rəsmilər, son zamanlar ciddi təzyiqlərlə üzləşən acar müsəlmanlar, həm də pravoslavların nümayəndələri ilə çoxsaylı görüşlərdə iştirak edib. 

Acarlara bağlı təzyiqlərin kluminasiya nöqtəsi əsasən ermənilərin kompakt şəkildə yaşadığı Samsxe-Cavaxetiya bölgəsinin Adigeni rayonunun Çela kəndində qeydə alınıb. Gürcüstan hakimiyyəti keşişlərin tələbindən sonra xüsusi zorakılıqla kənd məscidinin minarəsini söküb və bundan sonra Batumidə müsəlmanların geniş etiraz aksiyası keçirilib. Hazırda bölgədə ciddi gərginlik davam edir və müsəlmanlarla - pravoslavlar arasında konflikt dərinləşən xətt üzrə inkişaf edir. Dünən əməkdaşımız ekspedisiya tərkibində Çela kəndində olub.

Çela kəndi gözəl təbiəti olan, sıx meşə ilə örtülmüş dağların qoynunda, çala bir yerdə yerləşir. Gözəl mənzərəsinin olmasına baxmayaraq, kəndə gedən yol bərbaddır. Kəndə təxminən iki kilometr qalmış, yol kənarında məscidin sökülmüş minarəsi mavi polietilen ortük altında saxlanılır. Keşişlərin onu dağıtmaması, müsəlmanlar isə yenidən bərpa etməməsi üçnü 2 nəfər polis əməkdaşı minarəni mühafizə edir. 

Amma bizim polislərdən fərqli olaraq, burada minarənin şəklinin çəkilməsinə heç bir maneçilik torədilmədi. Yeri gəlmişkən, onu da qeyd edim ki, 5 gündür ki, təxminən 15 nəfərlik heyətdə bir neçə ölkəni təmsil edən jurnalistlər Gürcüstanın o başından bu başına müsəlman acarların problemlərini araşdırırlar.

Kimsə jurnalistlərin işləməsinə maneçilik törətmir, hətta rəsmilər də məmuniyyətlə jurnalistləri qəbul edərək suallarını cavablandırırlar. Yerli jurnalist Nino Narimanaşvilinin verdiyi məlumata görə, minarə söküldükdən sonara müsəlmanlar Adigeni rayonu, daha sonra Samsxe-Cavaxetiyanın mərkəzində 2 gün mitinq edibnlər. Bundan sonra isə onlar Acariyada çoxsaylı dindaşlarının olduğunu və yalnız burada səslərinin eşidiləcəyini bildirərək, Batuna mitiq keçirməyə gediblər. Bu mitinqlərdən sonra hakimiyyət müvafiq sənədlərin qaydaya salınmasından sonra minarənin yenidən ucaldılacağını bildiriərk, Tiflisə aparılmış minarənin yenidən Çela kəndinə qaytarılması barədə qərar verib. Bu qərardan sonra avqustun 29-30-da iki gün dalbadal Axaltsexidə keşişlərin iştirakı minə yaxın radikal provaslav yolları baglayıb və minarənin Çela kəndinə yalnılz meyidlərinin üstindən aparılmasının mümkün olduğunu bəyan ediblər. Amma pravoslavlar yorulub gedəndən sonra minarə Çela kəndindən 2 kilometr aralı əraziyə gətirilib.

Əlqərəz, minarənin şəkillərini çəkdikdən sonra məscidə getdik. Məsciddə isə 10-15 nəfər ibadət edən müsəlman var idi. Əvvəl bizə şübhəli baxışlarla baxan dindarlara doğma dildə salam verdikdən sonra urəkləndilər. Hətta əvvəl Türkiyədən gəldiyimizi zənn etdilər. Türkiyədən gəlmədiyimizi bildikdən sonra xeyli pərişan oldular. Amma heyyətin tərkibində azərbaycanlının olduğunu eşidəndə yenidən ruhlandılar. Millətcə gürcü olan müsəlmanlılar dərhal xristian qardaşlarının başlarına açdığı oyunlardan danışmağa başladılar.
Kənddə baş verənlər aydın olsun deyə, əvvəcə Axaltsexi rayonunun müftisi Mamuka Vaşhakamadze (Nurcivan Hoca) ilə aramızda elə türk dikində baş tutmuş söhbəti təqdim etmək istəyirəm. Belə ki, kənddə yaşayan əhalinin 60 faizi müəsəlmandırlar. Onlar xüsusilə cümə namazını qılmaq üçün ayrı-ayrı evlərə yğışırlarmış. Amma 2006-cı ildə pul toplayaraq kənddə bir yarımtikilini alıblar və evi tikib başa çatdırdıqdan sonra onu məscid kimi istifadə etməyə başlayıblar.
“Gürcüstan qanunlarına görə məscid və kilsələr dövlət qeydiyyatına alınmadığı üçün biz də məscidimizi qeydiyyatdan keçirə bilmədik. Amma məscidin tam məscidə oxşaması üçün həm də minarə lazımdır. Bu səbəbdən də biz minarə üçün vəsait toplamağa başladıq. Nəzir qutusu qoyduq və kəndimizin müsəlmanları, habelə bura ibadətə gələn digər müsəlmanlar ianə kampaniyamıza qoşuldular. Bu ilin martında qutunu açdıq. Artıq minarə üçün lazım olan vəsait toplanmışdı. Türkiyədə təhsil aldığım üçün orada minarə düzəldən şirkətlərin olduğunu bilirdim. İnternetlə belə bir şirkət taparaq minarə sifariş verdim. Həmin şirkət də 9 min dollara bizə minarə düzəltdi və biz onu iyulun 14-də kəndə gətirdik. Minarənin gətirilməsi üçün bütün sənədlərimiz də qaydasında idi və bütün vergiləri də ödəmişdik. Sonra minarəni ucaltıq. Kimsədə gəlib bizə bir söz demədi. Amma qonşu xristian kəndində olan Zarzidən iki nəfər keşiş və kənd məktəbimizin direktoru Zurab Saxulya minarənin sökdürülməsi üçün imzatoplama kampaniyasına başladılar. Hansıki, Zurab Saxulya biz məscid tikəndən sonra kənddə kilsə tikdi və biz də həmin kilsənin tikintisinə kömək etdik. Daha sonra keşişlər məscidin qarşısında mitiqlər keçirməyə başladılar. Avqustun 26-da isə kəndi maskalı xüsusi təyinatlılar, polis qüvvələri və hərbi helekopterlərə mühasirəyə alaraq üstümüzə hücum çəkdilər, bizə qarşı zorakılıq edib minarəni sökdülər”, - deyə Nurcivan Hoca qeyd etdi.
Onun sözlərinə görə, baş verən hadisələr zamanı özü də daxil olmaqla 21 nəfər kənd sakini də həbs edilib. Onların bir-çoxu cərimələnsə də 3 nəfərə qarşı polisə təzyiq maddəsi ilə cinayət işinə başlanılıb.
Haqqında cinayət işi olanlardan biri 60 yaşlı Vasan Markoidzedir. Onun sözlərinə görə, evə qayıdarkən kəndin girişindəki körpünün üstündə üzü maskalılar tərəfindən qarşısı kəsilib. Nə baş verdiyini soruşanda isə onu alçaldıcı ifadələrlə təhqir etməyə başlayıblar: “Polislər məni söydülər. Dedilər ki, siz tatarlar və və acarların axırı çatıb. Sizi adam edəcəyik. Mən onlara heç nə deməsəm də əllərimi arxadan kapron sıxacla bağladılar. Sonra yaşıma baxmadan məni yerə yıxaraq təpikləməyə başladılar. Başım-gözüm qanın içində idi. Sonra məni avtobusa tərəf apardılar. Avtobusda digər saxlanılanlar da var idi. Pal-paltarım əynimdə cırıq-cırıq və palçıqın içində idi. Məni itələyib avtobusa salmaq istədilər. Büdrəyib yıxıldım. Əllərım arxadan bağlı olduğu üçün ayağa da dura bilmirdim. Amma polislər məni təhqir edərək döyməkdə davam edirdilər”.
Analoji taleyi 18 yaşlı Raindi Şantadze və 25 yaşlı Genadiy Abaşidze də yaşayıb. Qəddarlıqla döyülən gənclərə qarşı yol boyu da işgəncələr verilib. Onlar Axaltsexi polis şöbsində də təhqir və təzyiqə məruz qalıblar. Hətta polis şöbəsinin rəisi Gela Koxadze şəxsən də gənclərə işgəncə verib və onlara bildirib ki, Osmanlılar zorla babalarını müsəlman ediblər, bu səbəbdən onlar ağıllarını başına yığaraq kilsəyə getməli və xaç suyuna girərək ulu babalarının dini olan provoslavlığı qəbul etməlidirlər. Gənclər isə bu təklifdən imtina etdikləri üçün işgəncəyə məruz qalıblar və daha sonra onlara qarşı da polisə təzyiq ittihamı ilə cinayət işi başlanıb.
Baş verən bu dəhşətli hadisəbarədə yalnız “Samsxetis karibce” internet portal həqiqi məlumatları yayıb. Amma hadisələr baş verəndə bu portalın da əməkdaşları kəndə buraxılmayıb. Hadisələrdən sonra isə Gürcüstanın bütün telekanalları hökumətin keçirdiyi zorakılıq aksiyasını “ölkənin çox ciddi ekstremist qruplarından xilas edilmsəsi” kimi təqdim edib.
Bu hadisədən sonra isə eyni kənddə yaşayan müsəlman və xristinalar arasında düşmənçilik başlanıb. Artıq qonşular bir-birilərinə salam da vermirlər. Vəziyyət o qədər gərgindir ki, hər an kənddə müsəlmanlarla provaslavlar arasında toqquşma baş verə bilər.
Pravoslav kilsəsi isə minarənin sökülməsini alqışlayır və bölgə üzrə patriarxin nümayəndəsi Vladika Yakob bəyan edib ki, nəinki minarə yerinə bərpa olunmayacaq, hətta bölgədə məscid də fəaliyyət göstərə bilməz.
Daha sonra Zarzi kəndindəki çox böyük bir kilsədə olduq. Burada çoxsayı keşış olsa da onlar əvəl danışmaq istəmədilər. Amma “yuxarı” ilə məsləhətləşəndən sonra Nikolay keşiş danışmağa razılıq verdi: “Müsəlmanlar özbaşınalıq ediblər. Onlar bizimlə məsləhətləşmədən məscid tikibkər. Bununla qane olmayaraq, hələ minarə ucaltmağa da cəsarət tapıblar. Bura xristian ölkəsidir. Burada məscid tikmək olmaz”.
Keşişin şərt tonundan sonra söhbətimiz Axaltsexi şəhərində minarənin sökülməsində xüsusi fəalliq göstərmiş Qoderi Ququlaşvili, Roini Tantanadze və onların özləri ilə gətirdiyi təxribatçı qrupla da görüşməli olduq. Əslində bizimlə Axaltsexi hüquq müdafiə təşkilatları mərkəzində yerli hüquq müdafiəçiləri ilə görüş planlaşdırılmışdı. Amma nədənsə bizi burada təxribatçı qrup gözləyirdi. Onalar jurnalistləri, xüsusi ilə Azərbaycandan gələnləri çox sərt qarşıladılar və araqarışdırıcılıqda ittiham etdilər. Amma biz təmkin nümayiş edərək, təxribata uymamağla canımızı təxribatçı pravoslarlarin əlindən salamat qurtara bildik. Yuxarıda adları çəkilən şəxslər isə birbaşa Türkiyəni Gürcüstanı müsəlmanlaşdırmaq siyasəti aparmaqda ittiham etdilər və hətta hakimiyyətin icazə verəcəyi təqdirdə minarənin təkrar bərpa edilməsinə imkan verməyəcəklərini qeyd etdilər.
Onu da qeyd edək ki, Çelada yaşayan müsəlmanlar da məscidlərinin minarəsinin bərpa edilməsində israrlıdırlar və onlar da nəyin bahasına olursa olsun, minarənin bərpa ediləcəyini deyirlər.
Adigeni rayon Gamgeobelisinin (Yerli özünü idarəetmə orqanı) səlahiyyətlərini icra edən, Mixail Saakaşvilinin rəhbəri olduğu Milli Hərəkat Partiyasının nümayəndəsi Arsen Balaxaşvili isə qeyd etdi ki, onlar minarənin ucladılması ilə bağlı müsəlmanların razılıq almadıqları üçün onlara avqustun 1-də xəbərdarlıq edilib. Avqustin 23-də isə Gamgeobeli minarənin müsəlmanların öz hesabına sökülməsinə və 200 lari (100 manat) dair qərar veriblər. Amma söküntünü onlar deyil, Gürcüstan vergilər nazirliyi həyata keçirib.
Adigeni rayon Sakrebolosunun (icra hakimiyyətinin) başçısı Milli Hərəkatın nümayəndəsi Givi Endeladze isə jurnalistlərlə söhbətində minarənin ucaldılıb ucaldılmayacağı ilə bağlı qanunvericiliyə uyğun qəbul ediləcəyini bildirdi. Habelə o Gürcu Arzusu koalisiyasının hakimiyyətdə təmsil olunan nümayənələrinin “müsəlmanları Milli hərəkatçılar və Türkiyə qarışdırır kimi” ittihamları da cavablandırdı: “Bu ittihamları başa düşmək çətin deyil. Çünki onlar bizim opponentlərimizdir. Amma biu ittihamda heç bir əsas yoxdur. Türkiyənin də güya Gürcüstanı qarışdırmaq istəməsi barədə deyilənlər isə gülüncdür”.

Ardı var

İdrak Abbasov
(Axaltsexi)

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]